Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

22 

 

Qanunsuz miqrasiyanın aradan qaldırılması  



Aİ həm ölkə vətəndaşları, həm də ölkələrindən tranzit kimi istifadə edən qanunsuz miqrasiyanın 

səbəblərinin  afardan  qaldırılması  və  yüngülləşdirilməsi  istiqamətində  AQS  ölkələri  ilə  birgə 

çalışacaqdır.  

Aİ  sözügedən  regionda  qalmaq  hüququ  olmayan  və  ya  qalmaq  hüququ  başa  çatan  şəxslərin 

ləyaqətli  və  dayanıqlı  şəkildə  öz  ölkələrinə  qaytarılması  istiqamətində  işlər  aparacaqdır.  Bu 

zaman Komissiyanın qayıdışa dair Fəaliyyət Planına uyğun olaraq təkrar qəbul razılaşmaları və 

könüllü qayıdış və təkrar qəbul sxemləri  hazırlanaraq tam şəkildə icra olunacaqdır. Aİ həmçinin, 

AQS ölkələrinə onların özlərinin qayıdış siyasətlərini hazırlamaqda yardım edəcəkdir ki, bu da 

sözügedən ölkələrə üçüncü ölkə vətəndaşlarını öz ölkələrinə qaytarmasına imkan verəcəkdir. Öz 

ölkəsinə  geri  qayıdan  şəxslərin  yerli  iqtisadiyyata  və  cəmiyyətə  təkrar  inteqrasiya  etməsi  və 

töhfə  verməsi  məqsədilə  müvafiq  mexanizmlər hazırlanmalıdır.      Geri  qayıdış  və  təkrar  qəbul 

sahəsində  əməkdaşlığın  genişləndirilməsi  məqsədilə  bütün  resurslar  səfərbər  olunacaq  və 

qanunsuz miqrantların mənbə ölkələri və tranzit ölkələri ilə bütün dialoqlar zamanı təkrar qəbul 

məsələsi ön planda olacaqdır

5

.  


Aİ  qanunsuz  miqrant    daşımalarına  qarşı  mübarizə  aparmaq  məqsədilə  Aİ-nin  aidiyyəti 

agentlikləri  ilə  birgə  yerli  və  regional  strategiyaların  hazırlanması  və  sərhədlərin  inteqrasiyalı 

şəkildə  idarə  edilməsi  standartlarının  qurulması    istiqamətində  səylərin  dəstəklənməsini 

gücləndirəcəkdir.  

Sərhədlərin idarə edilməsi üzrə əməkdaşlığın genişləndirilməsi      

Sərhədlərin  idarə  edilməsi  sahəsində  qonşu  tərəfdaşlar  ilə  proaktiv  fəaliyyət  miqrasiya 

prosesinin daha yaxşı idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Maraq göstərən 

tərəfdaş  ölkələr  ilə  birlikdə  Aİ  informasiya  mübadiləsi,  idarəetmə  potensialı  və  əməliyyat  və 

texniki  əməkdaşlıq  sahəsində  işləri bir  qədər də  intensivləşdirəcəkdir.      Bu  təlimlər, tədqiqat, 

potensialin gücləndirilməsi layihələri və tərəfdaş ölkələr ilə pilot təşəbbüslər vasitəsilə, xüsusilə 

də  FRONTEX  və  EUROPOL  daxil  olmaqla  Aİ-nin  aidiyyəti  agentlikləri  ilə  birgə  fəaliyyət 

çərçivəsində həyata keçirilməlidir.  



Vİ. REGİONAL İSTİQAMƏT  

Məsləhətləşmə  qismən  mövcud  regional  əməkdaşlıq  formatında  keçirilmişdir  ki,  bu  təcrübə 

davam  etdiriləcəkdir.  Lakin  məsləhətləşmə  prosesi  qonşuların  qonşu  ilə  birgə  fəaliyyəti  üçün 

yeni metodların yaradılmasına güclü maraq ifadə etmişdir:     

 

AQS sərhədləri hüdudlarından kənarda yeni əhatə dairəsi 



                                                           

5

 Aİ-nin qayıdış üzrə fəaliyyət planı, 9 sentyabr 2015-ci il, COM(2015)453 yekun) 




23 

 



 

Birgə  çağırışları  həll etmək  üçün  yeni  tematik  çərçivə;  məsələn,  miqrasiya,  enerji, 

təhlükəsizlik və sağmalıq üzrə  

 

2009-cu ildə Aİ və altı şərq tərəfdaşı ölkələri fundamental dəyərlərə (o cümlədən, demokratiya, 



qanunun  aliliyi  və  insan  hüquqlarına  və  fundamental  azadlıqlara  hörmət)    töhfə,  bazar 

iqtisadiyyatı, dayanıqlı inkişaf və səmərəli idarəetmə prinsipləri əsasında Şərq Tərəfdaşlığı (EaP) 

təşəbbüsünə  başladılar.  Həmin  dövrdən  etibarən  EaP  inkişaf  edərək  ticarətdən  enerjiyə, 

nəqliyyat və təhsil və ya ətraf mühitə qədər müxtəlif məsələlər üzrə mübadilə və əməkdaşlıq 

üçün çevik foruma çevrilmişdir. 2015-ci ildə Riqa şəhərində keçirilmiş EaP sammiti təsisatların və 

səmərəli  idarəetmənin  gücləndirilməsi,  mobillik  və  insanlar  arasında  ünsiyyətləri,  bazar 

imkanlarını və qarışlıqlı əlaqələri tərəfdaşlar ilə birgə, eləcə də EaP-ın çoxtərəfli çərçivəsində irəli 

aparılacaq paylaşılan prioritetlər kimi müəyyən etmişdir.  Öz münasibətlərini necə qurmaq Aİ və 

onun tərəfdaşlarının müstəsna hüququdur.  

Aralıq  Dənizi  Regionu  üzrə  İttifaq  vasitəsilə  cənub  hissəsində  regional  əməkdaşlıq  inkişaf 

etdirilmişdir.  Təşkilat  qarşılıqlı  maraq  kəsb edən  məsələlər və  region  üzrə  cari  layihələr  üzrə 

əməkdaşlıq çərçivəsi təmin etməklə siyasi və iqtisadi müzakirələr üçün dəyərli forum kimi özünü 

sübut  etmişdir.  İctimai  məsləhətləşmənin  əksər  iştirakçıları  sözügedən  əməkdaşlığın 

dərinləşdirilməsini  tövsiyə  etmişdir.  Komissiya  və  Yüksək  Səviyyəli  Nümayəndəlik  qeyd  edilən 

regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər aparır. Bu səbəbdən də, Aİ mümkün 

olduğu təqdirdə regional əməkdaşlıq səyləri çərçivəsində UfM-ə üstünlük verəcəkdir.  

Qonşuların  özləri    arasında  əlaqələr  möhkəmləndirilməli  və  həm  şərq,  həm də  cənub 

istiqamətdə  alt-regional  əməkdaşlıq  təşviq  edilməlidir.  Müvafiq  olduğu  təqdirdə  qonşu 

tərəfdaşlar ilə üzv ölkələr, o cümlədən namizəd və potensial namizəd ölkələri arasında regional 

əməkdaşlıq Aİ makro-regional strategiyaları və ərazi əməkdaşlıq proqramları vasitəsilə həyata 

keçiriləcəkdir. Burada məqsəd onların potensialdan tam şəkildə istifadə etməkdir.      

Digər tərəfdaşlar ilə əlaqələr və qarşılıqlı asılı münasibətlər daha geniş əməkdaşlıq formatı tələb 

etdiyi  halda  üçüncü  ölkələr cəlb  oluna  bilər.  Aİ  qonşuluqda  olan  dövlət və  geniş  region  üzrə 

çoxtərəfli iştirakçılara aidiyyəti regional məsələlər, o cümlədən qəbul və tərəfdaşlıq məsələləri 

üzrə əməkdaşlıq təklif etmək üçün Tematik Çərçivələrdən istifadə edəcəkdir. Tematik Çərçivələr 

vasitəsilə  qonşuluq  münasibətlərindən  kənara  çıxan  birgə  siyasət  yanaşmaları,  proqramların 

hazırlanması  və  investisiyalar  üzrə  müzakirələrin  aparılması  üçün  müntəzəm  forumlar  təmin 

olunacaqdır. Bunlar maraqlı olan şərq və ya qərb qonşu ölkələrinin xüsusi görüşləri olacaq və 

maraq  göstərən  üzv  ölkələri,  qonşu  ölkələri  və  regional  tərəfdaşları,  o  cümlədən  beynəlxalq 

maliyyə  təsisatlarını,  beynəlxalq  təşkilatları  və  digər  donorları  bir  araya  gətirəcəkdir.  Müvafiq 

olduğu təqdirdə vətəndaş cəmiyyəti və özəl sektor təşkilatları da dəvət olunacaqdır. Sözügedən 

Tematik  Çərçivələrin  formatı  və  cəlb  olunan  tərəflər  müzakirə  mövzusundan  asılı  olacaq  və 




24 

 

mövcud  strukturlara  əsaslanacaqdır.  Miqrasiya,  enerji  və  təhlükəsizlik  məsələlərinə  xüsusi 



üstünlük veriləcəkdir.                  

Türkiyə Aİ üzvlüyünə namizəd ölkədir və həm Aİ-nin özü, həm də bir sıra tərəfdaş ölkələr üçün 

mühüm qonşudur. Qonşuluq yanaşmasından kənara çıxan Tematik Çərçivə hazırlayan zaman Aİ 

birgə maraq kəsb edən məsələlər üzrə Türkiyə ilə sıx şəkildə çalışmaqda davam etməlidir.  

Krım  və  Sevastopolun  qanunsuz  şəkildə  ilhaqından  və  Ukraynanın  şərq  ərazilərində  sabitliyin 

pozulmasından sonra Aİ-nin Rusiya Federasiyası ilə münasibətləri korlanmışdır. Regionda şərait 

imkan  verdiyi  təqdirdə  birgə  çağırışların  həll  edilməsi  və  gələcək  imkanların  tədqiq  edilməsi 

baxımından konstruktiv əməkdaşlığın faydalı ola bildiyi bir sıra məsələlər mövcuddur.  

Əməkdaşlıq  qeyd edilən  regional fəaliyyətləri    tamamlayacaqdır.  Aİ  sub-səhra  Afrika  və  Sahel 

regionu üzrə əhatə dairəsini genişləndirməli və bu məzmunda post-Contonu gündəliyi üzrə cari 

fəaliyyəti təmin etməlidir. Aİ həmçinin, Yaxın Şərq və Şimali Afrikada bütün aidiyyəti tərəfdaşları 

siyasi dialoq, investisiya və yardım prosesinə cəlb etməlidir. Bu Ərəb Liqası ölkələri ilə dialoqun 

genişləndirilməsini,  İslam  Əməkdaşlıq  Təşkilatı  (İƏT),  Körfəz  Əməkdaşlıq  Şurası  (KƏŞ),  Afrika 

İttifaqı,  Ərəb  Maggreb  İttifaqı  ilə  əməkdaşlığı  və  Qərbi  Aralıq  Dənizi  Forumu  (5+5  Dialoq) 

çərçivəsində  fəaliyyəti  əhatə  edir.  Qara  Dəniz  Sinerjiya  Təşəbbüsü  ümumi  problemlərin  həll 

edilməsi məqsədilə yaradılan mühüm forumdur. O həmçinin, siyasi və iqtisadi islahatı da təşviq 

edir.  Aİ  regional  əməkdaşlığı  təşviq  etməkdə  və  Avropa  Şurası,  Avropada  Təhlükəsizlik  və 

Əməkdaşlıq  Təşkilatı  (ATƏT)  və  onun  struktur  təşkilatları  ilə  əlaqələri  gücləndirməkdə  davam 

etməlidir.  

Aİ-nin Suriya və İraq, eləcə də İŞİD təhlükəsi üzrə regional strategiyası Suriya və İraqda sülhün və 

təhlükəsizliyin bərqərar olmasına yardım etmək məqsədilə Aİ və onun üzv ölkələrinin fəaliyyət 

istiqamətlərini  müəyyən  edir.  İrana  gəldikdə  isə,  son  razılaşmanın  əldə  edilməsi  fonunda 

regional məsələlər, o cümlədən enerji üzrə əməkdaşlıq imkanları mövcuddur. Mərkəzi Asiyanın 

strateji  əhəmiyyətini  nəzərə  alaraq,  Aİ  regionunun  ölkələri  ilə  möhkəm,  davamlı  və  stabil 

münasibətlərin formalaşdırılması məqsədilə əhatə dairəsini genişləndirməlidir.  

 

Vİİ. DAHA EFFEKTİV TƏMİNAT  



Vİİ. 1 MALİYYƏ ALƏTLƏRİNİN ÇEVİKLİYİ               

Aİ  qonşu  ərazilərdə  mühüm  stabilləşmə  çağırışlarını  dəstəkləmək  məqsədilə  əhəmiyyətli 

həcmdə  resurslar  ayırmışdır.  Belə  ki,  2014-2020-ci  illər  üzrə  Avropa  Qonşuluq  Aləti  (AQƏ) 

çərçivəsində  15  milyard  avrodan  artıq  məbləğ  nəzərdə  tutulmuşdur.  Təsiri  maksimum  həddə 

çatdırmaq  üçün  Aİ  mühüm  beynəlxalq  maliyyə  təsisatları  ilə  əməkdaşlığın  daha  da 



25 

 

genişləndirilməsi  və  Qonşuluq  İnvestisiya  Mexanizmi  (QİM)  vasitəsilə  kifayət  qədər həcmdə 



əlavə vəsaitlər toplamağa çalışacaqdır. Aİ ehtiyaca uyğun dəstək təmin etmək məqsədilə texniki 

yardım alətlərini (TAEİX  və Tvinninq) təkmilləşdirəcək və strateji baxımdan uyğunlaşdıracaqdır. 

Aİ və tərəfdaş ölkələr Aİ-nin maliyyə yardımının nəzərdə tutulan benefisiarlara yetişməsini və 

fırıldaqçılıq  yolu  ilə  mənimsənilməməsini  təmin  etmək  məqsədilə  birlikdə  işləməkdə  davam 

edəcəkdir.  

Assosiasiya Gündəlikləri və tərəfdaşlıq prioritetləri yardım üçün prioritetlərin müəyyən edilməsi 

üçün  baza  rolunu  oynayacaqdır.  Tərəfdaş  ölkələr    üzrə  ayırmalar  AQS-nin  prioritetlərini  və 

ambisiya səviyyəsini əks etdirir və islahatların davam etdirilməsi və həyata keçirilməsi AQS çətir 

proqramı çərçivəsində ayrılan vəsaitləri istiqamətləndirməkdə davam edəcəkdir. 

Qonşu ölkələrdə inkişaflar zəruri keçidi və stabilliyi təmin etmək məqsədilə beynəlxalq maliyyə 

və  iqtisadi  dəstəyin  zəruriliyini  təsbit  etmişdir.  Avropa  İttifaqının  mövcud  alətlər  toplusu 

müxtəlif  məsələlərə  hədəflənən  resursları  özündə  nəzərdə  tutsa  da,  əksər hallarda müəyyən 

edilən  və  müəyyən  edilə  bilən    ehtiyaclar  ilə  müqayisədə  ölçü  baxımından  məhdud  xarakter 

daşıyır.  Bu  baxımdan,  Komissiya  qonşu  ölkələrin  maliyyə  ehtiyaclarını  daha  yaxşı  və  effektiv 

şəkildə  ödəyə  bilən  və  eyni  zamanda,  onların  zəruri  cari  islahatlar  gündəliyini  təsdiqləyən 

seçimlər, o cümlədən  alətlər  hazırlamaq  məqsədilə  növbəti  aylarda  müfəssəl  qiymətləndirmə 

həyata  keçirəcəkdir.  Sözügedən  fəaliyyət  mövcud  alətlərin,  o  cümlədən  Aİ-nin  üzv  ölkələrini 

dəstəkləmək məqsədilə son illər ərzində yaradılan alətlərin təcrübəsinə əsaslana bilər. 

Suriya  və  Ukraynada  baş  verən  münaqişələrə  reaksiya  və  Trast  Fondundan  istifadə  Aİ-nin 

maliyyə  resurslarının  operativ  və  çevik  şəkildə  reaksiya  vermək  imkanının  bariz  nümunəsidir. 

Lakin  yardımı  sürətləndirmək  və  onun  dəyişən  siyasi  şəraitə  və  prioritetlərə  daha  yaxşı 

uyğunlaşmasını təmin etmək məqsədilə daha çox işlərin görülməsinə ehtiyac vardır.  

Komissiya və Yüksək Səviyyəli Nümayəndəlik proseduraların təkmilləşdirilməsi vasitəsilə yardımı 

sürətləndirməyə çalışacaqdır. Onlar AQƏ çərçivəsində “çeviklik döşəkcəsi” baxımından məsələni 

nəzərdən  keçirəcəklər. Yəni,  resurslar  gözlənilməz  ehtiyacların,  xüsusilə  də  münaqişə  və 

münaqişədən  sonrakı  ehtiyacların  təxirəsalınmaz  proqramlaşdırılması,  qaçqınların 

dəstəklənməsi,  böhran  və  fəlakətlərə  reaksiya  və  təhlükəsizlik  və  stabilləşdirmə  proqramları 

üçün istifadə edilənə qədər kənara qoyulacaqdır. 

“Çeviklik  döşəkcəsi”  çərçivəsində  istifadə  olunmayan  vəsaitlərin  növbəti  ilə  keçirilməsi 

məqsədilə  maliyyə  qaydalarının  dəyişdirilməsi  planlaşdırılır.  Aİ  inzibati  proseduraları 

təkmilləşdirmək məqsədilə 2017-ci ildə Aİ kənar maliyyələşdirmə alətlərini orta müddətli dövr 

üçün  nəzərdən  keçirəcək  və  lazım  olduğu  təqdirdə  baza  hüquqi  sənədlərə  müvafiq  əlavə  və 

dəyişiklərin edilməsi barədə təkliflər veriləcəkdir.  



26 

 

Donorların fəaliyyətinin əlaqələndirilməsi resurslardan maksimum istifadə edilməsi baxımından 



mühüm  əhəmiyyət  kəsb etməklə  yanaşı,  Aİ  dəstəyini  daha  da  təbliğ  edir.  Mümkün  olduğu 

təqdirdə,  regionda  birgə  Aİ  cavab  tədbirləri  Aİ  brendi  ətrafında  formalaşdırılmalı,  bütün  Aİ 

mənbələri  (o  cümlədən,  Aİ  nümayəndələri,  CSDP  missiyaları  və  Aİ-nin  xüsusi  təmsilçiləri) 

əsasında  paylaşılan  təhlillər  üzrə  və  təhlillər  vasitəsilə  Aİ  üzv  ölkələri  ilə  birgə  proqramların 

istifadəsini genişləndirməlidir. Sadələşdirilmiş yanaşmalar Aİ üzv ölkələri və agentlikləri ilə birgə 

layihələri dəstəkləməlidir.  

Aİ  digər  Aİ  maliyyələşdirmə  mexanizmləri  və  əsas  maliyyə  təsisatları  və  Afrika  İttifaqı,  Ərəb 

Ölkələri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə donorların fəaliyyətinin effektiv əlaqələndirilməsi 

təcrübəsini  gücləndirməli,  eləcə  də  Aralıq  Dənizi  Hövzəsi  Birliyi,  Şərq  Tərəfdaşlığı  və  regional 

əməkdaşlıq mexanizmləri vasitəsilə fəaliyyəti intensivləşdirməlidir.  



Vİİ.2 TƏBLİĞAT. KOMMUNİKASİYA VƏ ƏHATƏ DAİRƏSİ   

 Aİ siyasətlərinin daha yaxşı çatdırılması və təşviq edilməsi yeni AQS-ın əsasını təşkil edəcəkdir. 

İctimai  diplomatiyanın  təkmilləşdirilməsi  Aİ  siyasətlərinin  daha  yaxşı  əsaslandırılmasına  və 

konkret Aİ tədbirlərinin müsbət təsirlərinin izah edilməsinə xidmət edəcəkdir. Aİ 2014-2020-ci 

illərdə qonşuluq təşəbbüsü çərçivəsində Aİ vəsaitlərinin istifadəsinin daha geniş təbliğinı təmin 

etməyə  çalışmalıdır.  Aİ  üçün  təbliğat  icraçı  tərəfdaşlar  ilə  birgə  fəaliyyət  platforması  təmin 

etməlidir.    

Dəstək müstəqil, etibarlı və dürüst medianın təşviqinə yardım edəcəkdir. Aİ həmçinin, ictimai 

rəyin  daha  yaxşı  öyrənilməsi  üçün  hökumətlər  daxilində  strateji  kommunikasiya  potensialını 

dəstəkləyə,  islahatların  faydasını  ictimaiyyətə  çatdıran  müvafiq  kompaniyalar  planlaşdıra  və 

həyata keçirə bilməlidir.   

Avropa Şurasında razılaşdırıldığı kimi Aİ yanlış məlumatlandırma hallarının qarşısını almaq və Aİ-

nin  hədəfə  alındığı  təqdirdə  qətiyyətli  cavab  vermək  üçün  tərəfdaşlar  ilə  birgə  çalışmalıdır. 

Müvafiq  səviyyədə  qarışıq  proaktiv  strateji  və  taktiki  kommunikasiya  alətləri  Aİ-yə  və  onun 

tərəfdaşlarına medianı daha yaxşı izləmək və təhlili etmək, tərəfdaş ölkələrdə rəyləri və fikirləri 

daha  yaxşı  başa  düşmək  və  hər  bir  ölkənin  Aİ  ilə  əməkdaşlığının  faydasını  izah  etmək  imkanı 

verəcəkdir.  Burada  yekun  məqsəd  AQS  çərçivəsində  dəstək  və  əməkdaşlıq  barədə  müsbət 

təsəvvür formalaşdırmaqdır.   

Üzv  ölkələrin  kommunikasiya  prioritetlərinin  müəyyən  edilməsinə  daha  fəal  surətdə  cəlb 

edilməsi  Aİ-nin  daha  sistemli  təşviqini  təmin  edəcəkdir.  Tərəfdaş  ölkələrdə  olan  Aİ 

nümayəndəlikləri  əsas  maraqlı  tərəflərin,  xüsusilə  də  vətəndaş  cəmiyyətinin  proseslərə  cəlb 

edilməsi  istiqamətində  üzv  ölkələrin  təmsilçiləri  ilə  sıx  əməkdaşlıq  şəklində  fəaliyyət 

göstərəcəkdir.  Bizim  vətəndaşlarımıza  yaxınlığımızda  sabit,  təhlükəsiz  və  firavan  ölkələrin 

olmasının  Aİ-nin  üzünün  sabitliyi  və  təhlükəsizliyi  baxımından  nə  dərəcədə  əhəmiyyət  kəsb 




27 

 

etdiyini  izah  etmək  məqsədilə  Aİ-nin  daxilində  də  təbliğat  və  təşviqat  fəaliyyətinin  təşkili 



zəruridir.  

Aİ  qeyd  edilən  ictimai  diplomatiya  gündəliyi  üzrə  hökumətlər, vətəndaş  cəmiyyəti,  biznes 

dairələri,  akademik  dairələr və  tərəfdaş  ölkələrdəki  digər vətəndaşlar,  xüsusilə  də  gənclər  ilə 

daha sıx fəaliyyət qurmalı və bu zaman, elmi diplomatiya vasitəsindən də istifadə etməlidir.  

GƏNCLƏR ÜÇÜN TƏRƏFDAŞLIQ 

Qonşu ölkələrdə gənclər ilə fəaliyyət gənclər üçün tərəfdaşlıq mexanizmlərinin yaradılması ilə 

daha da sürətləndiriləcəkdir.  Bu  tərəfdaşlıq  insanlar  arasında  ünsiyyətləri  və  Aİ  və  qonşu 

ölkələrdə olan gənclər üçün şəbəkələri təşviq edəcək, habelə qarşılıqlı hörməti, anlayışı və açıq 

cəmiyyətləri  təbliğ  edəcəkdir.  O  məktəb və  universitetlər  arasında  mübadilə  prosesinin 

əhəmiyyətli dərəcədə yüksəldilməsini, eləcə də qonşu ölkələrdə Avropa Məktəbi pilot layihəsi 

imkanlarını  əhatə  etməlidir.  Erasmus  tələbələrinin  xarici  ölkələrə  səfər etməsi  üçün 

maliyyələşmə ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması daha çox Avropalı gəncləri 

tərəfdaş ölkələrdə təhsil olmağa sövq edəcəkdir ki, bu da nəticə etibarilə üzv ölkələr ilə tərəfdaş 

ölkələr arasında əlaqələrin genişlənməsinə xidmət edəcəkdir.  

Aİ  tədbirlərində  iştirak  edənlər  üçün  “Avropanın  Dostları”  klublarının  və  məzun  şəbəkələrinin 

yaradılması və mümkün olduğu təqdirdə “gənc səfirlər” şəbəkəsinin qurulması, eləcə də Aİ və 

onun  qonşularında  gənc  liderlər və  gələcək  rəy  formalaşdıran  şəxslər arasında  mübadilənin 

aparılmasına imkan verən forumların təsis edilməsi bu  cür təbliğat işləri üçün məqsədəuyğun 

alətlər ola bilər.  

 

Vİİİ. NÖVBƏTİ ADDIMLAR  

Hazirki  Birgə  Məlumat  Avropa  Qonşuluq  Siyasətinin  nəzərdən  keçirilməsi  üçün  formal 

məsləhətləşmə prosesini əhatə edir. Hazırkı Birgə Məlumatda təqdim edilən tövsiyələr əsasında 

gələcək  münasibətlərimizin  istiqamətini  birlikdə  müəyyən  etmək  məqsədilə  2016-cı  il  ərzində 

biz bu Birgə Məlumatda əks olunan təklifləri, eləcə də Aİ-nin müəyyən etdiyi mövqeləri tərəfdaş 

ölkələr ilə müzakirə etməyi planlaşdırırıq.          

 

 



 

 

Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə