Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə19/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

______________Milli Kitabxana_______________ 
59 
Ə.Şərifovun quruluşunda tamaşaya qoyulmuşdu, söz-söhbətə 
səbəb olmuşdu və  əksər teatr biliciləri tərəfindən 
bəyənilməmişdi. Güman ki, Rza Təhmasib də, öz dövrünün son 
dərəcə peşəkar sənətçisi, tamaşanı  qəbul eləməmişdi.  İkincisi 
budur ki, Moskvada “pyessiz” oturmuş  gənc rejissor Mehdi 
Rza Təhmasibə yazanda ki, vəziyyəti qeyri-müəyyəndir, Rza 
Təhmasib, ağıllı və huşyar birisi, həməncə “Bahar”ı Mehdiylə 
Gəncə teatrının səhnəsində “sınamağı” qərara almışdı  və  işə 
girişmişdi: ola bilsin ki, Azərbaycan mədəniyyətindəki 
nüfuzundan faydalanıb Mehdi üçün Kirovabada zəng eləmişdi, 
oranın müdiriyyətilə danışmışdı  və öz aktyor məharətilə 
“Bahar” pyesini ehmalca Mehdiyə sarı “itələmişdi”, qısası, 
Kirovabadı  və “Bahar”ı Mehdiyə  təklif etmişdi, ona seçmək 
imkanı yaratmışdı. “Naməlum” Voronejdən “məlum” 
Kirovabadda “məlum” “Bahar” pyesinin quruluşçu rejissoru 
olmaq daha yaxşıdır” məntiqi Mehdini əlüstü vətənə 
qaytarmışdı. 
     Düzdür,  C.Cəfərov qeyd eləyir ki, guya Mehdi “Bahar” 
üçün yeni yozum tapdığından onun quruluşunu boynuna 
götürmüşdü və Azərbaycan Dövlət Dram Teatrının kollektivinə 
demək istəmişdi ki, baxın bir, görün mən nələri bacarıram! 
Yox, mən buna inanmıram, mənasız sözdür. Çünki o vaxt 
Mehdi əlini atırdı, əlinə hava keçirdi: ipdən asılı vəziyyətdə idi. 
Ondan institutu başa vurmaq, diplom tamaşasını hazırlamaq 
tələb olunurdu. Mehdinin heç yatıb yuxusuna da gəlməzdi ki, 
kimlərəsə acıq versin. Amma o variantı da istisna etmirəm ki, 
Rza Təhmasib Mehdiyə “Bahar” pyesini təqdim eləyə-eləyə və 
ya onu bu işə ruhlandıra-ruhlandıra “özünü göstərmək
fərqlənmək məqamıdır” fikrini də Mehdinin beyninə 
yeritmişdi. Hər halda bütün bunlar bica deyil: bir əlaqəsi var. 
Mən düşünürəm ki, Mehdi Məmmədovun bu ömür 
fraqmentinin qəhrəmanı Rza Təhmasibdir. Əgər o, olmasaydı, 
“Bahar”ı diplom işi kimi götürmək ideyası ortaya 
çıxmayacaqdı; “Bahar” ortaya çıxmasaydı, yəqin ki, Mehdi 


______________Milli Kitabxana_______________ 
60 
Moskvada və ya Voronejdə  fərqli bir həyat yaşayacaqdı. 
Mümkün ki, Rza Təhmasib olmasaydı, Kirovabad teatrı 
Mehdini heç də geri çağırmayacaqdı. Bax, elə buradadır, 
teatrşünaslar  İ.Rəhimli və  İ.İsrafilovun pozitiv pafosla ortaya 
atdıqları sualın cavabı: “Bəs belədə Mehdi Məmmədov, 
tələbəlik havasından hələ ayrılmamış  təcrübəsiz rejissor, nə 
üçün ilk işindən riskə gedirdi?” Ona görə riskə gedirdi ki, 
Mehdiyə başqa seçim və  şans, sadəcə, verilməmişdi. 1940-cı 
ildə “Bahar”ın və Kirovabadın Mehdi üçün alternativi yox idi, 
vəssalam.  
     “Bahar”  üzərində  iş başladı, nə başladı... təhlildən başladı: 
Mehdi düşündü, daşındı, “bir az qorxdu, bir az çaşdı, 
gözlərindən yuxu qaçdı”, amma “Bahar”dan əl çəkmədi, 
“Gündəliklər”ində qeydlər apardı, fikirlərini ora yazdı. 
Rəhmətlik Cəfərin monoqrafiyasında “Gündəliklər” haqqında 
hətta xüsusi danışılır da. Mənsə... necə  təəssüflənməyim ki, 
həmin “Gündəliklər”ə əlim çatmadı, ünüm yetmədi. Kimlərəsə 
başa sala bilmədim ki, Mehdi kiçik bir ailəyə, bir nəslə yox, 
bütün Azərbaycana məxsusdur: başa sala bilmədim ki, Mehdi 
Məmmədov və onun mədəni irsi respublikanın milli sərvətidir. 
Məhz onun “Gündəliklər”i teatrşünas C.Cəfərov üçün aşkar 
eləmişdi ki, Mehdi pyesin melodrmatik elementlərindən, 
abstrakt humanizmindən yaxa qurtarmağa çalışıb, diqqəti 
pyesin psixoloji məzmununun dərinliyinə yönəldib, süjet 
kolliziyalarını ikinci plana keçirib, fikrini insan 
münasibətlərində  cəmləşdirib. M.Təhmasib pyesin konfliktini, 
personajların rəftar məntiqini sovet ideolojisinin tələblərinə 
tam uyğunlaşdırmışdı. Bu melodramda hamı yaxşıdır, cəmi iki 
nəfər pisdir və bu hamı çalışır ki, həmin o iki insanı normal, 
təmiz həyata qaytarsın. M.Məmmədov öz rejissor qeydlərində 
yazırdı ki, “Burda insanların kədəri də, sevinci də ümumidir. 
Hamı bir nəfər üçün, bir nəfər də hamı üçün qayğılanır. Ümumi 
xoşbəxtlik uğrunda mübarizə - bax, budur mənim üçün də, 
kollektiv üçün də tamaşanın ideyası  və ali məqsədi.”
49
 Lap 


______________Milli Kitabxana_______________ 
61 
partiya iclaslarındakı  məruzələrə, partiyanın periodik olaraq 
ortaya atdığı birgə yaşayış devizlərinə bənzəyir: hərçənd burda 
nə yalan var, nə  də fikir mimikriyası. Mehdi söylədiklərinin 
həqiqətinə tam inanırdı  və bunu düşüncə primitivizmi kimi 
yozmaq ədalətsizlik olar. 
     Qısası, 1940-cı ilin qışında Mehdinin “Bahar”ı alınmışdı. 
Pyesin personajlarından biri Qaya onun həyatına və  sənət 
bioqrafiyasına daxil olmuşdu. O, Qayanı özünküləşdirmişdi, 
yəqin ki, bu obrazın həyatını  dəfələrlə, xəyali bir şəkildə 
yaşamışdı, Qayanın olum prinsiplərini,  əqidəsini qəbul 
eləmişdi. Mehdinin “əsl insan haqqında povest”ininin 
qəhrəmanı Qaya idi: öz ideallarına, vəzifə borcuna sadiq, 
sözündə möhkəm, əməlində dürüst, təmiz, insanpərvər, ləyaqət 
nümunəsi, alicənab, ürəyiyumşaq Qaya.  
     1942-ci  ildə Mehdinin özü məhz bu rolda Kirovabad 
teatrının səhnəsinə  çıxır və Qaya (Qaya obrazı haradasa 
tamaşanın Komandoru kimi qavranılır) kimi beyinlərə  həkk 
olunur.  İllər ötüşüncə onlar yenidən görüşəcəkdilər və Mehdi 
“Bahar”ın Qayasını kamera qarşısında 1959-cu ildə 
kinorejissor Rza Təhmasibin “Onu bağışlamaq olarmı?” 
filmində  də ifa edəcəkdi. Busa tamam ayrı bir tarixçədir, 
gələcəyin tarixçəsidir; amma əsası  həmən bu çağlarda 
qoyulub.
50
 Deməli, düz 19 il (1940-59) “Bahar” Azərbaycan 
mədəniyyətində Mehdi Məmmədov - Rza Təhmasib 
münasibətlərində aktual olub. 
     “Bahar”  tamaşasından bütün Gəncəyə bir optimizm 
fışqırırdı. Rejissor pyesin melodramatizmini minimuma 
endirmişdi, mübarizənin faktoloji dinamizmini “söndürmüşdü”, 
onu Qaya və Tərlan münasibətlərinin psixologizmi müstəvisinə 
transformasiya eləmişdi. Nə isə... bu tamaşa haqqında mənə 
çox az şey məlumdur.  İstifadə etdiyim mənbələrdə teyxa 
analitik mülahizələrdir. Tamaşanın teatrşünas təsvirinə isə heç 
harada rast gəlmədim. Axı bu, diplom işi olub!!! Teatşünaslar 
da o zaman bir elə çox deyildilər ki, gedib Gəncədə Mehdinin 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə