Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Beşinci fəsil Ailənizin maddi ehtiyaclarını təmin edin



Yüklə 1,6 Mb.
səhifə12/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Beşinci fəsil



Ailənizin maddi ehtiyaclarını təmin edin


1\5

Ailənizin maddi ehtiyaclarını təmin etməyə həvəsləndirmək


456. Allahın rəsulu (s): Bəndənin əməl tərəzisində ilk olaraq onun ailəsinə verdiyi nəfəqə (dolanışıq üçün çəkilən xərc) mükafatlandırılacaq.1

457. Allahın rəsulu (s): Allah-təala, qazancını ailəsinə xərcləyən bəndənin verdiyi hər dirhəmin müqabilində, ona yeddi yüz bərabərini əta edər.2

458. Allahın rəsulu (s): Kişinin xərclədiyi ən dəyərli dinar, ailəsi üçün xərclədiyi dinardır.3

459. Allahın rəsulu (s): Quzularını otaran cavana müraciətlə: Agah olun! Əgər bu cavan valideynlərinin və ya onlardan birinin (rifahı və onların ehtiyaclarını təmin etmək üçün) zəhmət çəkirsə, əsl həqiqətdə Allah yolunda addımlamış olur. Əgər ailəsinin ehtiyaclarını təmin etmək məqsədilə çalışırsa, Allah yolunda addımlamış olur.

Öz ehtiyaclarını ödəmək üçün (başqasına möhtac olmamaq üçün) zəhmət çəkirsə, yenə də Allah yolunda addımlamış sayılır.4



460. Allahın rəsulu (s): Hər kəs, şəhərlərdən birində ailəsi(nin rifahı) üçün çalışsa, istər ehtiyac içərisində olsun, istər bolluq, qiyamət günü peyğəmbərlərlə məşhur olar. Ahay! Məqsədim onlarla birlikdə gəzmələri, yol gedəcəkləri deyil; doğrusu onların məqam və rütbəsində olmalarıdır!1

461. "Müsnədi-ibn Hənbəl": Məaz rəvayət edir: Allahın elçisi (s) mənə on göstəriş verdi: "... əlinin zəhməti ilə ailəni dolandır."2

462. "Tarixi-Bağdad": Allahın elçisi (s) buyurdu: "Kim halal zəhməti ilə ruzisini qazana və bu yolla ailəsini, övladlarını başqalarına möhtacetməyə, qiyamət günü peyğəmbərlər və saleh möminlərlə bu şəkildə birlikdə gələr. (Üç orta barmaqlarını birləşdirərək göstərdi.)3

463. "Usdül-ğabə": Ənəs rəvayət edir: Peyğəmbər (s) Təbuk döyüşündən döndükdə, Səd Ənsari onu qarşıladı və Peyğəmbər (s) onunla görüşdükdə, soruşdu: "Əllərin nə üçün qabar bağlayıb?"

Cavab verdi: Ey Allahın rəsulu! Kəndir çəkib, yer belləyir, ailəmin məişət xərclərini ödəyirəm.

Peyğəmbər (s) onun əllərini öpüb, buyurdu: " Bu əllərə cəhənnəm odu toxunmayacaq."4

464. İmam Əli (ə): Kim atası, ya övladları, ya da ki, həyat yoldaşı üçün halal ruzi qazanmaq (yolunda çalışsa), Allah-təala, (qiyamət günü) qəbir evindən, onun simasını on dörd gecəlik ay kimi parlaq ayağa qaldıracaq.1

465. İmam Zeynül-abidin (ə): Bir neçə dirhəmlə bazara gedim (ailəmin ürəyi ət istədiyi üçün) ət almağım, mənim yanımda,bir qulu azad etməyimdən daha sevimlidir.2

466. Allahın rəsulu (s): Hər kim valideynlərinin rifahı və ehtiyaclarını təmin etmək və onların heç kimə möhtac olamamaları üçün zəhmət çəkirsə, Allah yolunda addımlamış olur. Hər kim ailəsinin və övladlarının rifahı və ehtiyaclarını təmin etmək və onların heç kimə möhtac olamamaları üçün zəhmət çəkirsə, Allah yolunda addımlamış olur. Hər kim maddi ehtiyaclarını təmin etmək, kimsəyə möhtac olmamaq və insanlara əl açmamaq üçün işləyirsə, deməli bununla da Allah yolunda addım atır.

Əgər (kasıb və ehtiyaclı insanlara tənə vurmaq və var-dövlət toplayaraq) qürurlanmaq niyyətindədirsə, onda şeytana uymuş və doğru yoldan azmışdır.3



467. "Əl-Kafi": Əli ibn Əsvat Atasının vasıtəsilə rəvayət edir: İmam Sadiqdən (ə) soruşuldu: Allahın elçisi (s) ailəsini adi (hamının yediyi yeməklərlə) təmin edirdimi?

Buyurdu: "Bəli."4



468. "Əl-Kafi": Məaz rəvayət edir: İmam Sadiq (ə) mənə buyurdu: "Ey Məaz! ... Ailən üçün çalış. Qoyma ki, onlar sənin üçün çalışıb, zəhmət çəkməsinlər!"2

469. "Əl-Kafi": Musədə ibn Sədəqə rəvayət edir: İmam Sadiq (ə) səhabələrindən birinə (məktubunda) belə yazdı: "... Ruzini ələ gətirməkdə tənbəllik etmə ki, sənin yükün başqalarının (ya da ki, ailənin) üzərinə düşməsin!"3

470. İmam Sadiq (ə): Məhəmməd ibn Münkədər rəvayət edir: Mən güman etmirdim ki, İmam Zeynül-abidinin (ə) elə bir övladı olsun ki, onun özündən daha üstün ola bilsin. Amma bir gün İmam Baqirlə (ə) qarşılaşdım. Ona nəsihət etmək istədikdə, o, mənə nəsihət verdi.

Məhəmməd ibn Münkədərin yaxınları ona dedilər: Sənə hansı məsləhəti verdi?

Dedi: Bir gün hava çox isti isti idi. Mədinənin məntəqələrindən birinə gedirdim. Yolda İmam Baqirlə (ə) rastlaşdım. O kök və ağır çəkili idi. İki nökəri və ya xidmətçisi ilə birlikdə işləyirdi. Öz-özümə dedim: Sübhanəllah! Qüreyşin böyüklərindən biri, günün bu çağında, belə bir vəziyyətdə, dünya malı fikrindədir! Ona nəsihət verməliyəm.

Onun yanına gedib, salam verdim. Tərləmişdi, təngnəfəs halda mənim cavabımı aldı.

Mən dedim: Allah sənə xeyir versin. Qüreyşin böyüklərindən biri, günün bu çağında, belə bir vəziyyətdə, dünya vurğunudur! Bu vəziyyətdə əclin gəlib, çatarsa nə edərsən?

İmam Baqir (ə) buyurdu: "Əgər bu halda ölsəm, Allah-təalaya itaət etdiyim halda dünyadan köçərəm. Çünki bununla ailəmin və özümün sənə və başqalarına möhtac olmasının qarşısını alıram. Mən, (halal ruzi qazanmaqdan deyil,) Tanrı qarşısında hər hansı bir günahı işlədiyim halda ölməkdən qorxuram!"

Dedim: Doğru deyirsən. Allah səndən razı olsun. İsədim sənə nəsihət edəm, amma sən mənə nəsihət verdin.1
2\5

İlk olaraq ailənizə əl tutun



471. Allahın rəsulu (s): Allah-təala sizlərdən birinə ruzi bəxş etdikdə, yardım etmək üçün ilk olaraq özünüzdən və ailənizdən başlayın.2

472. Allahın rəsulu (s): Yuxarıda qərar tutan əl, aşağıya əyilən əldən daha dəyərlidir.1 (Yardım etməyi) ilk olaraq ailəndən başla.2

473. Allahın rəsulu (s): Sizlərdən hər kim kasıbdırsa, (başqalarına deyil,) ilk olaraq özünə yardım etsin. Əgər artıq qalsa ailəsinə əl tutsun. Yenə də artıq qalsa, yaxınlarına və qohumlarına əl tutsun. Amma yenə də artıq qalsa, ona-buna (ehtiyaclı olan) yardım etsin.3

474. Allahın rəsulu (s): Kişinin sədəqə (bəxşiş) veriyi ən dəyərli dinar, ailəsinə xərclədiyi dinardır. Allah yolunda dörd ayaqlı heyvanlarına (at, dəvə...) xərclədiyi dinardır. Allah yolunda dostlarına xərclədiyi dinardır.4

475. "Müstədrəkül-vəsail": Ənəs rəvayət edir: Allahın elçisi (s) buyurdu: "Sizə bu beş dinardan hansının daha dəyərli olduğnu söyləyimmi?"

Dedilər: Bəli.

Buyurdu: "Bu beş dinardan ən dəyərli dinar, anana xərclədiyin dinardır. Qalan dörd dinardan ən qiymətlisi, atana xərclədiyin dinardır. Qalan üç dinardan ən dəyərlisi, özünə və ailənə xərclədiyin dinardır. Qalan iki dinardan ən qiymətlisi, qohumlarına xərclədiyin dinardır. Bu beş dinarın ən az dəyərə malik olanı isə Allah yolunda (başqalarına) yardın etdiyin dinardır."1

476. İmam Rza (ə): Bir kişi Peyğəmbərin yanına iki dinar gətirib, dedi: Ey Allahın rəsulu! İstəyirəm ki, bu iki dinarı Allah yolunda sədəqə verəm.

Peyğəmbər (s) buyurdu: "Sənin valideynlərindən biri sagdırmı?"



  • Bəli.

  • "Get, bu iki dinarı valideynlərinə xərclə. Çünki bu iş, onları Allah yolunda xərcləməyindən daha faydalıdır."

Kişi getdi və beləcə də, etdi. Sonra (başqa bir gün) gəlib, iki dinar gətirərək, Peyğəmbərə dedi: Buyurduğunuz işi yerinə yetirdim. İndi bu iki dinarı Allah yolunda xərcləmək istəyirəm.

Peyğəmbər (s) buyurdu: "Övladın varmı?"



  • Bəli.

  • " Get, bu iki dinarı övladlarına xərclə. Çünki bu iş, onları Allah yolunda xərcləməyindən daha faydalıdır."

Kişi qayıtdı və ona deyildiyi kimi əməl etdi. Başqa bir gün, yenə iki dinar gətirib, Peyğəmbərə (s) dedi: Ey Allahın elçisi! Buyurduğunuz işi yerinə yetirdim. İndi bu iki dinarı Allah yolunda xərcləmək istəyirəm.

Peyğəmbər (s) buyurdu: "Həyat yoldaşın varmı?"



  • Bəli.

  • " Bu iki dinarı həyat yoldaşına xərclə. Çünki bu iş, onları Allah yolunda xərcləməyindən daha faydalıdır."

Kişi qayıtdı və yenə də, ona deyildiyi kimi əməl etdi. Sonra başqa bir gün, iki dinar gətirib, Peyğəmbərə (s) dedi: Ey Allahın elçisi! Buyurduğunuz kimi əməl etdim. İndi bu iki dinarı Allah yolunda xərcləmək istəyirəm.

Peyğəmbər (s) buyurdu: "Qulluqçun varmı?"

-Bəli.

- " Bu iki dinarı xidmətçinə xərclə. Çünki bu iş, onları Allah yolunda xərcləməyindən daha faydalıdır."



Kişi belə də etdi. Sonra başqa bir gün, iki dinar gətirib, Peyğəmbərə (s) dedi: Ey Allahın elçisi! Buyurduğunuz kimi əməl etdim. İndi bu iki dinarı Allah yolunda xərcləmək istəyirəm.

Peyğəmbər (s) buyurdu: "Ver, amma bil ki, bu iki dinar, sənin bağışladığın (xərclədiyin) ən dəyərli dinar deyil."1


3\5

Ailənizə qarşı əliaçıq olun


477. Allahın rəsulu (s): Allah-təalanın ərşinin altındakı mələklərdən bir dəstəsinə ərm olunub ki; gün ərzində iki dəfə: Günəş çıxmadan öncə və qürub etmədən qabaq, belə haray çəkərlər: Ahay! Hər kim ailəsinə və qonşularına qarşı əliaçıq olsa, Allah-təala bu dünyada ona bərəkət verər. Ahay! Hər kim xəsislik etsə, Allah-təala qəbr evini ona dar edər. Ahay! Allah-təala ailəniz üçün xərclədiyiniz hər dirhəmin müqabilində, sizə yetmiş qintar1 əta edər. Bu qintarların çəkisi Ühüd dağı qədər olar.2

478. İmam Zeynül-abidin (ə): Sizlərdən hər kim ailəsini daha çox rifah və firavanlıqda yaşatsa, Allah-təala ondan daha çox razıdır.3

479. İmam Kazim (ə): Kişinin ailəsi, onun əsirləri kimidir. Hər kimə Allah-təala nemət (ruzi) əta etsə, öz ailəsini rifah və firavanlıq içərisində saxlasın. Çünki belə etməsə, tezliklə bu ruzi onun əlindən çıxar.4

480. İmam Rza (ə): Hər kimə Allah-təala nemət (ruzi) əta etsə, öz ailəsini rifah və firavanlıq içərisində saxlamalıdır.5

481. İmam Əli (ə): Gözəl xislət üç əməldədir: Haramlardan çəkinməkdə, Halal ruzi qazanmaqda və ailəyə qarşı əliaçıq olmaqda.6

482. "Əl-Kafi": Müəmmər ibn Xəllad, Əbülhəsəndən (ə) rəvayət edir: "Kişi ailəsini rifah içində saxlamalıdır ki, onun ölməsini arzu etməsinlər." Sonra bu ayəni oxudu: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər."1 Əsirdən məqsəd, kişinin ailəsidir. Kişinin neməti (ruzisi) artdıqda ailəsinə qarşı daha da əliaçıq olmalıdır."2
4\5

Ailənizin məişət ehtiyaclarını təmin edin


483. Allahın rəsulu (s): Kişinin ailəsinə verdiyi nəfəqə (məişət xərcləri), sədəqə sayılır.3

484. Allahın rəsulu (s): Ailənə etdiyin hər yaxşılıq, xeyirxahlıq, sədəqə sayılır.4

485. Allahın rəsulu (s): Allah yolunda dinar xərcləyirsən, bir qulun azad olması üçün (dinar) verirsən, ehtiyaclı insanlara (dinar) sədəqə verirsən, ailənə (dinar) xərcləyirsən. Bütün bunların arasında, ailən üçün xərclədiyin (dinar) ən böyük mükafata (savaba) malikdir.5

486. Allahın rəsulu (s): Malından bağışladığın hər şey, sədəqədir. Ailənə xərclədiyin hər şey, sədəqədir. Həyat yoldaşının sənin qazancından yediyi hər şey, sədəqədir.1

487. Allahın rəsulu (s): Kişi əlinin zəhmətindən daha üstün halal ruzi əldə edə bilməz. Özünə, həyat yoldaşına, övladlarına və xidmətçisinə xərclədiyi hər şey, sədəqə sayılır.2

488. Allahın rəsulu (s): Müsəlman kişinin, Allah yolunda, ailəsi üçün xərclədiyi hər şey, sədəqə sayılır.3

489. İmam Əli (ə): Özün və ailən üçün xərclədiyin hər bir şey, israf və ifrata varmasa, sənə aid (olan ilahi mükafata malik)dir. Amma lovğalanmaq və şöhrət naminə xərclədiyin hər şey, şeytanın bəhrəsidir.4

İmam Sadiq (ə): İmam Zeynül-abidin (ə) sübh çağı evdən çıxıb, işləməyə gedərkən, soruşdular: Ey peyğəmbər övladı! Hara gedirsiniz?

Buyurdu (ə) : Ailəmə sədəqə verməyə gedirəm?

Dedilər: Ailənizə necə sədəqə verə bilərsiniz?

Buyurdu (ə) : Hər kim halal yoldan ruzi əldə edib, ailəsinin rifahı üçün xərcləsə, bu iş Allah tərəfindən sədəqə kimi qəbul edilər.5


5\5

Ailəsinin maddı ehtiyaclarını təmin etmək üçün çalışan şəxs, Allah yolunda cihad edir



491. Allahın rəsulu (s): Ailəsinin, ata-anasının rifahı üçün çalışan şəxs, Allah yolunda cihad edən mücahid kimidir.1

492. Allahın rəsulu (s): Cihad (təkcə) Allah yolunda qılınc vurmaqdan (döyüşməkdən) ibarət deyildir. Doğrusu, (həqiqi) cihad, valideyn və övladlarının (maddi ehtiyaclarını) idarə etməkdən ibarətdir. Öz ehtiyaclarını təmin etmək və baçqalarına möhtac olmamaq üçün çalışan şəxs də cihad edir.2

493. İmam Əli (ə): Sizin hər birinizin Allah yolunda (döyüşmək üçün) addımlamanız, ailəniz və övladlarınızın (ehtiyaclarını təmin etmək) üçün çalışmağınızdan üstün deyildir.3

494. İmam Sadiq (ə): Üzün nuraniliyini axtardım, onu gecə namazında tapdım. Cihadın savabını axtardım, onu ailə(nin rifahı) üçün çalışmaqda tapdım. Allahla dostluğu axtardım, onu günah əhlinə nifrət etməkdə tapdım.4

495. İmam Rza (ə): Ailəsinin yaşayışını təmin etmək üçün Allahın ruzisini qazanmaq üçün çalışan şəxsin savabı, Allah-təala yolunda cihad edən şəxsin savabından çoxdur.1

496. İmam Kazim (ə): Hər kəs, ailəsi üçün ruzisini halal yolla qazana, Allah-təala yolunda cihad edən şəxs kimidir. Amma qazana bilmsə, Allaha və Peyğəmbərinə təvəkkül edərək, ailəsinin imkanları daxilində borc alsın.2

6\5

Ailənin maddi ehtiyaclarını təmin etməyin savabı



497. Allahın rəsulu (s): Bəndə, ailəsinin ehtiyaclarını ödəmək məqsədilə bayıra çıxdığı zaman, Allah-təala onun atdığı hər addımın müqabilində, behiştdəki məqamını bir rütbə ucaldar. Onların ehtiyaclarını təmin etməyə müvəffəq olduğu zaman isə, onun günahlarını bağışlayar.3

498. "Tənbihül-ğafilin": Cəfər ibn Məhəmməd (ə) atasından (ə) nəql edir: Peyğəmbər (s) özü bazara gedər və ailəsinin ehtiyacı olan şeyləri alardı. Bu haqda ondan soruşulduqda, buyurdu: "Cəbrayıl mənə dedi: Ailəsinin yaşayışını təmin etmək və onların başqalaqına möhtac olmamaları üçün çalışan şəxs, sanki Allah yolunda cihad edir.1
7\5

Ailənin gəlirlərini və xərclərini mötədil formada qərarlaşdırın


- لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ وَ مَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتاهُ اللَّهُ لا يُكَلِّفُ اللَّهُ نَفْساً إِلاَّ ما آتاها سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْراً

- وَ لا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلى‏ عُنُقِكَ وَ لا تَبْسُطْها كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُوماً مَحْسُوراً

Qurani-kərim:

- Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.2

- Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!3

Hədislər:

499. Allahın rəsulu (s): (Ailə) xərclərində mötədil olmaq, dolanışığın yarısı deməkdir. (Məişət xərclərinin yarısını təmin edir). Dostluq etmək, ağılın yarısıdır. Sualı yaxşı (doğru şəkildə) soruşmaq isə biliyin yarısı deməkdir.4

500. İmam Kazim (ə): Bu ayədə: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar."1 Orta yoldan məqsəd, "bəyənilmiş yol"dur.

Bu ayədə: "Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!"2 –dən məqsəd isə ailəsinin böyüklüyü və onların ehtiyaclı olduğu xərc, nəzərdə tutulmuşdur. Necə ki, buyurulur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər) 3"4



501. "Xisal": Məhəmməd ibn Əmr ibn Səid (İmamın (ə) səhabələrindən biri,) rəvayət edir: Əyyaşinin belə söylədiyini eşitdim: İmam Rzadan (ə) ailə xərclərimin nə qədər olmasının doğru olduğu haqda soruşdum. Buyurdu: "İki bəyənilməmişin arasında olmalıdır."

Dedim: Sənə qurban olum! Allaha and olsun ki, iki bəyənilməmişin nə olduğunu bilmirəm.



Buyurdu: Bəli, Allah səndən razı olsun! Bilmirsənmi ki, Allah-təala həm bədxərcliyin və həm də ki, xəsisliyin bəyənilməmiş hal olduğunu buyurub? Necə ki, buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar."1

502. "Əl-Kafi": Abdullah ibn Aban rəvayət edir: İmam Kazimdən (ə) ailə xərclərimin nə əndazədə olmasının doğru olduğu haqda soruşdum. Buyurdu: "İki bəyənilməmişin arasında olmalıdır; bədxərclik və xəsisliyin."2

503. Allahın rəsulu (s): Mömin Allahın ədəbinə uyğun rəftarını tənzimləyər. Allah-təala ona çoxlu nemət verdiyi zaman, o da, (başqalarına qarşı) səxavətli olar. Allah-təala onun ruzisini azaltdığı zaman isə (məsləhətə uyğun olaraq,) yardım etməkdən əl saxlayar.3

504. Allahın rəsulu (s): Mömin gəzəl rəftarı və bəyənilmiş əxlaqı, Allah-təaladan öyrənmişdir. Allah-təala ona çoxlu nemət verdiyi zaman, o da, özü üçün rifah və firavanlıq yaradar. Allah-təala onun ruzisini azaltdığı zaman isə ona uyğun davranar.4

505. Allahın rəsulu (s): Allah-təala bir kəsə çoxlu nemət verdiyi halda, o, öz ailəsini ehtiyac içərisində saxlasa; belə ki, ailəsi (məhrum qaldıqları üçün) qazan və qızardılmış yeməklərin iyini qonşulardan duysa, qonşuların cür-bəcür paltarlar geydiyini görüb, lakin onlar geyinə bilməsələr, bu şəxs bizdən deyil!5

506. İmam Zeynül-abidin (ə): Möminin xüsusiyyətlərindən biri də, budur ki: Maddi imkanı yol verdiyi qədər xərclər (bədxərclik və israf etməz), sərvəti çox olduğu halda, çox səxavət göstərər, camaatla insafla rəftar edər və (insanlara) ilk olaraq, o salam verər.1

507. İmam Sadiq (ə): Allah-təala sizə çoxlu nemət verdiyi zaman, siz də, (başqalarına qarşı) səxavətli olun. Allah-təala sizin ruzinizi azaltdığı zaman isə (məsləhətə uyğun olaraq,) yardım etməkdən əl saxlayın. Əliaçıq olmaqda, sizdən daha səxavətli olan Allahın qarşısında lovğalanmayın.2


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə