56
bəxtlik rəmzi daĢıyır. Buna görə də Ģair çox vaxt bu adları qoĢa
iĢlətmiĢdir.
Dedi: “Təsdis idi Zöhrəyə məkan,
Evdə oturmuĢdu Bilqeys, Süleyman (YG-169).
Təsdis – altı bucaq deməkdir. Zöhrənin Təsdisdə - yəni altı
planetin ortasında oturması məhəbbət və xoĢbəxtlik rəmzidir.
Beytin mənası: Məhəbbətlə əhatə olunmuĢ Zöhrə altı planetin
arasında oturan kimi Bilqeys Süleymanla oturmuĢdu.
ġair bu adlardan məcazi ad kimi də istifadə etmiĢ, “Yeddi
gözəl” əsərində Qara geyənlərin Ģahını (bax) Süleymana, Türkü-
nazı (bax) isə Bilqeysə bənzətmiĢdir.
De, Bilqeys taxtı hara, mən hara?
Səltənət yaraĢır Süleymanlara (YG-148).
“Xosrov və ġirin” poemasında da ġirin Bilqeysə, Xosrov isə
Süleymana bənzədilmiĢdir.
Bir neçə qarınca söylədi pünhan:
“Biri Bilqeysdir, biri Süleyman... (Xġ-117).
Bir qədəh mey (məc. ap.) – ġair “Ġqbalnamə” əsərini meta-
forik Ģəkildə bir qədəh meyə bənzədir.
Bir qədəh mey verir sənə Nizami,
Gərək nuĢ edəsən Keykavus kimi (Ġ-428).
Bir, iki, üç (qrup məc. xron.) – Dini rəvayətlərə görə, bu rə-
qəmlərin hər biri müəyyən rəmzi mənaya malikdir.
Bir sapın ucundan tut kiĢilərtək,
Ġkini at, üçü bir etmək gərək (YG-54).
Bir – yəni vahid Allah.
Ġki (ikilik) – dualizm – atəĢpərəstliyin əsasını iki tanrı – iĢıq,
nur tanrısı Ahura-Mayda (Hörmüzd) və qaranlıq və fəsadın
tanrısı Anqru-Manyu(Əhrimən) təĢkil edir.
Üç (üçlük) – xristianlıq, onun əsasını üç ilahi təĢkil edir – ata
Tanrı, oğul Tanrı (Ġsus Xristos) və ana (Məryəm). Bu sözlərlə Ģair
demək istəyir ki, Allah bir olan kimi kiĢinin də dostu bir olmalıdır.
Birinci adam (ap.) – “Yeddi gözəl” poemasında obraz adı.
Rastü-RövĢən tərəfindən qardaĢının və özünün var-yoxu əlindən
57
çıxan, qardaĢı öldürülən və haqsız olaraq zindana salınan məh-
buslardan biri.
Söylədi Bəhrama birinci adam:
“Sənin düĢmənindən düĢmən alsın kam”(YG-286).
Bisütun (top.) – Ġranda KirmanĢah Ģəhərinin 20 kilometr-
liyində yüksək bir dağdır. Fərhad (bax) ġirinin eĢqi ilə bu dağı
çapmaq istəmiĢdir. “Bisütun” sözü məcazi olaraq göy, səma
mənasında da iĢlənir. Məkkə yolu onun ətrafından keçir. Ġranın
qədim padĢahı Birinci Daranın (e.ə. 522-486) hərbi yürüĢləri
mixi əlifba ilə bu dağın qayalarına həkk olunmuĢdur. Rəvayətə
görə, Fərhad ġirinin sifariĢi ilə həmin dağdan süd arxı çəkmiĢdir.
Bisütunda sevdiyi ġirinin surətini tiĢə ilə canlandırmıĢdır. Dağın
bir tərəfində kaha vardır və bulaq çağlayır. Bisütunda əli
ĢəmĢirli, baĢı taclı bir hökmdar rəsmi və onun qarĢısında isə qa-
dın surəti vardır ki, bu da ehtimala görə Xosrov və ġirinin əksi-
dir. Bu dağın min beĢ yüz arĢınlıq uca bir yerinə fransız səyyah-
ları böyük çətinliklə çıxaraq oradakı mixi yazıların və rəsmlərin
əksini götürmüĢlər. Orada əlləri zəncirlə arxadan bağlı doqquz
nəfər məhbusun daĢ üzərində rəsmi vardır. Bax: Fərhad.
Xosrov niĢan verdi ona uzaği,
Ġndi adlanır o Bisütun daği (Xġ-195).
“Sütunsuz dağ” kimi izah olunan Bisütun “Baqestan” sozü-
nün fonetik cəhətcə dəyiĢilməsindən yaranmıĢ və Allahlar məka-
nı deməkdir.”Baqestan” isə türk mənĢəli sözdür.
Nizami bu addan məcazi ad kimi də geniĢ istifadə etmiĢdir.
Bir dağ çapmadınsa bu “kaf” ilə “nun”,
Göy adlı bir böyük Bisütun qurdun (LM-28).
Burada “Bisütun” iki mənada iĢlənmiĢdir: I. Göylərin sütun-
suz dayanması: II. Bisütun dağı.
“Kaf” (k) və “nun” (n) birləĢməsindən ərəbcə “kun”(ol!) kəl-
məsi əmələ gəlir. Beytin mənası: Sən (Allah) bir dəfə “ol!” de-
məklə dağ çapmadan fələk kimi bir Bisütun qurdun.
ġidənin (bax) tikdiyi yeddi günbəz Bisütun dağına bənzədilir.
Yerdən bir Bisütun ucaldı göyə,
Fərhadın etdiyi döndü kölgəyə (YG-133).
58
Ġskəndərin qoĢunu ilə üz-üzə dayanmıĢ Zəngibar Ģahın
ordusu Bisütuna bənzədilmiĢdir.
QarĢıda zəncilər kin ilə durdu,
Çıxardı Bisütun kimi bir ordu (Ġ-84).
Ġskəndərin ordusunun bayraqları Bisütun dağına bənzədilir.
Aydan da yuxarı ucaldı bayraq,
Bisutun kimi bir sütun vuraraq (Ġ-255).
Bisütun, Fərhad (qoĢa məc. on.) – “Yeddi gözəl” poema-
sında Xacənin (bax) bağında kef məclisi təĢkil edən gözəllərin
boyu Bisütuna, Xacə isə Fərhada bənzədilmiĢdir.
Bisütunlar sütun qaldırmıĢdılar,
Fərhadı baltayla öldürmüĢdülər (YG-260).
Yəni hovuzda çimən Bisütun boylu gözəllər Xacəni elə bil
baltayla öldürürdülər.
BiĢkin(an.) – Atabəy Nüsrətəddin Əbubəkr ibn Məhəmmə-
din ləqəblərindən biridir.
DüĢmən son düĢünən, ürəyində kin,
Ġstiqbal görəndir, ləqəbi BiĢkin (Ġ-48).
Yəni düĢmən iĢə keçəndən sonra o, iĢ haqqında düĢünür.
BiĢkin isə qabağı görmək istedadına malik olduğu üçün, hadisə
baĢ verməmiĢdən qabaq onun çarəsini tapır.
ġair bu ləqəbin Atabəy Nüsrətəddinə düzgün verilməməsi
haqqında yazır:
Neçün BiĢkin demiĢ ona bu dövran?
O ki mehribandır bütün Ģahlardan.
BiĢkin kəlməsini düzgün yazsalar,
Ona layiq bir ad KeypiĢin olar (Ġ-426).
BiĢkin sözünün lüğəti mənası çox kinli deməkdir. Nizami bu
ləqəbin Atabəy Nüsrətəddinin xasiyyətinə uyğun olmadığını bil-
dirir və deyir ki, onun kini deyil, əksinə mehribanlığı bütün Ģah-
lardan artıqdır. Buna görə də Ģair BiĢkin (yaxud PiĢkin) sözünün
hərflərini dəyiĢməklə onu KeypiĢin Ģəklinə salır və bu adı Ģaha
daha layiq bilir; çünki KeypiĢin Ġranın əfsanəvi padĢahı və Keylər
sülaləsinin birinci Ģahı olan Keyqubadın oğlu Keykavusun adıdır.
Dostları ilə paylaş: |