Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə16/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

______________Milli Kitabxana_______________ 
50 
     Dekadada iştirak edənlərin, xüsusən sənin, aldığın ənam, həqiqətən, 
iftixara layiqdir. Sənin keçdiyin qısa yol hər bir gənc üçün nümunəvi və 
həsəd aparılmalı yoldur. 
     Səni yeni və daha artıq müvəffəqiyyətlərlə  təbrik etməyi arzu 
edirəm. 
 
                          Səmimiyyətlə! Mehdi! 
Moskva, 18.04.38.”
44 
     1935-ci  ildən Azərbaycan Dövlət Dram Teatrında bir 
diplomçu-rejissor kimi fəaliyyətə başlayıb sonradan bu 
fəaliyyəti genişləndirmiş, 1938-ci ildə Moskva dekadasında 
“Şahsənəm” operasının quruluşuna görə “Şərəf nişanı” ordenilə 
təltif edilmiş Ədil İskəndərova ünvanladığı məktubunda Mehdi 
onun keçdiyi sənət yolunu nümunəvi adlandırmaqla sanki 
Ədilə deyir ki, sənin böyüklüyünü və birinciliyini qəbul 
edirəm, səninlə çiyin-çiyinə  işləməyə hazıram və  gəl, bir-
birimizə mane olmayaq. Düşünülmüş  və  qədərincə doğru 
addımdır. Bəs  Ədil necə, ona cavab verirmi? Mehdini 
dəstəkləyirmi? Bilinmir. Mehdinin arxivi və gündəlikləri bağlı 
qapı arxasında... və  məndən gizlin... Amma Mehdi həyatının 
gedişi bəzi məqamları elə dürüst işıqlandırır ki... Bu məktub 
bizə heç də iki səmimi dostu yox, iki potensial rəqibi tanıtdırır, 
bu rəqiblərin bir-birinə olan hörmətini tarixi araşdırmanın 
səhifələrinə  gətirir. Amma paradoks bundadır ki, onlar 
potensial rəqib ola-ola heç vaxt bir-birilə  rəqabət 
aparmayacaqlar. 
     Hərçənd Mehdinin diplom tamaşasını Azərbaycan Dövlət 
Dram Teatrının səhnəsinə yaraşdırmayacaqlar... Onu diplom 
sorağında Gəncəyə göndərəcəklər... 
    Həyatın, olum faktının, 30-cu illərdə uzaq bir şəhərdə 
bulunmaq tarixçəsinin sosial-iqtisadi, ideololoji, ruhsal-
psixoloji çətinlikləri Mehdinin iradəsini qıra bilmir, onu soyuq 
Moskvadan isti Bakıya tələsdirmir. Yəqin ki, “sənət sevgisi”, 
“sənət yanğısı” adlı duyğusal bir yaşantının reallığı elə bu: 
fədakarlıq, donkixotluq, dözüm. Əvəzini tanrı Mehdiyə ikiqat 
qaytarır. A.V.Lunaçarski adına Teatr Sənəti İnstitutunun Tədris 


______________Milli Kitabxana_______________ 
51 
teatrında o, 1938-ci ildə klassik rus repertuarında aktyorların 
son dərəcə böyük önəm verdiyi Neznamov (A.N.Ostrovski 
“Günahsız müqəssirlər”), 1939-cu ildə isə Yevstiqneyko 
(M.Qorki “Günəşin övladları”) rollarını ifa edir. Elə həmin ildə 
Moskva Bədaye Teatrının sütunlarından biri L.M.Leonidov 
onun aktyorluq istedadını yüksək qiymətləndirir. 1940-cı ildə 
bədii qiraət üzrə son dərəcə böyük mütəxəssis A.N.Qlumov 
“Per Hünt” adlandırılmış konsert proqramında Mehdi 
Məmmədovu Puqoviçnik rolunda səhnəyə çıxardır və sonradan 
N.M.Qorçakova məktub göndərir ki, bəs Sizin tələbənizin ifası 
Leninqrad səhnə ustalarının səviyyəsindən heç də geri 
qalmırdı.
45
  Mən elə düşünürəm ki, Dövlət Teatr Sənəti 
İnstitutunun bu konsert proqramını bir qastrol layihəsi kimi 
keçmiş Sovetlər Birliyinin “şimal paytaxtı”na aparıblar; Mehdi 
Məmmədovu isə çoxlarından üstün bildikləri üçün bu işə 
qoşublar, proyektdə onun rolunu aktivləşdiriblər və  hətta 
Leninqradın (indiki Sankt-Peterburq) kübar teatr elitasına 
göstərməkdən belə ehtiyatlanmayıblar.  
     1939-cu  ildə Dövlət Teatr Sənəti  İnstitutunun rəhbərliyi, 
yəqin ki, təhsil illərində  fərqləndiyinə  və istedad, bacarıq 
sərgilədiyinə görə Mehdi Məmmədovun rejisssor təcrübəsini 
Moskva Bədaye Akademik Teatrına təyin edir. 
K.S.Stanislavski üçcə il var ki ölüb, Vladimir İvanoviç 
Nemiroviç-Dançenko isə  hələlik sağdır və... işləyir, teatrın 
bədii həyatında yönləndirici mərkəz, koordinator missiyasını 
yerinə yetirir. Görünür, bu təyinatdan sonsuz qürur, fərəh, 
sevinc duyan Mehdi öz yaşantılarını danışmaq, onları 
obyektivləşdirmək, dostları ilə paylaşmaq naminə Azərbaycan 
teatr elitasının ilk beşliyinə daxil olan Rza Təhmasibə rus 
dilində  məktub yazır. Bu məktub Mehdi yaradıcılığının 
tədqiqatçısı üçün, milli teatr tariximiz üçün qiymətsizdir: nədən 
ki, bir çox mətləbləri həməncə aydınlaşdırır, Mehdi 
Məmmədovun 1939-cu ildə yaşadığı günlərin bəzi lövhələrini 
təsəvvürə gətirməyə imkan verir, onun Rza Təhmasibə 1936-cı 


______________Milli Kitabxana_______________ 
52 
ildə Bakıdan Moskvaya ünvanladığı birinci məktubu kimi. 
İndisə o, Rza Təhmasibin Bakı mənzilinə Moskvadan göndərir 
məktubunu. Həmin “namə”nin mətni: 
 
    “Çoxhörmətli Rza! 
     Sizə uzun müddət yazmadığıma görə məni bağışlayın. Məsələ bu ki, 
Bakıdan çıxanda Sizin poçt ünvanınızı götürmədim və bunun 
ucbatından məktublarımı Sizə yollaya bilmədim. 
     Moskvaya  gəldiyim gündən MBT-da təcrübədəyəm. Nemiroviç-
Dançenkonun hazırladığı “Üç bacı” tamaşasına təhkim edilmişəm. 
Hərçənd mənim təcrübəm müşahidəçi olmaqdan o yana getmir; amma 
buna baxmayaraq məşqlər məni darıxdırmır və cana gətirmir. Belə ki, 
hər dəfə özüm üçün faydalı-faydalı  şeylər tapıram və onları beynimə 
həkk edirəm. Mənim təcrübəmin o biri hissəsi ki, Kirovobad teatrında 
keçməliydi, yəqin ki, baş tutmayacaq. Çünki bu teatrın mənimlə əlaqəsi 
yalnız ondan ibarət olub ki, onlar mənə min rubla yaxın bir məbləğ 
göndəriblər. Nə pyes var, nə bir xəbər var, nə  də bir izahat... hətta 
yolladığım məktublara qısa bir cavab da yoxdur. Nəhayət ki, bu 
adamlara sonuncu məktubu yazıb onlardan qəti bir söz istədim: 
xatırlatdım ki, vaxt bitir və  əgər kollektivə  mənim vəziyyətim  əl 
vermirsə, qoy, mənə bu haqda açıq  şəkildə bildirsinlər. Mənim 
göndərdiyim “ultimatum”a cavab olaraq bu günlərdə bir xəbər 
almışam: yazırlar ki, incəsənət işləri üzrə idarə ilə razılaşdırmaya 
əsasən onlar məni Kirovabad teatrının rejissoru vəzifəsindən azad 
ediblər. Bu, mənim üçün gözlənilməz olmadı deyə, mənə bir elə də təsir 
eləmədi. Mən bilirdim ki, bizdə orada hamı Mkırtıçyanlar deyil. 
Beləliklə, mən dilxor olmadan və bunu unutmadan öz maraqlı 
təcrübəmi MBT-da davam etdirirdim. Fevraldan isə bizim dərslərimiz 
başlayır. 
     Bu  mövsümün  Moskva  premyeralarından MBT-da “Tartüf” və 
Vaxtanqov adına teatrda “Müfəttiş” diqqəti cəlb edir. “Tartüf” 
Stanislavskinin son işi olub və bu işi M.N.Kedrov davam etdirib. İndi 
özü də həmin rolda oynayır. Bu tamaşa onunla diqqəti çəkir ki, burada 
Stanislavskinin tamaşanın və obrazların fiziki həyatı barədə söylədiyi 
fikirlər öz təcəssümünü tapıb. Müzakirə, deyəsən, sabahdır. 
Fikirləşirəm ki, gərək hökmən orada olam. Söhbət maraqlı alınsa, 
ətraflı yazaram. “Müfəttiş”sə, mənə elə  gəlir ki, quruluşçu rejissorun 
(B.Zaxava) və artistlərin (Simonov - Xlestakov) cəsarətli uydurmaları 
və zəngin fantaziyaları ilə maraqlıdır. Formalizmə və naturalizmə qarşı 
keçirilən kompaniyalardan sonra meydana gəlmiş boz teatr tamaşaları 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə