Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə17/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

c) Qadının ailədə vəzifələri


Kişinin ailə idarəçiliyində öhdəsinə aldığı vəzifələr olduğu kimi, qadının da, özünə xas olan vəzifələri vardır:

1- Ərin ailədəki müdiyirrətini qəbul etmək


Ailə sanki cəmiyyətin kiçik modelidir. Onun idarəsi, böyük cəmiyyətlərdə olduğu kimi vahid bir müdiyiyyyətə və rəhbərliyə bağlıdır. Çünki kişi və qadının nəyisə birlikdə idarə etməsi mənasız görünür. Deməli, onların biri müdir və digəri isə onun müavini və müşaviri olmalıdır. Qurani-kərim açıq-aşkar, ailənin kişinin rəhbərliyi altında olduğnunu buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir."1

Şübhəsiz, ayənin məqsədi, kişini lovğalandırmaq və qadının hüqunu taptamaq deyildir. Həqiqətdə, Qurani-kərim müdiriyyət məsələsində kişini qadına tərcih verməklə, üstün bilməklə birlikdə, qadının da, hüquqlarının riayət olunmasına təkid edir: "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər."2

Ayənin məqsədi budur ki; qadın kişinin hüquqlarını riayət etməli olduğu kimi, kişi də qadının hüquqlarını roayət etməlidir. Başqa bir ibarətlə desək,; vəzifə, hüquqdan ayrı deyildir. Qadınların kişilər qarşısında (əxlaqi cəhətdən və ya şəri cəhərdən) yerinə yetirməsi vacib olan vəzifələri olduğu kimi, kişilər də qadınların (əxlaqi cəhətdən və ya şəri cəhərdən) yerinə yetirməsi vacib olan hüquqlarını riayət etməlidirlər. Bu hüquqları və vəzifələri birlikdə qarşı-qarşıya qoyduqda, qadınlar haqqında ədalətsizlik edilmədiyinin şahidi oluruq.

Qurani-kərimin baxışı ilə məsələyə diqqət yetirdikdə, görərik ki; qadın və kişinin ruhi və cismi cəhətdən fərqli olması, qadının nəfəqəsinin (xərclərinin) təmin edilməsinin kişinin öhdəsinə qoyulması, bir növ, kişiyə ailədə rəhbərlik vəzifəsinin verilməsi və qadının onun əmirlərinə tabe edilməsi üçün şərait yaradır.

Bunu da qeyd etmək yerinə düşərdi ki, bir çox hədislərimizdə, qadının öz ərinin ailədəki rəhbərliyini qəbul etməsi müqabilində, behiştlə mükafatlandırılacağı vəd edilir.

2- Əri səfərdə olduğu zaman onun malını mühafizə etmək


Qadının ikinci vəzifəsi budur ki, əri səfərdə olduğu zaman onun malını mühafizə etsin. QuraniKərim ləyaqətli qadınları belə vəsf edir: "Əməlisaleh qadınlar (ərlərinə) itaətkardırdılar, Allahın (onları) hifz etməsi müqabilində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, ərlərinin və özlərinin namusunu, şərəfini) qoruyub saxlayırlar."1

Bu kəlam, bündan öncə zikr olunmuş ayənin davamında buyurulub və qadının ikici vəzifəsi haqdadır. Ayədə ləyaqətli qadınların öz ərlərinin ailədəki müdiriyyətini qəbul etməsi, ailə nizam-intizamını gözləməsi, təkcə ərinin yanında olduğu zaman deyil, olmadığı vaxtlar da, öz iffətini, ailənin mal-mülkünü, sirlərini və şərəfini qoruyub saxlamasına işarə olunur. Onlar Allah-təalanın qadınlara təyin etdiyi hüquqların müqabilində öz vəzifələrinin öhdəsindən gəlməyə çalışır və heç bir zaman həyat yoldaşlarına xəyanət etmirlər. Necə ki, Həzrət Məhəmməd (s) buyurur: "Kişinin qadının boynunda olan haqqı budur ki, onun evində yaşasın. Həyat yoldaşına məhəbət, eşq və şəfqət bəsləsin. Onu qəzəbləndirməsin. Ərinin razılığını ələ gətirmək üçün çalışsın. Onunla bağladığı əhdi-peymana sadiq qalsın. Onunla əsəbi davranmasın. Övladlarında kimisə ona şərik qərar verməsin. Ona xəyanət etməsin və incitməsin. Ərinin yanında və o, evdə olmadığı zaman malına xəyanət etməsin."1


Ailənin möhkəmlə olmasında duanın rolu


Sonda, duanın da, ailə bağlarının möhkəmlənməsində, məhəbbət və müqəddəsliyinin sarsılmazlığında özünəmxəsus rolu olmasına işarə edirik. Dua dinimizin buyruğuna əsasən bir məsuliyyət deyil, amma ondan ayrı da deyil. Ailə üzvlərinin sağlam həyat tərzinə və səmimi, düzgün yaşayışa sahib olmaq üçün Allah-təaladan yardım diləməsi, onlara ailədə birgə və ya hər kəsin özünəməxsus vəzifələrini yerinə yetirməsinin zəruriliyini aşılayır. Bu da öz növbəsində çoxlu xeyir-bərəkətlərə səbəb olur.

Elə buna görə də, Peyğəmbərlər (ə) və Əhli-beyt (ə) daim Allah-təaladan öz ailələrinin xeyir-bərəkətlərini diləmişlər. Həmçinin, öz davamçılarına da, layiqli həyata sahib olmaq üçün bir sıra vəzifələri yerinə yetirməyin lazım olduğunu söyləməklə birgə, dua etməyi də, unutmamağı öyrətmişlər.

Bu fəsildə, duanın ailə həyatında nə qədər müsbət rol oynadınından bəhs etdik. Bundan əlavə, əməli şəkildə bəzi duaların nümunələri də, əziz oxucularımıza sizə təqdim edildi.

Son olaraq bu məsələyə də işarə etmək istərdim ki, ailə üzvlərinin bir-birilərini dua etməsi, ailə quruluşunu möhkəmlənməsinə çox faydalı olmaqla, xüsusi təsiredici qüvvəyə malikdir. Eyni zamanda onların bir-birilərini qarğış etməsi də, çox zərərli nəticələrlə sonlana bilər. Xüsusi ilə də, valideynlərin öz övladlarını qarğış etməsi, bir sıra hədislərimizdə qadağan olunmuşdur.



ÜÇÜNCÜ BÖLÜM

Ailənin dağılma səbəbləri



Birinci fəsil

Ailənin dağılma səbəbləri


1\1

Qarşılıqlı olaraq fikir soruşmadan, hansısa bir işə məcbur etmək


601. Allahın rəsulu (s): Szilərdən bəziləri öz qızlarınızı çirkin və eybəcər kişilərlə evləndirirsiniz. Axı onların da sizin kimi qəlbi var.1

602. "Kənzül-ümmal": Cabiq rəvayət edir: Bir kişi Peyğənbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Mənim himayəmdə bir yetim qız var. Ona iki nəfər elçi gəlib. Biri varlı, o biri isə kasıbdır. Bir qızın varılya ərə vermək niyyətindəyik. Amma o, kasıbla evlənmək istəyir. (Nə edək?)

Allahın elçisi (s) buyurdu: "Bir-birilərinə könül vermiş iki aşıqın dərmanı, yalnız onların birlikdə ailə qurmasıdır."2



603. "Əl-Kafi": İbn Əbu Yəfur rəvayət edir: İmam Sadiqə (ə) dedim: Mən bir qadınla ailə qurmaq istəyirəm, amma valideynlərim baçqa birsi ilə evlənməyimi istəyirlər.

İmam Sadiq (ə) buyurdu: "Ata-ananın istədiyi şəxslə deyil, sevdiyin şəxslə evlən."3



604. "Müsnədi-ibn Hənbəl": İbn İshaq rəvayət edir: Həccac ibn Saib ibn Əbi Lübabə ibn Əbdül-münzər Ənsari mənə nəql etdi ki; Nənəsi Ümm Saib Xünnas (Xuzzam ibn Xalidin qızı) Əbu Əübabə ilə evlənmədən öncə başqa bir şəxsə ərə getmişdi. O, dul qaldığı zaman, atası Xuzzam ibn Xalid onu bəni-Əmr (ibn Əvf ibn Xəzzrəc) qəbiləsindən olan bir kişi ilə evləndirmək istəyirdi. Amma Xünnas, Əbu Lübabədən baçqa heç kimlə evlənməyəcəyinə israr edirdi. Amma atası onun ibn Əvf qəbiləsində olan şəxsə ailə qurmasına təkid edirdi. Onlar mübahisələrini Peyğəmbərə (s) danışdılar. Peyğəmbər (s) buyurdu: "O, öz işini yaxşı bilir (yaxud da, "bu seçim ona aiddir"), (qızın) kimi sevirsə onunla evlədir."1

605. "Sünəni-Əbi Davud": İbn Abbas rəvayət edir: Bir bakirə qız Peyğəmbərin (s) yanına gəlib, atasının onu zorla başqasına ərə vermək istədiyini söylədi. Peyğəmbər (s) seçim haqqının qızda olmaslna qərar verdi.2

606. "Sünəni-ibn Macə": Əbdür-rəhman bin Yəzid və Mücəmmə ibn Yəzid Ənsari rəvayət edir: Ənsardan olan Xuzzam adlı bir kişi qızını bir nəfərlə evləndirdi. Amma qızı ona ərə getməyəy razı deyildi. Elə bunun üçün də, Peyğəmbərin (s) yanına gedib,əhvalatı ona danışdı. Peyğəmbər (s) atasının qərar verdiyi evliliyi batil etdi və qız (istədiyi şəxslə yəni; ) Əbi Lübabə ibn Əbdül-münzərlə evləndi.3

607. "Müsnədi-ibn Hənbəl": İbrahim ibn Saleh rəvayət edir: Abdullah ibn Ömər, atasına dedi: Salehin qızını mənə almaq üçün üçün elçiliyə get.

Atası dedi: Onun bir neçə nəfər yetim qardaşı övladı var. Bizi onlara üstün saymayacaq. (Yəni; qızını bizə deyil, onlara ərə verəcək ki, mal-dövləti bəslədiyi yetimlərə qalsın.)

Abdullah, əmisi Zeyd ibn Xəttabın yanına getdi və ondan elçi getməyini istədi. Zeyd, Salehin yanına gedib, dedi: Abdullah ibn Ömər məni sənin qızını ona almaq üçün elçiliyə göndərib.

Saleh dedi: Mənim bir-neçə yetim övladım var və istəmirəm ki, öz ətimi terə bastırıb, sizin ətinizi ucaldam. Siz də şahid olun ki, mən onu filankəsə ərə verdim.

Qızın anası (ki, qızının Abdullah ibn Ömərə ərə getməyinə razı idi,) Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Abdullah ibn Ömər mənim qızıma elçi gəlib. Amma atası qızımın fikrini soruşmadan onu himayə etdiyi bir yetimə ərə verib.

Allahın elçisi (s) Salehin ardınca bir nəfər göndərib, onu hüzuruna çağırdı. Saleh gəldikdə, ona buyurdu: "Qızının nəzərini soruşmadan onu ərə vermisən?"

Dedi: Bəli.

- "Qızlardan onlara aid olan işlər barəsində, fikirlərini soruşun. O, bakirədir."

- Mən ibn Ömərin qızıma verdiyi mehriyyəyə xatir belə etdim. Onun qızıma verdiyi mehriyyə qədər özümün mal-mülküm var. (Qızı ona verməkdənsə, hamilik etdiyim yetimə verərəm və mal-mülküm də, qızıma qalar.)1

608. "Usdül-ğabə": Əbdür-rəhman ibn Yəzid rəvayət edir ki; Vədiə qızını ərə verdi. Amma onun qızı Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Atam məni (zorla) istəmədiyim kişiyə ərə verir.

Peyğəmbər (s) onun atasının ardınca bir nəfəri yollayıb, hüzuruna çağırdı. Sonra əhvalatı ona danışdı. Vədiə dedi: Mən onu əmisi oğluna ərə vermişəm. O, düzgün əməlli insandır və qızıma uyğun bir seçimdir.

Peyğəmbər (s) buyurdu: "Qızının bu barədə fikrini soruşmusanmı?"

Dedi: Xeyir.

Allahın rəsulu bu evliyiyi ləğv etdi və icazə vermədi.2

609. İmam Əli (ə): Sizlərdən heç kim, öz qızının fikrini soruşmadan, onu ərə verməsin. Çünki, o, öz işini yaxşı bilir (yaxud da, "bu seçim daha çox ona aiddir"). Əgər sakit qalsa, ağlasa və gülsə, həqiqətdə, bu bir növ razılıq əlamətidir. Amma razı olmasa, onu istəmədiyi şəxslə evləndirməyin!3

610. "Müsnədi-ibn Hənbəl": Səhl ibn Əbi Həsmə rəvayət edir: Həbibə binti Səhl, Sabit ibn Qeys ibn Şəmmas Ənsarinin qızı idi. Amma ondan xoşu gəlmirdi. Çünki, Sabit eybəcər üzlü bir şəxs idi. Qadın Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın elşisi! Ərimin üzünə baxdığım zaman (elə iyrənirəm ki,) əgər qəlbimdə Allah qorxusu olmasaydı,onun üzünə tüpürərdim.

Allahın peyğəmbəri (s) buyurdu: "Sənə mehriyyə olraq verdiyi bağı, (böşandığın zaman) ona qaytararsan?"

Həbibə dedi: Bəli.

Peyğəmbər (s) onun ərinin dalınca adam yollyıb, yanına çağırdı. Sonra isə bağı Həbibədən alıb, ona qaytardı və onları bir-birindən ayırdı.

Bu, islam tarixində ilk xüli təlaq1 idi.2

611. "Təfsiri-Təbəri": İbn Abbas rəvayət edir: İslam tarixində ilk xüli təlaq, Abdullah ibn Qbəyyin bacısına verilib. O, Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın elşisi! Heç kim bizi bir yastığa baş qoymağa mcəbur edə bilməz. Mən cadırın bir ucunu qaldırıb baxdıqda, onun, yanındakı kişilərdən ən qara rəngli, ən çirkin və ən balaca boylu olduğunu gördüm!

Əri dedi: Ey Allahın elşisi! Ən qiymətli bağımı ona mehriyyə olaraq verdim. Bağımı mənə qaytarsın (mən də, onu boşayım).

Peyğəmbər (s) qadından soruşdu: "Bu barədə fikrin nədir?"

Dedi: Bəli, qaytararam. Əgər istəsə ona bundan da artığını verərəm. (Təki məni boşasın.)

Peyğəmbər (s) onları bir-birindən ayırdı.1
2\1

Ağır mehiyyə təyin etmək


601. Allahın rəsulu (s): Mehriyyənin miqdarını yüngül edin, çünki kişi qadının mehriyyəsini ödəsə də, (buna gərə) qəlbində ona kin saxlayar.2

605. İmam Əli (ə): Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar.3

3\1

Yetkinlik yaşına çatmamış uşaqları evləndirmək


614. "Əl-Kafi": Hişam ibn Həkəm rəvayət edir: İmama (İmam Sadiqə (ə) və ya İmam Kazimə (ə) ) dedilər: Biz oğlan övladlarımızı (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndiririk.

Buyurdu: "Onları (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndirsəniz, bir-birilərini sevib, ünsiyyət qura bilməyəcəklər."4

4\1

Yalnız qohumla evlənmək


615. Allahın rəsulu (s): Qızlarınızı yalnız qadınınızın qohumları1 ilə evləndirməyin. Çünki bu iş, (qohumluq) əlaqələrinin kəsilməsinə səbəb olar.2


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə