Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

 

Aİ-nin  2016-2020-ci  illər



1

  üzrə  Gender  Fəaliyyət  Planının  həyata  keçirilməsinə  xüsusi  diqqət 

yetiriləcəkdir.  Sözügedən  təşəbbüs AQƏ  proqramının  hazırlanması  prosesini  məlumatla təmin 

etməli və həmçinin, 2030 universal Gündəliyə də uyğun olaraq gender bərabərliyi və qadın və 

qızların  səlahiyyətinin  artırılması  istiqamətində  öz  öhdəliklərini  yerinə  yetirməkdə  AQS 

tərəfdaşlarını dəstəkləməlidir. Qadın və qızların fiziki və psixoloji   müdafiəsi, sosial və iqtisadi 

hüquqların təşviqi, qadın və qızların səlahiyyətinin artırılması, onların məhkəmə, təhsil, səhiyyə 

və  digər  sosial  xidmətlərə  çıxış  imkanının  artırılması,  onların  səs  hüququnun  və  siyasətdə 

iştirakçının  gücləndirilməsi  məsələlərinə, eləcə  də  sadalanan    öhdəliklər  üzrə  nəticələrin  əldə 

edilməsi üçün institutsional mədəniyyətinin istiqamətləndirilməsinə xüsusi diqqət yetiriləcəkdir.        

Aİ  vətəndaşların  hökumətlərdən  hesabatlıq  tələb edə  bilmək  imkanlarını  dəstəkləməyə 

çalışacaq  və  plüralizm,  müstəqillik  və  yerli  KİV-lərin  peşəkarlıq  səviyyəsinin  yüksəldilməsi 

istiqamətində fəaliyyət göstərəcək və onların ictimai debatlar üçün forum və tərəfdaş ölkələrdə 

dəyişikliyin katalizatoru rolunu oynamasına yardım edəcəkdir.   Açıq və sərbəst internetə çıxış 

imkanı da təşviq edilməlidir.       

Həm birbaşa yollar, həm də digər təşkilatların iştirakının dəstəklənməsi vasitəsilə alt-ölkə. Ölkə 

və  regionlar-arası  səviyyələrdə  vətəndaş  cəmiyyətləri  bir  qədə  də  dəstəklənməlidir.  Avropa 

Demokratiyaya  Yardım  Fondu  bu  baxımdan  mühüm  rol  oynaya  bilər.  Aİ  Vətəndaş  cəmiyyəti 

üçün  qrant  proqramları  və  s.  bu  kimi  proqramlardan  istifadə  etməklə  tərəfdaş  ölkələrdə 

vətəndaş cəmiyyətinin peşəkarlarının və liderlərinin potensialının artırılmasını dəstəkləməlidir.   

Bu istiqamətdə gənclərin oynadığı mühüm rol da nəzərə alınmalıdır.                                                   

Əksər qonşu ölkələrdə enik, dini və mədəni xüsusiyyətlər və ənənələr cəmiyyətin necə fəaliyyət 

göstərməsində həlledici rol oynayır. İctimai məsləhətləşmə zamanı maraqlı tərəflər sözügedən 

amillərə  diqqət  çəkmiş  və  Aİ-dən  daha  geniş  birgə  məsuliyyət  imkanının  yaradılmasını  xahiş 

etmişdir.  Bu baxımdan da, Aİ əhatə dairəsini genişləndirməklə sözün geniş mənasında vətəndaş 

cəmiyyətinin müvafiq üzvlərini, eləcə də sosial tərəfdaşları özündə ehtiva etməlidir. 



V. ƏMƏKDAŞLIQ ÜÇÜN TƏKLİF EDİLƏN BİRGƏ PRİORİTETLƏR 

V.1 SABİTLİK ÜÇÜN İQTİSADİ İNKİŞAF    

Məsləhətləşmə prosesində iştirak edən tərəfdaşlar iqtisadi inkişaf və modernizasiya, investisiya 

və  gənclər  üçün  məşğulluq  imkanlarının  genişləndirilməsi  istiqamətində  Aİ  ilə  tərəfdaşlıq 

etməkdə maraqlarını ifadə etmişlər. Bu mobillik və AI ölkələrinə səfər etmək və orada işləmək 

üzrə hələ də davam edən güclü maraq ilə əlaqəlidir.  

 

                                                           



1

 13201/15 Şuranın Nəticələri, 26 oktyabr 2015-ci il  




 

Iqtisadi  və  sosial  inkişaf  Aİ-nin  qonşu  ölkələrdə  stabilləşmə  və  tərəfdaşlıq  əlaqələrinin 



yaradılması istiqamətində verdiyi töhfələrin əsasını təşkil etməlidir.  

İqtisadi  idarəetmənin  təkmilləşdirilməsi,  fiskal  sabitliyin  gücləndirilməsi  və  rəqabət 

qabiliyyətinin  yüksəldilməsi  və  inkluziv  artım  məqsədilə  struktur  islahatlarının  dəstəklənməsi 

ölkənin  iqtisadi  dayanıqlığının  atılması  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.    Qonşu 

ölkələrdə  makroiqtisadi sabitlik və iqtisadi islahatlar prioritet istiqamətlərdir və Aİ əsas etibarilə 

Makro-Maliyyə  Yardımı  əməliyyatları  vasitəsilə  müvafiq  dəstək  təmin  edəcəkdir.      Effektiv  və 

inkluziv  iqtisadi  idarəetməni  həyata  keçirmək  və  dayanıqlı  sosial  nəticələri  təmin  etmək 

iqtidarında  olan  yeni  dövlət  idarəçiləri  nəslinin  yetişdirilməsinə  yardım  etmək  məqsədilə  

potensialın  artırılmasını  və  təlimlər  üçün  yeni  imkanları  təşviq  etməlidir.  Iqtisadiyyatın 

modernizasiyası, innovasiyaların dəstəklənməsi, iş yerlərinin yaradılması və bilik və bacarıqların 

yüksəldilməsi, habelə iqtisadi, sosial və ərazi vəhdətinin təşviq edilməsi digər mühüm aspektlər 

sırasına daxildir.      

İş  yerlərinin  yaradılması  və  iqtisadi  artımın  əldə  edilməsinə  yardım  etmək  məqsədilə  bir  sıra 

yeni,  eləcə  də  əksər  mövcud  alətlərdən  daha  effektiv  şəkildə  istifadə  etmək  olar.  Aİ  özəl 

sektorun inkişaf etdirilməsi, eləcə də inkluziv artımını məşğulluğu təşviq edən və vətəndaşların 

həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən  təşəbbüslərin həyata keçirilməsi istiqamətində 

beynəlxalq  maliyyə  institutları  (BMİ),  xüsusilə  də  Avropa  İnvestisiya  Bankı  (AİB),  Avropa 

Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı , Beynəlxalq Valyuta Fondu (BVF)  və digər 

aidiyyəti  təşkilatlar  ilə  əməkdaşlığı  gücləndirməlidir.  Eyni  zamanda,  özəl  sektor  ilə  tərəfdaşlıq 

əlaqələrini gücləndirən tədbirlər təşviq edilməli, və əlavə resursların cəlb edilməsinin və Aİ-nin 

dəstəyinin  təsirinin  artırılmasının  mühüm  vasitələri  kimi  qarışıq  qrantlar  və  kreditlər  kimi 

innovativ yanaşmalardan istifadə  genişləndirilməlidir. 

TİCARƏT  

Məsləhətləşmə bazara çıxış imkanının hələ də mühüm rol oynadığını göstərməklə yanaşı, ticarət 

razılaşmaları üzrə daha geniş çevikliyin lazım olduğunu  vurğulamışdır. 

 



DCFTA daxil olan ölkələr ilə iqtisadi zonaların yaradılması istəyi  

 



Digər ölkələr üçün daha yüngül, daha çevik ticarət razılaşmaları  

   


İndiyə  qədər  AQS  çərçivəsində  rifah  halını  təşviq  edən  əsas alət  Aİ  bazarına  çıxış  imkanın 

verilməsi  olmuşdur.  Bəzi  qonşu  ölkələr  Aİ  ilə  sıx  iqtisadi  inteqrasiya  yolunu  seçmişlər. 

Assosiasiya  Razılaşmalarının  (AR)  tərkib  hissəsi  kimi  şərq  tərəfdaşları  (Ukrayna,  Moldova 

Respublikası  və  Gürcüstan)  ilə  Dərin  və  Hərtərəfli  Azad  Ticarət  Zonasına  (DCFTA)  dair  üç 

razılaşma  imzalanmışdır.        Cənub  qonşularına  gəldikdə  isə,  bir  DCFTA  müqaviləsi  danışıqlar 

mərhələsindədir  (Mərakeş  ilə),  Tunis  ilə  danışıqlara  isə  yenicə  start  verilmişdir.  Aİ  qarşılıqlı 




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə