74
Qoca pəhləvan Fəribərz Ġskəndərin sualına cavab verərkən
CəmĢid və Zöhhakın düĢdüyü vəziyyəti xatırlayır və qoca Dara-
nı metaforik Ģəkildə CəmĢidlə müqayisə edir.
Qocalıq çağında çərxin inadı
CəmĢidə, Zöhhaka nələr qurmadı? (Ġ-165 ).
Həm CəmĢid, həm də Keyxosrov Ġran mifologiyasında qüdrətli
hökmdar rəmzi hesab olunurlar. Elə buna görə də Ģair Fəxrəddin
Bəhram ġahı (bax) eyni vaxtda bu hökmdarlarla müqayisə edir.
Camın bənzər CəmĢidin, Keyxosrovun camına (SX-42).
CəmĢidin xələti (məc. ktem.) – Doğan GünəĢ CəmĢidin
xələtinə, dünya isə bu xələtə bürünən insana bənzədilir.
Əlbürzün baĢında günəĢ göründü,
CəmĢid xələtinə dünya büründü (Xġ-70).
Cənd (top.) – Nizaminin təsvirlərindən ehtimal etmək olar
ki, bu Ģəhər Orta Asiya ərazisində olmuĢdur. ġairin fikrincə, bu
Ģəhəri Makedoniyalı Ġskəndər tikdirmiĢdir.
Səmərqənd Ģəhərinə o verdi zivər,
Cəndi də tikdirmiĢ böyük Ġskəndər (I – 56 ).
Cənnət (mif.) – Ərəb sözüdür və BehiĢt deməkdir. Dini əfsa-
nələrə görə, guya dini qayda-qanunları və Ģəriətin tələblərini
həyata keçirən Ģəxslər öləndən sonra Cənnətə, bunlara əməl
etməyənlər isə Cəhənnəmə ( bax ) gedəcəklər.
Cənnət də ətirlənər gülzarının Ģehindən (SX – 35 ).
Yəni Məhəmməd peyğəmbərin gülzarının Ģehindən Cənnət
də ətirlənər.
Cənnət (xat. mif.) – Adəmin buğda yeyib Cənnətdən çıxma-
sına iĢarə olunur.
Uçub qondu fələklərin quĢları,
Səcdəsindən nə qədər ləngidi uçuĢları.
Səxavəti ucundan mənimsədi bir dəni,
Atdı gözəl cənnəti, dünya oldu məskəni (SX-69).
Fələyin quĢları - mələklər deməkdir. Adəmə ona görə səcdə
ediblər ki, Adəm mərhəmət və kəramət naminə buğda yeyib,
Cənnətdən dünyaya gələndən sonra Tanrının ona öyrətdiklərini
mələklərə də öyrədib.
75
Cənnət beytləri (məc. mif.) – Ən gözəl, ahəngdar və dərin
məzmunlu Ģeirlər Cənnət beytlərinə bənzədilir.
Turaclar əkində ötüb gedirdi.
Cənnət beytləri təqti edirdi (YG-274).
Burada təqti etmək - ahənglə oxumaq deməkdir.
Cənnət eyvanı (məc. mif) – Yeddi günbəd sarayının eyvanı
Cənnət eyvanına bənzədilir.
Cənnət eyvanına o gələn kimi... (YG-275).
Burada söhbət Çin ordusunun Ġrana hücumu haqqında xəbər
gətirən qasiddən gedir.
Cənnət meyvəsi (məc. mif.) – Xacənin bağında yetiĢən
meyvələr Cənnət meyvəsinə bənzədilir.
Ətrilə yoğrulub sanki hər yeri,
Cənnət meyvəsinə oxĢar bəhəri (YG-256).
Cənnət, Cəhənnəm (məc. mif.) – ġair Bəhram Gurun vəziri
Rastü – RövĢənin vəzirlik dövrünü, firavan həyatını, özbaĢınalı-
ğını Cənnətə, zindana salınmasını, əvvəlki cahü -cəlaldan məh-
rum olmasını isə eyni vaxtda Cəhənnəmə bənzətməklə qüvvətli
təzad yaratmıĢdır.
Sonra bir cəllada dedi: “Onu al,
Cənnətdən sürüyüb cəhənnəmə sal!” (YG-285).
Cənub (top.) – Cənub qütbü. Lakin Ģeirin təsvirlərindən elə
nəticəyə gəlmək olur ki, burada Cənub dedikdə Hindistan və
Çinin cənubundan söhbət gedir.
Sonrasa Cənuba dönüb yenə də,
Çoxlu ov etdilər yol gedə-gedə (Ġ-555).
Cərəm (an.) – Əsli Dağıstandan olan rus pəhləvanlarından
birinin əsl adı.
Cərəm adlı bir dağ Ləzgi dağından,
Əlindən zinhara gəlmiĢ bu cahan (Ġ-335).
Cəzirə (top.) – Ərəbcə ada mənasında olan Cəzirə Ġskəndər
ilə Dara qoĢunlarının üz-üzə gəldiyi Musil vilayətinin yerləĢdiyi
ərazidir.
Cəzirə ki, Musil adlı ölkədir,
Səfalı bir yerdir, xoĢ düĢərgədir (Ġ-140).
76
Cəzirə - ġam ilə Ġraq və Kürdüstan arasında bir ölkədir. Fərat
ilə Dəclə buradan axdığı üçün qədim yunan coğrafiyaĢünasları
buraya Mesopotamiya, yəni çaylararası adını vermiĢlər.
Cin (mif.) – Ərəb sözüdür və ġeytan mifoniminin sinonimidir.
Onlar müsəlman əsatirlərində oddan yaradılmıĢ ruhlardır. Ġstənilən
sifətə, o cümlədən insan sifətinə girə bilirlər. Cinlər xeyirxah (Alla-
ha etiqad bəsləyən) və bədxah olur. Bədxah cinlər Ġblisə tabedirlər
və adamlara zərər vurmaqda ona kömək edirlər (Ġslam. B.,1985).
Cin – Ģeytan yuvasna döndərdilər dünyanı,
Qoy zalımın, namərdin yerdə çürüsün canı (SX-37).
Codrə (an.) – Rus pəhləvanlarından birinin əsl adı.
Codrə adlı bir rus oxudu meydan,
Südəmər ceyrandı ona hər aslan (Ġ-336).
Covza (kos.) – Bax: Cövza.
Ütarid və Covza qonmuĢ bir yerə,
Sovrda məskən etmiĢ Ay ilə Zöhrə ( Ġ-64).
Cörrum (top.) – Bərdə ətrafında hər hansı bir dağın, zirvə
və ya təpənin yerli xalq tərəfindən iĢlənən adıdır. Bu, Bərdənin
köhnə adı olan Hərum (bax) adı ilə də fonetik cəhətcə səsləĢir.
Cörrum dağlarından Buğra çölünə
Hər tərəf batmıĢdı bahar gülünə (Xġ-68).
Cövza (kos.) – On iki bürcün üçüncüsüdür. Yunan əsatirində
Dioskurlar (Poludevk və Kastor), ġərq əsatirində isə Ekizlər adı
ilə məĢhurdur. Əsatirə görə bu “Ekizlər” Zevsin oğullarıdır.
Mehriban qardaĢlar olduqlarına görə Zevs əbədi həyat vermək
məqsədi ilə onları gecə və sübh ulduzlarına döndərmiĢdir. Qə-
dim nücum elmində Ekizlər əl-ələ tutuĢub, qol-boyun dayanmıĢ
iki uĢaq Ģəklində təsvir edilmiĢdir.
Kəmər bağlamıĢdı Cövza iki qat,
QoĢa payalıydı əyləĢdiyi taxt (LM-184).
Köhnə astrologiyaya görə, Cövza bürcü külək bürcü hesab
edilirdi. Buna görə də, soyuqdəymənin səbəbi sayılırdı. Yəni nə
qədər ki, sən yox idin, Cövza sənə soyuq verib sonra da sağalt-
maq üçün səndən qan aldırmıĢdı.
Dostları ilə paylaş: |