Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə25/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

______________Milli Kitabxana_______________ 
77 
Halbuki C.Cəfərov kimi bir teatrşünas üçün Ə.İskəndərovun 
“Vaqif” (1938) tamaşası ilə  Mehdinin qurduğu “Vaqif”i 
(1942) analitik təhlil müstəvisinə  çəkmək  əla bir peşəkarlıq 
şansı. Cəfər bu haqda heç vaxt danışmayacaq; susacaq. 
Mehdinin özü də bu tamaşanı heç vədə xatırlamayacaq. Həmin 
dövrün mətbuatında da  əməlli bir yazı-filan dərc olunmayacaq. 
Ona görə  də  mən düşünürəm ki, Mehdinin tamaşası  Ədilin 
tamaşası ilə müqayisəyə tablamayıb və teatr ictimaiyyətinin 
diqqətini özünə  çəkməyib. Və bunda Mehdinin özünün heç 
zərrə qədər də günahı yoxdu. Sadəcə, bütün Azərbaycan bilirdi 
ki, heç yerdə  Ələskər  Ələkbərovun Vaqifi kimi Vaqif, Sidqi 
Ruhullanın Qacarı kimi Qacar olmayacaq. Möhsün Sənaninin 
Eldarı kimi Eldar haradan tapılacaqdı? Bunu bircə teatr işçiləri 
heç cürə anlaya bilmirdilər: Azərbaycanda elə bir teatr 
qalmamışdı ki, “Vaqif” pyesini öz repertuarına salmasın. Çünki 
hər teatrda aktyorların bir qismi istəyirdi və ya xəyalından 
keçirirdi Vaqifi oynasın səhnədə, o biri qismi də Qacarı. Artıq 
Ə.İskəndərovun rejissurasında  Ə.Ələkbərov və Sidqi Ruhulla 
tandemində gerçəkləşən “hökmdar - şair” oyunundan 
Azərbaycanda mif yaratmışdılar və bu mif tarix və zaman 
fövqünə yüksəlmişdi. Bu mif ola-ola camaat ayrı bir “Vaqif”i 
qəbul etməyəcəkdi: çünki bu oyunda onlar Ə.Ələkbərovun 
ifasında  şair Vaqifi bütləşdirmişdilər, tamaşanı  əlçatmaz 
yüksək bir hücrəyə qoymuşdular. Ona görə  də bu pyesin 
Kirovabad teatrının repertuarına daxil edilməsi və Mehdi 
Məmmədovun ona quruluş verməsi taktiki səhv idi və aydın 
məsələdir ki, Mehdiyə uğur gətirməyəcəkdi. Görünür, elə belə 
də olmuşdu ki, bu tamaşa haqqında teatr ictimaiyyəti ağzına su 
alıb oturmuşdu: heç kim heç nə yazmamışdı. Təsadüfi deyildi 
ki, Mehdi öz naturası, xarakteri etibarı ilə Vaqif obrazına daha 
yaxın ola-ola səhnəyə “dağlar pələngi” Eldarın rolunda 
 
çıxmışdı. Halbuki aktyor Mehdidə üsyankar, qaçaq, coşqun 
Eldarın təbiətindən əsər-əlamət yox idi.  


______________Milli Kitabxana_______________ 
78 
    Lakin  bu  vəziyyət “Nizami”də  təkrarlanmadı. Halbuki onu 
da tamaşaya  əvvəlcə  “əzizbəyovçular”ın lideri Ə.İskəndərov 
hazırlamışdı  və memar Əbdək rolunu Sidqiyə tapşırmışdı, 
teatra sanki “Vaqif”in uğurunu bir daha yaşatmağa çalışmışdı: 
fiqurları, konteksti dəyişmişdi, konsepsiyanı olduğu kimi 
saxlamışdı. Odur ki, Azərbaycan Dövlət Akademik Dram 
Teatrının “Nizami”si “Vaqif”in davamı, onun yeni invariantı 
kimi qavranılmışdı. Busa Mehdi Məmmədova imkan vermişdi 
ki, öz “Nizami”siylə “Vaqif”in əvəzini çıxsın, revanş götürsün. 
Elə ona görə  də rejissor Mehdi dramaturq Mehdidən pyesin 
ilkin müəllif variantını istəmişdi. Çünki kompozisiya etibarı ilə 
bu nüsxə  “əzizbəyovçular”ın tamaşa  əsası kimi götürdükləri 
mətndən fərqlənirdi. Təbii ki, burada məsələ  təkcə 
kompozisiya ilə bitib tükənmirdi. Mehdi bu dəfə çalışırdı ki, 
Gəncə teatrında üslubca tamam başqa bir tamaşa qursun. Ədil 
İskəndərovun quruluşunda Mehdi Hüseynin “Nizami” dramı 
tarixi-xronikal epopeya kimi gətirilmişdi səhnəyə və bu tarixi-
xronikal epopeyada məişət doğruçuluğuna geniş yer verilmişdi. 
Mehdi Məmmədov isə Nizaminin ruh dünyasını,  şeir 
dünyasını, onun ideyalar aləmini Kirovabad teatrının 
səhnəsində gerçəkləşdirməyə can atmışdı. Rejissor Mehdi üçün 
pyesin Nizamidən savayı bir qəhrəmanı da vardı: Gəncə şəhəri. 
Mehdinin vətənpərvərliyi, millət sevgisi burada daha aydın 
təzahür eləyirdi. Pyesin hadisələri XII yüzil Gəncəsində 
yaşanırdı və səhnədə oyun məkanı kimi göstərilən qədim şəhəri 
heç kim Kirovabad adlandıra bilməzdi. Bu, Mehdinin qüruru 
idi, iftixarı idi: heç olmasa səhnədə  Gəncəyə dönmək, 
Nizaminin  şəhərilə  nəfəs almaq, reallığın sosial-ideoloji 
qorxuları, təpkiləri altında öz içində gizlin saxladığın bir 
emosiya ilə səhnədə azad yaşamaq, “Gəncə” deyib nəşələnmək. 
Ol zəmanədə heç kim Kirovabad küçəsinə  çıxıb qışqıra 
bilməzdi ki, “bura mənim Gəncəmdir!”. Onu həməncə tutub 
türməyə basardılar, ya da dəlixanada çürüdərdilər. Azərbaycan 
ziyalılarının 70 il səhnəni sevməsi, səhnəni sadəcə  səhnə 


______________Milli Kitabxana_______________ 
79 
olmaqdan daha artıq dəyərləndirməsi heç də  əbəs deyildi. 
Mehdi də  əlinə düşdüyü  şansdan maksimal yararlanmışdı, 
özünün millət sevgisini vətənpərvərlik ideyalarına bürüyüb 
teatrda gerçəkləşdirmişdi. Bunları deyərkən mən Cəfər 
Cəfərovun mətnindən bəhrələnmişəm.  Əsl teatrşünas yazanda 
elə yazar ki, onun yazdıqları  və yazdıqlarının konteksti o biri 
teatrşünas tərəfindən oxunub mənalandırıla bilsin. Mən bunu 
bacardım: çünki Cəfər Cəfərov böyük teatrşünas olub. Rejissor 
Mehdi üçün Nizaminin  Gəncəsi  şairlər, alimlər, rəssamlar 
şəhəri idi, məna, ideya, əqidə kabuslarının dolaşdığı Orta əsrlər 
şəhəri idi. Mehdi tamaşasının hadisələr dramatizmini də 
Gəncənin atmosferində şair Nizamiylə şair Munisin qarşılarşıb 
toqquşan intellektual enerjisi, fikirlərinin, mübahisələrinin
mühakimələrinin təzadları müəyyənləşdirirdi: onlar olum və 
ölüm marşrutunda məna soraqlaya-soraqlaya yüyürən insan 
haqqında düşünürdülər. 
     Pyesə bu yanaşma yönünü, əlbəttə ki, tarixi gerçəkliklər, və 
bir də rejissor Mehdinin öz millətinə qarşı olan sonsuz sayğısı 
diktə eləmişdi. Amma məsələ  təkcə bununla qapanmırdı. 
Burada, səbəbini heç vaxt öyrənə bilməyəcəyimiz, niyəsini 
cavablaya bilməyəcəyimiz bir mistika da vardı. Mehdi, sadəcə, 
Kirovabad teatrına gəlməmişdi: o, Ədil  İskəndərovun doğma 
şəhərinə  gəlmişdi; o, Barat Şəkinskayanın  şəhərinə  gəlmişdi. 
Qəribədir, deyilmi? Fələk çox gözəl bilir, kimi nə vaxt, harada 
və necə görüşdürmək lazımdır. Gəncə Mehdinin həyat 
marşrutunun ən önəmli dayanacağı, tale şəhəri olmuşdu. Çünki 
Barat  Şəkinskayasız, çətin ki, Mehdini kimsə Bakıya dəvət 
eləyəydi. Mənim gümanım var ki, “Nizami” tamaşasının 
konsepsiyasında Gəncə  şəhərinin özünün potensial qəhrəman 
kimi götürülməsi rejissorun şüuraltı yaşantılarının 
obrazlaşmasını  işarələyirdi: doğrudan da, həyat və  sənət 
arasında sərhədlər şəffafdır.  
     Odur  ki,  rejissor  sanki  konflikti  virtuallaşdırırdı, konflikti 
düşüncələrdə görürdü: Mehdini dramın lirik-romantik ovqatı 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə