Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə6/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   2   3   4   5   6   7   8   9   ...   114

______________Milli Kitabxana_______________ 
20 
Mehdi Məmmədov haqqında nə yazıbsa, necə yazıbsa, mütləq 
bu fakta söykənib, təhkiyəsini bu fakt üstündə qurub. Düzdür, 
Cəfər Cəfərov 22-si yazır doğum gününü, İlham Rəhimli 23-ü. 
Mən baxdım Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetinin arxivinə  və gördüm ki, öz tərcümeyi halında 
rəhmətlik doğulduğu günü heç yazmayıb. Amma Respublika 
Dövlət Arxivindən tapdığım tərcümeyi-halda isə Mehdi 
Məmmədov 22 mayı doğum günü göstərmişdi. Bəs onda 
İ.Rəhimli haradan alıb bu məlumatı? Ola bilsin ki, Mehdi 
Məmmədovun özü söyləyib bunu ona. O da ola bilsin ki
kitabın nəşrində  səhv buraxılıb... Nə isə... bir günün nə 
əhəmiyyəti... Yaşın da nə  fərqi var ki... Hərçənd dahilərin, 
tarixi şəxsiyyətlərin, məşhur sənətçilərin həyat və yaradıcılığını 
işıqlandıran monoqrafiyalarda yaşanılmış  hər anın, məqamın, 
hər xırda detalın, balaca bir qeydin və ya əliçi boyda məktubun 
önəmi böyük olur. Çünki bu monoqrafiyalar olumla ölüm 
arasında düzənlənən tarixi zaman parçalarından qəlpə-qəlpə, 
xatirə, təəssürat epizodlarından fraqment-fraqment yığılmış 
mozaik mövcudluq mənzərələridir.    
     Mehdi anadan olub papaqçı Əsədulla kişinin ailəsində, Şuşa 
şəhərində, çətin bir zəmanədə, qırğınlar, qaçqınlar dövründə. 
Əsədulla kişi Allah adamı, mömin bir bəndə sayılıb,  ənənəvi 
müsəlman libasları geyinib, başına qara buxara papaq qoyub
tanrısına həmişə  səmimiyyətlə etiqad edib. Mehdinin anası 
Sayalı Hüseyn qızı da mən gördüyüm bütün şəkillərdə baş 
örtüyündədir. Bu ailə  1922-ci ildə köçür (niyəsini öyrənə 
bilmədim) Bakıya və Suraxanskaya (keçmiş Bir may, indiki 
Çingiz Mustafayev) küçəsində 17 nömrəli dalanda, 5 nömrəli 
evdə məskunlaşır: Cəfər Cəfərov da, İlham Rəhimli də bu tarixi 
birmənalı  şəkildə  təkrarlayırlar. Amma Mehdinin özünün 
1945-ci ildə yazdığı bir səhifəlik avtobioqrafiyasında bildirilir 
ki, onlar Bakı  şəhərinə  1923-cü ildə  təşrif buyurublar. İlham 
Rəhimli bu köçün səbəbini ağır güzəranla  əlaqələndirir. 
Qismən bununla razılaşmaq olar. Ancaq bir fakt 


______________Milli Kitabxana_______________ 
21 
təkzibedilməzdir: ağır ruzgar Əsədulla kişini  Şuşa kimi 
dünyəvi bir cənnətdən uzaqlaşdırsa da, hər halda ona imkan 
verib ki, Bakıya yetişən günün səhərisi Bayır  şəhərdə ailəsi 
üçün ev alsın və ya ev kirayələsin. Bu məsələni,  əfsus ki, 
dəqiqləşdirə bilmədim. Amma artıq onu yüz faiz özüm üçün 
dəqiqləşdirdim ki, Bakıya köç ərəfəsində  Əsədulla kişinin 
ailəsində üç oğlan uşağı böyüyürdü. Mehdidən sonra 1920-ci 
ildə  Xəlil,  1922-ci ildə isə sonbeşik Teymur dünyaya göz 
açmışdı. Qeyri-stabil sosial-siyasi, iqtisadi bir mühitdə beş 
nəfərdən ibarət bir külfəti dolandırmaq heç kimə asan 
görünməsin. Bir yandan ilk Cahan savaşının fəsadları, bir 
yandan çarizmin devrilməsi, bir yandan erməni qudurğanlığı, 
bir yandan ingilislər, bir yandan farslar, bir yandan müsavat, 
bir yandan bolşeviklər, bir yandan eser-menşeviklər: camaat isə 
elə hey kasıblaşırdı, kasıblaşırdı  və sonucda hər  şeyə qarşı 
laqeydləşib, hamıdan üz döndərib çörək istəyirdi.  Əsədulla 
Məmməd oğlu hünərli adam olub ki, belə bir qarışıq zəmanədə 
uşaqlarını böyütməyə, oxutmağa və  hətta yaxşı geyindirməyə 
pul tapıb, dinini, əqidəsini qorumağa - ləyaqət. Deməli, 
Əsədulla kişini bir o qədər də kasıb adam saymaq düzgün 
deyil. Sayalı xanımın da öz yaşına uyğun ciddi, səliqəli və 
urvatlı geyimi bunu sübut edir. 
     Cəfər Cəfərov yazır ki, Mehdi 1931-ci ildə yeddiillik 
məktəbi qurtarıb.
20
  Mən bura yalnız onu əlavə edərdim ki, 
həmin yeddiillik məktəb Bakıda 3 saylı  məktəb kimi 
qeydiyyatdan keçmişdi. Adi hesablamadan aydınlaşacaq ki, 
evin böyük uşağı  1924-cü ildən, yəni guya 6 yaşından dərsə 
gedib və guya ki 13 yaşında ikən həm natamam orta təhsilini 
bitirib, həm də Bakı Teatr Texnikumuna qəbul olunub. Elə bu 
an ailədə problem yaşanıb, Mehdinin istəyi ailənin gündəlik 
həyatına bir dissonans gətirib. Hadisələrin gerçəkləşmə 
məkanı: Suraxanskaya küçəsi, 17 nömrəli uzun dalan, arı 
pətəyini xatırladan həyət, 5 nömrəli balaca ev. Əsədulla kişi 
Mehdinin teatr texnikumuna getməsinə etiraz edir, qonşular 


______________Milli Kitabxana_______________ 
22 
eşitməsin deyə  səsini ucaltmadan “qışqırıb” acıqlanır, səhnə 
sənətini oğluna yaraşdırmır, onun uşaqlıq “sevda”sını 
əngəlləyir, bir dindar kimi şəriətin qayda-qanunlarını üstün 
tutur. Amma buna baxmayaraq Mehdi fikrini dəyişmir, 
iradəsindən dönmür, teatr sevgisini həyatının leytmotivinə 
çevirir. Soruşulur: əsl müsəlman ailəsində böyümüş 13 yaşlı bir 
uşaq  Əsədulla kişi kimi mömin, zəhmli bir atanın sözündən 
necə çıxa bilərdi? Mənim üçün bu, həmişəlik müəmma olaraq 
qalacaq. Qalacaqmı? Adətən oğlan uşaqları 15 yaşından 
etibarən valideynlərinə ciddi tərzdə asi olmağa, öz istədikləri 
kimi rəftar etməyə başlayırlar; çalışırlar ki, böyükləri öz ağıl və 
iradələrilə  məftun etsinlər. Bunu bacarmayanda isə  əsəb 
keçirilər, sinirləri pozulur, depressiya vəziyyətinə düşürlər. 13 
yaşlı  oğlan uşağı valideynlərinə qarşı üsyana faktiki surətdə 
hələ hazır olmur. Ona görə də məndə bəzi məqamlarla əlaqəli 
şübhələr oyanır ki, görəsən, Mehdinin əsl yaşı ilə pasportda 
göstərilən tarixin sosial-kulturoloji dissonansı nə qədərdir?  
     XIX  əsrin sonunda və XX yüzilin əvvəllərində  hərə bir 
səbəb ucbatından yaşını ya artırırdı, ya da azaldırdı: əksərən də 
dəftərxana işçiləri bu məsələdə aşkar səhlənkarlığa, etinasızlığa 
yol verirdilər.  Şəxsi təcrübəmdən bilirəm ki, mənim öz 
babamın, nənəmin, hətta atamın (onun 1931-ci ildən olmasına 
baxmayaraq) da təvəllüdü pasportlarına səhv yazılmışdı. Onlar 
bir tarix deyirdilər, sənədlər başqa tarixi görükdürürdü.. Ol 
əyyamda belə-belə səhvlərin sayı bizim Azərbaycanda notarial 
xidmətin yarıtmazlığı üzündən yaman çox idi. Zənnimcə, 
Mehdinin də yaşı pasportunda bir-iki (ya da üç) il azaldılıb. 
Əlbəttə, bunu mən belə güman edirəm. Hərçənd bir-iki (və ya 
üç) yaş tarixi zaman müstəvisində, Mehdi Məmmədovun sənət 
dünyasının elmi, bədii-estetik parametrləri, dəyərləri 
müstəvisində  nəyi dəyişəcək ki? Heç nəyi... Bəs mənim 
monoqrafik əsərimə yeni nə gətirəcək? Koordinal surətdə yenə 
heç nə... Amma öz şübhələrimi, gümanlarımı oxucuyla 
bölüşməsəm, mən mən olmaram. Əsla elə düşünməyin ki, 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə