Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə23/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

______________Milli Kitabxana_______________ 
71 
repertuarında “Fərhad və  Şirin” də vardı, “Otello” da. Yarış? 
Rəqabət və ya respublikanın bir nömrəli teatrına meydan 
oxumaq meyli? Həm hə, həm yox. Həqiqət budur ki, 
Azərbaycanda bütün teatrlar, o cümlədən Gəncə teatrı da 
“əzizbəyovçular”a bənzəmək istəyirdilər, onların oynadıqları 
tamaşaları oynamaq istəyirdilər, onlar kimi oynamaq 
istəyirdilər. Mehdi Məmmədov isə öz şəxsiyyət tipinə, öz 
sənətkar tipinə görə bundan çox-çox uzaq birisi idi. Lakin 
repertuarların təkrarlanmasını, Mehdi iradəsindən kənarda,  bir 
problem də mütləqləşdirirdi: müasir Azərbaycan yazarlarının 
yeni pyesləri çətinliklə meydana gəlirdi, sosial sifariş xarakteri 
daşıyırdı  və bir səhnə materialı kimi sənətşünaslıq 
mövqeyindən,  əksərən, zəif hesab edilirdi.. Dramaturji təklif 
çağdaş yazarlar tərəfindən çoxçeşidli olmadığından teatrlar bir-
birini  əlacsız təkrarlamaq məcburiyyətində qalırdılar. Amma 
buna baxmayaraq Mehdi hər tamaşasında çalışırdı ki, orijinal 
olsun, yeni olsun və heç kimə  bənzəməsin.  Əlbəttə ki, əgər 
repertuar siyasəti və tamaşaya qoyulacaq pyes buna imkan 
verirdisə... Düzdür, bu məsələyə Yaşar Qarayev vaxtilə 
məndən bir qədər fərqli münasibət bəsləyib və bu münasibət 
sovet ideologiyasının kontekstində tam başa düşüləsidir: “Od 
gəlini” və “Vaqif”, “Nizami” və “Toy” - o dövrki teatr 
həyatımızın bu ən yaxşı nailiyyətləri də Kirovabad səhnəsində 
yenidən təvəllüd tapdı (yəni doğuldu - A.T.). Bu tanış siyahı ilk 
baxışda gənc rejissorun seçdiyi repertuarın orijinallığı xeyrinə 
səslənməyə bilərdi. Lakin məsələ də onda idi ki, orijinallığa və 
fərdiliyə o, mətnin yox, bədii  şərhin, səhnə  təfsirinin təzə-
tərliyi ilə nail olurdu. Bədii-fəlsəfi mütaliə tərzi, romantik vüsət 
və qanad bu tamaşaların ifadə etdiyi estetik göstəriciləri 
fərqləndirir və  hər cür təkrarı, təqlid ünsürünü rədd edirdi”.
61 
Yaşar Qarayev burada ya unudurdu, ya da açıq yaza bilmirdi 
ki, azad repertuar siyasəti aparılmayanda, peşəkar 
dramaturqların və  səhnə üçün yararlı  mətnlərin sayı defisit 
həddə çatanda teatr yalnız “portfelinə” düşənlərdən 


______________Milli Kitabxana_______________ 
72 
faydalanmaq məcburiyyətində qalır. Bir azərbaycanlı 
məsəlində deyildiyi kimi... “Allahın olanından”. Ona görə  də 
Mehdi Məmmədov  əlacsızlıqdan bu repertuarla işləyirdi və 
haradasa siyasi-ideoloji, kulturoloji sifarişə  işləyirdi: dövlətin, 
partiyanın tapşırığını yerinə yetirirdi. Bunun başqa cürəsi ola 
bilməzdi. 
     Odur ki, Mirzə İbrahimovun “Madrid”indən sonra Mehdinin 
“qəbulu”na konveyer növbəsində olduğu kimi Zeynal Xəlil 
“yazılır” öz “İntiqam” pyesilə birgə. Artıq 1942-ci ildir. Bu 
pyes sovet ideoloji konveyerindən çıxmış mənzum bir dramdır. 
Əgər “Madrid”də söhbət ispan xalqının azadlıq mübarizəsindən 
gedirdisə, “İntiqam”da Ukrayna partizanlarından, onların 
cərgəsində döyüşən azərbaycanlı  qəhrəman Qoşqardan 
danışılırdı. Məsələ aydındır,  şərhə ehtiyac yoxdur:  “İntiqam” 
tamaşası  tənqiddə, teatr tarixində
62
 “Madrid”in daha bəsit 
invariantı kimi nəzərdən keçirilir. Mehdi Məmmədov 
“İntiqam”dan sonra bir də 1944-cü ildə qayıdır müharibə 
mövzusuna: qısa zaman məsafəsində “Partizan Kostya” 
(Nadejda Filippova) və  “İntizar” (Mehdi Hüseynlə  İlyas 
Əfəndiyev) pyeslərinin oyun variantını  səhnə  məkanında 
yaradır. Ömrünün sonuna kimi müharibə, savaş mövzusu, 
tarixi-sosial kataklizmlər mövzusu, kritik situasiyalarda insan 
mövzusu Mehdini düşündürəcək: mən elə hesab edirəm ki, 
onun “Uzaq sahillərdə”, “İnsan”, “İblis” tamaşaları “Madrid”lə, 
“İntiqam”la, “Partizan Kostya” ilə, “İntizar”la bir xətt boyunca 
düzülüb, “baxışıb” “insan və iblis”, “barış və savaş”, “xeyir və 
şər” mövzusunun refleksiyasına çevriləcək və müharibə 
illərinin Mehdi şəxsiyyətinə  təsirinin davamı kimi 
qavranılacaq. 
     Mən  şəxsən “İntizar” pyesinin Mehdi rejissurasında səhnə 
təcəssümünü təsəvvürümdə canlandıra bilmədim. Nədən ki, hər 
yerdə Mehdi Hüseynin və  İlyas  Əfəndiyevin yazdıqları  əsərin 
süjeti danışılır. Süjet də  ən qısa versiyada budur ki, bir 
azərbaycanlı rəssam davaya gedir, gözlərini itirib pessimist bir 


______________Milli Kitabxana_______________ 
73 
ruhda geri qayıdır; ancaq sevgi onu yenidən aktiv həyat 
mövqeyinə qaytarır. “H” imzası ilə çıxış eləyən birisi (yəqin ki, 
bu adam tənqidçi V.Hacıoğludur) “Kirovabad bolşeviki” adlı 
bir qəzetdə süjeti müfəssəl danışıb obrazlar və ifaçılar ətrafında 
gəzişdikdən sonra yazırdı: “İstedadlı  və qabiliyyətli sənətkar 
olan hörmətli rejissorumuz M.Məmmədzadə  və  rəssam 
S.Hacıyev “İntizar”a gözəl bir quruluş vermişlər. Onlar ikinci 
və altıncı şəkilləri xüsusən məharətlə yaratmışlar”.
63
 Razılaşaq 
ki, bu tövr informasiyalarla tamaşanı, hətta aktyorlara 
ünvanlanmış  tənqidi qeydlərin tutarlı olmasına baxmayaraq, 
bərpa etmək mümkünsüzdür. Bununla belə bir fakt 
danılmazdır: Gəncə camaatı bu tamaşanı  səmimicəsinə 
qarşılayıb və  tənqid onu teatrın uğurlu işlərindən biri sayıb. 
Düzdür, “İntizar”ı restavrasiya etmək nəsib olmadı  mənə: 
amma bu tamaşanın işığı ilə gedib Mehdi portretinin elə bir 
cizgisini aşkarladım ki, bu insanı  mənə tamam başqa bir 
rakursdan tanıtdı. Müasir teatrşünaslığın ölü gülləri xatırladan 
bəzəkli sözləri, plastik kütlə kimi süni, soyuq ifadələri, standart 
fikirləri və ucuz priyomları “pəncərə”sində yaratdığı Mehdi 
obrazı bu köhnə “Kirovabad bolşeviki”ndə  dərc olunmuş 
məqalədə birdən-birə qəribə tərzdə “dirilir” və çağdaş düşüncə 
üçün maraqlı olur: cənab tənqidçi “H” mənim monoqrafiyamda 
zəmanənin qəhrəmanı statusunda təqdim edilən ünlü rejissorun 
soyadını “Məmmədzadə” kimi yazır. Deməli, o dövrdə Mehdi 
Məmmədov tamaşaların proqram və afişalarında  öz soyadının 
“ov” sonluğunu “zadə” sonluğu ilə  dəyişdiribmiş  və  Gəncədə 
Məmmədzadə kimi tanınırmış:  əks təqdirdə  qəzetçi “H” bunu 
özündən uydura bilməzdi ki? Hər halda 37-ci illərin aktual 
olduğu, rus şovinizminin gücləndiyi, toplumda aclıq və qan 
kabuslarının dolaşdığı, insanların cəbhə  xəbərləri qarşısında 
nəfəslərini içlərinə çəkib “quruduqları” bir vaxtda qapalı sovet 
cəmiyyətində belə addım atmaq hər kişinin işi deyildi: 
adamdan cəsarət, inam və öz millətinə qarşı sonsuz sevgi tələb 
edirdi. Çünki bu çağlarda camaat soyadının sonluğuna 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə