38
Baxt (ap. an.) – “Hekayə”də Xacənin bağında kef məclisi-
ndə iĢtirak edən gözəllərdən birinin adı, Xacəni əyləndırən qız.
Dedi: - Adın nədir? Dedi ki: - Baxtdır (YG-262).
Balıq, Ay (qoĢa mif., kos.) – Dini təsəvvürlərə görə, Yer
planeti nəhəng bir balıq üzərində dayanmıĢdır. ġair həmin
balıqdan (Yerin altından) Aya qədər olan məsafəni nəzərdə tutur.
Balıqdan Ayadək nə varsa əyan
Allah xəznəsinə tilsimdir, inan (Xġ-25).
Balıqdan Ayadək bu yer bu yana... (Xġ-77).
Balıq, Balıq bürcü (kos.) – Ərəb dilində ona Hut bürcü
deyilir. Bu bürc yağmurluq və su bürcü sayılır.
Ay yüksələn zaman Balıq bürcündən
Pərviz ġah bürcündə salmıĢdı məskən (Xġ-150).
ġair bu kosmonimdən məcazi ad kimi də istifadə etmiĢ, Ba-
liq bürcünü balığa bənĢətmiĢdir.
Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu (SX-30).
Dini rəvayətlərə görə, Yunisi səfər zamanı dənizin dalğala-
rına atmıĢlar, onu balıq udmuĢdur. Bir neçə müddət balığın qar-
nında qaldıqdan sonra kənara çıxmıĢdır.
Burada merac zamanı Məhəmməd peyğəmbərin Balıq bür-
cünün – Balınanın Yunisi olmasına iĢarə edilir.
Banu (an.) – Fars sözüdür və xanım: keçmiĢdə padĢah ar-
vadlarına verilən ad deməkdir.
Banuya söylədi ġirin: “Cahangir...
Banuya baĢ əydi yeri öpərək... (Xġ-82,83).
Burada söhbət Məhin Banudan (bax) gedir.
Barbəd (an.) – “Xosrov və ġirin” poemasında obraz adı. Sa-
sanilər dövründə Barbət adlı ən qədim simli musiqi alətini mə-
harətlə çalan məĢhur sənətkar olmuĢdur. O, eyni zamanda 130-
dan çox muğam və nəğmənin müəlifidir. Xosrov Pərvizin saray
xanəndəsi və sazəndəsi olan bu sənətkar onun Ģərəfinə hər gün
yeni bir mahnı bəstələyib oxuyarmıĢ.
Sənə Barbəd adlı çalan verərlər,
Dönər məclisində Ģərbətə zəhər (Xġ-61).
39
Yəqin ki, “Barbəd” antroponimi “Bərbət” adlı musiqi aləti-
nin adından (ktematonimdən) yaranmıĢdır.
HəmiĢə sənət və sənətkarı yüksək qiymətləndirən Nizami Gən-
cəvi “Barbəd”dən xatırlama ad kimi istifadə etmiĢ, “Leyli və Məc-
nun” poemasında təbii qanunlardan bəhs edərkən onu xatırlamıĢdır.
Çalıb oxumaqda Barbəd olsan da,
Pərdəsiz bu saza toxunma əsla (LM-43).
1990-cı ilin mayında Tacikistanın paytaxtı DüĢənbə Ģəhərində
qədim dövrün bir çox mənbələrində, xüsusən Firdovsi və Nizami-
nin əsərlərində xatırlanan qüdrətli obrazı yaradılan və bütün ġərqdə
adı dillər əzbəri olan Barbüdün anadan olmasının 1400 illik yubi-
leyi təntənə ilə qeyd edilmiĢdir. (“Kommunist” qəz. 10 may 1990-
cı il). Demək, bu hesabla Barbüd 590-cı ildə anadan olmuĢdur.
Barbəd, Nikisa (qoĢa məc. an.) – Bu adların qoĢa iĢlədilməsi-
nin əsas səbəbi onların hər ikisinin qüdrətli sənətkar, hünər və
qabiliyyətdə bir-birinə bərabər olmalarıdır. Təsadüfi deyildir ki,
Ģair Barbədi bülbülə, Nikisanı isə eyni vaxtda gülə bənzətmiĢdir.
Bir tərəfdə Barbəd, sərxoĢ bir bülbül,
Nikisa əldə cəng, olmuĢdu bir gül (Xġ-287).
AĢagıdakı beytlərdə isə onların növbə ilə çalıb-oxumaları
təsvir olunur.
Bitdi Nikisanın cənglə nəğməsi,
Barbədin setarı qaldırdı səsi (Xġ-290).
Barbəd nəğməsini bitirdi, durdu,
Nikisa mizrabı tellərə vurdu (Xġ-292).
Nikisa oxuyur, Barbəd çalırdı,
Zöhrə bu səslərdən ləzzət alırdı (Xġ-310).
BayquĢ (zo.) – “NuĢirəvanla vəziri və bayquĢların söhbəti”
hekayəsində alleqorik obraz adı. Əsərin özündə danıĢdırılan bay-
quĢlar “quĢ” kimi yazılmıĢdır.
Elçi gələn quĢ deyir: “ġərikəm hər sözünə”
ġahın zülmkarlığı bəllidir yer üzünə (SX-77).
BehiĢt (mif. top.) – “Cənnət” sözünün sinonimidir.
BehiĢt öz nəfəsilə süsləyibdir bu yeri (SX-58).
40
BeĢinci məzlum (ap. an.) – “Yeddi gözəl” poemasında epi-
zodik obraz adı. Rastü-RövĢən tərəfindən (keçmiĢdə saray rəis-
lərindən biri olub) var-yoxu, vəzifəsi əlindən alınan, haqsız ola-
raq zindana salınan məhbuslardan biri.
BeĢinci söylədi: “Ulu tacidar”,
Ey evi fələkə olan barabar... (YG-290).
BeĢinci ölkə (top.) – Qədim Ģərq coğrafiyasında Türküstan
və Azərbaycan BeĢinci ölkə sayılırdı.
Yeddi göy altında, ey dünya Ģahı,
BeĢinci ölkənin sənsən pənahı (Ġ-52).
Atabəy Nüsrətəddin Əbubəkrə xitabən deyilən bu beytdə Ģair
demək istəyir ki, Türküstan və Azərbaycanın Ģahı sənsən.
BeĢ yüz doxsan üç (xron.) – Hicri-Qəməri təqviminin 593-cü il
Ramazan ayının on dördü bizim indiki təqvimin 1197-ci il 31 iyu-
luna müvafiqdir. “Yeddi gözəl” poemasının yazılıb tamamlandığı il.
BeĢ yüz doxsan üçdə qalxıb ər kimi,
Yazdım bu əsəri igidlər kimi.
Ramazan ayının on dördü vardı,
Gün dörd saat qalxıb batmıĢ olardı (YG-310).
Demək, Ģair “Yeddi gözəl” əsərini 1197-ci il iyulun otuz biri
gecə saat 12-də bitirmiĢdir.
BeĢ yüz yetmiĢ ikinci il (xron.) – “Sirlər xəzinəsi” əsərinin
tamamlandığı il.
Sanma hicri tarixi yaddan itən olubdur,
BeĢ yüz yetmiĢ ikinci ildə bitən olubdur (SX-53).
Payızın iyirmi dördüncü günü isə təxminən oktyabr ayının
14-nə düĢür.
Demək, əsər 1177-ci ilin oktyabrın 14-də tamamlanmıĢdır.
Beyti-əqsa (mif. top.) – 1) Ən uzaqda, ən kənarda olan ev:
burada məcazi olaraq Kəbədən ən uzaqda olan məscid mə-
nasında iĢlədilmiĢdir. 2) Qüds Ģəhərində bir məscid. ġair isə
Beyti-əqsa dedikdə Allahın göyün doqquzuncu mərtəbəsində
olan taxtının yerləĢdiyi evi nəzərdə tutmuĢdur.
MüĢkünü saçaraq “Beyti-əqsayə” (Ġ-24).
Dostları ilə paylaş: |