Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə28/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

______________Milli Kitabxana_______________ 
86 
Burada çox dərin düşünməyinə  dəyməzdi: hər  şey 
üzdə idi; M.Məmmədovun sözü olmasın,  “həqiqi və 
azad məhəbbət ideyası komik planda 
canlandırılmışdı. Nəsil fərqi, rütbə, ad-san kimi 
maneələrlə mübarizə aparan və qalib gələn 
məhəbbət həm  şairanə, və  həm gülməli tərzdə, 
...cazibəli üslubda təsvir edilmişdi.”
71
  Əsl həqiqi 
sevgi qarşısında heç nə tab gətirə bilməz. Diananın və 
Teodoronun məhəbbəti bütün sosial münaqişələr, sinfi 
fərqlər fövqündədir. onların sevgisi gah qızdırma 
gətirir, gah dondurur, gah həzz verir, gah əziyyət, gah 
sevinc bəxş eləyir, gah kədər: onlar bir-birinə 
yaxınlaşa-yaxınlaşa uzaqlaşırlar, uzaqlaşa-uzaqlaşa 
yaxınlaşırlar. Bu ki Mehdiylə Baratın 
münasibətləridir: onlar bir-birininin ətini didə-didə 
bir-birini seviblər; onlar bir-birindən öc ala-ala bir-
birini seviblər; onlar bir-birini lənətləyə-lənətləyə bir-
birini seviblər.  Əsl qara komediya olub onların 
sevgiləri!!! Baratla Mehdi Diana ilə Teodoro kimi 
dəcəl, tərs, dalaşqan uşaqlar qismində seviblər bir-
birini!!! Diana və Teodoro münasibətlərini təhlilə 
çəkərkən rejissor Mehdi Məmmədov əbəs demirdi ki, 
“öz sevgilərinə  əylənə-əylənə  və inadla yol açan 
Diana və Teodoro tərs uşaqları xatırladırlar: və elə 
tərs uşaqlar kimi də onlar təbəssüm, gülüş, mərhəmət 
oyatmalıdırlar. Ali məhəbbət haqqında komediyanın 
sirri buradadır, komediyanın ürəyinin açarı 
buradadır”.
72
 Mehdinin hər sevgisinin tarixçəsi onun 
hər hansı bir tamaşasında simvollaşıb. “Nə yardan 


______________Milli Kitabxana_______________ 
87 
doyur, nə  əldən qoyur” tamaşası da sanki 
özünəməxsus  şəkildə Mehdi və Barat xanımın birgə 
yaşadıqları sevgi həyatının matrisa düzümü olub. 
Barat xanım  Şəkinskayanın tərs bir qadın olduğunu 
onun bioqrafı  İ.Rəhimli də vurğulayır.
73
  Yəni, 
həqiqətən, iş-işə çox oxşayır. Hərçənd Lope de 
Veqanın komediyasını Kirovabad teatrının səhnəsində 
oynamaq ideyası meydana çıxanda B.Şəkinskaya hələ 
Bakıda idi. O, haradasa aprel-may aylarında Gəncəyə 
gəlir və Solmaz Orlinskayadan sonra Diana rolunun 
ikinci ifaçısı kimi məşqlərə uğurla qatılır. İş elə gətirir 
ki, bir dəfə S.Orlinskaya tamaşa öncəsi xəstələnir və 
onu  əvəzləyəcək aktrisa tapılmır. Bu zaman Barat 
məsuliyyəti boynuna götürüb Diana rolunda səhnəyə 
çıxacağını söyləyir. Bu obrazın mətnisə pyesin 
təqribən yarısı qədərdir. Onda Mehdi məcbur olur ki, 
Barat xanıma suflyorluq eləsin. Tamaşa heç də pis 
alınmır: xüsusilə  də teatrın işçiləri nəticədən razı 
qalırlar. Beləliklə, Barat xanım çaparaq şəkildə olur 
teatrın ikinci Dianası. Amma bir fakt da danılmaz 
həqiqətdir ki, B.Şəkinskaya, hətta ona teatrın bədii 
rəhbərinin xüsusi münasibəti olmasına baxmayaraq, 
Diana rolunun əsas ifaçısı kimi təsdiqlənmir. Bunu 
tamaşaya yazılan resenziyalardan da anlamaq 
mümkündür: müəlliflər, 
əksərən, Solmaz 
Orlinskayanın Dianasından danışırlar. C.Cəfərov da, 
İ.Kərimov da Gəncə teatrı ilə bağlı “Bağban iti” 
tamaşasından söz açarkən Barat Şəkinskayanı bu 
rolda məxsusi xatırlatmırlar, amma S.Orlinsakayanın 


______________Milli Kitabxana_______________ 
88 
adını  çəkirlər. Bu da ondan xəbər verir ki, Gəncədə 
çalışdığı dövrdə Barat xanım Diana rolunun heç vaxt 
əsas ifaçısına çevrilməyib və ikinci olaraq qalıb. 
Lakin, gəlin, etiraf edək ki, Barat xanım həm öz 
xarakteri (tərs, inadkar) etibarı ilə, həm tale yaşantıları 
(boşanmış qadın) etibarı ilə, həm də travesti rollarının 
(dəcəl,  şıltaq)  əla ifaçısı olmaq etibarı ilə Diana 
obrazına çox yaraşırdı. Bəlkə bu dəfə Mehdi tərslik 
eləyib, ya da teatrın bədii rəhbəri kimi söz-söhbətdən, 
dedi-qodudan ehtiyatlanıb? Düzü, bunu öyrənmək 
mümkünsüz.       
     Yeganə düzü olan budu ki, L.PBeriya adına 
Kirovabad Dövlət Dram Teatrının “Nə yardan doyur, 
nə  əldən qoyur” tamaşası öz dövrünün sənət 
parametrlərinə görə “gözəl tamaşa” kimi 
dəyərləndirilmişdi. İyulun 1-də, yəni premyeradan 39 
gün sonra Mehdi Hüseyn “Kommunist” qəzetində elə 
“Gözəl tamaşa” başlığı altında bir məqalə yazmışdı: 
“Teatrda yeknəsəqliyə qarşı inadlı mübarizə 
nəticəsidir ki, dünən tragik və dramatik rollarda 
tanınmış aktyorlar (S.Tağızadə  və S.Orlinskaya 
nəzərdə tutulur - A.T.) bu gün komediyada da məharət 
göstərə bilər... Tamaşanın quruluşçusu istedadlı  və 
mədəni rejissor Mehdi Məmmədov,  şübhəsiz, bunun 
ilk və əsas səbəblərindən biridir. Bütün tamaşaya lirik 
bir ahəng hakimdir. Poetik dramın səhnə dilinə 
çevrilməsi rejissordan çox şey tələb edir. Birinci 
növbədə, o, müəllifin  şairanə ifadələrinin daha aydın 
söylənilməsinə çalışmalıdır. Bəzi hallarda bu qeyri-


______________Milli Kitabxana_______________ 
89 
təbiiliyə gətirib çıxara bilər. Bu sözlər göstərilən ədəbi 
surətin təbiətinə uyğun gəlməyə bilər. Mehdi 
Məmmədovun  əsərin bütün təhlillərini  əvvəlcədən 
(öyrənib) dərk etdiyi görünür. O, öz quruluşunda 
aydın aktyor ifadəsilə  həqiqi və  həyati boyaları 
məharətlə uyuşdurmağı bacaran bir rejissordur. Yəni o 
tamaşanın teatrallığına çalışmaqla bərabər hadisələrin 
və xarakterlər mübarizəsinin öz təbii məcrasından 
çıxmamasına səbəb olur... Bəzi hallarda artıq 
təfərrüata (məsələn, meyxana qarşısında tipin çəlləyə 
girməsi,  əşya  ətrafında adamların həddindən çox 
atılıb-düşmələri) yer verməsinə baxmayaraq 
rejissorun yaradıcılığında bir zövq olduğu ilk 
şəkillərdən başlamış sona qədər  ən sevindirici bir 
xüsusiyyət kimi nəzəri cəlb edir”.
74
  
     Bu  zövq,  hər  şeydən öncə, tamaşanın tərtibatında 
duyulurdu. Gərçi belə olmasaydı, Cəfər Cəfərov öz 
monoqrafiyasında tərtibata xeyli yer ayırmazdı. 
Tamaşanın rəssamı Fyodor Qusak idi. Mehdi elə ilk 
görüşdən onu öz konsepsiyası ilə bağlı 
məlumatlandırmışdı və bu məlumat yetərincə olmuşdu 
ki, F.T.Qusak tez bir zamanda eskizləri işləyib 
rejissora təqdim etsin. Mehdi eskizləri bəyənməmişdi: 
ona görə yox ki, eskizlər pis idi; ona görə ki, 
tamaşanın konseptual həlliylə uzlaşmırdı. Quruluşçu 
rejissor istəyirdi ki, tərtibat məişət detalları ilə, zamanı 
obrazlaşdıran predmetlərlə, dövrün memarlığını 
bildirən fraqmentlərlə yüklənməsin, ağırlaşmasın. 
Böyük mənada Mehdi üçün heç fərqi də yox idi ki, 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə