47
Üsul, firu ilə oldu aĢina
BəxtiyĢu rəyinə, Ġ yĢu baxtına (YG-307).
ĠyĢu isə Ġsa peyğəmbərin adlarından biridir.
Beytin mənası: Körpə Arslan Ģah dinin ehkamlarını, Ģəriətin
qanunlarını dəqiq yerinə yetirdiyi üçün Ġsanın xoĢbəxtliyi və
BəxtiyĢunun fikir dühası ona nəsib olmuĢdur.
Bəl (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir.
Yemək iĢtahında olmasaydı Bəl,
Duaya açmazdı səhər vaxtı əl (LM-185).
Bəldə (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir.
Nəayim xərcini öyrənsin deyə,
Bəldə çalıĢırdı iki-üç əllə (LM-185).
Bəlx (top.) – Asiyanın ən qədim və məĢhur Ģəhərlərindəndir.
Əfqanıstanın Ģimalında Kabul ilə Buxara arasında yerləĢmiĢdir.
Rəvayətə görə, Kəyumərs və ya Keykavus tərəfindən tikilmiĢdir.
Sonralar XIII-XIV əsrlərdə Çingiz xan və Teymurləng tərəfin-
dən dağıdılmıĢdır. Bir rəvayətə görə, ZərdüĢt bu Ģəhərdə zühur
etmiĢ və buradan da zərdüĢtilik Ġranın və Hindistanın baĢqa yer-
lərinə yayılmıĢdır. Hazırda bu Ģəhər qəsəbə halında Əfqanıstanın
Ģimalında yerləĢir (10-107 ).
ġadlıq təntənəsi, sevincli səslər
Yayıldı Mərvdən ta Bəlxə qədər (Xġ-151).
Söhbət Xosrovun taxta çıxmasından gedir.
“Ġskəndərnamə” əsərində Bəlx xalqının üsyana qalxmasın-
dan və ətraf vilayətlərin də bu üsyana qoĢulmaları haqqında mə-
lumat verilir.
Bəlx ilə NiĢabur boyu hər yerdə
ĠĢtirak edirlər bu ĢuriĢlərdə (Ġ-254).
Burada “ĢuriĢ” dedikdə həmin üsyan nəzərədə tutulur.
Bəlinas (an.) – Bəlinas və ya Pliniy məĢhur Roma naturalisti,
alim və yazıçısıdır (Eramızdan 23 il əvvəl doğulmuĢ və eramızın
79-cu ilində vəfat etmiĢdir). Təbiyyat tarixinin banisi sayılır. 79-cu
ildə bir vulkanı yaxından görmək istəmiĢ, çox yaxın gəldiyi üçün
qazdan boğulmuĢdur. Botanika, geologiya, mineralogiya, astrono-
48
miya, coğrafiya, fizika, kimya kimi elmlərə dair 37 kitabı vardır.
Tarix, ədəbiyyat, rəsm, heykəltəraĢlıq haqqında da əsərlər yazmıĢdır.
F.Engeles “Təbiətin dialektikası” əsərində onu bir sıra məsə-
lələrdə Ərəstu ilə yan-yana qoyur. Bəlinasın ən məĢhur əsəri
“Təbiyyat tarixi”dir ki, bir çox dillərə tərcümə edilmiĢdir. Ərəb-
lər arasında Bəlinas tilsim sahibi kimi məĢhurdur. Nizami də
ona ən çox bu cəhətdən yanaĢmıĢdır.
Ġskəndərlə müxtəlif dövrdə yaĢamasına baxmayaraq, Ģair öz
məqsədindən asılı olaraq onu Ġskəndərin müasiri kimi təsvir et-
miĢ və orijinal obraz yaratmıĢdır.
Nizami Gəncəvinin üslub xüsusiyyətlərini səciyyələndirən
əsas amillərdən biri də müxtəlif dövrlərdə yaĢayan tarixi Ģəxsiy-
yətləri müasirləĢdirməsidir.
Bu gizli əsrarı Bəlinas bilir,
Tilsimə tanıĢdır tökər bir tədbir (Ġ-175).
Əjdaha görüncə gəlir Bəlinas,
Bildi ki, ĢüĢəni qıracaq almas (Ġ-176).
Burada sonuncu misrada cadugər qız ĢüĢəyə, Bəlinas isə
almaza bənzədilmiĢdir. Almazın xassəsi ĢüĢəni kəsməkdir. Yəni
o əjdaha kimi görünən qız Bəlinası gördükdə bildi ki, sehrinin
ĢüĢəsinə doğru almaz gəlir. Demək, Bəlinas ona qalib gələcəkdir.
ġair “Bəlinas”dan məcazı ad kimi də çox yerdə istifadə et-
miĢdir. Məsələn, o, məĢhur Rumlu memar Simnarı (bax) Bəlina-
sa bənzətmiĢdir.
Rumlu Bəlinastək hünərlər saçar,
Rəsədxana tikər, tilsimlər açar (YG-59).
Bəlinas-cadu (an.) – Bax: Bəlinas. Azər Humayunla (bax.)
evlənəndən sonra Bəlinas ondan Ģox cadular öyrəndi və nəhayət ,
xalq tərəfindən bu adı aldı.
O qızdan çox cadu öyrənmiĢdi bu,
Onunçün deyildi “Bəlinas cadu” (Ġ-177).
BənatinnəĢ (kos.) – Böyük Ayı bürcündə bir-birindən asılı olan
yeddi sabit ulduza deyilir. Məcazi mənası rühani qızlar deməkdir.
ġirinə üz tutdu kənizlər yeyin,
BənatinnəĢ ikən oldular Pərvin (Xġ-82).
49
BənatinnəĢ, Pərvin (ant. məc. kos.) – BənatinnəĢ – Böyük
Ayı bürcündə bir-birindən asılı olan sabit ulduza, Pərvin (bax.)
isə bir-birinə yaxın olan Ülkər ulduzlarına deyilir. ġirinin rəfiqə-
ləri ardıcıllıqla əvvəl BənatinnəĢə, sonra isə Pərvinə bənzədilir.
ġirinə üz tutdu kənizlər yeyin,
BənatinnəĢ ikən oldular Pərvin (Xġ-82).
Beytin mənası: qızlar dağılmıĢ (səpələnmiĢ) halda, birdən
ġirinə tərəf qaçdılar, Pərvin kimi toplaĢdırlar.
Bəni-Əsəd (et.) – Ġbn-Səlamın (bax.) mənsub olduğu qəbilə-
nin adı.
Yolda Bəni-Əsəd qəbiləsindən
Bir nəfər Leyliyə rast gəldi birdən (LM-117).
Bəni-Səd (et.) – Ərəb qəbilələrindən birinin adıdır.
Bəni-Səd adlanan yad bir tayfadan,
Bir nəfər Məcnuna rast gəldi bu an (LM-101).
“Bəni” ərəbcə “ibn” (oğlu və ya qızı) sözünün cəmidir.
“Bəni Səd” – hərfən “Sədin övladları” deməkdir.
“Bənna” (id.) – “Quran”da olan hədislərdən biridir. ġair öz
əsərini bu hədisə bənzədir.
“Bənna” hədisinə bənzər hekayəm (Xġ-371).
Bərbər (et.) – ġimali Afrikada yaĢayan ən qədim tayfalar-
dandır. Misrin Cənubundan baĢlayaraq Qırmızı dəniz ilə Ədən
körfəzinə qədər olan sahənin qədim sakinləri olmuĢlar. HəbəĢis-
tanın Ģərqində və cənubunda yerləĢən tayfaların adı ilə orda
“Bərbərə” adlı bir yer də mövcuddur. Bəzi tarixçilərin fikrinə
görə, onlar yunan mənĢəli tayfalardır. Ərəblər qədimdə onları
ərəb mənĢəli olmayan tayfalar hesab etmiĢlər. XI əsrə qədər
bərbərlər Afrikanın Misir sərhəddindən qərb hissəsinə qədər
olan ərazisində hakim mövqe tutmuĢlar. Ərəblər Məğribi iĢğal
etdikdən sonra güclü assimiliasiyaya uğramıĢlar. Dağlara, səhra-
lara çəkilmiĢ, tədricən islam dinini qəbul etmiĢlər. Afrikanın ən
gözəl yerlərində sakin olan bərbərlərin yaĢadıqları əraziyə, ümu-
miyyətlə Bərbəristan da deyilir. Bərbəristan Ģimalda Ağ dəniz və
cənubda isə Səhrayi-Kəbirlə əhatə olunmuĢdur.
Dostları ilə paylaş: |