Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə12/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

______________Milli Kitabxana_______________ 
38 
                 İmza        /Məmmədov M.Ə/ 
22.09.35 
 
     Bu  sənədi yadda saxlayın. Mühüm bir sübut kimi onun 
üzərinə bir də qayıdacağıq. 
     Moskvaya  yollandıqdan sonra Mehdi düz dörd ay, yəni 
sentyabrdan dekabra kimi, sinif içində heç kimlə bir kəlmə də 
kəsmir: eləcə susub oturur. Mən burada Hamletsayağı, və bəlkə 
də Komandorsayağı  rəftarın ilk əlamətlərini, cizgilərini 
görürəm. Dördcə ay prinsip gözləyib  ətrafındakı insanlarla 
aktiv ünsiyyətdə olmamaq və ya bilərəkdən ünsiyyətdən 
qaçmaq, özünü səssiz tənhalıq qəsrinin könüllü əsiri eləmək 
Hamlet tipli bir qəhrəmanın səciyyəsi, ya da “daş qonağın” 
özünü başqalarına təqdim etmə  tərzi.  Mehdi rus dilində 
savadsız-savadsız danışmaqdan, sözləri gülməli intonasiyada, 
cənublu ləhcəsində tələffüz etməkdən utanırdı, xəcalət çəkirdi,  
lağ obyektinə çevrilməsindən ehtiyatlanırdı. Belə qapalı olum 
tərzi də axırı ona gətirib çıxartdı ki, Mehdi özünü xəstə saldı,  
psixi stress yaşadı,  əsəb gərginliyinə dözəmmədi, bir illik 
möhlət istədi institutun rəhbərliyindən... və Moskvadan Bakıya 
döndü. 
     Teatrşünas 
İlham Rəhimlinin yazdıqları: “Mehdi 
Məmmədov Moskvaya ali məktəbə  qəbul olandan sonra rus 
dilini öyrənmək üçün gecə-gündüz çalışır və nəticədə psixikası 
pozulur. Bir il fasilə almağa müyəssər olan gənc Mehdi Bakıya 
gəlir. Burada da kamına çatmadığı  məhəbbət macərası onu 
əməlli-başlı sarsıdır. Ruhi xəstəxanada müalicə almalı olur. 
Buna görə Mehdi Məmmədovdan xoşu gəlməyənlər küncdə-
bucaqda ona “dəli” yarlığı” yapışdırırdılar. Mehdi müəllim 
ciddi müalicədən sonra həmişə fikirləşib danışırdı ki, 
cümlələrində nahamvarlıq olmasın, ona irad tutmasınlar. Get-
gedə də bu, onun xarakterində ciddi vərdişə çevrildi. Sonralar 
Mirzağa  Əliyev həmişə zarafatla deyirdi ki, Mehdi müəllimə 
bu gün salam verirsən, sabah “əleykə salam” alırsan”.
40
 Bu 
sitatda mən bir sevgi macərası gördüm, amma ha çalışdım, 


______________Milli Kitabxana_______________ 
39 
təfsilatını araşdıra bilmədim. Mehdinin ilk sevgi obyekti, onun 
“məcnun”luğunun səbəblərindən biri, mənim üçün sirr olaraq 
qaldı. O xanımın kim olduğunu məndən gizlətdilər.  
     XX  əsr nəsrinin dahilərindən biri Xulio Kortasarın bir 
hekayəsi var, qəhrəmanı mənim kimi bir tədqiqatçıdır. Həmin 
bu tədqiqatçı ünlü bir yazar haqqında bir monoqrafiya nəşr 
etdirir və bu əsər qısa bir müddətdə bestsellerə, yəni  ən çox 
satılan oxunaqlı bir kitaba çevrilir və məşhurlaşır. Öz uğurunun 
dadını  çıxaran monoqrafiya müəllifinə elə bu məqamda xəbər 
çatır ki, bəs bir qadın həmin yazıçının havaxtsa ona 
ünvanladığı ikicə sevgi məktubunu tədqiqatçıya təqdim etmək 
istyəyir. Qısa eləyirəm: tədqiqatçı gedib o qadını tapır, bu 
“didərgin” iki məktubu alır, açıb oxuyur və öz kitabının 
yayımına qadağa qoyub deyir ki, mən kitabın konsepsiyasından 
imtina edirəm və monoqrafiyanı bir də təzədən yazacağam. 
     Amma  bizdə  əksinədir: qohumlar, tanışlar dahi 
şəxsiyyətlərin olum və ölüm tarixləri arasına vecsiz bir tire 
atmağa çalışırlar ki, amanın günüdür, birdən nəsə deyilsə, bir 
kimsənin xətrinə dəyə bilər, kiminsə üzüyünün qaşı düşə bilər. 
Söyləyirlər ki, sən onun həyatından yazma, sənətindən yaz. 
Onda  əla monoqrafiyalar yaranmır, atam-atam. Yaransa da, 
bestseller olmur. Əgər müəllif tədqiqatının qəhrəmanını öz 
əsəri çərçivəsində “diriltmirsə”, onu başqalarından ötrü maraqlı 
etmirsə, həmin monoqrafiya arxiv materialına dönür.  Nə isə... 
Hərə öz vicdanının qəbul elədiyi mənəvi hüdudlara görə 
cəmiyyəti refleksiya eləyir və buna əsasən həyatını qurur... 
Başlıca məsələ budur ki, heç kimi mühakimə etməyəsən... 
     Qayıdaq Azərbaycan teatrosunun əvəzsiz, təkrarsız 
Mehdisinə. 1935-ci ilin sonunda o, Bakıya dönür: üzgün, 
xəstəhal, yorğun. Bunun səbəbini onun hədsiz çalışqanlığında, 
məğrurluğunda, uğursuz sevgisində axtaranlar var. Lakin heç 
kim heç yerdə yazmayıb ki, 1935-ci ildə Mehdinin atası 
Əsədulla kişi dünyasını dəyişir (?). Soruşacaqsınız ki, niyə sual 
işarəsi var mötərizə içində. Məsələ bu ki, tarixi sənədlər bu 


______________Milli Kitabxana_______________ 
40 
faktı iki versiyada təqdim edir: 1945-ci ilin sentyabrında 
Azərbaycan Dövlət Teatr İnstitutunda müəllim vəzifəsini 
tutmaq üçün təqdim edilmiş avtobioqrafiyada Mehdi atasının 
qoca yaşlarında 1935-ci ildə öldüyünü öz əliylə yazıb. “Qoca 
yaş” bizim şüurumuzda hər halda 70-i keçmiş yaş  həddidir. 
Buradansa belə  çıxır ki, ya Əsədulla kişi gec evlənib; ya 
onların uzun müddət övladları olmayıb, ya da Sayalı xanım 
onun ikinci arvadıdır. Mən bunları güman  eləyərkən, adi 
faktlardan “kriminal oxu” variantı düzüb-qoşmaq bacarığımı 
göstərmək istəyərkən yenə  qəfildən (mən fakt axtarmıram, 
faktlar özü gəlib məni tapır) öyrəndim ki (yaşasın dedi-qodu 
zəncirinin yaratdığı folklor!), Əsədulla kişi Sayalı xanımdan 
çox-çox öncə ayrı bir qadınla kəbin kəsdiribmiş və bu izdivac 
Mehdiyə ögey bir bacı “bağışlayıbmış” ki, o da qardaşından 
yaşca xeyli böyük imiş... 
     Əgər  Əsədulla kişinin təxminən 70 yaşında vəfat etdiyini 
götürsək, deməli, Mehdi doğularkən, onun haradasa 50 yaşı 
olub (hələ  mən artığını hesablamıram). Niyə  mən bu fakt 
üzərində dayanıb mövzunu gəlişdirirəm? Məsələ bu ki, 
Əsədulla kişi rəhmətə gedəndə Mehdinin 20, Xəlilin 15, 
Teymurun isə 13 yaşı vardı. Beləliklə, hadisələrin real 
mənzərəsinin mozaikası... Gərçi  Əsədulla kişi 1935-ci ilin 
sentyabrına qədər dünyasını  dəyişsəydi, yəqin ki, Mehdi evin 
böyük oğlu kimi anasını kiçik qardaşlarının umuduna buraxıb 
Moskvaya yollanmazdı, ailəni təmin etmək qayğısı ilə 
yaşayardı. Deməli,  Əsədulla kişinin ölüm xəbəri Mehdini 
Moskvada haqlayır. Haqlayırmı? Yox, bu, əsla düz deyil. 
Doğrusu olanı odur ki, Mehdi 1945-ci ildə öz 
avtobioqrafiyasında atasının 1935-ci ildə öldüyünü öz əliylə 
yazanda səhv eləyib. Görünür, nəyisə unudub, yadından 
çıxarıb. Məsələ budur ki, 1936-cı il fevralın 13-ü tarixində 
Mehdi Moskvaya Rza Təhmasibə  ərəb  əlifbası ilə bir məktub 
göndərib. Həmin məktubda da göstərilir ki, Əsədulla kişi bərk 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə