Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

20 

 

aparılacaq,  o  cümlədən  tərəfdaşlar  ilə  viza  rejiminin  liberallaşdırlması  və  sadələşdirilməsi 



istiqamətində dialoqlar həyata keçiriləcəkdir.      

Cənub regionunda Rabat və Xartum kimi, Şərq bölgəsində isə Budapeşt və Praqa prosesləri kimi 

artıq  həyata  keçirilməkdə  olan  dialoqlar  mövcuddur.  Buraya  həmçinin,  regionlar-arası 

əməkdaşlıq və proqramların hazırlanması məqsədilə miqrasiya və sığınacaq məsələləri üzrə Şərq 

Tərəfdaşlıq Panelini də aid etmək olar.   Qonşuluq çərçivəsində kənarda qalan ölkələr ilə daha 

effektiv əməkdaşlığın qurulması üçün Tematik Çərçivə hazırlana bilər.  

Qarşılıqlı faydalı miqrasiyanın və mobilliyin təşviqi  

Qanunsuz  miqrasiyanı  qarşısının  alınması  səyləri  ilə  yanaşı,  Aİ  mobillik  və  insanlar  arasında 

əlaqələrin  təşviq  edilməli  olduğunu  hesab  edir.  Aİ  Avropanın  əmək  bazarında  bilik  və 

bacarıqlarda olan  boşluqları müəyyən etmək  məqsədilə daha yaxşı alətləri təşviq etməyi və Aİ-

də çalışan üçüncü ölkə vətəndaşlarının kvalifikasiyasının tanınması  prosesinin dəstəklənməsini 

planlaşdırır.   

Aİ  AQS  ölkələrində  mövcud  vəziyyət nəzərə  alınmaqla  öz hüquqi  çərçivəsini  gücləndirəcək  və 

onun tam və məqsədyönlü icrasını təşviq edəcəkdir.  

2016-cı ilin mart ayında Komissiya üçüncü ölkələrin yüksək ixtisaslı vətəndaşlarının Aİ-yə gəlişini 

və  burada  qalmasını  təkmilləşdirmək  və  daha da sadələşdirmək  məqsədilə  Aİ  Mavi  Kart 

Direktivinə  əlavə  və  dəyişiklər etməyi  nəzərdə  tutur.    Aİ  tədqiqat,  araşdırmalar,  şagird 

mübadiləsi, təlim və könüllü xidmətlər məqsədilə AQS ölkələrinin vətəndaşları üçün akademik 

mobilliyi  genişləndirmək  və  onların  Aİ  ölkələrinə  daxil  olması  və  orada  yaşaması  şərtləri  üzrə 

qanunvericilik  çərçivəsini  təkmilləşdirmək  məqsədilə  müvafiq  istiqamətdə  fəaliyyətləri 

dəstəkləməlidir.   

Aİ  bilik  və  kvalifikasiyaların  tanınması  prosesinin  dəstəklənməsi  və  müvafiq  nəticələrin  əldə 

edilməsi məqsədilə AQS ölkələri ilə əməkdaşlıq edəcəkdir.  

Üzv ölkələr ilə birgə biz ixtisaslı işçi qüvvəsinin miqrasiyası sxemini, o cümlədən Aİ ilə miqrasiya 

məsələlərində  əməkdaşlığı  genişləndirmək  niyyətində  olan  AQS  ölkəsinin  vətəndaşları  üçün 

imtiyazlı sxemlərin təklif edilməsi imkanlarını təşviq edəcəyik.          

Əmək  bazarının  ehtiyaclarını  daha  yaxşı  qiymətləndirmək  və  bu  istiqamətdə  miqrasiyanın 

oynaya  bildiyi  rolu  təhlil  etmək  məqsədilə  biznes  dairələri,  həmkarlar  ittifaqları  və  sosial 

tərəfdaşlar  ilə  dialoq  platforması  yaradılacaqdır.  Uzunmüddətli  dövrdə  işəgötürənlərə  ilkin 

seçilmiş  namizədlər  toplusu  arasından  prioritet  müraciətçiləri  müəyyən  etməyə  imkan  verən 

“marağın  ifadəsi”  nümunəsi  əsasında  qanuni  miqrasiya  üzrə  yeni  yanaşma  məqsədəuyğun 

olardı.  




21 

 

Eyni  zamanda,  diaspora  icmaları  ilə  əlaqələrin  qurulması,  regional  mobillik  sxemlərinin,  o 



cümlədən  Cənub-Cənub  mobilliyinin    genişləndirilməsi  və  sirkulyar  miqrasiya  üzrə  fəaliyyət 

istiqamətində daha effektiv    yollar  axtarılacaqdır.  Bu  zaman,  2014-cü  il üzrə Mövsümü  İşçilər 

Direktivinə uyğun olaraq müvafiq sektorlarda (məsələn, kənd təsərrüfatı, və ya turizm) sxemlər 

müəyyən olunacaqdır. Aİ həmçinin, kiçik və orta müəssisələr üzrə miqrasiya sxemini və Avropa 

ölkələrinin sahibkarları üçün təlim proqramlarını təşviq etməlidir.  

Eyni zamanda, Aİ üzv ölkələrin birində əsas qeydiyyatını saxlamaqla Aİ-də müvəqqəti yaşayan 

insanlara  öz  doğma  vətənlərində  biznes,  peşəkar  və  ya  digər  fəaliyyətlər  ilə  məşğul  olmağa 

imkan verilməsi məsələsini də nəzərdən keçirəcəkdir. Vəsaitlərin effektiv köçürülməsi məsələsi 

də öz həllini tapacaqdır.  

Biz “beyin dövriyyəsini” təşviq etmək məqsədilə kapital təmin etmək üçün yeni start-up (Start-

back)  fondu  yaradacağıq.  Sözügedən  fond  Avropa  Ittifaqında  yaşadıqdan  sonra  öz  doğma 

vətəninə  qayıdan  miqrantların  inteqrasiyası  və  əldə  edilən  bilik  və  bacarıqlar  vasitəsilə  yerli 

iqtisadiyyatın və cəmiyyətin inkişafına töhfə verə bilməsi üçün onları dəstəkləyəcəkdir.  

Aİ  real  və  ədalətli  miqrasiyanı  dəstəkləməkdə davam edəcək  və  mədəniyyətlə-arası  dialoqun, 

mədəni  müxtəlifliyin  və  qarşılıqlı  anlaşmanın  təşviqi  vasitəsilə  irqçilik  və  ayrı-seçkiliyin  bütün 

formalarına qarşı amansız mübarizə aparacaqdır.  

Ehtiyaci olanların müdafiəsinin təmin edilməsi          

Aİ-nin geniş qonşu ölkələri çərçivəsində bir sıra böyük həlli yubadılan böhranlar mövcuddur və 

dünya  üzrə  qaçqın  və  məcburi  köçkünlərin  təqribən  40%-i  bu  regionda  məskunlaşmışdır.  Bu 

səbəbdən  də,  Aİ  qısamüddətli  humanitar  ehtiyaclar  ilə  uzunmüddətli  inkişaf  və  təhlükəsizlik 

tədbirləri  arasinda  sıx  əlaqələrin  təşviq  edilməsi  ilə  daha  inteqrasiyali  və  daha  müfəssəl 

reaksiyalar tələb edir.  

Aİ  münaqişə  nəticəsində  öz  ölkələrini  tərk  etməli  olan  şəxslərin,  o  cümlədən  xüsusilə  də 

kimsəsiz qaçqın uşaqların dəstəklənməsi ilə sığınacaq və müdafiə sistemlərinin yaradılmasında 

tərəfdaş  ölkələrə  yardım  edəcəkdir.      Yardım  çərçivəsində  bu  qəbildən  olan  şəxslərin  baza 

ehtiyacları qarşılanacaq, onların insan hüquqları qorunacaq  və onların sosial-iqtisadi və insan 

potensialı  qorunacaq  və  məskunlaşdıqları  ölkədə  yerli  cəmiyyətlər və  icmaların  rifahı  naminə 

istifadə ediləcəkdir.  İcrasına 2016-cı ildən başlanılacaq Şimali Afrika və Afrika Buynuzu regionu 

ölkələri üçün yeni  Regional İnkişaf və Müdafiə Proqramları (RDPP), eləcə də Yaxın Şərq ölkələri 

(İordaniya,  Livan  və  İraq)  üçün  artıq  mövcud  olan  RDPP bu  məqsədlə  çox  mühüm  əhəmiyyət 

kəsb edəcəkdir.  Onların  məqsədi  xüsusilə  beynəlxalq  müdafiə  və  sığınacaq  kimi  sahələrdə 

potensialın artırılması, eləcə də müəyyən qədər güc yolu ilə öz yurdlarından qovulan  əhalinin 

və  onları  qəbul  edən  icmaların  dayanıqlığının  artırılması  vasitəsilə  böyük  sayda  məcburi 

köçkünləri qəbul etməkdə tərəfdaş ölkələrə dəstək göstərməkdir.   




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə