Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

12 

 



 

Xüsusilə gənclər üçün iş yerləri və bilik bacarıqlara diqqət 

 

ERASMUS+ istiqamətində dəstəyin gücləndirilməsi  



 

Peşə təlimini yeni yanaşma 



 

Beyin dövriyyəsi üçün yeni stimullar   



 

Aİ yerli işçi qüvvəsinin məşğuluq imkanlarının yüksəldilməsinə, eləcə də xüsusilə gənc oğlan və 

qızlar  üçün  bilik  və  bacarıqların  artırılması  və  imkanların  yaradılması    məsələlərinə  yardım 

etməlidir.  Bu  məktəbdən  kənar  təhsilin  (qeyri-formal  öyrənmə)  təşviqindən  ibtidai  və  orta 

təhsilə çıxış imkanının yüksəldilməsinə, savadsızlığa qarşı mübarizdən bilik, bacarıq, .şagirdlərik 

və  iş  yerində  təlimlərin  inkişafının  təmin  edilməsinə  qədər  müxtəlif  fəaliyyət  istiqamətlərini 

əhatə  edir.  Aİ  qonşu  tərəfdaşların  Erasmus+  proqramına  cəlb  edilməsi  səviyyəsinin  

genişləndirilməsi,  o  cümlədən  maliyyə  imkanlarının  artırılması  istiqamətində  fəaliyyəti 

əhəmiyyətli  dərəcə  gücləndirəcəkdir.  Münaqişə  regionlarından  olan  ali  təhsil  müəssisələrinin 

Erasmus+ proqramında iştirakı məsələsinə xüsusi diqqət yetirilməlidir.   

Aİ mühüm əhəmiyyət kəsb edən peşə təhsili və təlimi sahəsinə daha geniş dəstəyi təmin etmək 

məqsədilə bu sahədə mobilliyi təşviq edəcəkdir. Aİ həmçinin, xarici ölkədə təcrübəsi qazanmaq 

niyyətində olan Avropa və qonşu ölkələrin təlim iştirakçılarına da dəstək göstərəcəkdir.  

Aİ Şərq Tərəfdaşlığı çərçivəsində gənclərin məşğulluğu və məşğulluq imkanları barədə panelin 

yaradılması istiqamətində tərəfdaşlar ilə məsləhətləşmə aparacaqdır. Aİ eyni zamanda, region 

üzrə mövcud əməkdaşlıq çərçivəsində Cənub Aralıq Dənizi hövzəsi ölkələri arasında təhsil, təlim 

və gənclər siyasəti sahəsində mübadilələri dəstəkləyəcəkdir. Aİ sözügedən istiqamətdə fəal rol 

oynaması məqsədilə Avropa Təlim Fondunu prosesə dəvət edəcəkdir. 

Aİ  bilik  və  bacarıqların  əmək  bazarının  ehtiyaclarına  uyğunlaşdırılması,  akademiya-sənaye 

əməkdaşlığının  genişləndirilməsi,  elm  tutumlu  və  dayanıqlı  iş  yerləri  məqsədilə  şagirdlərin 

məşğulluq imkanı bacarıqlarının  artırılması istiqamətində   siyasətləri dəstəkləyəcək, habelə Aİ-

dı  təhsil  almış  və  ya  biliklərə  yiyələnmiş  şəxslərin  öz  doğma  ölkələrinə  qayıtması  məqsədilə 

həvəsləndirmə mexanizmlərini təşviq edəcəkdir.  

ARTIM ÜÇÜN TƏRƏFDAŞLIQ 

 

İnvestisiya  və  iqtisadiyyatın  müasirləşdirilməsini  dəstəkləmək  üçün  tərəfdaşlığı  inkişaf 



etdirmək  

 



Özəl sektoru investisiya və islahatların genişləndirməsinə fəal surətdə cəlb etmək   

 



Artım,  iş  yerləri  və  gənclər sahəsində  strategiyaların  dəstəklənməsi  məqsədilə  özəl 

sektor, Aİ, üzv ölkələr və BMT-ləri arasında yeni alyanslar  

   



13 

 

Arzu  edən  qonşu  ölkələr  üçün  Aİ  artımın,  məşğulluğun  və  iqtisadiyyatın  modernizasiyasının 



dəstəklənməsi məqsədilə kəsişən tərəfdaşlıq çərçivəsi yaradacaqdır. Bu dövlət və özəl sektoru

Aİ-ni və maraq göstərən üzv ölkələri, BMT-ları və digər tərəfdaşları bir araya gətirməklə müvafiq 

ölkələrin  Smart Ixtisaslaşma strategiyasına uyğun inkişaf etməsinə imkan yaradacaqdır.    

Xüsusilə,  Aİ  qonşu  ölkələrdə  sahibkarları  tərəfdaşlar  ilə  birbaşa  fəaliyyətə  daxil  olmağa  sövq 

edəcəkdir.      AQ  tərəfdaşlarının  iqtisadi  diplomatiya  missiyası  daha  sistemli  şəkildə  həyata 

keçirilməli  və  qonşu  ölkələrdə  ticarət və  investisiyaların  təşviqi  məqsədilə  Avropa  biznes 

dairələri daha effektiv şəkildə səfərbər edilməlidir. Eyni zamanda, bu cür missiyalardan istifadə 

etməklə qonşu ölkələrə müvafiq konkret iqtisadi inkişaf problemləri üzrə, o cümlədən bilik və 

bacarıqların, sahibkarlığın inkişaf etdirilməsi və iqtisadi fəaliyyətin diversifikasiyası istiqamətində 

müvafiq praktik dəstək təmin olunacaqdır. 

NƏQLİYYAT VƏ ƏLAQƏ 

Məsləhətləşmə prosesi çərçivəsində əsas sahələrdən biri kimi daha sıx əlaqələrin dəstəklənməsi  

qeyd olunmuşdur 

 



TEN-T şəbəkələrini şərq tərəfdaşların doğru genişləndirmək 

 



TENT-T təlimatlarına  daxil  edilməsi  məqsədilə  cənub  regionunda  regiona  şəbəkələri 

müəyyən etmək   

 

       Nəqliyyat  əlaqələri  və  telekommunikasiya  sahəsində  əməkdaşlıq  tərəfdaşların  iqtisadı 



inkişafına töhfə verir və onlar arasında dialoqların təşviq edilməsi və regional əməkdaşlıq üçün  

başlanğıc  nöqtəsi  funksiyasını  yerinə  yetirə  bilər.  Şərqdə  Trans-Avropa  Nəqliyyat  Şəbəkəsinə 

(TEN-T) birləşmiş təhlükəsiz və dayanıqlı nəqliyyat sistemi qonşu tərəfdaş ölkələr ilə Aİ arasında 

iqtisadi  artımın  təşviq  edilməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.        Bu  məqsədlə,  Aİ 

TEN-T şəbəkəsini Şərq tərəfdaşlarına doğru genişləndirməli və BMT-ları və digər tərəfdaşlar ilə 

birlikdə qeyd edilən istiqamətdə işlərin aparılması üçün zəruri investisiyanı təmin etməlidir.     

Cənub  tərəfdə, dəniz,  aviasiya,  dəmiryolu,  avtomobil  yolu  və  şəhər  nəqliyyat  sistemi 

məsələlərini əhatə edən 2014-2020-ci illər üzrə Regional Nəqliyyat Fəaliyyət Planı çərçivəsində 

tənzimləyici bazanın uyğunlaşdırılması və əlaqələndirməsi məsələsi nəzərdən keçirilməlidir. Eyni 

zamanda, Aİ prioritet regional infrastruktur layihələrini müəyyən etməli  v gələcək Trans-Aralıq 

Dənizi Nəqliyyat Şəbəkəsi üçün nümunəvi xəritələr hazırlamalıdır.    

Gürcüstan, İsrail, İordaniya Moldova və Mərakeş (Ukrayna ilə artıq tamamlanmaq üzrədir) ilə bu 

günə qədər imzalanmış razılaşmaların həyata keçirilməsi və yeni razılaşmalar üzrə danışıqların 

aparılması vasitəsilə Ümumi Aviasiya Məkanı təşəbbüsü təşviq ediləcəkdir. Aİ dəniz limanlarının 




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə