Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə15/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

______________Milli Kitabxana_______________ 
47 
obrazlı tamaşa” kimi dəyərləndirsə də, onu İ.Hidayətzadə üçün 
uğurlu bir addım saysa da, bu səhnənin  əleyhinə  çıxmaqla 
faktiki surətdə rejissorun təklif etdiyi milli teatr modelilə 
prinsipcə razı olmadığını bildirirdi. Bunun səbəbi o zaman 
aydınlaşacaq ki, nə vaxt Mehdi Məmmədov özünü rejissor 
kimi tanıdacaq. 
     Hələliksə, Moskva şəhəridir, xoşbəxt  əməkçilərin xoşbəxt 
partiya rəhbərlərinə verdiyi gurultulu xoşbəxt raportlar 
dövrüdür, oğulun atanı, qonşunun qonşunu, arvadın  ərini 
satdığı,  şeytanladığı illərdir, üzü qırmızı demaqoqların  ən ali 
dəyərləri amansızcasına təpiklədiyi bir zəmanədir. 1936-cı ildə 
rusların dahi teatr reformatoru K.S.Stanislavski öləcək... 1937-
ci ildə digər dahi rus rejissoru V.E.Meyerholdun özünü, adını, 
irsini teatr tarixindən silməyə çalışacaqlar... Realist rus teatr 
məktəbinin yetirmələri, K.S.Stanislavskinin tələbələri 
Moskvanın sənət mühitində lider mövqelərə yiyələnmək 
əzmində bulunacaqlar... və “sistem”i sovet teatr mədəniyyəti 
üçün doqmaya, peşəkarlıq möhürünə çevirəcəklər, əməkçilərin 
gurultulu raportlarından fışqıran  şadyanalıq aurasının içinə 
qatacaqlar... Mehdi də basma kağızı kimi Moskva teatr 
prosesinin bütün bu əlamətlərini özünə hopduracaq... 
     1937-ci il Moskvada Puşkin ilidir, ərəb mənşəli rus şairinin 
yubiley mərasimlərinin gurhagur vaxtıdır.... Bu təmtəraqlı şeir 
ilində, humanizmə görk olası Puşkin ilində,  şairlər qırılacaq... 
Cavid sürgün ediləcək, Müşfiq öldürüləcək... və başqa 
millətlərin adını bilmədiyim daha hansısa  şair və yazarlarının 
həyatına nöqtə qoyulacaq... Qəsdən bunu belə düşünmək 
olmaz... Qəribə deyilmi?! Şübhəsiz.  Kimsə ruslardan möhkəm 
öc alıb, Puşkinin bütün yubileylərinin məxmər təntənə pərdəsi 
üstünə əbədilik faciə ləkəsi salıb. Puşkini xatırlayanda həmişə 
37-nin qurbanları da xatırlanacaq! 37-ci il Aleksandr 
Sergeyeviçi də rusların  əlindən, faktiki surətdə, alır! Və  sən 
yenə  fələyin oyunlarına bax ki, həmin 1937-ci ildə bizim 
Mehdi Moskva şəhərində Dövlət Teatr Sənəti  İnstitutunun 


______________Milli Kitabxana_______________ 
48 
tədris səhnəsində Puşkinin “Boris Qodunov” pyesindən bir 
monoloqu azəri türkcəsində deklamasiya eləyir və bu an sanki 
bütün institut çevrilib ona baxır, onu görür. Mehdi diqqət 
mərkəzindədir! Pedaqoq və  tələbələr Mehdiyə istedadlı  bədii 
qiraət ustası kimi yanaşmağa başlayırlar. Bu dövrdə onun sənət 
müəllimi birbaşa K.S.Stanislavskidən dərs almış Nikolay 
Mixayloviç Qorçakov idi; o Qorçakov ki, sonralar 
“Stanislavskinin rejissor dərsləri” adlı  dəyərli bir kitab 
yazacaq. Məhz həmin bu Nikolay Mixayloviç Mehdini Moskva 
teatr mühitinin formatına salır; Mehdiyə kömək olur ki, öz 
psixoloji komlekslərindən yaxa qurtarsın, heç kimdən və heç 
nədən utanmasın. Elə bu əsnada tələbə Mehdi Məmmədov 
“faciənin atası” Esxilin dramaturgiyası barədə  məruzə 
hazırlayır və zamanı çatanda o qədər danışır ki, hamının baş-
beynini aparır... Görünür, bu nisbi uğursuzluq Mehdini heç də 
ruhdan salmayıb və o, “Boris Qodunov”dan hazırladığı 
monoloqu  əla ifa eləyib. Beləliklə, Mehdi qısa bir müddətdə 
məşhur və sevimli bir adam olur teatr institutunda. Onun 
məşhurluğunu təkcə ekstra çalışqanlığı, istedadı 
şərtləndirmirdi. Burada effektli kişi fakturasının və baritonal 
səsin də rolu az deyildi. Bir dəfə  “əməli təhlil metodu”nun 
gözəl bilicisi Aleksandr Mixayloviç Polamişevdən Mehdini 
necə xatırladığını soruşanda cavab verir ki, “... çox yaraşıqlı 
görkəmə malik birisi idi. Dəhlizdən keçəndə bütün qızlar 
çevrilib Mehdiyə baxırdılar və onun qızlarla heç vaxt heç bir 
problemi olmurdu. Yalnız bizim problemimiz vardı 
qızlarnan...” A.M.Polamişevin bu səmimiyyəti də göstərir ki, 
Mehdinin Moskva həyatı təkcə əziyyətli tədris illərindən, uzun 
sürən çalışmalardan, məşqlərdən ibarət deyildi. Burada 
əyləncəyə də yer tapılırdı, qızlara da və hətta... yəqin ki içkiyə 
də... 
     Bununla  belə... heç nə Mehdinin çalışmalarına xətər yetirə 
bilmirdi.  Əgər Mehdi öz teatr sevgisinə  nəyinsə naminə 
xəyanət etsəydi, Mehdi Mehdi olmazdı. Odur ki, 1939-cu ildə  


______________Milli Kitabxana_______________ 
49 
Mixail Yuryeviç Lermontovun anadan olmasının 125 illiyi 
şərəfinə keçirilən təntənələrdə Mehdi şairin “İfrit”  əsərindən 
müəyyən parçaları  tədris teatrının səhnəsindən moskvalılar 
üçün rus dilində əzbər söyləyir və... mükafata layiq görülür. Bu 
mükafat nədən ibarətdi, onu bilə bilmədim.  Əlbəttə ki, pul 
mükafatı Mehdiyə daha sərfəli olardı. Mən bunu yüz faizli 
əminliklə deyirəm. İş bu ki, Mehdi, 75 rubl miqdarında təqaüd 
almasına baxmayaraq, Moskvada ehtiyac içində yaşayırdı. Belə 
ki, evdən əlavə pul göndərəni yox idi.  
     Avropa  ölkələrinin birində,  əgər səhv etmirəmsə, ya 
Finlyandiyada, ya da Almaniyada, universitetin qarşısında  
postament üzərinə adi boz daş qoyulub, ortasında iri bir dəlik: 
abidə statusunda qavranılır. Soruşanda “bu nədir”, cavab 
verirlər ki, tələbənin cibidir, çünki adətən boş olur, deşik olur 
və orada heç vədə pul “dayanmır”.   
    Keçmiş zamanlarda tələbə bu boş cibini ovcuyla xamçalayıb 
həmişə vurnuxardı ki, özünə kitabı necə, hansı pula alsın. 
Mehdi də belə bir kasıb tələbə arzusuyla yaşayırdı:  Şekspirin 
külliyyatına sahib olmaq istəyirdi. Odur ki, bu sənət xiridarı, 
sənət fədaisi bir dəfə qəpiyi-qəpiyə calayıb pul yığır və nəhayət 
ki,  Şekspirin cildlərini  əldə eləyir. Bir gün... iki gün... beş 
gün... bir həftə... bir ay... Mehdinin maddi sıxıntısı azalmır ki, 
azalmır və o, məcbur olur Şekspir cildlərini bir-bir satmağa. 
“Sarı sim”ə dəyəsi bir not. Mənə şəxsən yaman bərk toxundu. 
Lakin Mehdi heç nədə geri qalmaq istəmirdi: həm Moskvanın, 
həm də Bakının teatr həyatında, sözün əsl mənasında, olmağa 
çalışırdı, bütün sənət hadisələrinə fiziki imkanları daxilində 
reaksiya verməyə, münasibət bildirməyə  səy göstərirdi. Onun 
Ədil  İskəndərova ünvanladığı  məktubu da mən elə bu 
kontekstdə oxudum və özüm üçün daha bəzi məsələləri 
konkretləşdirdim:   
                              
    “Hörmətli Ədil! 
     Azərbaycan teatrosunun, incə  sənətinin qazandığı müvəffəqiyyət 
münasibətilə sevincimi səninlə bölüşmək istəyirəm. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə