Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə107/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

______________Milli Kitabxana_______________ 
340 
sərgiləyirdilər, başqa sözlə, solo partiyalarını  bəyəniləsi 
səviyyədə ifa edirdilər. 
     Mehdi  bu  tamaşa üzərində çox işləmişdi, 1982-ci ilin 15 
mayından məşqlərə başlamışdı  rəsmi yazılanlara görə
256
. Mən 
Mehdi Məmmədovun tələbəsi  Ələkbər Kazımovskinin 
dediklərini  əsas götürüb söyləyirəm ki, o, 6 aya yaxın bir 
müddətdə pyes üzərində çalışmışdı və bir o qədər də məşqlərə 
vaxt sərf eləmişdi. Niyə mən bunu belə əminliklə xatırladıram? 
Çünki  Ələkbər Kazımovski “İblis” tamaşasının hazırlanma 
prosesinin canlı şahidlərindən biridir. İndi də icazə verək, qoy, 
onun özü söhbət eləsin bizə bildiyini, gördüyünü, eşitdiyini: 
“1982-ci ilin payızından başlayaraq Azərbaycan televiziyası 
Hüseyn Cavidlə bağlı silsilə verilişlər daxil eləmişdi proqrama. 
Verilişlərin rejissoru mən idim,  ssenari müəllifi və aparıcısı 
Mehdi Məmmədov. Ayda bir dəfə gedirdi bu veriliş efirə.  
Dəqiq yadımdadır, Sizə danışıram, amma elə bil ki həmin 
səhnələri indiki kimi görürəm, axırıncı verilişi çəkirdik, özü də 
fevral ayı idi. Soruşacaqsınız ki, nədən belə təfsilatı ilə deyirəm 
bunu? Çünki Mehdi müəllim “İblis”in məşqlərindən sonra 
bizim AzTV-yə yalnız saat 3-də gəlib çata bilirdi. Həmin gün 
də, işin tərsliyindən, Bakıda bir soyuq vardı, bir soyuq vardı 
ki... gəl, görəsən... Biz də çəkilişləri o vaxtki “Oktyabr” (indiki 
“Qarabağ”) studiyasında aparırdıq. Bax, həmən bu axırıncı 
verilişə Mehdi müəllim  əməllicə gecikirdi. Haradasa saat 4 
tamam 5-ə  işləmiş olardı, bir də gördük Mehdi müəllim girdi 
içəri; yenə şıq geyinmişdi... qəşəng paltosu, şərfi... amma rəngi 
elə idi ki ağappaq... Biz hətta çəkilişləri təxirə salmaq istədik 
rəhmətlik Həbibə  Məmmədxanlı ilə birgə. Mehdi müəllim 
qoymadı. Əyləşdi studiyada, biz də yığışdıq ətrafına və giley-
güzar elədi teatrdan. Dedi ki, 
“İblis” mənim axırıma çıxdı”.
 Dedi 
ki, “bu aktyorlar yerlərində olmurlar, vaxtında səhnəyə 
çıxmırlar, məni  əsəbiləşdirirlər”. Dedi ki, “bu aktyorlar heç 
adamı dinləmək istəmirlər, öz bildiklərini, öz başa düşdüklərini 
eləyirlər”
257
. Elə  məhz buna görə  də  “İblis” konkret solo 


______________Milli Kitabxana_______________ 
341 
partiyalardan ibarət bir tamaşa kimi alınmışdı  və burada canlı 
ünsiyyətdən, səhnə parametrlərində gerçəkləşən təmasdan söz 
açmağına dəyməzdi. Məşqlərdən aktyorlar bezmişdilər, Cavid 
mətninə qarşı  həssaslığı itirmişdilər və yorulub ritorikadan, 
deklamasiyadan bərk-bərk yapışmışdılar. Tamaşanın  əla 
proloqdan sonra anbaan “sönməsini”  şərtləndirən səbəblərdən 
biri də məhz bu idi.  
     Həqiqətən, Mehdi Məmmədov bu tamaşaya titanik bir 
qüvvə, enerji sərf eləmişdi. Teatrın kollektivi isə  rəsmi 
sənədlərə görə artıq yaşının 65 (68)-ni yaşayan Mehdinin əsl 
maarifçi üslubunda göstərdiyi cəhdlərə bir az skeptik, bir az 
ironik yanaşırdı; elə bil onunla “zarafatlaşmaq”, onun 
qərarlaşdığı bürünc pyedestala toxunmaq istəyirdi. Eyni 
zamanda hamı da razılaşırdı ki, Mehdi Azərbaycanın teatr 
üfüqlərində addımlayan Komandordur, bir nömrəli teatr 
bilicisidir, bir nömrəli teatr avtoritetidir, sənətin Olimpində 
dayanmış  şəxsiyyətdir. Ancaq bu teatr “zarafatları”, bu teatr 
“dəcəlliyi” Mehdini əsəbiləşdirirdi, onun ruhi tarazlığını 
pozurdu. Hətta “İblis”in baxış tamaşasının təxirə salınması, 
səhər  əvəvzinə axşam saat 6-da oynanılması da artıq bu yaşlı 
sənətçini özündən çıxarırdı. Mehdi son dərəcə  təmkinli adam 
idi: açıq heç nəyi büruzə vermirdi, emosiyalarını göstərmirdi, 
içində  ağrıyırdı, hər fikri ürəyinə salırdı. Çətin başa gəlmişdi 
bu tamaşa ona. Gör, necə  şeydir ki, Mehdi kimi bir adam 
teatrdan, aktyorlardan şikayət eləmişdi. 
     Amma  bütün  bunlara  baxmayaraq  Azərbaycan toplumunda 
bu tamaşa son dərəcə yüksək qiymətləndirilmişdi, Azərbaycan 
İnformasiya Agentliyi onu “Böyük faciə tamaşası”
258
 adı 
altında “Kommunist” qəzertinin manşetinə çıxarmışdı. 1983-cü 
il sentyabrın 24-də Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü, 
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini H.Ə.Əliyev 
başda olmaqla Azərbaycan KP MK bürosunun bir qrup üzvü və 
üzvlüyünə namizədi Milli Teatrda “İblis” tamaşasına baxır. 
Mehdi Məmmədov həmin gün məsləhət bilir ki, tamaşada əsas 


______________Milli Kitabxana_______________ 
342 
rolları Hamlet Xanızadə, Ramiz Məlik ifa eləsinlər. Təəssürat 
əladır: Heydər  Əliyev tamaşanı  bəyənir. Elə bunun nəticəsi 
olur ki, məhz onun tapşırığı ilə “İblis” tamaşasına 1984-cü ildə 
Dövlət mükafatı verilir. Lakin bu, tamaşanın bütün yaradıcı 
qrupuna aid deyil. Yalnız səkkiz nəfər, - quruluşçu rejissor 
Mehdi Məmmədov, rəssamlar Elçin Məmmədov, Nazim 
Bəykişiyev, aktyorlardan Hamlet Xanızadə  (İblis), Ramiz 
Məlik (Arif), Vəfa Fətullayeva, Səfurə  İbrahimova (Rəna), 
Məmmədrza  Şeyxzamanov (İxtiyar), - Azərbaycan Dövlət 
mükafatına layiq görülür.  
     1984-cü ilin iyulunda Milli Teatrın Tiflis qastrolları zamanı 
“İblis” gürcülər tərəfindən “düşünməyə vadar edən tamaşa”
259
 
adlandırıldı. Onun haqqında teatr dairələrində danışdılar və 
xüsusilə  də aktyor Hamlet Xanızadənin ünvanına təriflər 
söylənildi. 
     “İblis” Mehdinin sonuncu tamaşası oldu: onun “Bahar”la 
başlamış rejissorluq fəaliyyəti “İblis”lə yekunlaşdı. Bumudur 
həyat? Bumudur olum və ölüm? Bumudur qapanan çevrənin 
mənası? Bumudur sənət yolunun hüdud simvolları? Adi 
təsadüflər birdən-birə necə də eyhama çevrilir! Hərçənd Mehdi 
“İblis”dən sonra hazırlaşırdı ki, Opera və Balet Teatrında bir 
daha “Koroğlu”nu səhnəyə  gətirsin. Tanrı icazə vermədi: 
“fələyin gərdişi rəqqasə qadınlar kimidir”. Mehdinin 
sənətdə keçən ömrünün qütbləri “Bahar”la “İblis” olmalı idi, 
vəssalam. “Bahar”ı xeyir (olum), “İblis”i şər (ölüm) kimi oxu, 
hər  şey aydınlaşacaq. Gizlin cədvəlin tələbi belədir, sakral 
imperativ belədir. “Nə üçün” sualının isə konkret, birmənalı 
cavabı yoxdur: əvəzində  fərziyyələr, yozumlar yasaq edilmir. 
İnsan onun üçün müəyyənləşmiş proqramdan heç vədə kənara 
çıxa bilməz.  Əgər elə isə, onda görək Mehdi fələyin Mehdi 
üçün ayırdığı “proqram” çərçivəsində hansı tip rejissuraya 
önəm verdi, öz teatr missiyasını nə tövr yerinə yetirdi və nəyi 
sənət tarixində  mədəni irsə çevirdi? 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə