Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə31/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

______________Milli Kitabxana_______________ 
98 
edir.
80
 Deməli, Mehdinin Gəncə teatrında qoyduğu 
tamaşaların sayı bir dənə  də artır. Di gəl ki, bu 
informasiya nə C.Cəfərovda var, nə  İ.Kərimovda. 
Mən Gəncə teatrının arxivində  də bununla əlaqədar 
müəyyən bir informasiyaya rast gəlmədim. Ancaq 
Solmaz xanım Həmzəyeva, Barat xanımın qızı, mənə 
dedi ki, o, vaxtilə bu tamaşada Nyurka rolunda 
səhnəyə  çıxıb, aktyorlar Səməd Tağızadə, Rəmziyyə 
Veysəlova ilə birgə oynayıb. Hətta Solmaz xanım bir-
iki mizan haqqında danışdı da. Bununla belə mən bu 
faktı  təsdiqləyəcək bir sənəd tapmadım. O da ola 
bilsin ki, Mehdi bu tamaşanı öz studiyasında 
hazırlayıb. Amma tamaşa repertuarda uzun müddət 
qalmayıb. Nədən ki, Barat xanımı yenidən 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 
Teatrına dəvət eləyiblər. Hərçənd mən inanmıram ki, 
Sovetlər Birliyində  uşaqların  ən sevimli yazıçısı 
Arkadi Qaydarın Azərbaycan teatr məkanında məşhur 
bir əsəri səhnəyə qoyulaydı, özü də Mehdi tərəfindən, 
və  Cəfər Cəfərov kimi bir ziyalı bunu öz kitabında 
qeyd eləməyəydi; “Partizan Kostya”dan danışaydı, 
“Timur və onun komandası”na gəldikdə susaydı. Özü 
də  İ.Rəhimlinin yazdığına görə guya “Partizan 
Kostya” ilə “Timur və onun komandası” eyni ildə 
Gəncə teatrının səhnəsində göstərilib. 1943-cü ildə 
teatrın gələcək planları barədə “Kirovabad bolşeviki” 
qəzetinə hesabat verən rejissor Mehdi Məmmədzadə 
(yəni Mehdinin özü) yoldaş da deyirdi ki, teatr yeni 
mövsümdə “On ikinci gecə”ni, “Kukla evi”ni, 


______________Milli Kitabxana_______________ 
99 
“Müsibəti-Fəxrəddin”i, “Qafqazlılar”ı öz repertuarına 
daxil etmişdir.
81 
Göründüyü kimi bu siyahıda da 
“Timur və onun komandası”nın adı yoxdur. Bəs 
“Müsibəti-Fəxrəddin”,  “Qafqazlılar”, “Kukla evi” 
kimi tamaşaların aqibəti necə olub, tarix 
səhifələrindən hara buxarlanıb gediblər; hansı 
rejissorlar tərəfindən hazırlanmışdılar? Bilmirəm. 
Mən onu bilirəm ki, Gəncə teatrında Mehdiylə yanaşı 
Ağəli Dadaşov da,  Həsən Ağayev də rejissor kimi 
çalışıblar. Lakin hansı kimin tamaşasıdır? Çox təəssüf 
ki, Gəncə teatrının tarixilə bağlı düz-əməlli bir 
araşdırma  əlimə keçmədi: hamı  məlum faktları 
təkrarlayır; arxiv materialları da qırıq-qırıqdır, epizod-
epizoddur. Mən Gəncə teatrının tarixini araşdırmaq 
işinə girişsəydim, onda gərək monoqrafiyanı bir 
kənara qoyaydım. Odur ki, sadəcə olaraq faktlar 
panoramını görükdürməklə kifayətləndim. 
     1945-ci  ildə Mehdi Gəncədə özünün son “Qatır 
Məmməd” (Zeynal Xəlil) adlı tamaşasını  təhvil verir 
və Moskvada aspiranturaya daxil olmağı planlaşdırır. 
Ona görə  hətta öz müəllimi N.M.Qorçakovla 
məktublaşır da. Amma çərxi-fələk necə  fırlanırsa, 
Mehdi, C.Cəfərova istinadən mən bunu deyirəm, 
“əzizbəyovçular”dan dəvət alır; dəvət alır ki, bəs, gəl, 
bizimlə  işlə. Yaxşı  təklifdir, sözsüz. Elə buradaca 
yenidən suallar peyda olur: bu dəvət konkret olaraq 
kimə  məxsus idi, daha doğrusu, kim tərəfindən 
göndərilmişdi? Teatrda, həqiqətən, Mehdi üçün 
susamışdılarmı? Onun Rza Təhmasibə  məktublarını 


______________Milli Kitabxana_______________ 
100 
xatırlayın!!! Barat xanıma nə düşmüşdü ki, Gəncədə 
heç iki il də yaşamamış, Kirovabad teatrını 
özünküləşdirməmiş, Mehdiylə münasibətlərin dadını 
çıxarmamış çaparaq Bakıya dönəydi? Niyə  məhz 
1945-ci ildə aspirantura məsələsi Mehdi üçün birdən-
birə bu qədər aktuallaşmalıydı? 
Əgər 
aktuallaşmışdısa, onda nədən Mehdi aspiranturaya 
getmək fikrindən daşınmışdı? Nələr yaşandı ki, 
“əzizbəyovçular” Mehdiyə dəvət göndərdilər?           
     Bu  vəziyyətə  “əməli təhlil metodu”nu tətbiq 
eləməsən, heç nə aydınlaşmayacaq və fakt 
tapılmayacaq. Məsələ bu ki, Gəncə teatrında 1944-ci 
ilin sonunda Mehdi və Baratın rəftar məntiqini 
Bakının diktəsi müəyyənləşdirmişdi; hadisə paytaxtda 
baş vermişdi: “əzizbəyovçular”ın səhnə  fəaliyyətinə 
canlı maraq göstərən və teatrdakı prosesləri öz 
nəzarətində saxlayan Azərbaycan Kommunist 
Partiyasının birinci katibi Mir Cəfər Bağırov növbəti 
tamaşalardan birinə baxarkən soruşmuşdu ki, bəs 
Barat  Şəkinskaya çoxdandır gözümə  dəymir? Axı 
Barat xanım Gəncəyə gedənə  qədər Əzizbəyov adına 
teatrın səhnəsində Cülyettanı, Kordeliyanı, Aidanı, 
Sonanı və digər rolları oynamışdı və şübhəsiz ki, Mir 
Cəfər Bağırovun diqqətini özünə  çəkmişdi. 1940-cı 
ildə  “əməkdar artist” fəxri adı almaq üçün teatrın 
təqdim etdiyi siyahıya Barat xanımın adını Bağırovun 
özü saldırmışdı. Ona görə  də M.C.Bağırov 
B.Şəkinskayanın Gəncəyə köçdüyünü eşidəndə 
demişdi ki, aktrisanı tez Bakıya qaytarın. Teatrın 


______________Milli Kitabxana_______________ 
101 
kollektivi, və  yəqin ki birinci növbədə Ə.İskəndərov, 
bu təpkidən  şaşırmışdılar, ləngimədən Baratı Bakıya 
dəvət eləmişdilər. Barat tərslik eləyib gəlməyə  də 
bilərdi,  əgər burada şəxsən M.C.Bağırovun özünün 
sözü olmasaydı. Deməli, onun Gəncədən qayıtmasının 
əsas səbəbi budur: Barat Şəkinskayanı M.C.Bağırovun 
özü çağırtdırır. Bu, əmrə  bərabər bir istəkdir və 
müzakirəsi mümkünsüzdür; yəni Baratın tərsliyi, 
ərköyünlüyü fövqündədir..   
     Artıq 1944-cü ilin dekabrında B.Şəkinskaya 
Bakıda idi və  Əzizbəyov teatrının truppasına işə 
götürülmüşdü. Bu qayıdış,  əbəttə ki, Barata şərəf 
gətirirdi, onun renomesini artırırdı (Barat xanım 
Bağırov yoldaşın özünün yadındadır!!!); amma həm 
də Baratı Mehdidən ayırırdı. Görünür, elə bu 
məqamda Mehdi qərara alıb ki, oxumağa getsin, 
praktiki fəaliyyətdən uzaqlaşın. Niyə? Olsun ki, 
Moskvadan sonra Gəncə ona darısqal balaca şəhər 
kimi görünürdü, Mehdini sıxırdı. Bir yandan da 
Baratdan sonrakı  tənhalıq. O biri yandan da 
“əzizbəyovçular” Gəncədə  işləyən Mehdini qəsdən 
“görməyib” bu istedadlı insanı öz teatrlarına dəvət 
etmirdilər. Yenə də Rza Təhmasibə Mehdinin yazdığı 
məktubları xatırlayın!!! Bu zaman Mehdi həyatdan 
küsə bilərdi, depressiyon vəziyyət yaşaya bilərdi. Bəs 
əlac nə idi? Təbii ki, Moskvaya getmək... Amma tarix 
göstərir ki, Mehdi bu qərardan qaçır: çünki 
“əzizbəyovçular”dan dəvət alır.  Əslində,  Əzizbəyov 
adına teatrın bədii rəhbəri  Ə.İskəndərov Mehdinin 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə