Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə9/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

______________Milli Kitabxana_______________ 
29 
obrazını  səhnədə balaca bir uşaq yaratsın? Yaraşardımı heç? 
Deməli, 1931-ci ildə Mehdinin həqiqətən 13 yaşı yox, 16 yaşı 
olub. Bununla da mən bir daha vurğulayıram ki:  
     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
dünyaya gəlib.  
     Və bu, daha düz versiyadır. Hərçənd soruşmaq olar: məgər 
professor Mehdi Məmmədov Azərbaycanın tanınmış bir 
sənətçisi kimi bu dəftərxana səhvini özü düzəldə bilməzdimi? 
Həqiqi təvəllüdünü aşkarlamaq üçün açıq etiraf bəs etməzdimi? 
Burda nə problem var bəyəm?  Mənim üçün yoxdu, amma 
onun üçün vardı: Mehdi Məmmədov həmişə  şıq, eleqant 
geyinib hər zaman cavan görünmək, cavan qalmaq istəyən 
birisi idi. O, qocalıqdan qorxurdu və tanrı onu heç qocaltmadı 
da. 
     Bu  da  belə. Hərçənd onun 1931-ci ildəki səhnə  fəaliyyəti 
uzun sürmür. Texnikumda oxuyarkən Mehdinin müəllimi 
rejissor Həbib İsmayılov ona məsləhət görür ki, teatrı atsın və 
yalnız təhsillə  məşğul olsun. Odur ki, Mehdi hələliyə Türk 
Bədaye Teatrosundan, səhnədən, sevimli aktyorlarından 
uzaqlaşır. Amma çox qısa müddətə.  İş elə  gətirir ki, Həbib 
İsmayılovun özü Mehdini Bakı Türk İşçi Teatrına aktyor 
götürür və ona Seyid Hüseynin eyniadlı pyesi əsasında 
hazırladığı “Kölgə” tamaşasında komsomolçu Bəxtiyar rolunu 
verir. Bu mənada İşçi Teatrında onun bəxti gətirir, həmyaşıdını 
oynamalı olur. Əslində bu rol İsmayıl Əfəndiyevə tapşırılmışdı. 
Qəfildən  İ.Əfəndiyev xəstələnir və rejissor Həbib  İsmayılov 
tələsik öz tələbəsini bu rola hazırlaşdırır. Cəfər Cəfərovun 
yazdığına görə Mehdi Bəxtiyar adlı personajın sözlərini cəmi 
iki günə əzbərləyir.
32
 Aktyor üçün nümunəvi hafizə. Amma bir 
mühüm məsələ vardı: Bəxtiyarın atasını A.M.Şərifzadə 
oynayırdı; Mehdinin digər yöndaşı isə Fatma Qədri idi. 
Səhnədə belə peşəkarlarla üz-üzə  gələndə cavan aktyor 
həyəcanından “yana” bilər, dili topuq çala bilər, özünü itirər və 
teatrı pis vəziyyətdə qoya bilər. Mehdi peşəkarların sınağına 


______________Milli Kitabxana_______________ 
30 
tabladı, rolunu yaxşı ifa elədi, çaşmadı,  şaşırmadı, çılğın 
emosionallığa uymadı. Bu obrazın partiturasına görə Mehdinin 
komsomolçu Bəxtiyarı  səhnə  məkanında öz atasına, 
zəmanəsindən məsləkcə,  əqidəcə geri qalmış atasına qarşı 
mübarizə aparmalıydı. Aktyor qəhrəmanı  Bəxtiyarda özünü, 
yəni  Əsədulla kişinin oğlunu tanıya bilmişdimi? Bənzərlikləri 
görmüşdümü? Bu sualların cavabı olmayacaq: onları bilgi üçün 
yox, düşüncəni qıcıqlandırmaq üçün verirlər. Bunun əvəzində 
onu söyləyəcəyəm ki, Mehdinin adı  və taleyi bəlli ilk rolu 
uğurlu alınmışdı, əlbəttə ki, gənc aktyorun hədsiz çalışqanlığı, 
özünə qarşı tələbkarlığı nəticəsində. 
     Elə bu ərəfədə tanrı Mehdiyə nəsib eləyəcək ki, o, Hüseyn 
Cavid kimi bir düha ilə tanış olsun. Bütün azəri türkləri kimi 
Mehdi Məmmədov da şeirə biganə deyildi: ona görə Cavid 
əfəndiylə  təmasdan fərəhlənməyə bilməzdi. Nədən ki, 
gələcəyin rejissoru da “yaradıcılığa  şeirlə başlamışdır. Qalın, 
ümumi bir dəftərə 600 misralıq böyük bir poema yazmışdır. 
Sonra müəllif yazdıqlarını  təkrar-təkrar oxumuş  və  hər dəfə 
xoşuna gəlməyən bir beyti məhv etmişdir. Biz qəsdən “məhv 
etmişdir” deyirik ona görə ki, o, qələm yox, qayçı işlətmişdir: 
sadəcə olaraq xoşuna gəlməyən beytləri bir-bir kəsib atmışdır. 
Çox keçmədən qalın, ümumi dəftərdən heç nə qalmamışdır. 
Belə bir üsul, “dəmir redaktə” tərzi müəllifin poeziyanı şeirdə, 
nəzmdə yox, öz istedadının təbiətinə daha uyğun bir sahədə - 
səhnədə, elmdə tapmasına, həm də vaxtında tapmasına kömək 
göstərmişdir”.
33
 Odur ki, Cavidlə tanışlıq həyatın Mehdiyə 
dəyərli bir “hədiyyəsi” statusunda qavranılır.  Şairlə canlı 
təmasdan azərbaycanlı  həmişə xüsusi zövq alır. Çünki şairin 
(yazıçının, sənətçinin, alimin) içində  hər zaman tanrının işığı 
yanır.  Təqribən 50 il sonra artıq professor Mehdi Məmmədov 
həmin illəri belə xatırlayacaq: “Mən 1931/32-ci tədris ilində 
Hüseyn Cavidi onun şöhrətinin belə gur şölə saçdığı günlərdə 
ilk dəfə  dərs otaqlarında gördüm. Çünki mənim 
təsəvvürümdəki Cavidlə,  əsərlərini oxuya-oxuya xəyalımda 


______________Milli Kitabxana_______________ 
31 
nəhəng surətini yaratdığım o qiyabi şəxsiyyətlə indi burda 
gördüyüm gerçək Cavid arasında təzad, ziddiyyətli bir təzad 
var idi. Təsəvvürümdəki tamam qeyri-adi, heç kəsə 
bənzəməyən ecazkar bir sənətkar, bir sehrkar, gerçəklikdə 
gördüyüm isə heç kəsdən seçilməyən adi, lap adi bir şəxs idi. 
Nə  mən, nə  də  tələbə yoldaşlarım onun görkəmində, 
geyimində, davranışında, rəftarında başqalarından, o biri 
müəllimlərdən fərqli bir əlamət görmədik”.
34
 Niyə  mən səhnə 
professorunun əsərindən bu fraqmenti sitatlaşdırdım? Təbii ki, 
onun həmin dövrdə yaşadığı günlərə işıq salmaq, keçmiş həyat 
mənzərələrini diriltmək üçün, köhnə Bakının retro nümayişini 
gerçəkləşdirmək xatirinə. Doğrudurmu ki, Hüseyn Cavid 13 
yaşlı uşaq üçün qədərincə “çətin” müəllifdir?  Doğrudurmu ki, 
13 yaşlı  uşaq, güclü fiksəedici yaddaşa malik olsa belə, iki 
Cavid arasındakı  fərqin, təzadın sosial-fəlsəfi mahiyyətinə bir 
elə  də vara bilməzdi?  İndi Siz deyin, 13 yaşında Cavidi 
oxuyub da ondan feyz almaq nə dərəcədə gerçək və mümkün? 
Odur ki, mən israrlıyam: 
     Mehdi  Məmmədov 1918-ci ildə deyil, 1915-ci ildə 
anadan olub. 
      Yenidən qayıdıram Mehdi Məmmədovun özünün 
yazdıqlarına, təbii ki, daha bir məsələni dəqiqliklə 
aydınlaşdırmaqdan ötrü: “O illərdə Teatr texnikumu 
Kommunist (indiki İstiqlal - A.T.) küçəsində Elmlər 
Akademiyası ilə üzbəüz yerləşirdi. Hüseyn Cavidin mənzili də 
bura yaxın bir yerdə... idi... Mən Cavid müəllimi dəfələrlə 
əlində neft qabı neft almaq üçün Ə.Qarayev küçəsilə Qasım 
İsmayılov (keçmiş  və indiki Zərgərpalan - A.T.) küçələrinin 
tinindəki dükana tərəf yollandığını, yaxud onu hamı ilə bərabər 
orda dayanıb səbr ilə öz növbəsini gözlədiyini görmüşəm... O, 
həyatda, məişətdə, iclasda, məclisdə son dərəcə  təvazökar və 
iddiasız dolanardı. Bir dəfə  mən bir iş üçün onun tapşırığı ilə 
evə, onun yanına getdim. İçəri girəndə onu dərin xəyala dalmış, 
yarıuzanmış  vəziyyətdə yazan gördüm. Otağa nəzər saldım, 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə