Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə10/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

______________Milli Kitabxana_______________ 
32 
heyrətləndim. O indiki cavan ziyalıların yaşadığından çox-çox 
sadə  və kasıb  şəraitdə yaşayırdı. Texnikum tələbələrinin 
yaşayışı, güzəranı, maddi vəziyyəti onu maraqlandırır və 
düşündürürdü... O şagirdlərin bir qisminin ancaq təqaüdlə 
dolandığını bilirdi. Belələrinə qiymət yazarkən istər-istəməz 
güzəştə gedirdi, təqaüddən kəsilməsinlər deyə üzlərini danlasa 
da qiymətlərini bəzən layiq olduqlarından artıq yazırdı”.
35 
Bu 
xatirə notlarından:  əvvəla, duyulur ki, müşahidələr 13 yaşlı 
uşağa mənsub ola bilməz; və ikincisi, aşkar hiss olunur ki, 
Mehdi özünü ehtiyac içində yaşayan tələbələrdən fərqləndirir, 
özünü onların cərgəsində görmür. Məntiqi nəticələr 13 yaşlı 
uşaq üçün deyil! 
     Mehdi  çox  uğurlu bir tələbəlik həyatı yaşayıb və öz kurs 
yoldaşları ilə mehribancasına dolanıb. Onunla birlikdə  Zəfər 
Nemətov oxuyub: o Zəfər Nemətov ki, sonralar Gənc 
Tamaşaçılar Teatrının baş rejissoru olacaq... və Mehdiylə 
ölənəcən dostluğunu davam etdirəcək.  İndi mən paralelləri 
deyim, Siz sayın: Zəfər də Mehdi kimi 1915-ci ildə 
doğulmuşdu; 1924-cü ildə  Zəfər də Mehdi kimi yeddiillik 
məktəbə getmişdi; 1930-cu ildə  Zəfər də Mehdi kimi Türk 
Bədaye Teatrosunun yardımçı heyətində aktyor kimi 
çalışmışdı; 1931-ci ildə  Zəfər də Mehdi kimi Bakı Teatr 
Texnikumuna qəbul olunmuşdu: paralellər arasındakı  məsafə  
lap minimallaşmışdı, Mehdi ilə  Zəfər yan-yanaşı dayanmışdı. 
Aman Allah, təsadüflərə bir bax! Bütün görüşlərin stalkeri 
Odur! Tanrı onları elə bil qova-qova gətirib bir-birinə rast 
salıb! 
     Mehdi Məmmədov 1932-33-cü illər intervalında Bakı Türk 
İşçi Teatrında aktyor işləyəcək, “Yanğın” (H.Nəzərli, 
S.Rüstəm) tamaşasında gənc aqronom və digər epizodik 
rollarda səhnəyə  çıxacaq... sonra da bu teatrdan hələliyə 
ayrılacaq... Çünki Bakı Türk İşçi Teatrı  Gəncə (Kirovabad) 
şəhərinə köçürüləcək.  


______________Milli Kitabxana_______________ 
33 
     İnsan yaşamını bu və ya digər  şəkildə  təkrarlanan olum 
motivləri taleyə çevirir. Bu təkrarlar təsadüf və  zərurətlər 
zənciri kimi çözülür. Mehdinin həyatı, obrazı və imici üç əsas 
təkrarlanan olum motivi üzərində qurulur: bu “ata” motividir, 
“köç” motividir, bir də “teatr” motivi.  Bu motivlər Mehdi 
Məmmədovun dünyasının sferik hüdudlarını cızır. 
     1934-cü  il:  Mehdi  Məmmədov texnikumda oxuya-oxuya 
cəmi bir mövsüm müddətinə Kolxoz-Sovxoz Teatrının aktyoru 
işləyir. Onun şəxsi vərəqəsində  də belə bir qeyd mövcuddur.  
Görünür, bu zaman haradansa əlavə qazanc əldə eləmək gənc 
tələbə üçün artıq aktuallaşmışdı. Burada Mehdi C.Cabbarlının 
“Yaşar” pyesi əsasında hazırlanmış tamaşada epizodik 
prokuror rolunu ifa edir. Faktın şahidi Azərbaycanın xalq artisti 
İsmayıl Dağıstanlı olub. Bu haqda ayrı bir məlumat mənbəyi 
aşkarlamadım.    
     1935-ci il: Mehdi Məmmədov mövsüm ərzində Azərbaycan 
Dövlət Dram Teatrında rejissor-laborant vəzifəsində çalışır. 
Amma əsas məsələ bu olur ki, burada onu istedadlı və hünərli 
bir insan kimi, gənc bir sənətçi kimi “görürlər”, tanıyıb 
fikirlərində fiksə edirlər, beyinlərinə “yazırlar”.  Bu əsnada 
İsmayıl Dağıstanlının xatirəsindən bir fraqmenti sitatlaşdırmaq, 
məncə, Mehdi bioqrafiyasının mühüm faktına istinad etmək 
deməkdir: “Yaxşı yadımdadır, 1935-ci ildə rejissor Rza 
Darablıya “1905-ci ildə” pyesini səhnəyə qoymaq tapşırılmışdı. 
O, dərhal Medi Məmmədovu özünə rejissor assistenti seçdi. 
M.Məmmədova  əsər haqqında təhlil yazmaq tapşırılmışdı. 
Mehdi öz işinin öhdəsindən o qədər ləyaqətlə gəlmişdi ki, həm 
əsər, həm də ayrı-ayrı surətlər haqqında verdiyi təhlillə bütün 
kollektiv razılaşdı. Müzakirədən sonra böyük artistimiz Ülvi 
Rəcəb məndən bu gəncin kim olduğunu soruşdu. Dedim ki, 
teatr texnikumunun tələbəsidir. Çox istedadlı  və savadlı bir 
sənətkar olan Ülvi bunu eşidib iftixarla dedi: “Mən bu cavanın 
dərrakə və savadına heyran oldum və inandım ki, bu cavanlar 
bizi çox sürətlə ötüb keçəcəklər”.
36 
Ülvi Rəcəbin sözləri və 


______________Milli Kitabxana_______________ 
34 
kollektivin razılığı Mehdi üçün əla reklamdır, əla təqdimatdır, 
sənət aləminə özünəməxsus qeyri-rəsmi bir vəsiqədir. 
     1935-ci  ildə Mehdi Azərbaycanın teatr dünyasında özünü 
aktiv  şəkildə  təsdiqləməklə  məşğuldur. O, çoxları üçün 
“gözlənilməz” və qəfil olan cəmi üç səhifədən ibarət bir tənqidi 
məqalə yazır. Burada “gözlənilməzlik” faktoru milli teatr 
tarixinin “müqəddəs  əzabkeşi” A.M.Şərifzadənin quruluş 
verdiyi “Dağılan tifaq” tamaşasının tənqidilə bağlıdır. Nədən 
ki, Abbas Mirzə  gənc Mehdinin pərəstiş  səviyyəsində  hədsiz 
sevdiyi aktyorlardan biri və  bəlkə  də birincisi idi. Təbii ki, 
onun Abbas Mirzə tamaşası ilə ilişikli tənqidi dövrün teatr 
prosesinin mündəricəsində mikroşok kimi yozulurdu. Düzdür, 
Mehdi Məmmədov ürəyində  gəzdirdiyi A.M.Şərifzadə 
sevgisini öz yazılarında və  çıxışlarında üst-üstdən dəfələrlə 
bəyan edəcək: 
“... O vaxt mənim yuxuma da girməzdi ki, bir 
neçə ildən sonra səhnədə onunla yanaşı duracağam. Layertlə 
yarışmaq üçün qılıncı ona mən verəcəyəm. Düşünməzdim ki, 
teatr texnikumunda oxuyanda səhnə danışığından o, mənə  dərs 
deyəcəkdir.  İnanmazdım ki, bir gün gələcək, mən ona partnyor 
olacağam, onun oğlu Bəxtiyarın rolunu oynayacağam”.
37 
Amma 
bu (etiraf, üzrxahlıq, halallıq), Abbas Mirzənin Mehdi 
tərəfindən  tənqidə  məruz qalması faktını  dəyişməyəcək: 
resenziya  tarixdə qalacaq. Monoqrafiyanın materialını 
toplayarkən mən həmin məqaləni bir də oxudum. Yazı  mənə 
ləzzət elədi: öz dövrünə görə aydın dil,  səlis təhkiyə, fikir 
konkretliyi və cümlələrin ritmik quruluşu. Doğrusunu 
söyləyim: bu resenziyada tənqid bir o qədər də  kəskin deyil. 
Sadəcə düşünürəm ki, Şərifzadə soyadı bu məqalənin ətrafında 
ajiotaj yaradıb. Yəqin hamı deyib ki, bax, Mehdi xalqın sevimli 
sənətkarı Abbas Mirzənin özünü, dünənki müəllimini tənqid 
elədi. Bəziləri Mehdinin bu yazısından sevinib, bəziləri 
hiddətlənib. “Dağılan tifaq” resenziyasında A.M.Şərifzadənin 
adı  cəmi bir yerdə  çəkilir və o, burada bir aktyor kimi yox, 
məhz rejissor kimi tənqid edilir: mövzunun haçalandığından, 
məqsədin yayğın olduğundan, pyesin mətninə “calaşdırılmış” 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə