Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə7/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   2   3   4   5   6   7   8   9   10   ...   114

______________Milli Kitabxana_______________ 
23 
hökmən təzə  nəsə yazmaq, təzə  nəsə demək həşirindəyəm. 
Sadəcə, mən özüm anlamaq, bütün varlığımla duyub inanmaq  
istəyirəm ki, kiçik yaşlarında öz təhsil yolunu Mehdi həqiqətən 
vunderkind olub keçib, yoxsa adi tələbələr kimi “pillə-pillə 
ayaq qoyub nərdivanə”? Nə üçünsə mənə elə gəlir ki, Mehdinin 
doğum tarixilə onun tədris illərindəki davranışı  və qavrayışı, 
hətta şəkillərdəki görkəmi arasında bir uyğunsuzluq var: Mehdi 
hər yerdə yaşından böyük görsənir. Mən bu şübhələrimlə 
çarpışırkən qəfildən bir versiya çıxdı ortalığa: onu da 
Azərbaycan teatr tarixinin faktlarını gözüyumulu əzbərə 
söyləyən İlham Rəhimli açıqladı. Guya aktyor Kamil Qubuşov 
deyərmiş ki, bizim teatrda ondan savayı daha üç adam 1915-ci 
ildəndir: Əliheydər Ələkbərov, Məmmədrza Şeyxzamanov, bir 
də Mehdi Məmmədov.
21 
Mehdinin olum tarixinin Kamil 
Qubuşov variantında  “1915-ci il” onun doğulduğu vaxt kimi 
göstərilir ki, bu da mənim  şübhələrimə  bəraət qazandırır. 
Mehdini niyə altı yaşından yeddiillik məktəbə yazdırmalıydılar 
ki? Həmin çağlarda valideynlər uşaq oxutdurmağa indiki 
adamlar qismində  tələsmirdilər, axı! Digər tərəfdən Mehdinin 
ailəsi nə Azərbaycan zadəganlığına mənsub idi, nə  də milli 
ziyalı təbəqəsini təmsil edirdi. Onda uşağın təhsiliylə bağlı belə 
tələsgənliyin səbəbi nə? 1923-cü ildə Bakıya köçüb gəlmiş bir 
ailədə valideynlər öz övladlarını 6 yaşından məktəbə 
yazdırmağı niyə prioritet iş hesab eləməliydilər? Burada 
məsələ bir az başqadır. Mən elə düşünürəm ki, Mehdi yaş 
etibarı ilə  məktəbə getməyə gecikirmiş,  əgər onun təvəllüdü 
1915-ci ildən hesablanarsa. Bir də Mehdi yaxınlarına 
danışarmış ki, valideynləri Bakıya gələndə onun 9 yaşı varmış. 
Deməli, köç haradasa yayda, ya da payız aylarında baş tutub, 
yəni Mehdinin 8 yaşı tamam olub 9-a keçdikdən sonra... Ona 
görə  də Mehdi 1923-cü ildə Bakı  şəhərində  məktəbə yazıla 
bilməyib. Yəqin ailə sosial-siyasi problemlər ucbatından 
məktəb məsələsini  Şuşada da həll etməyə macal tapmamışdı. 
Ona görə  də Bakıda bu problem qədərincə aktuallaşmışdı  və 


______________Milli Kitabxana_______________ 
24 
nəhayət ki, 1924-cü ildə imkan düşən kimi Əsədulla kişi 9 yaşlı 
oğlunu məktəbə göndərmişdi, məsələni yubatmamışdı. Digər 
vacib bir cəhət: yeddillik məktəbdən sonra Teatr Texnikumuna 
sənəd hazırlayarkən 13 yaşlı uşaq (əgər doğum tarixi 1918-ci il 
qəbul edilirsə) nə bilə bilərdi, haradan bilə bilərdi ki,  teatr 
sevgisi nədir? Vaxtilə  rəhmətlik Cəfər Cəfərov da bu suala 
müstəqim cavab verməmişdi, məsələdən yayınmışdı, ümumi 
frazalardan bəhrələnmişdi, amorf danışmışdı. Mehdinin sənətə 
meylini dövrün gəlişməkdə olan teatr dəbinin urvatı ilə, 
Azərbaycan aktyorlarının camaat arasındakı  məşhurluğu ilə, 
sovet dövlətinin səhnə  sənətinə marağı  və  dəstəyilə izah 
eləmişdi. Ancaq 13 yaşlı  uşaq üçün bu, nə  qədər önəmli idi? 
Mən düşünürəm ki, Mehdi teatr məktəbinə daxil olanda onun 
13 yox, 16 yaşı (doğum tarixinin 1915-ci il versiyası 
təsdiqlənir) varmış  və biz “16 yaş” dedikdə  Cəfər Cəfərovun 
söylədiyi bütün motivasiyalar həməncə inandırıcı olur. Busa 
artıq həqiqətin özüdür. Fikrimizi təsdiqləyən daha bir sənəd 
Mehdi Məmmədovun 1974-cü ildə yazdığı  məqaləsidir: 
“Teatrın havası, eşqi məni rahat buraxmır, elə bil cavab istəyir, 
qərar gözləyirdi. Peşə seçmək, həyatda öz yolunu tapmaq vaxtı 
çatanda atamın arzusuna qarşı durmalı oldum. Bu məqamda 
anladım ki, teatra məhəbbət, təkcə duyğudan, hissdən, həvəsdən 
ibarət ola bilməz. Bu məhəbbət ağıl,  əqidə, inam anlayışından 
ayrı deyildir”.
22 
İndi Siz özünüz deyin, 13 yaşlı  uşaq bu 
emosional peşə sevgisini və coşqulu etirazı yaşamağa 
qabildirmi? Mən  şəxsən buna inanmıram və belə bir nəticəyə 
gəlirəm ki:  
     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
anadan olub. 
     Cəfər Cəfərovdan fərqli olaraq Yaşar Qarayev Mehdi 
Məmmədovun teatr sənətinə qarşı sevgisini Cəlil bəy 
Bağdadbəyovun adı ilə bağlayır: “Teatr aləmindən kənar bir 
mühitdə  tərbiyə görmüş M.Məmmədov özünün teatra 
həvəsinin tarixçəsini yada salarkən hamıdan  əvvəl o vaxt 
Bakıda qadın rollarının  ən yaxşı ifaçısı kimi tanınmış  Cəlil 


______________Milli Kitabxana_______________ 
25 
Bağdadbəyovu xatırlayır. Bir may küçəsində balaca Mehdi ilə 
qonşuluqda yaşayan bu aktyor Orta Asiyaya səfərə hazırlaşmaq 
məqsədilə iki çamadan pyes və teatr tarixi xülasələri 
toplamışdı. Bu xülasələri köçürmək işində balaca Mehdi 
aktyora kömək edir və  hər dəfə qonorar kimi ondan bir neçə 
konfet mükafat alırdı. Lakin şübhəsiz, bu zəhmət üçün 
Mehdinin qazandığı ən böyük mənəvi mükafat səhnə əsərlərilə 
tanışlıq və ilkin teatr bilikləri idi”.
23
 Birincisi ona diqqət yetirin 
ki, Yaşar Qarayev Mehdinin anadan olduğu ili, yəni 1918-ci ili, 
birmənalı dürüst qəbul etdiyindən tez-tez “balaca” təyinindən 
yararlanır.  Əgər Mehdi balaca idisə, onda bu uşağın mirzəlik 
qabiliyyəti nə dərəcədə Cəlil bəyin karına gəlirdi? İkincisi onu 
deyim ki, Mehdigili Bağdadbəyovla qonşu olmayıblar. 
Suraxanskaya küçəsilə onun evi arasında düz altı-yeddi 
palanlıq bir məsafə vardı. Cəlil bəy  Bağdadbəyovun qızı 
Züleyxa xanım yazır ki, onlar keçmiş Poluxin küçəsində indi 
prokurorluğun yerləşdiyi binada yaşayıblar.
24
  Mən burada 
qonşuluq yox, başqa bir faktoru önə  çəkərdim. Cəlil bəy 
Bağdabəyov da şuşalı olub və bəlkə də Əsədulla kişini şəxsən 
tanıyıb, onunla ünsiyyət saxlayıb. Şuşalıların bir-birini tanıması 
nə  çətin işdir bəyəm? O da ola təqribən eyni yaş  nəslinə 
mənsub insanların tanışlığı... Mümkün ki, elə bu məqam 
Mehdini Poluxin (indiki Murtuza Muxtarov) ya da Zərgərpalan 
küçəsilə aparıb çıxarıb Cəlil bəygilə. O da istisna edilmir ki, 
Cəlil bəy usta Əsədullanın evinə  təşrif buyuranda Mehdidən 
dərrakəli bir uşaq kimi xoşu gəlib və Mehdini özünə müvəqqəti 
köməkçi, katib götürüb. Yoxsa Mehdi Cəlil bəygilə necə düşə 
bilərdi?  Üçüncüsü, bu baş verib haradasa 1929-30-cu illər 
arasında. Mən yenə Züleyxa xanımın xatirələrinə istinadən 
bunu söyləyirəm. Nədən ki, 1930-cu ildə  Aşqabada ezam 
edilən Cəlil bəy Bağdadbəyov həbs edilir və sürgün olunur. 
Yəni onların 1930-cu ildən sonra görüşmək ehtimalı  sıfırdır. 
Biz əgər Mehdinin doğum tarixini 1915-ci il götürsək, o zaman 
“balaca” sözünü işlətməyə ehtiyac qalmayacaq və  həməncə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə