Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə8/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

______________Milli Kitabxana_______________ 
26 
aydınlaşacaq ki, Cəlil bəylə Mehdinin münasibətləri gerçək 
maraqlar zəminində formalaşıb. Çünki 15-16 yaşlı bir 
yeniyetmə 13 yaşlı  uşaqdan fərqli olaraq artıq həyatdan nə 
istədiyini təxmin edə bilir... və... teatr xülasələrini köçürmək 
işində acizlik göstərmir... Ona görə də həqiqət budur ki:  
     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
anadan olub. 
     Suraxanskaya küçəsində yaşayarkən şuşalı Əsədulla kişinin 
oğlu Mehdi bakılı  Səməd Mənsurun oğlu Tofiqlə tanış olur. 
Sən bir taleyə bax: fələk hansı oyunlardansa çıxıb 
Azərbaycanın iki ustad  rejissoru olacaq uşaqları bir məhəllədə 
qarşılaşdırır və onlar, teatrşünas  İsrafil  İsrafilovun sözü 
olmasın, birlikdə teatr-teatr oynayırlar. Məxsusi xəfiyyəlik 
agenturası çoxsaylı komanda ilə işləsəydi belə, yenə bu zərurəti 
və ya təsadüfü düzüb-qoşmaq mümkün olmayacaqdı... Sonra 
da deyirlər ki, Yazı yoxdur. Cəfəngiyyatdır. Tanrı kimləri 
kimlərlə görüşdürməyi yaxşı bilir. İ.İsrafilov onu da deyir
25
 ki, 
bu oyunlar zamanı Tofiq Kazımov rejissorluq eləyərmiş, 
Mehdi Məmmədov - aktyorluq. Düzü, mən bunu təsəvvür edə 
bilmədim. Nədən ki, Tofiq 1923-dəndir, Mehdi - 1915-dən. Bu 
epizodda da söhbət yəqin ki, 1928-30-cu illərdən gedir. Çünki 
1931-ci ildən etibarən Mehdi artıq peşəkar aktyorlarla səhnədə 
olacaq və Tofiqlə oynamaq ona maraqlı  gəlməyəcək. Yəni 
söylədiyimin mənası bu ki, Mehdi əgər Suraxanskaya 
küçəsindəki 17 nömrəli dalanda Tofiqlə tamaşa göstərərkən 
aktyor olubsa da, özxoşuna olub və  Səməd Mənsur oğlunun 
“rejissurası”nı özündən, hər iki doğum versiyasına görə, yaşca 
qat-qat kiçik birisinin xətrinə  dəyməmək üçün qəbul edib, 
alicənablıq göstərib, bir böyük kimi davranıb. Ol səbəbdən bu 
epizodu çözüb oradan sənətlə ilişikli mənalar “qoparmaq” 
istərkən ehtiyatlı və obyektiv olmaq gərək.   
     Bu,  belə. Amma yenə  Cəfər Cəfərovun “Rejissor sənəti” 
adlı monoqrafiyasında biz maraqlı, amma reviziyası 
mümkünsüz bir faktla üzləşirik. Bakı Teatr Texnikumunun 


______________Milli Kitabxana_______________ 
27 
(1945-ci ildə yazılmış avtobioqrafiyada bu təhsil müəssisəsi 
Azərbaycan Dövlət Teatr Texnikumu adlandırılır) direktoru, 
milli səhnə  sənətinin ağsaqqallarından biri Hacağa Abbasov 
Mehdini məktəbə  qəbul etməyib deyir ki, sən hələ çox 
cavansan.
26
 Demir ha, uşaqsan, deyir ki, cavansan!!! Bu ifadə 
Mehdinin 1931-ci ildə 13 yox, məhz 16 yaşında olduğunu bir 
daha sübut eləyir. 13 yaşlı  uşağa cavan demirlər. Bu 
“bəyanat”dan qəm dəryasına qərq olan Mehdi kor-peşman evə 
qayıdır və bir təsadüf onun köməyinə çatır. Hacağa Abbasov 
kimi  əfsanəvi bir aktyorun sərt açıqlamasından sonra Mehdi 
məhəllədə  Əziz adlı bir oğlanla qarşılaşır və  dərdini ona 
danışır. Sən demə pioner Əziz (İ.Rəhimlinin “Sənətkar 
kamilliyi” məqaləsində  Əziz adı  səhvən Ayaz kimi yazılıb
27

də teatra vurğun birisiymiş, teatrın xiridarı imiş  və “Sevil” 
tamaşasında Gündüz rolunu ifa edirmiş. Həmin bu Əziz 
Mehdini teatra düzəldəcəyinə söz verir, sözünün də üstündə 
dayanır. Çox çəkmir ki, Mehdini Türk Bədaye Teatrosunun 
(indiki Milli Dram Teatrı) yardımçı heyətinə götürürlər. 
İ.Rəhimliysə öz məqaləsində bəzi məqamları qarışdırıb: yanlış 
olaraq elə fikirləşib ki, Mehdi ilk dəfə Bakı Türk İşçi Teatrında 
səhnəyə çıxıb, pioner Əziz də Gündüz rolunu həmin bu teatrda 
oynayıb.
28
 Düz deyil. Teatrşünas  İ.İsrafilovun “Mehdi 
Məmmədovun rejissor sənəti” monoqrafiyasında da bu məqam 
qədərincə aydınlaşdırılmayıb.
29
 Onda bəs bu səhvin kökü 
haradan gəlir? Məsələ belədir ki, Cəfər Cəfərovun tədqiqatında 
Mehdinin hansı teatrın truppası ilə yaradıcılıq əlaqəsi saxladığı 
dəqiq söylənilmir. Lakin vurğulanır ki, Mehdini yardımçı 
heyətə  qəbul etdikdən sonra o, “1905-ci ildə” və “Axir əz-
zaman” tamaşalarında kütləvi səhnələrin iştirakçısı olub.
30
 
“Axir  əz-zaman” tamaşası isə Bakı Türk İşçi Teatrında 
oynanılmayıb və A.M.Şərifzadə ilə  Əsəd Tahirin bu pyesi 
1931-ci ildə Türk Bədaye Teatrosunda tamaşaya qoyulub. 
Mənim haqlı olduğumu təsdiqləyən daha bir fakt: Mehdi 
Məmmədov rejissor Yusif Yulduzun 1931-ci ildə Türk Bədaye 


______________Milli Kitabxana_______________ 
28 
Teatrosunda quruluş verdiyi “Lyubov Yarovaya” tamaşasında 
ilk dəfə “dil açıb” söz deyib və Şvandyanın həbsi epizodunda 
cəmi iki qısa fraza söyləyib. Konstantin Trenyovun bu əsəri də 
İşçi Teatrının repertuarında olmayıb. Görünür, Mehdi 
V.Lütsenin 1931-ci ildə Milli Dram Teatrında quruluş verdiyi 
“1905-ci ildə” tamaşası ilə  sənət dünyasına addımlayıb və elə 
buradaca A.M.Şərifzadə, Ülvi Rəcəb,  İ.Hidayətzadə, 
R.Təhmasib və başqa bu kimi bir nömrəli ustadlarla səhnəni 
paylaşıb. Odur ki, Milli Dram Teatrındakı təcrübədən az sonra 
Bakı Teatr Texnikumu onu öz “doğma”sı kimi divarları arasına 
qəbul edib. Mənim gümanım var ki, Mehdiyə bu işdə Rza 
Təhmasib dəstək olub və o, teatrın zəmanətilə texnikumun 
tələbələri sırasında cərgələnib. Mehdi Məmmədovun  şəxsi 
vərəqəsində  də yazılıb ki, o, 1931-ci il ərzində Azərbaycan 
Dövlət Dram Teatrında
31
 aktyor vəzifəsində çalışıb, bir statist 
kimi rollar alıb və  hər rola böyük sevgi və  məsuliyyətlə 
yanaşıb, “1905-ci ildə” tamaşasında gah kəndli, gah fəhlə, gah 
da qorodovoy obrazlarında səhnə  məkanında görünüb; 
qrimlənib, “başqalaşıb”, “aktyorlaşıb” görünüb. 
     Elə buradaca mən bir də dönürəm doğum tarixinə.  Əgər 
1931-ci ildə Mehdinin pasportda göstərilən kimi 13 yaşı 
olsaydı, səhnədə ona fəhlə, ya da kəndli, ya da qorodovoy 
rollarını verərdilərmi? Təbii ki, yox. Uzağı Mehdiyə  uşaq 
obrazlarını tapşırardılar, vəssalam. Özü də “1905-ci ildə” 
tamaşasının kütləvi səhnələrində C.Cabbarlının remarkasına 
görə  uşaqlar da iştirak etməliydilər. Mehdiysə artıq 1931-ci 
ildən kişi rollarında çıxıb səhnəyə. Mən biləni teatr bu dövrdə 
aktyor kadrları sarıdan qıtlıq çəkmirdi və ehtiyac duyulmurdu 
ki, kütləvi səhnədə belə hər hansı bir fəhləni və ya kəndlini 13 
yaşlı uşaq təmsil eləsin. Razılaşaq ki, Azərbaycan Dövlət Dram 
Teatrı bunu özünə heç bir vəchlə yaraşdırmazdı, hər  şeydən 
öncə peşəyə hörmətin naminə; digər tərəfdən isə ideoloji-siyasi 
motivlərə görə. Bu necə ola bilərdi ki, sovet Hökumətinin 
dayağını  təşkil edən  əli qabarlı  fəhlənin və ya kəndlinin 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə