Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə42/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   38   39   40   41   42   43   44   45   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Elektrik qövs metallaşdırılması

Elektrik qövsnmetallaşdırılması xüsusi avadanlığın köməyi ilə aparılır.Belə aparatlara elektrik metallaşdırıcı deyilir.

Metal iki məftil arasında yanan qövs ilə əridilir,tozlandırma isə sıxılmış hava şırnağı vasitəsilə aparılır.

Əl ilə elektrik – qövs metallaşdırmasında EM-9 ,EM-14 aparatlarından , dəzgahın supportunda quraşdırıldıqda isə EM-6,EM-12 aparatlarından edilir.












Bir-birindən izolə edilmiş 1.2-2.5 mm diametrli iki ədə elektrod məftil xüsusi mexanizmi vasitəsilə bərabər sürətlə verilir.İstiqamətləndirici ucluqlardan çıxan elektrod məftillər arasında elektrik qövsü yandırılır.Boru ilə qövs zonasına 0.4-0.5 Mpa təzyiq altında verilən qaz və ya sıxılmış hava əridilmiş metalı 10-150 mkm-ə qədər ölçüdə hissəciklərı tozlandırır və hissənin üzərinə üfürür.Hissəciklərin sürəti 140-300 m / san ,sabit cərəyanın qiyməti 55-160A ,gərginlik 25-35 V ,soplodan hissənin səthinə qədər olan məsafə 80-100 mm olur.

Ərimə temperaturu 4000dərəcə S ,bəzən də daha böyük dərəcəyə çatdırmaq olur.Elektrik metallaşdırılmasınən yüksək temperatura malik olması bərk ərinyidən də tozlandırılmasına imkan verir.Avadanlıq sadədir.İsitsmar xərcləri azdır.Örtüyün bərkliyi elektrod məftilinin ilkin bərkliyindən 1.6-1.7 dəfə böyük olur,bu da örtükdə metal hissəciklərinin bərkiməsi və tablanması ilə izah olunur.

Elektrik metallaşdırılmasında əsas mənfi cəhətlərinə kimyəvi legirləyici elementlərin həddən çox yanması ,çökdürülən metalın oksidləşməsi və tozlandırma zamanı metal itkisinin çox olması vəs.göstərilə bilər. Örtüyün sıxlığı az,dağılmada möhkəmlik həddi 8 – 18 kq/mm2 təşkil edir.Sıxılmış hava əvəzinə azot istifadə olunduqda möhkəmliyi iki dəfə artırmaq olur.




Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə