Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə106/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

______________Milli Kitabxana_______________ 
337 
şəcərəsində od dayanır... Müharibə  İblisdəndir,  İblis 
müharibədən... 
     Olum, ya ölüm?  
     İnsan, ya İblis? 
     Bəlkə... Yoxsa... 
     Allah, ya İblis? 
     İnsanların nəfsindən və  əməlindən Yerlə Göy titrər,  İblis 
gələr, Göydən gələr, Yerdən gələr, insanları göstərən 
güzgülərdən gələr. Ona görə  tərtibatda işlədilən funksional 
müstəvilər gümüş səthi kimi işıqlardan parıldayırdı. Yəni Göy 
nədir, Yer nədir, biz İblisi baxdığımız aynalarda tanımalıyıq... 
tanıyıb da onu içimizdə əbədilik dəfn etməliyik... 
     1983-cü il martın 19-u premyera günündə “İblis”in məhz bu 
səpkili fikirlərlə aşılanmış proloqu seyrçilərə yaman bərk təsir 
etdi. Təsadüfi deyil ki, bu tamaşaya resenziya yazmış
253 
şünasların hamısı birmənalı  şəkildə öz məqalələrində  mərkəzi 
situasiya, effektiv səhnə kimi elə bu proloqu götürüb onun 
təsvirini və  təfsirlərini (şərhlərini, yozumlarını) verdilər, 
bəstəkar Aydın  Əzimovun musiqisinin “İblis” motivlərilə tam 
uyuşduğunu dedilər, hər iki aktyor heyətini, azacıq istisnalarla
təriflədilər. Bu ona görə belə idi ki, rejissor tamaşanın bütün 
energetikasını sanki bu səhnəyə  yığmışdı. Proloq tamaşanın 
bədii-estetik və 
məna mündəricəsini görükdürürdü, 
proqramlaşdırırdı. “İblis”də Mehdi Məmmədovu dramatik 
hadisənin özündən daha çox onun fəci patetik vüsəti, sosial-
fəlsəfi mənası maraqlandırmışdı. Ol səbəbdən hadisə faciə 
müstəvisindən çıxıb epik müstəviyə adlayırdı  və tamaşa  İblis 
haqqında dastana, bir az da dəqiq olsam, epik poemaya 
çevrilirdi. Mehdi Məmmədov “İblis” faciəsinin özünü yox, 
onun kontekstini tamaşaya qoymuşdu. Ona görə ki, Mehdinin 
fikirlərindən ötrü kontekst dramatik hadisələrdən daha üstün, 
daha effektiv və daha aktual idi. Bunu  rejissora birbaşa Cavid 
pyesinin özü diktə eləmişdi. Çünki “İblis” öz quruluşuna
diskursuna, hadisələrin inkişaf  şərtlərinə  və  məntiqinə, 


______________Milli Kitabxana_______________ 
338 
monoloq və dialoqlardakı deklamasiya tipinə görə  qədim 
yunan faciələrini xatırladır. Ol səbəbdən Mehdi yenidən xor 
oxumalarına müraciət etmişdi və bu xor oxumaları tamaşanı 
ara-sıra misteriya qoynuna qaytarırdı, rituala yaxınlaşdırırdı. 
Buradan isə epik teatra doğru cəmi bir addımlıq məsafə qalırdı. 
Təsadüfi deyildir ki, teatrşünas  İ.Rəhimli bu tamaşanı “epik 
teatr poetikası  ənənələrinə  əsaslanan”
254
 bir tamaşa kimi 
definisiya edir və “oyun içində oyun” prinsipinin Mehdinin 
quruluşundan ötrü önəmli olduğunu vurğulayır. Nədən ki, 
epizodlar iki lövhə arasında (və ya iki pararlel xətt), başqa cür 
desək, sanki “kadr” içində oynanılırdı. Bu “məkan”dan çıxan 
aktyor səhnə planşeti üzərinə düşən kimi sanki Yerlə Göy 
hüdudlarında gerçəkləşən hadisələrdən kənarlaşırdı, bir seyrçi 
mövqeyinə çəkilirdi. 
     “İblis”in Mehdi tərəfindən qurulmuş suggestiv proloqu, 
faktiki surətdə, tamaşanı üstələyirdi, onun mənasını, fikir 
partiturasını simvolik bir səhnədə ümumiləşdirib birnəfəsə 
danışırdı. Hətta tamaşanın finalı  və  İblisin məşhur monoloqu 
da öz təsir gücünə görə proloqa çata bilmirdi. Nəticədə elə 
təəssürat yaranırdı ki, tamaşa proloqdan sonra “sönən” 
epizodlar ardıcıllığında oynanılır. Bütövlükdə, Cavidin “İblis” 
pyesi qədərincə  təsirli, psixosof sentensiyalarla aşılanmış 
epizodlardan, fraqmentlərdən bir quramadır;  əsərin mübarizə 
panoramı isə mozaikdir. Odur ki, pyesdə  qəhrəmanların  əməl 
xətti tam aydın cızılmır, Cavid öz əsas fikrini və personajları 
faciənin finalına doğru “sürükləyə-sürükləyə” aparır, öz 
fəlsəfəsinin cazibəsilə “dartıb” aparır; aparır ki, sonda onlara 
İblisin əsl mahiyyətini duydursun, anlatsın. Ona görə də teatrın 
yaxşı “solist”ləri olmadan bu pyesi səhnəyə  gətirməyə 
çalışmaq boş bir şeydir. Çünki hər hansı bir epizodun zəif ifası 
tamaşanı dözülməz darıxdırıcı bir nəsnəyə çevirər. Mehdi bunu 
gözəl bilirdi. Elə bu səbəbdən də  “İblis”ə teatrın birinci 
“skripka”larını toplamışdı və demək olar ki, rol bölgüsü ilə çox 
böyük iddialar ortaya qoymuşdu.  İblisi vaxtilə teatrın kefli 


______________Milli Kitabxana_______________ 
339 
İskəndəri, Hamleti, Kamranı olmuş  Həsən Turabova 
tapşırımışdı. Arifi isə Azərbaycan vizual mədəniyyətinin 
Nəsimisi
255
 kimi tanınan Rasim Balayevə  həvalə eləmişdi və 
bununla da xeyir və  şər mütənasibliyini aktuallaşdırmağa, 
aktryorun fakturasında “qarışdırmağa” nail olmuşdu. Amma 
mənim belə bir məsələ  də yadıma gəlir ki, hələ  “İblis”in 
məşqlərinə  təzəcə başlayanda Mehdi İblisi qadın ifasında 
gətirmək istəmişdi səhnəyə. Söz-söhbət gəzirdi ki, o, bu rola 
Şəfiqəni hazırlamaq fikrindədir. Sonradan Mehdi bu ideyanı, 
bu cəsarətli ideyanı  nədənsə gerçəkləşdirmir və daha ənənəvi 
variant üzərində dayanır. Halbuki “İblis”  Şəfiqə  Məmmədova 
ilə Azərbaycan teatr aləminə fantastik bir məqam yaşada 
bilərdi.  
     İblis rolunda Həsən Turabovun dublyoru Hamlet Xanızadə 
idi. Arifi isə Rasim Balayevdən başqa Ramiz Məlik (Məlikov) 
də oynayırdı. Və Azərbaycanın teatr ictimaiyyətində belə bir 
rəy formalaşmışdı ki, Həsən Turabovla Rasim Balayev birinci, 
digərlərisə ikinci heyəti təmsil edirlər. Ancaq, əslində, bu, belə 
deyildi. Sadəcə, Mehdi variantları yoxlayırdı. Həsən Turabov 
öz imicinə görə milli kişilik simvolu hüdudlarında Azərbaycan 
teatrının müsbət qəhrəmanı statusunda qavranılırdı. Rasim 
Balayevin aktyor görkəmində isə  sanki ülvilik və müqəddəslik 
kodlaşdırılmışdı. Ona görə  həddən artıq dərəcədə maraqlı idi 
ki, bu pozitiv auraya malik aktyorlar iblisanəlik xisləti 
çərçivəsində necə görünəcəklər. Hamlet Xanızadə ilə Ramiz 
Məliksə tamam başqa tip aktyorlar idilər; öz fakturaları etibarı 
ilə, təbiətən düşüncəyə  və  şübhələrə meylli sənətçilər olmaq 
etibarı ilə İblis və Arif rollarına daha müvafiqdilər. Mən heç də 
təsadüfi saymıram ki, çox tezliklə bu tamaşa məhz Hamlet 
Xanızadəyə  və Ramiz Məlikə “qaldı” və premyeralardan 
sonrakı müddətdə bu rolların əsas ifaçıları məhz onlar oldular. 
Digər iştirakçılar, öz dublyorları ilə birgə, bu tamaşada 
koordinal  şəkildə  nəyisə  dəyişmək iqtidarında deyildilər və 
Mehdi göstərişlərinin çərçivəsində öz bacardıqlarını yetərincə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə