65
NuĢirəvan bəzmi bəzədi yeri,
Çünki vəziriydi Büzürgimehri (YG-40).
Büzürgümid (an.) – “Xosrov və ġirin” poemasında obraz
adı. Hürmüz və Xosrovun müasiri kimi təsvir olunan Büzürgü-
midin tarixi Ģəxsiyyət olması hələ qeyri-məlumdur. Bizə elə
gəlir ki, Büzürgümid NuĢirəvanın vəziri Büzürgmehr deyildir.
Çünki o, Xosrov taxta çıxandan on il qabaq (580-ci ildə) vəfat
etmiĢdir. Demək, Ģair bu obrazı yaradarkən, tarixi Ģəxsiyyət olan
Büzürgmehrdən geniĢ istifadə etmiĢdir.
Müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə yaĢayan tarixi Ģəx-
siyyətləri bir yerə toplayıb müasirləĢdirmək Nizami yaradıcılığı-
na xas olan xüsusiyyətdir. ġair həmin obrazın adında müəyyən
dəyiĢiklik etmiĢdir. Adın ikinci komponentini (“mehr” sözünü)
Azərbaycan sözü olan “ümid” sözü ilə əvəz etmiĢdir.
Büzürgümid adlı bir alim vardı,
Ağlı, istedadı güntək parlardı (Xġ-56).
ġair Büzürgümidi görkəmli alim, ulduzlar aləminə yaxından
bələd olan bir Ģəxsiyyət kimi təsvir etmiĢdir.
Büzürgümid durub filin yanından
Əlində üstürlab baxırdı hər an.
ÇalıĢırdı təyin eləsin nə vaxt
DüĢməndən üzünü döndərəcək baxt (Xġ-148).
- C -
Cahan Pəhləvan (an.) – Azərbaycanda hakimiyyət sürmüĢ
Səlcuq atabəylərinin ikincisi, ġəmsəddin Eldəgizin oğlu Atabəy
Əbu Cəfər Məhəmməd Eldəgizin ləqəbi. Qızıl Arslanın böyük
qardaĢı. O, 1172-ci ildə hakimiyyətə gəlmiĢ, 1185-ci ilə qədər
hakim olmuĢdur.
QardaĢım cahana olmuĢ hökmran,
Onunçun deyilmiĢ: Cahan pəhləvan (Xġ-370).
Cahan Pəhləvan ( məc. an.) – ġair Nüsrətəddin Əbubəkr ibn
Məhəmmədi Cahan Pəhləvana bənzədir:
Cahan pəhləvandır, Nüsrətəddindir,
66
Hökmü düĢmənlərə qılınc təkindir (Ġ-48).
ġair yenə də Atabəy Nüsrətəddini Cahan Pəhləvana bənzıdir.
Damağın çağ olsun, bəxtin də Cavan,
Cahanda olasan Cahan pəhləvan (Ġ-429).
ġair Məlik Ġzzəddini Cahan Pəhləvana bənzədir.
Kimdə var bu məclis padiĢahlardan,
O həm Ģahdır, həm də Cahanpəhləvan (Ġ-609).
Cahanbanu (an.) – Ġskəndərə ərə getdikdən sonra RövĢənə-
yə (bax) verilən yeni ad.
“Cahanbanu” deyə, yeni ad taxtı,
Bütün ixtiyarı ona buraxdi (Ġ-185).
“Cahanbanu” farsca iki sözdən – cahan və “xanım” məna-
sında olan banu sözlərindən ibarətdir. Bu ad keçmiĢdə padĢah
arvadlarına verilərdi. Bütün ġərq ölkələrində mövcud olan bu
advermə ənənəsi qədim türk xalqlarına məxsusdur.
“Cahanmədxəl” (id.) – Ərəstunun (bax) əsərinin adıdır.
Yazdım bildiyimi “Cahanmədxəl”ə
Bəzədim, süslədim onu elm ilə (Ġ-601).
Calinus (xat. an.) – Yunanlılara məxsus bu alimin adı, II əs-
rin əvvəllərində yaĢayan görkəmli yunan alimi, həkimi, riyaziy-
yatĢünas və ulduzĢünası Bətlimusun müəllimi.
Səndə Calinusun elmi də olsa,
Ölürkən dönərsən bir Calinusa (Xġ-361).
Calinus adı 2 mənada iĢlənmiĢdir. Birinci misrada söhbət
elmli, canlı, ikinci misrada isə öləndən sonra torpağa dönən Ca-
linusdan gedir. Yəni Calinus kimi elmli olsan da, Calinus kimi
torpağa dönəcəksən.
Cami-Cəm (məc.ktem.) – Bax: CəmĢid camı.
QaĢını çatmıĢdı onun qüssə, qəm,
Gözündə deyildi əsla cami – Cəm (Ġ-439 ) .
Beytdə deyilir: Ġskəndər qəm içində qaĢqabaqlı oturmuĢdu;
üzündə Ģadlıq, sevinc əlaməti yox idi.
Can Yusifi (məc.on.) – Ġtin canının çıxması Yusifin dolça
üstündə quyudan çıxmasına bənzədilir.
67
Qurda bənzər köpəyi düĢən gördü yol üstə,
Can Yusifi çıxmıĢdı dar quyudan dol üstə (CX-111)
Can, Ciyərparə (məc.ap.) – ġair “Ġqbalnamə”ni (bax) öz
canına, oğlu Məhəmmədi (bax) isə ciyərinin parasına bənzədir.
Canımı yollayıb bir peĢkəĢ kimi,
QoĢmuĢam mən ona ciyərparəmi (Ġ-610) .
Cavan (ap.an.) – “Kərpickəsən qocanın bir cavanla heka-
yəti“ndə obraz adı.
Birdən – birə göründü gözə bir cavan oğlan ,
BaĢladı məzəmmətlə sözə bir cavan oğlan (SX-90).
Ceyhun ( top.) – Asiya qitəsinin ən böyük çaylarından biri-
dir. Vaxtilə kənarında mövcud olmuĢ Ceyhan Ģəhərinin adı ilə
əlaqədar Ceyhun adı almıĢdı. Hindistanın Ģimalındakı Pamir da-
ğından axan bir sıra çayların qovuĢmasından əmələ gələn və
Aral gölünə tökülən bu çay Buxara və Mərv Ģəhərləri arasından
öz məcrasını aldığı hissədə yerləĢən Amu səhrasının adı ilə
əlaqədar olaraq hazırda Amu-Dərya adlanır. KaĢqar tərəfdən
axan Ağsu, Fərqanədən gələn Qızılsu, ZərəfĢan dağından enən
Sürxab, Səmərqənd və Buxaranın yanından keçən ZərəfĢan çayı
güclü yağıĢlar zamanı Ceyhuna qarıĢır. Bu çayın böyüklüyünü,
gəmiçilik və suvarma əhəmiyyətini nəzərə alaraq onu bəzən Asi-
yanın Reyn çayı adlandırırlar. Ərəblər bu çayın Ģimalında olan
yerləri Mavəraünnəhr adlandırmıĢlar.
Onun böyüklüyü göylərə çatsın,
Atını Ceyhundan özü sıçratsın (Xġ-34) .
Burada söhbət Arslan Ģahdan (bax) gedir.
YetiĢib Ceyhuna düĢərgə qurdu (YG-275 ) .
Söhbət Ġrana hücum edən Çin xaqanından gedir.
O dünya dolaĢan atını sürdü,
QoĢunla Ceyhuna doğru yüyürdü (Ġ-310) .
Burada isə söhbət Ġskəndərdən gedir.
“Ceyrangöz” (məc. növ.) – Bir növ ipək parça adıdır; üstün-
də ceyran gözü kimi naxıĢlar olduğu üçün belə adlanır.
Atlar dırnağından ipək çöl, çəmən
“Ceyrangöz” olmuĢdu ceyran gözündən (Ġ-273) .
Dostları ilə paylaş: |