Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   2   3   4   5   6   7   8   9   ...   114

______________Milli Kitabxana_______________ 
12 
marksist-leninçi estetikanın mühüm problemlərini dərindən 
işıqlandırır. Onu müasirlik məsələsi daha çox düşündürür. 
Vətəndaş-sənətkar, vətəndaş-alim olan Mehdi müasirliyi teatr 
sənəti üçün başlıca amil, aparıcı ox seçmişdir. O, müasirliyi 
geniş planda: fəlsəfi-qnoseoloji, ideya-siyasi və  bədii 
emosional aspektlərdə  tədqiq edərək onun geniş  şərhini 
vermişdir. Mehdi üçün müasirlik məzmundur, mündəricədir, 
ideyalılıqdır, novatorluqdur, yüksək sənətkarlıqdır, məzmun və 
forma vəhdətidir”.
14
 Onun düşüncə aləmilə duyğusal 
dünyasının bir-birilə  nə  dərəcədə  əlaqələndiyini aşkarlamaq 
olacaq mənim məramım. Sözdən  əmələ  və  əməldən sözə, 
görəsən, həqiqət məsafəsi nə qədərdir? 
     Danışır opera müğənnisi  İya Aksyonova: “Mənim 
yaddaşımda Mehdi Əsədullayeviç çox ağıllı, işıqlı, güclü, qəlbi 
incə, müstəqil bir adam kimi qalıb. Deyim sizə ki, əksəriyyət 
Mehdini başa düşmürdü. Bu insanda güc zəifliklə, zəriflik 
sərtliklə, belə  qəribə bir şəkildə, yan-yanaşı dayanmışdı, bir-
birinə bitişib dayanmışdı. Təbiəti etibarı ilə o, xeyirxah adam 
idi, uşaqları yaman sevirdi, özgəsinin ağrısını öz ağrısı kimi 
yaşayırdı. Mehdi ümumiyyətlə az danışırdı. Yox, əgər 
danışırdısa, elə dolğun, dürüst danışırdı ki, hamının ağzı açıq 
qalırdı, hamıya maraqlı olurdu. O, heç nəyi elə-belə demirdi və 
gözəl bilirdi ki, nədən danışır”.
15
  Dövrünün, zəmanəsinin bir 
nömrəli natiqi qismində  də Mehdi Məmmədov bənzərsiz 
fiqurdur və  mədəniyyət sistemində öyrənc yeri kimi təhlilə 
çəkilə bilər. Onun söz demək, fikir ifadə eləmək məharəti 
fenomenal idi. 
     Danışır teatrşünas  Əsəd Məmmədov, Mehdinin qardaşı 
oğlu: “Hüseyn Ərəblinskinin 100 illiyi keçirilirdi. Əmim də bu 
yubileyə bir çıxış hazırlamışdı. Özün bilirsən də, onun necə 
nitq mədəniyyəti vardı. Mən də salonda oturmuşdum,  əmimə 
qulaq asırdım. O da həmişə olduğu kimi ağır-ağır, ləngərli 
danışırdı. Danışdı, danışdı  və başladı Hüseyn Ərəblinskinin 
çəkdiyi əziyyətləri, məşəqqəti, zülmü xatırlamağa... Və elə bu 


______________Milli Kitabxana_______________ 
13 
an bir pauza getdi. Düzü, biz, biz deyəndə ki, ümumiyyətlə 
sənət adamları, alışmışdıq onun söhbət zamanı götürdüyü 
pauzalara. Amma bu dəfə elə olmadı: pauza uzandıqca uzandı. 
Hətta tamaşaçılar narahat-narahat yerlərində qurcalandılar. 
Mehdi səhnədə dayanmışdı  və danışmırdı, daha doğrusu, 
danışa bilmirdi. Bu heç də pauza deyildi. O, göz yaşları 
axıdacaq qədər kövrəlmişdi. Mən duydum ki, əmim  əməllicə 
qəhərlənib, Hüseyn Ərəblinskinin acılarını öz acıları kimi 
duyduğundan qəhərlənib və qəhər onu danışmağa qoymur. Bu, 
mənə yaman bərk toxundu. Yubileydən sonra əmim bizə gəldi. 
Elə qapıdaca fürsətdən istifadə eləyib ondan soruşdum: “Mehdi 
müəllim, deyəsən, qəhərləndiniz, axı?” O, yüngülcə başını 
tərpətdi və tez içəri girib atamın yanına keçdi, artıq heç nə 
söyləmədi, bu söhbətin üstünə bir daha qayıtmadı”.
16 
     
Kişilər ağlamır, kişilər qəhərlənir. Mehdi Məmmədov 
xoşbəxt ömür yaşamışdı, nə istəmişdi, onu da eləmişdi
məişətini öz bildiyi kimi, öz duyduğu kimi, özünə rahat və 
əlverişli olduğu kimi düzüb-qoşmuşdu. Həyat Mehdini heç bir 
faciə  və ya dramatik bir hadisə ilə qabaq-qənşər qoymamışdı: 
şikayətlənməyə onun haqqı yox idi. Belə insanlar, əksərən, 
zaman keçdikcə laqeydləşirlər: rahatlıq onları laqeydləşdirir; 
onlarda rəhmdil olmaq, başqalarının ağrısına, acısına  şərik 
olmaq bacarığı “korşalır”. Amma Mehdi... üzünü belə 
görmədiyi akyor Hüseyn Ərəblinskinin taleyini, dərd-sərini elə 
qavramışdı ki, bundan elə  həyəcanlanmışdı ki, qəhər Mehdi 
Məmmədov kimi bir teatr nəhəngini səhnədə susdurmuşdu. 
Azərbaycan teatr tarixinin bir nömrəli aktyoruna qarşı belə 
duyğusal münasibət insanı heyrəyləndirməyə bilməz... 
     Danışır respublikanın xalq artisti, Mehdinin tələbəsi 
Firdovsi Naibov:  “Əgər  Ədil  İskəndərov və Tofiq Kazımov 
teatra öz ailələri kimi baxırdılarsa, Mehdi Məmmədov teatra öz 
məşuqəsi kimi yanaşırdı. Onu o qədər də maraqlandırmazdı ki, 
aktyor necə yaşayır, necə dolanır: teatrda kimin qayğısı nədir; 
tamaşasını hazırlayırdı  və  çıxıb gedirdi. Dərsdə  də belə idi. 


______________Milli Kitabxana_______________ 
14 
Hərçənd məni Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər 
Nemətovun yanına, bugünki kimi yadımdadır, 1960-cı ildə 
məhz o, göndərdi: yoxsa bizi bölgə teatrlarına paylaşdırırdılar. 
Ancaq bu da heç əbəs deyildi. O, tələbələrini də öz teatr 
maraqları prizmasından qiymətləndirirdi. Məni həmişə 
Xəyyam çağırırdı. Hər dəfə təkrar eləyirdim ki, Mehdi müəllim 
adım Firdovsidir. Amma o, buna fikir vermirdi. Səhərisi yenə 
mənə  Xəyyam deyirdi. Mən indi düşünürəm ki, yəqin hələ o 
dövrdə Mehdi Məmmədovun rejissor dünyasında “Xəyyam” 
pyesini səhnəyə  gətirmək ideyası dolaşırmış  və  bəlkə  də o, 
məndə  Xəyyamı görürmüş”.
17 
Mehdi Məmmədov haqqında 
daha bir paradoks... yəni bir-birini təkzib edən iki əks fikir... 
yaxın ola-ola uzaq qalmaq müəmması...  
      Danışır professor Əkbər Ağayev:  “... rejissor və aktyor 
Mehdi Məmmədovun teatr haqqındakı yazıları, mətbuatda, 
radio və televiziyadakı çıxışları böyük maraq doğurur, diqqəti 
cəlb edir. Təkcə ona görə yox ki, sənət haqqında, teatrın 
müxtəlif yaradıcılıq məsələləri barədə o öz mülahizələrini və 
fikirlərini xüsusi bir sənətkar istedadı ilə deyir, həm də 
söhbətlərini maraqlı qurur və nitqinin məzmun və forması ilə 
pərəstişkarlarını  cəlb edir. M.Məmmmədov teatrdan, 
dramaturgiyadan yazanda və danışanda onu geniş oxucu və 
tamaşaçı kütləsinə sevdirən  ən başlıca səbəb böyük sənət 
eşqidir, teatra bəslədiyi sənətkar məhəbbətidir. Mehdi 
Məmmədovu kiçik yaşlarından teatr sənətinə bağlayan da, onu 
teatr sənətinin yollarında ilhamlı  və dözümlü bir xadim kimi 
irəli aparan da, teatrın problemlərindən mütəxəssis sözünü-
söhbətini  şirinləşdirən də bu məhəbbətdir, bu sevgidir. Elə 
buna görə də onun teatr haqqındakı şifahi söhbətləri və yazıları 
diqqəti cəlb etməklə  bərabər bədii zövq də  aşılayır, həm 
düşündürür, həm də hisslərə emosional qida verir”.
18
 
     Çox, çox, lap çox adam belə danışa bilər Mehdidən… 
                                             
                                              ***
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə