84
Çindən Ruma qədər deyilir namın,
Qədrxan qulundur, Qeysər qulamin (Xġ-258).
Çin sövdəgəri (an.) – “Kəniz satan padĢahın hekayəsi”ndə
obraz adı. Çindən kəniz gətirən və satan sövdəgərin ləqəbi.
Açdı öz dilini Çin sövdəgəri... (YG-167).
Çin Ģahı (an.) – Çin xaqanı deməkdir. ġair bir beytdə iki
“xaqan” sözü olmasın deyə “Ģah” sözündən istifadə etmiĢdir.
Çin Ģahı qorxurdu gecə basqından,
O gecə sübhədək yatmadı xaqan (Ġ-286).
Çin Ģahı (məc. an.) – ġair GünəĢi metaforik Ģəkildə Çin Ģa-
hına bənzətmiĢdir.
Çin Ģahı atına qoyarkən yəhər
Zəncinin nalına od vurdu göylər (Ġ-76).
Yəni səhər açılmağa baĢlayanda gecə atını sürətlə sürüb getdi.
Burada gecə də metaforik Ģəkildə Zəncinin nalına bənzədilmiĢdir.
Çin, ġirin (ep. an.) – Çin toponim, ġirin antroponimdir.
Onların son səsləri fonetik cəhətcə eyni səslənir.
O Çin nəqqaĢını ġirin görərkən
ġirin arzusuna yetmiĢdi birdən (Xġ-108).
Çin tacidarı (an.) – “Ġskəndərnamə” əsərində Çin xaqanına
iĢarədir.
Xütən Ģəhriyarı, Çin tacidarı
Tədbirlə geyindi elçi paltarı (Ġ-288).
Çin, Təraz (qoĢa məc. top.) – Türkünaz (bax) eyni zamanda
Çin və Təraz(bax) gözəlinə bənzədilir.
Arzularım gecə tez gəlsin ələ,
Çin, Təraz Ģuxuyla vuraq piyalə (YG-156).
Çin-zənci (qoĢa məc. et.) – Qasidin gətirdiyi kağızın ağ his-
səsi, ağlıq rəmzi olan Çinə, yazısı isə qaralıq rəmzi olan zənciyə
bənzədilir.
Çin-zənci xətli bir məktub gətirdi (Xġ-109).
Çin-Zəngibar (top.) – ġair bu toponimləri yanaĢı iĢlətməklə
Çindən Zəngibara qədər olan ölkələrin Hürmüzün itaətində ol-
masına iĢarə edir. Eyni zamanda Ġran taxtı-tacı Çin-Zəngibar
təxtinə bənzədilir.
85
Çin-Zəngibar təxti Ģahı itirdi (Xġ-109).
Çini libas (növ.) – Çində hazırlanmıĢ, Çin parçasından, ya-
xud Çin üslubunda tikilmiĢ paltar.
Çini libaslı Ģah qoydu qızıl tac (YG-307).
Söhbət Körpə Arslan Ģahdan gedir.
Çinin aynası (məc. ktem.) – ġair GünəĢi metaforik Ģəkildə
Çinin aynasına bənzədir.
Bax, Çinin aynası parladı Çindən,
HəbəĢin qaĢları çatıldı birdən (LM-140).
Yəni, GünəĢ parladı, qaranlıq (həbəĢ) çəkildi.
Çinli (et.) – Çin dövlətinin ərazisində yaĢayan xalqların
ümumi adı.
Qulu olsun Çində gəzən gözəllər,
Çinlidən gəlməsin ona qəm, kədər (Xġ-45).
Burada söhbət Qızıl Arslandan gedir.
Rəyi bir güzgüdür çinlilər üçün (Ġ-55).
Burada isə Makedoniyalı Ġskəndər nəzərdə tutulur.
Çinli, HəbəĢ (məc. ant. et.) – ġair ağlıq rəmzi olan Çin xaqa-
nını qaralıq rəmzi olan HəbəĢə bənzədir. Antonim mənalı bu mə-
cazi etnonimlər Ģair tərəfindən ən uğurlu təĢbeh kimi iĢlədilmiĢdir.
Özümə çinliyəm, həbəĢəm sənə (YG-298).
Yəni, mən özüm ağlığın və gözəlliyin rəmzi olan türk olsam
da, sənin qarĢında üzü qarayam, həbəĢəm.
Çinli, türk, hindu (qrup məc. et.) – ġair Ġskəndərin ArĢi-
midesə bağıĢladığı gözəli çinli türkə, ArĢimidesin qəm və kə-
dərini isə hinduya bənzədir.
Sevdi çinli türkü, könlü Ģad oldu,
Qəmlər hindusunda o, azad oldu (Ġ-444).
Türk sözü gözəl mənasında da iĢlənir. Hindu sözü qaralıq,
qəm, kədər rəmzi kimi alınır.
Beytin mənası: ArĢimed o ağ çinli türk gözəli ilə o qədər zövqə
dalmıĢdır ki, qəmin, kədərin qaranlığı onun qəlbini tərk etmiĢdi.
Çipal (an.) – Hindistanda Lahur padĢahına verilən addır. La-
hur – Hindistanda əla Ģal toxunması ilə məĢhur olan bir Ģəhərdir.
86
Mən o qatil Furun boynunu vurdum,
Çipalın yerində Çində oturdum (Ġ-584).
Yəqin ki, Lahur padĢahlığı o dövrdə Çinə (Türküstana) tabe
imiĢ.
Çoban (ap. an.) – “Ġqbalnamə” əsərində epizodik obraz adı.
Çoban söylədi ki: ”Ey tacidar, sən
Özünsən aləmi abad eyləyən... (Ġ-440).
Çoban (ap. an.) – “Əflatunun keçmiĢdən hekayə söyləmə-
si”ndə obraz adı.
Çoban cavab verdi: “Mən peyğəmbərəm,
Ġman gətir, səni xoĢbəxt edərəm” (Ġ-474).
Çöllərin hayili (mif.) – “Mahanın hekayəsi”ndə obraz adı. Ma-
hana insan sifətində görünən bu divin adı bir mifik obrazın səciy-
yəsinə uyğun gəlir. “Hayil” sözü ərəbcə qorxunc, nəhəng deməkdir
və “Çöllərin nəhəngi” mənasında iĢlənmiĢdir. O, Mahanı səhrada
azdırmıĢdır ki, bu da divlərə xas olan əsas xüsusiyyətlərdən biridir.
O, divmiĢ, insantək görünmüĢ sana,
“Çöllərin hayili” deyilir ona (YG-213).
Çörəkçi (ap.) – “Fağır çörəkçinin hekayəsi və onun varlan-
ması”nda obraz adı.
Çörəkçi gördü ki, qəzəblənib Ģah,
Bildi ki, düzlüyə qalıbdır pənah (Ġ-458).
Çuğul, Çuğulçu ( ap. an.) – “Zalım Ģahla düz danıĢan qoca-
nın hekayəti”ndə obraz adı.
ġah yanına bir çuğul səhər tezdən qaçardı...
Çuğulçunun sözündən qəzəblənib Ģah dindi (SX-126).
- D -
Dara (an.) – “Ġskəndərnamə” əsərində obraz adı. “Dara”
ərəb sözüdür və “sahib, malik, malik olan” deməkdir. Bu ad Da-
ra obrazının əsərdəki oynadığı rola tam uyğun gəlir.
Sildi ĢuriĢləri köhnə dünyadan,
Taxt aldı, tac aldı qoca Daradan (Ġ-55).
Dara – Ġranın qədim padĢahlarından Kəyan sülaləsinin son
hökmdarı olmuĢdur. O, e.ə. 342-ci ildən 330-cu ilə qədər Ģahlıq et-
miĢdir. Ġskəndər Ġrana hücum etdiyi zaman qaçarkən öldürülmüĢdür.
Dostları ilə paylaş: |