Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

______________Milli Kitabxana_______________ 
53 
adamı o qədər təngə gətirmişdi ki, belə bir tamaşaya həməncə hörmət 
hissiylə yanaşırsan... 
     Hörmətli Rza! Fürsətdən istifadə edib Sizə öz qardaşım Teymuru 
təqdim etmək istəyirəm. Məktubumu da, mənim xahişimlə, Sizə elə o 
özü çatdıracaq. Sizdən rica edirəm,  əgər mümkünsə, ona bir neçə 
dəqiqəlik vaxt ayırın. O, Sizin diqqətinizə  dəyər!!!  İnandırım Sizi ki, 
Teymur istedadsız oğlan deyil. Sizin məsləhət və yardımınıza onun 
ehtiyacı var. Mən onu məhz Sizin yanınıza göndərirəm. Çünki 
özümdən bilirəm ki, Sizin kimi böyük həyat təcrübəsi və avtoriteti olan 
bir şəxsin bir neçə xeyirxah sözü, isti münasibəti onun kimi bir cavan 
üçün çox şey deməkdir... Bir də xahiş eləyirəm, öz məsləhətlərinizi 
ondan əsirgəməyin. Öncədən Sizə təşəkkür edirəm. 
     Bacınız Gülsümə və Əzizə salam söyləyin. 
     Salamat qalın. 
                           
                            Mehdi                                                         Moskva, 
07.12.39.”
46
 
 
     Tamaşa tamaşa olunca, rejissor teatra gəlincə, sənətçi 
mədəniyyət aləmində tanınınca o qədər işlər baş verir ki... və 
sonucda görürsən ki, böyük sənətkarların hamısı eyni  bir yolu 
keçib... Dünyada ən çox istedadlı adama paxıllıq eləyirlər... 
dünyada ən çox istedadlı adama mane olurlar... dünyada ən çox 
istedadlı adama qarşı  təcavüzdə bulunurlar... dünyada ən çox 
istedadlı adamdan qorxub ehtiyatlanırlar... onu “sındırmağa”, 
işini yubatmağa, özünü distansiyada saxlamağa çalışırlar. Rza 
Təhmasibə göndərilmiş bu məktub da mənə elə şeyləri danışdı 
ki... Danışdı ki, artıq 30-cu illərin sonuna doğru Mehdi Bakıda 
arzuolunmaz  şəxsə çevrilmişdi; onun bir diplomçu kimi 
Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlamasını 
istəməmişdilər. Deməli, Mehdinin 1935-ci ildə yazdığı 
“Öhdəçilik” formal bir şeymiş və onun real gücü yox imiş. Əks 
təqdirdə Mehdinin diplom tamaşasını Kirovabad (Gəncə) 
teatrına salmazdılar ki... Bəyəm Azərbaycanın o zaman 
Moskvada təhsil görmüş rejissorlarını bir əlin barmaqları ilə 
sayıb qurtarmaq olmazdımı? Bəyəm teatrın rəhbərliyi 
Moskvaya gedərkən Mehdiyə öhdəçilik yazdırıb ona 75 rubl 


______________Milli Kitabxana_______________ 
54 
təqaüd kəsməmişdimi? Bəs onda Mehdiyə qarşı, yəni istedadlı 
və savadlı cavan bir oğlana qarşı, başqa sözlə, teatrın ümidinə 
qarşı bu biganəlik, bu etinasızlıq haradandır? Bəlkə  Ədil 
İskəndərov istəmir Mehdinin teatra dönüşünü? Hətta bu azmış 
kimi Kirovabad da, dəhşətə bir bax,  Mehdidən imtina edir. 
Frans Kafkanın romanlarının atmosferi. Sənə hamının ehtiyacı 
var və sən konkret heç kimə lazım deyilsən; amma hamı üçün 
əngəlsən, baş ağrısısan. Beləcə, qapı ağzında kirimişcə əyləşə-
əyləşə qocalıb ölmək də olar. İlahi, bu vətəndə  işlər hər bir 
zaman, hər bir yerdə eyni cürə görülür... İstedad istedadını 
sübut edincə istedadsızlaşır. Bu məktubda da Mehdinin 
sıxıntısı  aşkar hiss olunur; hiss olunur ki, o, əməllicə 
narahatdır: sabahını proqnozlaşdıra bilməməsi ucbatından 
narahatdır. Di gəl ki, o, Rza Təhmasibə heç bir şikayət yazmır, 
konkret heç kimi günahlandırmır, umu-küsü eləmir; sənətdən 
danışır, kiçik qardaşının qeydinə qalır. 
     Niyə  məhz Rza Təhmasib? Onlar nə vaxtdan tanış idilər? 
Necə olurdu ki, Mehdi özündən 21 (rəsmi 24) yaş böyük Rza 
Təhmasibin arvadı Gülsüm xanıma və qaynı  Əzizə salam 
göndərirdi? Bu adamlar harada belə mehribanlaşmışıdılar? 
Məktubun tonallığından əlüstü bilinir ki, Mehdinin Təhmasibə 
hörməti sonsuzdur və ona bir ustad kimi yanaşır. Şübhəsiz, Rza 
Təhmasib Mehdiyə qayğı göstərib, bu cavan istedadlı rejissor 
və aktyoru dəstəkləyib ki, Mehdi də qardaşı Teymurla bağlı 
ona ağız aça bilib. Haradasa Mehdinin sənət yolunun əvvəlində 
mən Rza Təhmasibi onun hamisi, qeyri-rəsmi himayədarı kimi 
görürəm. Görürəm ki, Mehdi Rza Təhmasibi dinləyib, onun 
sözünə, məsləhətinə qulaq asıb. Elə 1945-ci ildə Azərbaycan 
Dövlət Teatr İnstitutuna müəllim vəzifəsinə  işə düzələrkən 
Mehdinin xasiyyətnaməni Rza Təhmasibdən alması da, əqidəcə 
əsl kommunist, həqiqətsevər bir adam olan Rza Təhmasibin öz 
tərifini ondan əsirgəməməsi də dediklərimin sübutudur. Bu 
xasiyyətnaməyə sonra bir də dönəcəyik. İndisə öz tərcüməmdə  
həmin sənədi (əsli rus dilindədir) Sizə təqdim edirəm:  
                                 


______________Milli Kitabxana_______________ 
55 
                 “XASİYYƏTNAMƏ 
 
     Mən yoldaş Mehdi Əsədulla oğlunu 1932-ci ildən M.Əzizbəyov adına 
Azərbaycan Dövlət Dram Teatrında öz assissentim kim tanımağa 
başlamışam. O, Azərbaycan Dövlət Teatr İnstitutunda mənim tələbəm 
olub; L.Beriya adına Kirovabad teatrının bədii rəhbəri vəzifəsində 
çalışıb.  İndisə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının 
quruluşçu rejissorudur. Yoldaş  Məmmədovun keçdiyi yaradıcılıq 
yolunu təfəkkürə meyllilik, axtarışların zənginliyi, ciddilik və 
nəticələrin möhtəşəmliyi fərqləndirir. Onun “Nizami”, “Nə yardan 
doyur, nə əldən qoyur”, “On ikinci gecə” və digər bu kimi tamaşaları 
göstərdilər ki, o, necə  dərindən düşünüb mahiyyətə vara-vara işləyə 
bilir, yarada bilir. Bu tamaşaları ilə yoldaş Məmmədov özünü istedadlı, 
yüksək quruluşçu mədəniyyətinə yiyələnmiş, peşəsini mükəmməl 
öyrənmiş, aktyor kollektiviylə  məqsədli  şəkildə  işləməyi bacaran bir 
rejissor kimi tanıtmışdır. Məhz onun bu keyfiyyətləri imkan verib ki, 
yoldaş  Məmmədov teatr institutu tərəfindən rejissorluq kafedrasında 
müəllimlik fəaliyyətinə  cəlb olunsun və özünü ən yaxşı  cəhətdən 
səciyyələndirsin. 
 
       “Rejissor və aktyor sənəti”  
       kafedrasının müdiri, Azərb. 
       SSR-in əməkdar incəsənət  
       xadimi, professor əvəzi, 
       Stalin mükafatı laureatı       Təhmasib R.A. 
 
 
12.08.45.”
47
  
 
     R.Təhmasibin Mehdini 1932-ci ildən rejissoor assistenti 
kimi tanıması mümkünsüzdür. Olsun ki, burada R.Təhmasib 
nəyisə unudub və ya tanışlıq ilini təqribi söyləyib. Çünki 
Mehdi 1932-ci ildə artıq Bakı Türk İşçi Teatrında özünü aktyor 
kimi sınayırdı. Bu, məsələnin bir tərəfi. Digər bir məqam: necə 
olub ki, Mehdi məhz Rza Təhmasiblə, kifayət qədər mürəkkəb, 
intellektual və  təkəbbürlü bir adamla yaxınlaşıb? Bunu mən 
heç vaxt bilməyəcəkdim, təsadüf olmasaydı, daha doğrusu, 
Mehdinin Rzaya məktubu olmasaydı... Mən hətta bu məktubun 
sayəsində öyrəndim ki, Mehdini teatra işə düzəltmiş dostu Əziz 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə