Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə14/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Yeddinci fəsil

Dua etmək


1\7

Ailə üçün dua etmək


قالا رَبَّنا ظَلَمْنا أَنْفُسَنا وَ إِنْ لَمْ تَغْفِرْ لَنا وَ تَرْحَمْنا لَنَكُونَنَّ مِنَ الْخاسِرينَ -

- قالُوا لَئِنْ لَمْ تَنْتَهِ يا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ (*) قالَ إِنِّي لِعَمَلِكُمْ مِنَ الْقالِينَ (*) رَبِّ نَجِّنِي وَ أَهْلِي مِمَّا يَعْمَلُونَ (*) فَنَجَّيْناهُ وَ أَهْلَهُ أَجْمَعِينَ
Qurani-kərim:

- (Adəm və Həvva:) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!”- dedilər."1

- Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!" (Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!" 2

Hədislər:

580. Allahın rəsulu (s): Cəbrayıl mənim yanıma gəlib, dedi: "Ey Məhəmməd!... De: İlahi! Ey əzəmətli nurun sahibi! Ey möhtəşəm kürsünün maliki!... Dostlarına və sənə itaət edənlərə bəxş etdiyin kimi, mənə də, (lütf və mərhəmət) əta et! Çünki mən də sənə iman gətirmişəm və sənə təvəkkül edirəm. Sənin dərgahına tövbə edirəm və qayıdış sənə doğrudur. Bütün yaxşılıqları mənə, həyat yoldaşıma və övladıma qismət et. Bütün pislikləri məndən, həyat yoldaşımdan və övladımdan uzaq tut. Sən mehriban və bəndələrinə nəvaziş göstərənsən. Sən yerləri və göyləri yenidən yaradansan."1

581. Allahın rəsulu (s): İlahi! Dünya və axirətdə, Sənin məni əfv etməyini və əmin-amanlıq bəxş etməyini istəyirəm. İlahi! Dinimi, ailəmi və mal-dövlətimi əmin-əmanlıqda saxla və bizi əfv et. İlahi! (Eyiblərimin) çılpaqlıqlarını ört və qorxularma əmin-əmanlıq bəxş et. Məni qabaqdan, arxadan, sagdan-soldan və başımın üzərindən qoru, mühafizə et. Ayağımın altından yerə gömülməyimdən, Sənə pənah aparıram!2

582. İmam Sadiq (ə): Atam belə dua edərdi: "İlahi! Əzab və bədbəxtliyə düçar olmaqdan, düşmənlərin danlağından Sənə pənah aparıram. Kasıblıqdan və hər bir yükdən Sənə pənah aparıram. Həyat yoldaşımın, övladlarımın və mal-dövlətimin pis gününü görməkdə, Sənə pənah aparıram."3

583. İmam Sadiq (ə): Mal-dövlətinizi və ailənizi bu dua ilə mühafizə edin. Bu duanı işa namazından sonra oxuyun: "Özümü, övladlarımı, ailəmi və mal-dövlətimi hər şeytanın və çalan şeytanın1 və hər bir bəd nəzərin şərrindən Allah-təalanın kamil kəlimələrinin pənahına tapşırıram."

Bu duanı Cəbaryıl Həsən (ə) və Hüseyn (ə) üçün oxumuşdu.2



584. İmam Sadiq (ə): Atam duasında deyirdi: "İlahi! Məni islah et. Çünki mənim yanımda ən əhəmiyyətli şəxs, elə özüməm. İlahi! Övladlarımı mənim üçün islah et. Çünki onlar mənim qol-qanadımdır. Çünki onlar mənim ətim-qanımdır. İlahi! Mənim bütün (müsəlman) bacı-qardaşlarımı və dostlarımı mənim üçün islah et. Çünki onların saleh əməlli olması, elə mənim saleh əmlləi olmağım deməkdir.3
2\7

Ata-ana üçün dua etmək


رَبَّنَا اغْفِرْ لي‏ وَ لِوالِدَيَّ وَ لِلْمُؤْمِنينَ يَوْمَ يَقُومُ الْحِسابُ -

- رَبِّ اغْفِرْ لي‏ وَ لِوالِدَيَّ وَ لِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِناً وَ لِلْمُؤْمِنينَ وَ الْمُؤْمِناتِ وَ لا تَزِدِ الظَّالِمينَ إِلاَّ تَباراً

وَ اخْفِضْ لَهُما جَناحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَ قُلْ رَبِّ ارْحَمْهُما كَما رَبَّياني‏ صَغيراً -

Qurani-kərim:

- "Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!"4

- "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!"1

- "Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” -de."2

Hədislər:

585. Allahın rəsulu (s): Ata övladı üçün dua etsə, sanki əli ilə təhvil alar. (Həmin an qəbul olar.)3

586. Allahın rəsulu (s): Bir şəxs öz valıdeynləri ilə pis davranır. Amma onlar dünyadan gedəndən sonra (səmimi qəlbdən peşman olaraq,) ata-anası üçün dua edir. Onu(n bu işini Tanrı dərgahında) valideynlərinə qarşı yaxşılıq etmiş kimi qələmə alarlar.4

587. Allahın rəsulu (s): Allah-təala (qiyamət günü) bəndəni(n məqamını) bir dərəcə yuxarı qaldırdıqda, o, soruşar: İlahi! Bu məqam nə üçün mənə əta olundu?

Allah-təala buyurar: "Övladının sənin haqqında etdiyi duaya görə."5



588. Allahın rəsulu (s): Allah-təala behiştdə öz saleh əməlli bəndəsinin məqamını bir dərəcə ucaldar. Bəndə deyər: İlahi! Bu məqam nə üçün mənə əta olundu?

Allah-təala buyurar: "Övladının sənin haqqında etdiyi bağışlanma duasına görə."1



589. "Məhcüd-dəəvat": Həzrət Yusifin (ə) çətinliyə düşdüyü zaman zikr etdiyi dua: Ey çarəsizlərə rəhm edən! Ey danışanların durisini verən! Ey aləmlərin Rəbbi!... Ey günahları bağışlayan! Ey gizlinlərdən xəbərdar olan! Ey eyibləri örtən! Səndən diləyim budur ki, Məhəmmədə və onun Əhli-beytinə öz salamlarını göndərəsən! Məni və ata-anamı bağışlayasan. Bizim (əməllərimiz) haqda bildiklərini əfv edəsən. Sən tükənməz qüdrət və ailicənablıq sahibisən.2

590. İmam Zeynül-abidin (ə): İlahi! Muhəmmədə qulun və peyğəmbərinə, pak ailəsinə salam yetir, özümün ən üstün rəhmətini bərəkətini, və salamını onlara məxsus et.

İlahi! Ata-anama da öz yanından kəramətinlə salam and et, ey rəhm edənlərin rəhm edəni! və hüquqlarından bilməyimə lazım olan şeyləri mənə ilham et, vacib işlərdən hamısını məndən ilham et, sonra ilham etdiyin şeylərdə məni işə yönəlt, yardım et ki, anlatdığın şeyləri həyata keçirim ki, tə’lim etdiyin şeyi görək əlimdən çıxmasın, bədənimdə görəcəyim işi yerinə yetirdikdə ağırlaşmasın.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onun vücudu ilə bizə ucalıq verdiyin kimi Muhəmməd və onun soyuna salam yetir, O Həzrətin səbəbi ilə insanların üzərinə bizdən bir haqq qoyduğun kimi Muhəmməd və onun soyuna salam yetir.

İlahi! Elə et ki, ata-anamın heybətindən qüd-rətli sultanın heybətindən qorxduğum kimi qorxum və hər ikisinə mehriban ana kimi yaxşılıq nəzə-rimdə sözlərini yuxu tutanın yuxusundan şirin olsun, susuz olana verilən şərbətdən ləzzətli olsun ki, onların istəklərini öz istəklərimdən üstün tutum, o ikisinin şadlığını öz şadlığım-dan irəlidə qərar verim, onların mənə etdikləri yaxşılıqlarını az olsa da çox, olsa da az bilim.

İlahi! Onların huzurunda səsimi mülayim et, dediklərimi qəlblərinə yatan qərar ver, onlara qarşı xasiyyətimə yumşaqlıq ver, qəlbimi hər ikisinə mehriban et, onların hər ikisinə qarşı məni ürəyi yanan, xoş rəftar et.

İlahi! hər ikisinə məni tərbiyə etdikləri üçün gözəl mükafat ver, məni əziz tutduqları üçün on-lara yaxşı əcr nəsib et, uşaqlıqda mənə qarşı etdikləri məqsədlərini onların haqqında yerinə yetir.

İlahi! əgər mənim tərəfimdən onlara bir əziyyət yetmişsə, yaxud məndən xoşagəlməz bir iş görmüşlərsə, ya da mənim vasitəmlə onların haqqından bir şey aradan getmişsə, bütün bunların hamısını onların günahla-rından pak olmasına, məqamlarının yüksəlməsinə və yaxşılıqlarının çoxalmasına səbəb qərar ver, ey pislikləri bir neçə qat yaxşılıqlara çevirən.

İlahi! əgər mənimlə danışıqda ölçüdən kənara çıxmış, yaxud bir işdə mənə qarşı həddi aşmış, ya da bir haqqımı zay etişlərsə, yaxud mənə qarşı ata-analıq vəzifələrində səhlənkar-lıq göstərmişlərsə öz haqqımı onlara bağışla-dım, onu onlara bəxşiş etdim və səndənistəyirəm ki, onun çətinliyini onların çiynindən götür, çünki mən özümə qarşı onları səhlənkarlıqda müttəhim etmirəm, öz barəmdə mehribançılıqda onları səhlənkar bilmirəm, haqqımda etdiklə-rindən narazı deyiləm, ey mənim Rəbbim, çünki onların haqqını riayət etmək mənə daha vacibdir, yaxşılıqları mənə daha çoxdur, mənə olan minnətləri daha çoxdur;

İlahi! əgər belə etsəm, uzun müddət mənim tərbiyəmdə keçirdiyi günlər, məni saxlamaqda çəkdikləri ağır zəhmətlər, mənim yaşayışım rahat olsun deyə özlərini çətinliklərə salmaları nə cür olacaq? Şübhəsiz ki, öz haqqlarını məndən geri ala bilməzlər, mən onların üzərimdəki haqlarımı tədarük edə bilmərəm, xidmət vəzifəmi yerinə yetirməkdən acizəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və yardım istənilənlərin ən yaxşısı, mənə yardım göstər, ey üz tutanların ən gözəl hidayətçisi, məni Qiyamət günündə ağ valideynlərdən qərar vermə .

İlahi! Muhəmməd və onun soyuna və nəslinə salam yetir və ata-anama saleh imanlı bəndələrindən nəsib etdiyin ən gözəl şey nəsib et, ey rəhm edənlərin rəhm edəni!

İnan, onları namazımdan sonra, hər saat hər anda yadımdan çıxarma.

İlahi! Muhəmməd və onun soyuna salam yetir və onlara etdiyim duanın bərəkəti ilə məni əfv et, mənə etdikləri yaxşılıqlara görə o ikisinə rəhm et, mənə göstərdikləri şəfaətə görə onlardan razı qal, öz kərəminlə onları mənzil başına sağ-salamat çatdır. İlahi! əgər ata-anamı məndən öncə əfv etmisənsə, mənə onların şəfaətini nəsib et, əgər məni onlardan öncə bağışlamısansa, məni onların şəfaətçisi qərar ver ki, mehribançılığın əhatəsində kəramət yurdunda,məğfirət və rəhmət məskənində bir yerə toplaşaq, çünki sən lütfkarsan, rəhm edənlərin rəhm edənisən!1


3\7

Övladlar üçün dua etmək


- وَ إِذْ يَرْفَعُ إِبْراهِيمُ الْقَواعِدَ مِنَ الْبَيْتِ وَ إِسْماعِيلُ رَبَّنا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ (*) رَبَّنا وَ اجْعَلْنا مُسْلِمَيْنِ لَكَ وَ مِنْ ذُرِّيَّتِنا أُمَّةً مُسْلِمَةً لَكَ وَ أَرِنا مَناسِكَنا وَ تُبْ عَلَيْنا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ (*)رَبَّنا وَ ابْعَثْ فِيهِمْ رَسُولاً مِنْهُمْ يَتْلُوا عَلَيْهِمْ آياتِكَ وَ يُعَلِّمُهُمُ الْكِتابَ وَ الْحِكْمَةَ وَ يُزَكِّيهِمْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

- وَ إِذْ قالَ إِبْراهِيمُ رَبِّ اجْعَلْ هَذَا الْبَلَدَ آمِناً وَ اجْنُبْنِي وَ بَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنامَ (*) رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيراً مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَ مَنْ عَصانِي فَإِنَّكَ غَفُورٌ رَحِيمٌ (*) رَبَّنا إِنِّي أَسْكَنْتُ مِنْ ذُرِّيَّتِي بِوادٍ غَيْرِ ذِي زَرْعٍ عِنْدَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنا لِيُقِيمُوا الصَّلاةَ فَاجْعَلْ أَفْئِدَةً مِنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَ ارْزُقْهُمْ مِنَ الثَّمَراتِ لَعَلَّهُمْ يَشْكُرُونَ (*) رَبَّنا إِنَّكَ تَعْلَمُ ما نُخْفِي وَ ما نُعْلِنُ وَ ما يَخْفى‏ عَلَى اللَّهِ مِنْ شَيْ‏ءٍ فِي الْأَرْضِ وَ لا فِي السَّماءِ (*) الْحَمْدُ لِلَّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْماعِيلَ وَ إِسْحاقَ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعاءِ (*)

رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاةِ وَ مِنْ ذُرِّيَّتِي رَبَّنا وَ تَقَبَّلْ دُعاءِ

- إِذْ قالَتِ امْرَأَتُ عِمْرانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ ما فِي بَطْنِي مُحَرَّراً فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ (*) فَلَمَّا وَضَعَتْها قالَتْ رَبِّ إِنِّي وَضَعْتُها أُنْثى‏ وَ اللَّهُ أَعْلَمُ بِما وَضَعَتْ وَ لَيْسَ الذَّكَرُ كَالْأُنْثى‏ وَ إِنِّي سَمَّيْتُها مَرْيَمَ وَ إِنِّي أُعِيذُها بِكَ وَ ذُرِّيَّتَها مِنَ الشَّيْطانِ الرَّجِيمِ

- وَ إِنِّي خِفْتُ الْمَوالِيَ مِنْ وَرائِي وَ كانَتِ امْرَأَتِي عاقِراً فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا (*) يَرِثُنِي وَ يَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَ اجْعَلْهُ رَبِّ رَضِيًّا

- هُنالِكَ دَعا زَكَرِيَّا رَبَّهُ قالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعاءِ (*) فَنادَتْهُ الْمَلائِكَةُ وَ هُوَ قائِمٌ يُصَلِّي فِي الْمِحْرابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيى‏ مُصَدِّقاً بِكَلِمَةٍ مِنَ اللَّهِ وَ سَيِّداً وَ حَصُوراً وَ نَبِيًّا مِنَ الصَّالِحِينَ

- فَلَمَّا أَنْ جاءَ الْبَشِيرُ أَلْقاهُ عَلى‏ وَجْهِهِ فَارْتَدَّ بَصِيراً قالَ أَ لَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ ما لا تَعْلَمُونَ (*) قالُوا يا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا كُنَّا خاطِئِينَ (*) قالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

Qurani-kərim:

- "Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!”- deyə dua etdilər. (İbrahim və İsmail dedilər:) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (Onlar yenə dedilər:) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən". 1

- "(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən! Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər! Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, davamlı) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!"1

- (Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!”- dediyini xatırla! Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”- söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).2



- "Mən özümdən sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl əxlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!"3

- "(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”."1

- Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi. (Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”2

Hədislər:

591. İmam Sadiq (ə): Adəm (ə) Kəbəni təvaf eərkən "Mültəzəm"ə3 çatdı. Elə bu zaman Cəbrayıl nazil olub, belə dedi: "Ey Adəm! Burada öz günahlarına etiraf et."

Adəm dayanaraq, dedi: "İlahi! Hər fəhlənin bir zəhmət haqqı vardır. Mənim muzdum nədir?"

Allah-təala buyurdu: "Ey Adəm! Günahlarını bağışladım."4

Adəm dedi: "Bəs övladlarım və nəsilim necə (bağışlanıldımı)?"

Allah-təala buyurdu: EyAdəm! Sənin nəslindən hər kim buraya gələrək, öz günahlarına etiraf edib, tövbə etsə; sən tövbə edib, bağışlanmaq dilədiyin kimi, əfv edilməyini istəsə, mən onu da, bağışlayaram."2

592. İmam Baqir (ə): Həzrət Adəm (ə) Kəbəni tikib, onun ətrafında təvaf etməyə başladı. O, belə dua edirdi: "İlahi! Hər fəhlənin bir zəhmət haqqı vardır. İlahi! Mən də (Kəbəni tikərək) zəhmət çəkdim."

Ona buyuruldu: (Nə istəyirsən?) Söylə, ey Adəm!

Dedi: "İlahi! Günahlarımı bağışla."

Allah-təala buyurdu: "Ey Adəm! Günahlarını bağışladım."

Adəm dedi: "Mənim övladlarımı və nəsilim də bağışla."

Allah-təala buyurdu: EyAdəm! Sənin nəslindən hər kim buraya gələrək, sənin kimi öz günahlarına etiraf etsə, onu da, bağışlayaram."1



593. Allahın rəsulu (s): Atanın övladına dua etməsi, peyğəmbərin öz ümmətinə dua etməsi kimidir.2

594. Allahın rəsulu (s): Atanın övladına dua etməsi, suun əkin sahəsini inkişaf etdirməsi kimidir.3

595. Allahın rəsulu (s): Allah-təala, övladının xətalarını bağışlamaqla və ona dua etməklə, onun yaxşı əməl sahibi olmasına (ata-anasına xeyirxahlıq etməsinə) kömək edən şəxsdən (valideynlərə) razı olsun.4

596. İmam Zeynül-abidin (ə): İlahi! Övladlarımın qalması ilə mənə minnət qoy, onları mənə layiqli etməklə, məni də onlara layiqli etməklə mənə minnət qoy.

İlahi! Mənim üçün onların ömrünü uzun et, kiçiklərini tərbiyələndir, zəiflərinə qüvvət ver, bədənlərini, dişlərini, və əxlaqlarını sağlam et, ehtiyacım olduğum şeylərdə, can və əzalarına sağlamlıq ver, mənim üçün mənim əlimlə ruzilə-rini bol et, onları təqvalı əməli salehlərdən, bəsirət sahibləri, haqqı eşidib ona itaət edən-lərdən qərar ver, öz dostlarına nisbətdə aşiq və xeyirxah, düşmənlərinə qarşı kinli et, İlahi! Övladlarımın vəziyyəti həmişə belə olsun! İlahi! Onların vücudları ilə qollarımı güclü, işlərimdəki qarışıqlığı onlarla islah et və məclisimi onların vücudu ilə zinətli, yadımı onlarla diri saxla, və olmadığım zaman işimə onların vasitəsi ilə kifayət et, onların əli ilə ehtiyaclarımın ödənməsində mənə yardım göstər, onları mənə aşiq et, mənə qarşı mehriban et ki, həmişə mənim əmrimə tabe olsunlar, mənə qarşı itaətsizlik etməsinlər, onları gözəl tərzdə tərbiyələndirib onlara yaxşılıq etməkdə mənə yardım et, öz mərhəmətinlə onlardan əlavə mənə oğlan övladları nsib et, bu işdə mənim üçün xeyir qərar ver, Səndən istədiyim şeylərdə onları yardımçım et, məni və övladlarımı qovulmuş Şeytanın şərrindən qoru ki, Sən bizi yaratmısan və bizə əmr edib qadağan etmisən, əmrinə itaətə savabla rəğbətləndirib qadağanına mürtəkib olmağı əzabla qorxtmusan, və bizə elə bir düşmən qərar vermisən ki, bizi aldadır, bizim üzərimizdə ona qüdrət vermisən ki, bizim onun üzərində qüdrə-timiz yoxdur, qəlblərimizdə ona yer vermisən, qan damarlarımızda axıtmısan; əgər biz onu unutsaq da o bizdən qəflətə dalmaz, unutsaq bizi unutmaz, bizi Sənin əzabından arxayın edər, Səndən başqasından qorxudar, pis bir işə əl uzatmaq istədikdə o işə qarşı bizə şücaət verər, yaxşı bir işə yönəltdikdə bizi ondan saxlayır, istəklərlə bizi axtarmaqda-dır, yolumuz üstə həmişə şübhə sancar, və’də versə yalan deyər, xoş bir xəbərlə muştuluq versə və’dindən dönər, əgər Sən özün Şeytanın hiyləsini bizdən uzaqlaşdırmasan bizi azdırar, fəsadından bizi qorumasan xətaya salar. İlahi! Öz qüdrətinlə onun qüdrətinlə bizdən uzaqlaşdır ki, duaları-mızın çoxluğu səbəbi ilə onu bizdən kənar edəsən ki, nəticədə onun hiyləsindən Sənin pənahında yerləşən günahsızlardan olaq. İlahi! Bütün istək-lərimi ver, hacətlərimi hicabətə yetir, duamın qəbul edilməsindən məni məhrum etmə ki, Sən özün duamın qəbul edilməsinə zamin olmusan, duamı özündən gizlətmə ki, Sən özün məni dua etməyə əmr etmisən, bu və sonrakı dünyada hamının islahına səbəb olan bütün şeyləri mənə əta et ki, istər demiş olum yaxud da unudum, aşkar etmiş olum yaxud da gizlədim, gizlindən istəyim, yaxud üzdə, və bütün bütün bu cəhətlərdə məni öz işini islah edənlərdən qərar ver, onlar Səndən istədikləri hacətləri ilə uğura yetənlər zümrəsində qərar tutdular, Sənə e’timad etməyin nəticəsində lütfündən məhrum olmadılar, o zümrədən ki, Sənə üz gətirməyi özlərinə adət etmiş, Səninlə sövdələşmələrindən çoxlu mənfə-ət qazandılar, onlar ki, izzət pənahında oturdu-lar, Sənin geniş lütfündən kərəminlə bol halal ruzi tapdılar, Sənin mərhəmətinlə zillətdən izzətə yetdilər, zülmündən ədalətinin pənahında yaşayırlar, onlar ki, rəhmətinlə bəladan can qurtarmış, sərvətinlə yoxsulluqdan ehtiyacsız-lığa yetmişlər, hifzinlə günahlardan amanda qal-mış, itaətin sayəsində xeyir və yaxşılığa nail olmuşlar, qüdrətinlə onlarla günahları arasında maneə yaradılmış, Sənə qarşı hər cür itaətsiz-liyi yerə qoymuş, və rəhmətin əhatəsində sakin olmuşlar. İlahi! Bütün bu işləri Öz lütfünlə, rəhmətinlə bizə əta et, bir Cəhənnəm əzabından nicat ver, və bütün mö’min kişi və qadınlara özümə və övladladlarıma istədiklərimdən bu dün-yada və axirətdə nəsib et, həqiqətəndə Sən yaxşı-san, duaları qəbul edirsən, eşidənsən, bilənsən, əfv edən və bağışlayasan, bizə bu dünyada da, axi-rətdə ehsan et, və bizi Cəhənnəm əzabından qoru.1

4\7

Övladları nifrin etməyin pislənməsi



597. Allahın rəsulu (s): Övladlarınıza qarğış etməyin. Çünki bir zaman (nifrininiz) onları tuta bilər.2

598. Allahın rəsulu (s): Özünüzə qarğış etməyin. Övladlarınıza qarğış etməyin. Çünki Allah-təalanın duaları qəbul etdiyi zaman rast gələ nilər.3

599. Allahın rəsulu (s): Pis əməl sahibi olsalar da, övadlarınızın ölümünü arzulamayın. Çünki bunula belə. Onların gələcəyi üç halda, şəkildə ola bilər: Ya tövbə edərlər və Allah-təala onların tövbələrini qəbul edər. Ya da onların vasitəsilə xətərləriniz dəf olar: Düşmənlə vuruşarlar və ya bir odu söndürərlər, selin qabağını alarlar.1

600. İmam Sadiq (ə): Valideyn övladına qarğış etsə, Allah-təala onları fəqirliyə, kasıblığa düçar edər.2



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə