Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə32/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

______________Milli Kitabxana_______________ 
102 
onunla birgə eyni bir teatrda çalışmasını arzulamırdı. 
Amma buna baxmayaraq o, Mehdiyə  dəvət 
göndərmək məcburiyyətində idi. Çünki bu vaxt 
məsələyə Barat qarışmışdı. Demişdi ki, ya Mehdi 
Bakıya gələcək, ya da o, Gəncəyə gedəcək. Təbii ki, 
vəziyyəti gərginləşdirməyinə, heç nədən hay-küy 
qoparmağına dəyməzdi: Mir Cəfər Bağırovun 
qulağına nəsə çata bilərdi; busa heç kəsin xeyrinə 
olmayacaqdı: nə Baratın, nə  Ədilin, nə  də Mehdinin. 
Yəqin ki, bunu çox gözəl başa düşən Ədil İskəndərov 
rəngləri qatılaşdırmamaq naminə Mehdi Məmmədovu 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 
Teatrına dəvət edir.  
        Və... Mehdi bununla razılaşır, aspiranturaya 
getmək, Moskvada təhsilini davam etdirmək fikrindən 
daşınır; hesab edir ki, “əzizbəyovçular”ın dəvəti onun 
taleyinin bu konkret məqamı üçün ən optimal 
variantdır. Bu zaman Mehdi yeganə düzgün qərar 
qəbul etmişdi. Vaxt onun xeyrinə  işləyirdi. O, 
Əzizbəyov teatrının dəvətinə “hə” deməklə üç 
problemi birdən həll etmişdi. Birinci: Mehdi Bakya 
gəlirdi, teatr elitasının sıralarına qatılırdı, özünün 
sənətçi perspektivini görürdü, karyerasının təqribi 
mərhələlərini planlaşdırırdı; ikinci: o, Baratdan 
ayrılmırdı, sevdiyi qadının yanında qalırdı, ailə 
səadətinə qovuşurdu; üçüncü: Mehdi anasına və 
qardaşlarına yardım etmək imkanını itirmirdi. Təbii 
ki, bunun müqabilində Moskvadan, aspiranturadan, 
elmi fəaliyyətdən imtina etməyinə  dəyərdi. Beləcə, 


______________Milli Kitabxana_______________ 
103 
Mehdi öz “ikinci institut”unu bitirirdi; və onu 
da deyim ki, şəxsi həyatının, Azərbaycan teatr 
mədəniyyətinin kontekstinə görə  uğurla 
bitirirdi. 
     Uğur bu idi ki, Mehdi Moskvada rejissor 
diplomu almışdı, Stanislavski sistemini, 
gerçəkçi teatrın prinsiplərini Moskvanın kübar 
teatr elitasının nümayəndələrindən öyrənmişdi. 
Uğur bu idi ki, Mehdi öz teatr təcrübəsində 
Stanislavski sisteminin çərçivələrində qapanıb 
qalmamışdı; göstərmişdi ki, italyan 
komediyasının 
şərtiliyi də, klounada 
qroteskvariliyi də, qədim yunan xorunun teatral 
effektivliyi də onun sənət qavrayışına yad 
deyil. Uğur bu idi ki, o, Gəncədə öz fərdi 
rejissor üslubunun təqribi “əlifba”sını tapmışdı: 
bu üslub söz, pauza və ritm üzərində özünü 
təsdiqləyəməyə meyllənirdi. Uğur bu idi ki, 
Mehdi Məmmədov tamaşalarının məfkurə 
mündəricəsinin qütblərini müəyyənləşdirmişdi: 
müasirlik, millilik və  mənəvi saflıq. Uğur bu 
idi ki, Gəncə rejissoru öz tamaşa estetikasında 
səhnə realizmiylə teatrallığı, romantik pafosla 
gerçək aktyor yaşantılarını bir araya gətirmək 
iqtidarında olduğunu teatr ictimaiyyətinə bəyan 
eləmişdi. Uğur bu idi ki, Barat Şəkinskaya 


______________Milli Kitabxana_______________ 
104 
maneələr fövqündə dayanıb Mehdinin 
“əzizbəyovçular” teatrına dəvət almasında 
mühüm rol oynamışdı. Həqiqətən, bu gündən 
tarixə boylananda Barat xanımın bu rolu bir 
missiya kimi oxuna bilər: sanki o, Gəncə 
şəhərinə Mehdiyə görə gedibmiş.  Əgər Barat 
olmasaydı, Mehdi Məmmədovun  Əzizbəyov 
adına teatra gəlişi baş tutacaqdımı? İnanmıram. 
Buna yol verməyəcəkdilər. Mehdi əyalət 
teatrında qalacaqdı, ya da uzağı  bəxtini 
soraqlaya-soraqlaya  Moskvaya üz tutacaqdı. 
Yəni Mehdinin Gəncədə keçdiyi həyat və sənət 
yolunun dan ulduzu Baratdır. 
     Baratdır?! 
     Lakin… bir dəqiqə.  
     Ola  bilərdimi ki, Mehdi Kirovabaddan heç 
hayana tərpənməsin və  qədim Gəncədə qalıb 
Pribaltika ölkələrinin  əyalət  şəhərlərində 
olduğu kimi unikal bir teatr yaratsın və bununla 
da Gəncəni Azərbaycanın ikinci teatr 
mərkəzinə çevirsin? Əminəm ki, ola bilərdi və 
bu, milli teatr mədəniyyətinin yalnız pozitivi 
sayılacaqdı... 
     Onun Ədilin teatrında nə işi vardı ki? 
     Var  axı, elə  əyalət teatrları ki, onları 
dünyanın sənət elitası tanıyır!  


______________Milli Kitabxana_______________ 
105 
     Buna da Mehdinin, və bəlkə də Azərbaycan 
teatrının mümkün bir tale variantı kimi 
yanaşın!!! 
     
 Mənsə monoqrafiyanın ardını yazım... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                    


______________Milli Kitabxana_______________ 
106 
  


______________Milli Kitabxana_______________ 
107 
 
 
TEATRDAN  FƏLSƏFƏYƏ... 
                       (komandor və simulyakr) 
                                              
                                          “Məkanda həndəsə olduğu kimi zamanda da 
                                             psixoloji var”. 
                                                                         Marsel Prust 
 
                                          “Bir şeyi tanımaq üçün mən irəlicədən  
                                            bilməliyəm ki, nəyi tanımaq  istəyirəm”. 
                                                                          Sokrat 
                                         “Dənizə yaxınlaşanda çaylardan danışmırsan”. 
                                                              
Həkim Sənai
  
 
     “Bakı gözəl şəhər, mehriban diyar”... 
     Gün o gün olub ki, qurtarıb dava...  
     Mehdi şəhərdədir... 
     “Uzaq sahillərdə” filminə və Mehdinin eyni adlı tamaşasına 
hələ bir xeyli vaxt var. 
                                          *** 
     İndi o, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik 
Dram Teatrının işçisidir: gələcəyə iftixarla baxır. Mehdi sənət 
dostlarıyla çiyin-çiyinə verib Azərbaycan teatrının sabahını 
düşünür. O özünə  və yoldaşlarına inanır və  zəhmətkeşlərin 
mənalı istirahəti üçün çalışır... 
                                          *** 
     Bu cümlələr Sizə həmin illərin sənədli filmlərindəki təhkiyə 
üsulunu azacıq da olsa xatırlatdımı?Azərbaycan bədii kinosu 
üçün də xarakterik bir məqam. Belə “işıqlı” mətnləri adətən 
Azərbaycanın bəlkə  də  ən suyuşirin aktyoru Müxlis Cənizadə 
oxuyardı. 
     Hərçənd Azərbaycan gerçəkliyində  hər  şey ekrandan 
göstərildiyi kimi hamar və  şirmayı deyildi. İnsan yaşayırsa, 
artıq nəyisə dəf edib yaşayır. Adicə bir udum nəfəs almaq üçün 
enerji sərf etmək, nəyinsə müqavimətini qırmaq lazım olur. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə