AvtonəQLİyyat vasiTƏLƏRİNİn tam siğortasi üZRƏ Ümumi qaydalar



Yüklə 226,28 Kb.
səhifə2/9
tarix02.06.2018
ölçüsü226,28 Kb.
#47299
1   2   3   4   5   6   7   8   9

3.Sığortanın sinifləri


  1. Bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə aşağıdakı sığorta siniflərini əhatə edir:

  1. avtonəqliyyat vasitələrinin sığortası;

  2. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası;

  3. fərdi qəza və xəstəlik sığortası.

  1. Sığortalının seçimi əsasında sığorta müqaviləsində göstərilməklə Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan bir, yaxud bir neçə sığorta sinfi üzrə Qaydaların Xüsusi hissəsininin müvafiq bölmələrində müəyyən edilən şərtlərlə sığorta təminatı verilə bilər.

4.Sığortanın predmeti və sığorta riskləri


  1. Sığorta predmeti və sığorta riskləri Qaydaların Xüsusi Hissəsində hər bir bölmə üzrə ayrılıqda müəyyən edilir.

  2. Qanunvericiliyə və sığorta təcrübəsinə zidd olmadığı hallarda, sığorta müqaviləsi ilə bu Qaydaların Xüsusi Hissəsində nəzərdə tutulmayan risklər, o cümlədən digər sığorta siniflərinə daxil olan risklər üzrə də sığorta təminatı verilə bilər.

5.Sığorta müqaviləsinin tərəfləri və aid olduğu digər şəxslər


  1. Sığortaçı sığorta müqaviləsinin tərəfi olan (___________________________________________) açıq səhmdar cəmiyyətidir.

sığortaçının adı

  1. İstənilən fəaliyyət qabiliyyətli fiziki şəxs sığortalı qismində sığortaçı ilə sığorta müqaviləsi bağlayaraq sahibliyində olan avtomobillə bağlı riskləri bu Qaydalara əsasən sığorta etdirə bilər.

  2. Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.

  3. Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.

  4. Qaydaların II Bölməsi üzrə sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı faydalanan şəxs sayılır. Qaydaların III Bölməsi üzrə zərərçəkən üçüncü şəxs və (və ya) ona dəymiş zərərin əvəzini ödəmiş, lakin zərərin vurulmasında təqsirli olmayan digər şəxs, habelə zərərçəkən üçüncü şəxsin vərəsələri faydalanan şəxs sayılır. Qaydaların IV Bölməsi üzrə sağlamlığına zərər dəymiş sürücülər və (və ya) sərnişinlər, həmçinin onların vərəsələri faydalanan şəxs sayılır.

6.Sığorta müqaviləsinin bağlanması


  1. Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir.

  2. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:

  1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;

  2. Sığortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin və bu Qaydaların bir nüsxəsinin verilməsi yolu ilə.

  1. Bu Qaydaların 6.2.2-ci bəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.

7.Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi


  1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə zidd olmayan və sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.

  2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.

8.Sığorta müddəti və sığorta ərazisi


  1. Sığortanın müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.

  2. Tərəflərdən hər hansı birinin yazılı etirazı olmadıqda, sığorta müqaviləsi avtomatik olaraq növbəti bir il müddətinə uzadılmış hesab edilir və bu zaman sığorta müqaviləsinin uzadılmasının qüvvəyə minməsi üçün yeni bağlanmış sığorta müqaviləsinin qüvvəyə minməsi ilə bağlı bu Qaydalarda müəyyən edilmiş şərtlər tətbiq olunur. İpotekada olan avtomobillə bağlı sığorta müqaviləsinin uzadılmasına ipoteka qoyan sığortalının etirazı yalnız ipoteka saxlayanın razılığı olduqda qəbul edilə bilər.

  3. Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixindən yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayaraq ödənilmiş olsun.

  4. Sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş birinci hissəsi bu Qaydaların 8.3-cü bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə sığorta müqaviləsi qüvvədən düşmüş hesab olunur.

  5. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin odənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.

  6. Bu Qaydaların 10.1.8-ci bəndi istisna olmaqla, sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə üçün əsas olan hər hansı digər hal yarandıqda, sığorta müqaviləsi həmin halın yarandığı andan etibarən qüvvədən düşmüş hesab edilir.

  7. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

  8. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.

Yüklə 226,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə