Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

14 

 

infrastrukturunun  və  aidiyyəti  xidmətlərin  təkmilləşdirilməsi  daxil  olmaqla    tərəfdaşların 



dənizlərin avtomobil yollarından faydalanmaq potensialına yardım etməlidir.  

Eyni zamanda, Aİ həm şərq, həm də cənub istiqamətdə regional tənzimləyici qrupları  vasitəsilə 

tərəfdaşlar ilə telekommunikasiya sahəsində yaxınlaşmanı təşviq edəcəkdir.  

ENERJİ TƏHLÜKƏSİZLİYİ VƏ İQLİM SAHƏSİNDƏ FƏALİYYƏT  

Məsləhətləşmə zamanı AQS çərçivəsində həm təhlükəsizlik tədbiri (enerji müstəqilliyi), həm də 

dayanıqlı iqtisadi inkişafın vasitəsi kimi enerji sahəsində əməkdaşlığa xüsusi diqqətin yetirilməsi 

ilə bağlı güclü dəstəyin olduğu müəyyən edilmişdir.  

 



Enerji  mənbələrinin  diversifikasiyası,  enerji  effektivliyi  sahəsində  əməkdaşlığın 

genişləndirilməsi,  və  aşağı  karbon  iqtisadiyyatına  keçid  istiqamətində  fəaliyyətlərin 

dəstəklənməsi vasitəsilə daha geniş enerji müstəqilliyinin əldə edilməsinə yardım etmək   

 



Qonşuluq münasibətlərindən kənarda tərəfdaşlar ilə əməkdaşlıq üçün yeni çərçivə    

   


Mərkəzidə ambisiyalı iqlim siyasətinin dayandığı dayanıqlı Enerji Birliyinin yaradılması məqsədilə 

Aİ  enerji  təhlükəsizliyi,  enerji  bazalarında  islahatlar  və  dayanaqlı  enerjinin  təşviq  edilməsi 

sahəsində qonşu ölkələr ilə enerji dialoqunun gücləndirilməsinə sadiqdir. Aİ enerjinin təhlükəsiz, 

etibarlı  və  ehtimal  olunan  tərzdə  hasil  edilməsi  və  nəql  olunması  sahəsində  qonşularından 

yüksək dərəcədə asılıdır və bu səbəbdən də, enerji təhlükəsizliyi və dayanıqlı hasilat məsələləri 

üzrə tərəfdaş ölkələr  ilə  dialoqun  gücləndirilməsinə  ehtiyac  duyur.  Eynilə,  enerji  tərəfdaşların 

özlərinin davamlı inkişafı və dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bəzi tərəfdaşlar enerji resursları üzrə və ya tranzit ölkəsi kimi mövqeləri hesabına əhəmiyyətli və 

ya  potensial  olaraq  əhəmiyyətli  gəlirlərə  malikdir.  Lakin  bütün  tərəfdaşların  iqtisadiyyatında 

sabitlik  onların  enerji  istehlakı  ilə  enerji  təchizatçı  və  ya  hasilatı  profili  arasında  dayanıqlı 

balansdan  bu  və  ya  digər dərəcə  asılıdır.    Şərqdə  yerləşən  bəzi  tərəfdaşlar    müəyyən 

təchizatçılardan həddindən artıq yüksək dərəcə asılılığa  malikdir və bu səbəbdən də, təchizat 

mənbələrinin diversifikasiyası  hesabına  suverenliyin  artırılmasına  böyük maraq  göstərir.  Aİ bu 

cür səyləri  dəstəkləməkdə  davam edəcəkdir.  Cənub  hissədə  olan  digər  ölkələr də  getdikcə 

yüksələn enerji tələbatının idarə edilməsi ilə əlaqədar çağırışlar ilə üzləşir. 

Ukrayna üçün alternativ qaz ixracı axının yaradılması, Cənub Qaz Dəhlizinin tamamlanması və 

yeni  enerji  yataqlarından  daha  səmərəli  şəkildə  istifadə  edilməsi  pan-Avropa  enerji 

təhlükəsizliyinə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.     

Enerji  səmərəliliyi,  bərpa  oluna  bilən  enerji  mənbələri,  tələbin  idarə  edilməsi  və  iqlim 

dəyişikliyinin  təsirlərinin  yüngülləşdirilməsi  və  adaptasiya  üzrə  əməkdaşlığın  genişləndirilməsi 

enerji  suverenliyini  artırmaq  və  zərərli  qaz  buraxılışlarını  azaltmaqla  daha  səmərəli,  rəqabət 



15 

 

qabiliyyətli,  dayanıqlı  və  stabil  iqtisadiyyatların  inkişafına  yardım  edəcəkdir.      Özlənilən  Paris 



İqlim  Razılaşmasının  və  onun  növbəti  mərhələlərinin,  xüsusilə  də  tərəfdaşların  zərinə 

götürdükləri  öhdəliklərin  tam  şəkildə  həyata  keçirilməsinin  təşviqi  müvafiq  məqsədlərin  əldə 

edilməsi  baxımından  çox  vacibdir.    Aİ  qazıntı  yanacaq  mənbələri  üzrə  qabaqcıl  təcrübənin 

bölüşdürülməsi,  birgə  tədqiqatların  aparılması,  o  cümlədən  subsidiyaların  tədricən  aradan 

qaldırılması, atmosferə buraxılan zərərli qazlar üzrə sistemli monitorinq, hesabatlıq və yoxlama 

çərçivəsinin, o cümlədən uzunmüddətli dövr üçün hazır olduqda sonra Aİ-nin emissiyalar üzrə 

ticarət sisteminə birləşdirilə bilinən emissiya ticarət sistemlilərin tətbiq edilməsi istiqamətində 

işlər aparacaqdır.    

Investisiya  və  ticarət  imkanlarını  artırmaq  məqsədilə  Aİ  Moldova  Respublikası,  Ukrayna  və 

Gürcüstan  ilə  Enerji  İcması  vasitəsilə  tam  enerji  bazarı  inteqrasiyasını  genişləndirəcəkdir.  Aİ 

həmçinin,  qarşılıqlı  maraq  kəsb edən  sektorla  üzrə  digər  tərəfdaşlar  ilə  tənzimləyici  bazanın 

uyğunlaşdırılması iqamətində işlər aparmalıdır. Cənub Qonşuluq tərəfdaşı ölkələrinə gəldikdə Aİ 

enerji  hasilatını,  paylanmasını,  ticarəti  və  səmərəli  istehlakın  təşviq  etmək  məqsədilə  xüsusi 

çərçivə əsasında əməkdaşlıq imkanları təklif edəcəkdir.  İlk addım kimi, Aİ ölkə üzrə müfəssəl 

enerji siyasəti təhlillərinin aparılması, o cümlədən enerji investisiyalar sahəsində maneələrə və 

müvafiq  islahatların  müəyyən  edilməsinə  dair  araşdırmaların  həyata  keçirilməsi  məqsədilə 

maraqlı tərəfdaşlar və  Beynəlxalq Enerji Agentliyi ilə birgə çalışacaqdır.  

Aİ Şərqi Aralıq Dənizi hövzəsi, Maqreb və Cənubi Qafqaz kimi alt-regional əməkdaşlıq əlaqələrini 

dəstəkləyəcəkdir.  Qonşuluq  əlaqələrindən  savayı  Türkiyə,  Qazaxıstan,  Türkmənistan  və 

potensial  olaraq  İraq  və  Iran  kimi  ölkələr  ilə  çalışmaq  üçün  yeni  Tematik  Çərçivədən  istifadə 

oluna bilər.  Bu trans-regional fəaliyyəti və müvafiq sahələr üzrə investisiyaları dəstəkləməklə 

yanaşı  İNOGATE  kimi  uğurlu  təşəbbüslərin  genişləndirilməsinə  imkan  yaradacaqdır.  Məqbul 

şərait  mövcud  olduğu  təqdirdə  Aİ  beynəlxalq  və  Avropa  qanunlarına  uyğun  olaraq  Rusiya  ilə 

enerji əlaqələrinin yeni formatını nəzərdən keçirə bilər.      



V.2. TƏHLÜKƏSİZLİK İSTİQAMƏTİ  

Məsləhətləşmə  zamanı  maraqlı  tərəflər  tərəfdaş  ölkələrin  qarşılaşdıqları  təhdidlərə  qarşı 

dayanıqlığını  təmin  etmək  məqsədilə  AQS  çərçivəsində  təhlükəsizlik  məsələsinə  geniş  yer 

verilməsinin tərəfdarı olduğunu bildirmişlər. Təhlükəsizlik üzrə yeni hədəflər AQS çərçivəsində 

geniş  əməkdaşlıq  istiqamətlərini  açacaqdır.  Əməkdaşlıq  təhlükəsizlik  sektorunda  islahatları, 

sərhədlərin müdafiəsini, terrorçuluğa və ekstremizmə qarşı mübariz tədbirlərini və böhranların 

idarə edilməsi məsələlərini əhatə etməlidir.     

 



Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə