Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


İkinci fəsil Ər tərəfindən ailənin dağılma səbəbləri



Yüklə 1,6 Mb.
səhifə18/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

İkinci fəsil

Ər tərəfindən ailənin dağılma səbəbləri


1\2

Həyat yoldaşını incitmək


يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّساءَ كَرْهاً وَ لا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ ما آتَيْتُمُوهُنَّ إِلاَّ أَنْ يَأْتِينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ عاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسى‏ أَنْ تَكْرَهُوا شَيْئاً وَ يَجْعَلَ اللَّهُ فِيهِ خَيْراً كَثِيراً

Qurani-kərim:

"Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyinizin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun."1

Hədislər:

616. Allahın rəsulu (s): Agah olun! Allah və peyğəmbəri (s), qadınının xülu təlaq tələb etməsi məqsədilə, ona əziyyət verən kişiyə nifrət edir.2

617. Allahın rəsulu (s): Kim qadınını incitsə və qadını ondan canını qurtarmaq üçün xüli təlaq tələb etsə, Allah-təala onun ərinə cəhənnəm odundan daha az cəza təyin etməz. Çünki Allah-təala, adına zülm olunduğunda, yetimə zülm onunan zaman qəzəbləndiyi kimi qəzəblənər.3

618. "Məkarimül-əxlaq": Allahın elçisi (s) buyurdu: "Mənim ümmətimin ən yaxşı kişiləri, öz ailəsinə əl uzatmayan (döyməyən), onlarla mehriban olan və onlara zülm etməyən kişilərdir."1

619. İmam Əli (ə): Ailəsinə pislik edən şəxsin, (başqalarına yaxşılıq etməsinə) ümid yoxdur.2

620. İmam Əli (ə): İmam Həsənə (ə) tövsiyələrində: Elə rəfatar etmə ki, ailən sənin (pis əxlaqın) ucbatından, insanların ən bədrəftalısına çevirilsin!3

621. İmam Əli (ə): Elə rəfatar etmə ki, ailən və dostların sənin (pis əxlaqın) ucbatından, insanların ən bədrəftalısına çevirilsinlər!4

622. İmam Əli (ə): Qadınlar, ərlərinin evində öz mənfəətlərinə və zərərlərinə seçim etmək iqtidarına malik deyildirlər. Onlar, Allahın sizin yanınızdakı əmanətləridir. Onları hey danlamayın, onlarla pis davranmayın.5

2\2

Həyat yoldaşını döymək



623. Allahın rəsulu (s): Allah-təala, (qiyamət günü) Malikə (cəhənnəmin qaravulçusuna) əmr edər ki, həyat yoldaşına bir şillə vuran kişiyə, yetmiş şillə vursun. Hər bir müsəlman kişi müsəlman qadının saçının hər bir telinə toxunsa, əli cəhənnəm odundan hazırlanmış mismarlarla mıxlanar.1

624. Allahın rəsulu (s): Kim həyat yoldaşını nahaq yerə vursa, qiyamət günü, onun şikayətçisi mən olacağam. Həyat yoldaşlarınızı döyməyin. Çünki, kim onları nahaq yerə kötəkləsə, Allahdan və peyğəmbərinə itaətsizlik edibdir.2

625. Allahın rəsulu (s): Mən döyülməyə daha çox layiq olan kişinin arvadını döyməsinə təəccüb edirəm! Qadınlarınızı çubuqla kötəkləməyin! Bu əməlin (şəriət hökmlərində) qisası var.3

626. Allahın rəsulu (s): Szilərdən hər biriniz, qadınınızı kölələr kimi döyməkdən xəcalət çəkmir? Günün başlanğıcında onu döyür, amma gecə olduqda onunla bir yastığa baş qoyursunuz! Utanmırsınızmı?4

627. Allahın rəsulu (s): Kişinin boyun damarlarını şişirdərək, çarəsiz qadınının başı üzərində dayanıb, onu kötəkləməsini görməyə nifrət edirəm.5

628. "Ət-Təbəqatül-kübra": Əyyub rəvayət edir: Əri tərəfindən möhkəm şəkildə döyülmüş bir qadın, Peyğəmbərin (s) yanına gəldi. Allahın rəsulu (s) ayağa qalxıb, bu işə öz etrazını bildirərək, buyurdu: "Həmişə, sizlərdən kimsə öz qadınını kölələr kimi döyür, sonra isə (gecə) xəcalət çəkmədən onunla cinsi əlaqədə olur.1
3\2

Bədəxlaq olmaq


629. Allahın rəsulu (s): Siz (kişilərin) ən pisləri, bədəxlaqlı olanlar, bədxərclər və ailəsinə daha çox yük olanlarınızdır.2

630. İmam Əli (ə): Bu üç xislətin sahibinə həyat asudə keçməz: Kinli olmaq, paxıllıq etmək və bədəxlaq olmaq.3

631. İmam Əli (ə): Bədəxlaqlı insanın ailəsi, ondan bezər.4

632. "Əl-Kafi": Hüseyn ibn Bəşşar Vasiti rəvayət edir: İma Rzaya (ə) belə (məzmunli bir məktub) yazdım: "Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var."

Həzrət Rza (ə) belə cavab yazdı: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə."5

4\2

Təhqir etmək


633. Allahın rəsulu (s): Kim bu üç nəfəri əskik bilib, təhqir etsə, üş neməti əldən vermiş sayılır: Kim ailimləri əskik saysa, dinini əldən verər..; kim qohumlarını əskik saysa, kişiliyini, mərdliyini əldən verər və kim ailəsini əskik saysa, xoş həyatdan məhrum olar.1

5\2

Nifrət etmək


634. "Səhihi-Müslim": Allahın rəsulu (s) buyurur: Heç mömin kişi, mömin qadına nifrət etməz. Əgər qadınının bir xüsusiyyətini bəyənməsə, onun başqa bir xüsusiyyətini bəyənər.2

6\2

Simiclik


635. Allahın rəsulu (s): Allah-təalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir.3

636. Allahın rəsulu (s): İnsanların ən pisi, ailəsini ehtiyac içərisində saxlayandır.4
7\2

Əsassız yerə zinakar adlandırmaq


636. Allahın rəsulu (s): Kim öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti versə, ilan öz dərisindən çıxdığı kimi, yaxşı əməlləri(nin savabı) onu tərk edər. Bədəninin hər tükünə min günah yazılar.5

636. Allahın rəsulu (s): Kim öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti versə, (allahın) lənəti onun üzərinə çökər və (günahını yumaq üçün) verdiyi heç bir fidyə və məbləğ ondan qəbul edilməz.1

639. "Cameül-əxbar": Allahın elçisi (s) buyurdu: "Yalnız, Allahın lənətinə tuş gələn şəxs, öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti verər. Yalnız, münafiq, öz qadınına töhmət ataraq, zinakarlıq nisbəti verər. Çünki, töhmət ataraq, zinakarlıq nisbəti vermək kifr sayılır. Küfrün yeri də, (cəhənnəm) odudur. Həyat yoldaşlarınıza töhmət atıb, zinakar olduğunu söyləməyin. Çünki onlara belə töhmət atağın sonu uzun-uzadı peşimançılıq və ağır cəzadır.2

8\2

Tədbirsizlik


640. İmam Əli (ə): Bir şeyin viran olmasının səbəbi, tədbirsizlikdir.3

641. İmam Əli (ə): Pis tədbirli olan şəxsin məhvi tezləşər.4

642. İmam Əli (ə): Həyatın bəlası, tədbirsizlikdir.5

643. İmam Əli (ə): Pis tədbirli insanın tədbiri, onun axırına çıxar.6

644. İmam Əli (ə): Dörd şey həyata arxa çevirməkdir: tədbirsizlik, israfkarlıq, ibrət almamaq və çox üzr istəmək.1
9\2

Şorgözlük

645. Allahın rəsulu (s): Qadınlara əsaslı səbəb olmadan təlaq verməyin. Çünki Allah-təala, müxtəlif zövqləri dadmağa adət edən kişi və qadınları sevmir.1

646. "Əl-Kafi": Səd ibn Tərif İmam Baqirin (ə) vasitəsilə rəvayət edir: Allahın elçisi (s) bir kişi ilə rastlaşdı. Soruşdu: "Ailən necədir?"

Dedi: Təlaq verdim (boşadım), ey Allahın elçisi!

  • "Onda bir eyib (problem) görmədənmi boşadın?"

  • Bəli, bir eyib görmədən boşadım.

Sonra o kişi, bir dəfə də evləndi. Peyğəmbər (s) onunla rastlaşdığı zaman soruşdu: "Evlənmisən?"

Dedi: Bəli.

Bir müddət keçdikdən sonra, (onunla təkrar qarşılaşdığı zaman) soruşdu: "Ailən necədir?"

Dedi: Təlaq verdim (boşadım), ey Allahın elçisi!

  • "Onda bir eyib (problem) görmədənmi boşadın?"

  • Bəli, bir eyib görmədən boşadım.

O kişi, üçüncü dəfə evləndi. Yenə də, bir gün Peyğəmbərlə (s) qarşılaşdı. Peyğəmbər (s) ondan soruşdu: "Evlənmisən?"

Dedi: Bəli.

Bir müddət keçdikdən sonra, (yenə onunla qarşılaşdığı zaman) soruşdu: "Ailən necədir?"

Dedi: Təlaq verdim (boşadım), ey Allahın elçisi!

  • "Onda bir eyib (problem) görmədənmi boşadın?"

  • Bəli, bir eyib görmədən boşadım.


  • "Allah-təala müxtəlif zövqləri dadmağa adət edən kişi və qadınları özünə düşmən sayar, (və ya) öz rəhmətindən uzaq tutar."1

647. İmam Baqir (ə): Allah-təala, çox evlənib, çox təlaq verən kişilərə nifrət edər.2

10\2

Yersiz qeyrət göstərmək


648. Allahın rəsulu (s): Bəzi qeyrət göstərməyi, Allah-təala sevər. Bəzi qeyrət göstərməyi isə düşmən sayar (sevməz). Allahın sevdiyi qeyrət, yerində qeyrətli olmaqdır. Allahın düşmən saydığı qeyrət isə yersiz qeyrətdir.3

649. Allahın rəsulu (s): İki növ qeyrət var. Birini Allah sevər. O birini isə düşmən sayar... Allah-təala yerli-yerində olan qeyrəti sevər. Amma səbəbsiz yerə qeyrət göstərən şəxsi sevməz.4

650. İmam Əli (ə): "Boş yerə (bədgümanlıqdan) qeyrət nümayiş etdirməkdən uzaq ol. "Boş yerə qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu iş, düz qadını əyriliyə və iffətli qadını tərəddüdə və (o barədə)
fikirləşməyə vadar edər. "1

651. İmam Əli (ə): İmam Həsənə (ə) yazdığı məktubda buyurur: "Boş yerə qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu iş, düz qadını əyriliyə və iffətli qadını tərəddüdə və (o barədə)
fikirləşməyə vadar edər. Onlar barəsində tədbirli hərəkət et. Əgər onalrda bir eyib görsən, kiçik və böyükləri cəzalandırmaqda gecikmə. Əgər əsassız şəkildə, onların hansısa bir əməlinin günah (iffətsizlik) olduğuna yəqin edib, (əksül-əməl göstərsən), günaha zəmət bağışlamış və danlağını isə təsirsiz edəcəksən."2


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə