Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

10 

 

prioritetlərə əsaslanan fərqli, proqressiv və asimmetrik yanaşma vasitəsilə Cənub Aralıq dənizi 



hövzəsi  tərəfdaşları  ilə  cari  danışıqları  dəstəkləyəcəkdir.  Aİ  AR/DCFTA  və  digər  ikitərəfli 

razılaşmaların həyata keçirilməsinə xidmət edən daxili islahatların aparılmasında qonşu ölkələri 

dəstəkləyəcəkdir. 

Sözügedən razılaşmaların tam və effektiv şəkildə həyata keçirilməsi AR/DCFTA tərəfdaşları üçün 

vacibdir. 2013-cü ildə Vilnüs şəhərində və  2015-ci ildə Riqa şəhərində keçilmiş Şərq Tərəfdaşlıq 

sammitlərində qeyd edildiyi kimi AR/DCFTA-ların həyata keçirilməsi və paralel olaraq müvafiq 

islahatların aparılması tərəfdaş ölkələrin beynəlxalq standartlara və Aİ-nin qanunvericiliyinə və 

nonalarına hərtərəfli şəkildə yaxınlaşmasına imkan verəcəkdir. Bu tərəfdaş ölkələrin Aİ-nin daxili 

bazarına tədricən iqtisadi inteqrasiyası ilə nəticələnəcək və mahiyyət etibarilə, iqtisadi zonanın  

yaradılmasına  gətirib  çıxaracaqdır.  Aidiyyəti  tərəfdaş  ölkələr  ilə  Aİ  arasında  bu  cür  ambisiyalı 

uzunmüddətli  iqtisadi  inteqrasiya  baxışları  arzu  ediləndir.  O  həmçinin,  Ümumdünya  Ticarət 

Təşkilatının  (ÜTT)  qaydaları  və  Avropa və  onun  hüdudlarından  kənarda  sərbəst  seçimlər 

əsasında  daha  geniş  iqtisadi  rifah  zonasının  yaradılması  kimi  uzunmüddətli  məqsədin  həyata 

keçirilməsinə töhfə verəcəkdir.    

Lakin bir sıra ölkələr bu cür modeli həyata keçirmək istəyində deyildir. DCFTA üzrə danışıqlara 

aparmaq arzusunda  olmayan  ölkələr  üçün qarşılıqlı  maraqlara  söykənən inteqrasiyanın  təşviq 

edilməsi  və  ticarət və  investisiya  əlaqələrinin  gücləndirilməsi  istiqamətində  birgə  cəlbedici  və 

realistik  alternativlər  tapmağa  çalışacağıq.  Aİ  prosesin  əvvəlindən  bütün  sektorlar  üzrə 

əməkdaşlıq etmək niyyətində olmaya ölkələr üçün mümkün olduğu təqdirdə     mövcud imtiyazlı 

və ya qeyri-imtiyazlı ticarət Razılaşmalarının hüdudlarından kənara çıxan daha yüngül seçimlər, 

daha çevik imkanlar təklif edəcəkdir.  

Nümunə  kimi  qeyd  etmək  istərdik  ki,  AR/DCFTA  çərçivəsində  xüsusi  sektorlar  üzrə  sənaye 

məhsullarının  sərbəst hərəkətinə  imkan  verən  Uyğunluğun  Qiymətləndirilməsi  və  Qəbul 

Edilməsi  (ACAA)  Razılaşmalarının  imzalanması  imkanı  nəzərdə  tutulur.  ACCA  Aİ  ilə  mövcud 

müqavilə  əlaqələrinin  texniki  tənzimləmə,  standartlar  və  uyğunluğun  qiymətləndirilməsi 

sahələrində yaxınlaşmanı nəzərdə tutan digər AQS ölkələri üçün də məqsədəuyğun ola bilər. 

Aİ AQS tərəfdaş ölkələri, onlarin ticarət tərəfdaşları və Aİ arasinda ticarətin təşviq edilməsinə 

sadiq olaraq qalmaqdadır.   

İQTİSADİ MODERNİZASİYA VƏ SAHİBKARLIQ  

 



Biznes  şəraitinin  və  inversiya  mühitinin  yüksəlməsinə  xidmət edən  islahatları 

dəstəkləmək 

 

KOM-ların dəstəklənməsi vasitəsilə artıma yardım etmək 



 

 Mövcud  sektorların  müasirləşdirilməsi  və  yeni  sektorlara  diversifikasiyası  vasitəsilə 



artımı dəstəkləmək  


11 

 

 



Aİ  iqtisadi  dialoqlar,  siyasi  məsləhətlər və  maliyyə  yardımının  səfərbər  edilməsi  vasitəsilə 

sistemli  və  dayanıqlı  artımın  əldə  edilməsi  məqsədilə  öz  iqtisadiyyatlarını  modernizasiya 

etməkdə tərəfdaş ölkələrə dəstək göstərəcəkdir. O investisiyaların həcminin yüksəldilməsinə və 

daha  çox  və  daha  yaxşı  iş  yerlərinin  açılmasına  xidmət edən  daha  yaxşı  biznes  mühitinin 

yaradılmasını  və  islahatların  aparılmasını  təşviq  edəcəkdir.  O  həmçinin,  əsasən  maliyyə  və 

informasiya  mənbələrinin  çıxış  imkanının  yaxşılaşdırlması  vasitəsilə  məşğulluq  imkanının 

yaradılmasında (və artıq DCFTA çərçivəsində dəstəklənən) əsas aparıcı qüvvə hesab edilən kiçik 

və  orta müəssisələrin  (KOM)  dəstəklənməsinə  diqqət  yetirəcəkdir.  Iqtisadi  və  sosial  inkişafa 

xidmət edən  islahatlar  (bilik  və  bacarıqların  inkişafı,  sosial  müdafiə, təhsil,  su  təchizatı  və 

sağlamlıq və s.) dəstəklənməli və təşviq edilməlidir. 

Tədqiqat, elm və innovasiya qonşu ölkələrdə layiqli və dayaniqli iş yerlərinin yaradılması üçün 

çox  vacib  amildir.  Bu  baxımdan  da,  qonşu  ölkələrin  Avropa  Biznes  Şəbəkəsi,  Üfüq  2020  və 

COSME  Aİ  proqramları  kimi  Aİ-nin  təşəbbüslərində  fəal  iştirakının  dəstəklənməsi,    GEANT  ilə 

əlaqənin yaradılması və tədqiqat və innovasiya strategiyalarının hazırlanması məqsədilə Aİ-nin 

regional  siyasəti  çərçivəsində  yaradılan  “smart  ixtisaslaşma”  konsepsiyasının  təşviq  edilməsi 

vasitəsilə  iqtisadiyyatların  diversifikasiyası  və  modernizasiyası  həyata  keçirilməlidir.      Aİ  və 

qonşu ölkələrdə elm tutumlu iş yerlərinin yaradılması və investorların innovativ bizneslərə cəlb 

edilməsi  məqsədilə  elmi  dəlillərdən  istifadə  etməklə  Aİ  ilə  onun  şərq  və  cənub  qonşuları 

arasında  Ümumi  Bilik  və  İnnovasiya  Sahəsinin  yaradılması  təşviq  olunmalıdır.  Aİ  RALIQ  Dənizi 

hövzəsi ölkələrində Tədqiqat və Innovasiya üzrə Tərəfdaşlıq (PRİMA) kimi birgə proqramlar və 

qonşu  ölkələrin  Üfüq  2020  təşəbbüsünə  qoşulması  vasitəsilə  birgə  tədqiqat  və  innovasiya 

prioritetlərini uyğunlaşdırmaqda və inteqrasiya etməkdə davam edəcəkdir.      

Kənd təsərrüfatı əksər tərəfdaş ölkələrdə əsas məşğulluq mənbəyidir və Aİ sözügedən sektorun 

müasirləşdirilməsi istiqamətində davamlı və inkluziv siyasətləri və investisiyaları, eləcə də lazım 

olduğu  təqdirdə  kənd  ərazilərində  digər  gəlir  əldə  etmək  imkanlarının  yaradılmasını 

dəstəkləyəcəkdir. Aİ təbii ehtiyatların deqradasiyası və onlar uğurunda rəqabət kimi ətraf mühit 

çağırışlarını  həll etməklə  resurs  baxımdan  səmərəli  iqtisadiyyatı  dəstəkləyəcəkdir.  Eynilə,  Aİ 

paylaşılan  dənizlərdən  dayanıqlı  istifadə  üzrə  ümumi  baxışlar  istiqamətində  birgə  işlər 

aparmaqla dəniz iqtisadiyyatının da inkişafına töhfə verməlidir.     

Aİ  ilə  onun  qonşu  ölkələri  arasında  rəqəmsal  mühitləri  uyğunlaşdırmaq  məqsədilə  rəqəmsal 

iqtisadiyyat  üzrə  dəstək  gücləndirilməlidir.  Bu  iş  yerləri,  artım  və  innovasiya  yaratmaqla, 

xüsusilə  yerli  və  ya distant  şəraitdə  təhsil  və  məşğulluq  imkanları, eləcə  də  aşağı  ilkin  kapital 

tutumlu bizneslərin fəaliyyətə başlaması baxımından gənclər üçün çox faydalı olacaqdır.       

MƏŞĞULLUQ VƏ MƏŞĞULLUQ İMKANI: GƏNCLƏRƏ XÜSUSİ DİQQƏT 




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə