Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə109/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   106   107   108   109   110   111   112   113   114

______________Milli Kitabxana_______________ 
346 
Çünki məhz teatr aləmi elə bir dünyadır ki, gerçək həyatda 
mümkün olmayanları gerçəkləşdirir.  
     Mehdi 
Məmmədovun rejissurası K.S.Stanislavski 
“sistem”indən total teatra doğru bir sənət yolunu özündə 
qapsayır. Burada teatr mədəniyyətinə aid heç nə çıxdaş edilmir: 
hər  şey məqbuldur; təki ilgiləndirmək, təsir etmək qüvvəsinə 
malik olsun. Odur ki, onun tamaşalarından Avropa teatrının və 
bizim milli teatrın tarixi və estetikası boylanır. Ol səbəbdən 
Mehdi səhnədə  nə qurubsa, kitab səhifələrində  nə yazıbsa, 
onların hamısı ustad dərsləridir.  
     Mən qorxuram ki, bütün bunları bir-bir rezüme kimi 
dedikcə  təzədən alışıb bir monoqrafiya yazım. Həqiqətən, 
Mehdi yaradıcılığı ucsuz-bucaqsız dəniz kimidir. Nə  qədər 
üzürsən, sahil yenə görünmür ki görünmür. 
     1983-cü  ildə Mehdinin daha iki kitabı  mətbəələrdən 
köşklərə, dükanlara daşınır: “Onun sənət ulduzu”, və bir də 
“Acı  fəryadlar,  şirin arzular”. Bu qədər qüvvəni, enerjini 
Mehdi haradan tapırdı? Tamaşalar qururdu, radio və televiziya 
verilişlərində ssenarist və aparıcı kimi iştirak edirdi, dərs 
deyirdi, kitab yazırdı... Mən söyləyəndə ki, milli teatr 
mədəniyyətində Mehdi Məmmədov İntibah adamı olub, heç də 
yanılmıram və heç nəyi də  şişirtmirəm. Bu insanda İntibah 
şəxsiyyətləri üçün xarakterik bir universallıq vardı. Və bu 
Mehdinin hər işində özünü görükdürürdü. Amma onun 
şəxsiyyətində kükrəyən 
İntibah həmişə maarifçiliklə 
cilovlanırdı, maarifçiliklə dialoqa girirdi. Və bu situasiyada 
Mehdi bilmirdi ki, nəyə üstünlük versin; bilmirdi ki, nə ona 
daha yaxındır. Bax, elə bu da Mehdinin iç dünyasının  
“müəmma”sı idi. Elə bir müəmma ki, onun sənətkar 
şəxsiyyətinin cazibəsini artırırdı, toplumda Mehdi fenomeninə 
olan marağı  şiddətləndirirdi. Mehdi İntibah  şəxsiyyəti kimi 
davranırdı, maarifçi kimi mühakimə yürüdürdü, maarifçi kimi 
düşünürdü. Onun həyatının son akkordları da dediklərimə bir 
sübut... 


______________Milli Kitabxana_______________ 
347 
     1983-cü  ildə Mehdi Məmmədov məşğulluq səviyyəsinin 
həddən artıq olmasına baxmayaraq, yaşının 68 (pasporta görə 
65) olmasına baxmayaraq, sanki özünə  aşırı inam hissini 
nümayiş etdirərək, gənclik  şövqü, gənclik ehtirası nümayiş 
etdirərək bir daha evlənir, rejissorluq kafedrasının cavan 
laborant xanımlarından biri ilə ailə qurur. 1984-cü ildə isə bu 
nigah Mehdiyə dördüncü oğul övladını hədiyyə eləyir: cahana 
Mehdinin sonbeşiyi Vüqar gəlir. 
     Tamam! Pərdə! İşıqları söndürün! Bundan o yanası önəmli 
deyil! 
                                             *** 
Epiloq və ya nekroloq əvəzi: 1985-ci il yanvarın 28-də saat 12-yə 
qalmış Mehdi Məmmədov işıqlı dünyaya “əlvida” dedi. O, 
bərbərxanada  əyləşib öz növbəsini gözləyirdi. Hm... hansı 
növbəni? Axı ölmək üçün də növbə mövcuddur. Olmaq ölüm 
növbəsində yaşamaq deməkdir. Mehdi saçını vurdurmaq üçün 
növbə gözləyirdi:  əvəzində ölüm gəldi. Ölmək növbəsi səhər 
qəzetlərini vərəqləyən Mehdiyə yetişmişdi. O, qəfildən ayağa 
qalxdı, ürəyini tutub dərin bir “ah” çəkdi  və... Mehdinin ruhu 
bədənindən ayrılıb göylərə uçdu. Nə gözəl, nə rahat, nə xoşbəxt 
bir ölüm... ağrısız,  əzabsız, dərdsiz... bir saniyə içində... Xalq 
arasında bu cür vəfat eləmiş şəxsə “əməli-saleh”, yəni əməli yaxşı 
adam deyirlər.  Bir də onu deyirlər ki, Allah yalnız öz sevimli 
bəndələrinə belə ölüm göndərir. Təbii ki, mifdir, amma həqiqəti 
də var. Mən eşitmişəm ki, Mehdinin qardaşları da beləcə, evdən 
kənarda dünyalarını  dəyişiblər. Mehdinin oğlu Elçin də öz 
qapılarının ağzındaca ürəyini tutmuşdu və keçinmişdi. Allah 
hamısına rəhmət eləsin. 
     1985-ci  il  yanvarın 29-u və 30-da Azərbaycanın, istisnasız, 
bütün qəzetlərində nekroloqlar, 31-i isə “Son mənzilə” adlı 
yazılar dərc olunur: “Yanvarın 30-da Azərbaycan paytaxtının 
zəhmətkeşləri sovet teatr sənətinin görkəmli xadimi, SSRİ xalq 
artisti, Respublika Dövlət mükafatı lauteatı, sənətşünaslıq 
doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovu son 
mənzilə yola saldılar. M.Əzizbəyov adına Akademik Dram 
Teatrı matəm libasına bürünmüşdü. Diqqətəlayiq sənətkar bu 
teatrın səhnəsində uzun illər ərzində quruluşçu rejissor və aktyor 


______________Milli Kitabxana_______________ 
348 
kimi çıxış etmişdir. Mərhumun cənazəsi hündür postament 
üzərinə qoyulmuşdu. Bir sənətkar və alim kimi onun layiq 
görüldüyü Oktyabr İnqilabı, Qırmızı  Əmək Bayrağı ordenləri, 
çoxsaylı medallar al məxmər balışların üstünə düzülmüşdü... 
Minlərlə bakılı Mehdi Məmmədovla vidalaşmağa gələrək sovet 
səhnəsinin  görkəmli xadiminə ehtiramını bildirirdi. 
     Matəm melodiyasının sədaları altında M.Ə.Məmmədovun 
cənazəsi teatrın binasından çıxarıldı.  İzdiham Fəxri xiyabana 
yollandı... Cənazə  qəbrə endirildi. Məzarın üstünə çoxlu gül-
çiçək düzüldü”.
262 
Bu dəfə, həqiqətən, bitdi. Qapıları qapadın və 
Mehdi üçün ağlamayın! Titan getdi... 
 
       “BİR NƏFƏSDİR BU SÜRƏKSİZCƏ HƏYAT, 
        BİR NƏFƏS!.. GETDİMİ GƏLMƏZ... HEYHAT!” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə