Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə21/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

3- Qeyri-səmimi evlilik


Kitabın əvvəlində işarə olundu ki, ailə qurmağın üsullarında ilkin şərt, bu yöndə düzgün və səmimi niyyətin olmasıdır. Elə bu səbəbdən də, nəsli çoxaltmaq, lovğalanmaq, şöhrətpərəstlik, həyat yoldaşının sərvəti və yaxud da, ailəsinin şan-şöhrətinə xatir evlənmək, dinimizdə dəyərsiz sayılmış, tənqid olunmuşdur.

Diqqət etmək lazımdır ki, bu mələyə riayət etməmək ailə quruluşunun möhkəmliyinə zərbə vurur və onun dağılmaına zəminə yaradır. Allahın elçisi (s) buyurur: "Qızlarınızı (qohumluq əlaqələrinin möhkəmləndirmək məqsədilə) yalnız qadınınızın qohumları2 ilə evləndirməyin. Çünki bu iş, (qohumluq) əlaqələrinin kəsilməsinə səbəb olar."3

Həmçinin, rəvayət olunur ki; "Kim bir qadınla (yalnız tayfasının) gücünə xatir ailə qursa, Allah-təala yalnız onun miskinliyini çoxaldar. Kim bir qadınla zəginliyinə görə evlənsə, Allah-təala onun sərvətini azaldar. Hər kəs qadının tayfasının şöhrətinə görə evlənsə, Allah-təala onu xar edər. Hər kəs gözünü haramdan qorumaq, iffətini təmiz saxlamaq və qohumluq əlaqəsi yaratmaq xatirinə evlənsə, Allah-təala bu ər-arvada öz xeyir-bərəkətini əsirgəməz."4

İmam Sadiq (ə) bir rəvayətdə buyurur: "Kişi qadınla (yalnız) onun gözəlliyi və ya mal-dözləti xatirinə evlənsə, (Allah ona hamilik etməyib,) onu elə bu gözəlliyin və sərvətin öhdəsinə buraxar. Amma dininə, imanına görə onunla ailə həyatı qurarsa, Allah gözəllik və zənginliyi də ona qismət edər."1

Evlənərkən, hər iki tərəfin etik olmayan hədəfləri qarşıya məqsəd qoymaları, möhkəm və sağlam ailə quruluşunun ən əsas səbəblərini, saf, ülvi məhəbbəti və ailə müqəddəsliyini təhdid edən amildir. Elə buna görə də, bu bəlaya düçar olan ailələr daim dağılma təhlükəsi ilə üzləşir.

4- Yetkinlik yaşına (ağlı yetkinliyə) çatmayan şəxslərin evliliyi


İslami rəvayətlərdə valideynlərə övladları həddi-buluğa çatdığı zaman onları evləndirməyə zəminə yaratmaq tövsiyə olunurs və cavanlar iffətlərini qurumaq niyyətilə, mümkün qədər tez ailə qurmağa təşviq edilir. Amma bizim dini rəhbərlərimiz (Peyğəmbər (s) və Əhli-beyt (ə) ) uşaqların (bəzi yerlərdə adət olduğu kimi) evləndirilməsini məsləhət görməmişlər. Elə buna görə də, Mərhum Koleyninin qeyd etdiyi rəvayətdə oxuyururq: Hişam ibn Həkəm İmamdan (İmam Sadiqdən (ə) və ya İmam Kazimdən (ə) ) bu haqda soruşduqda, onlar buyurdular: "Onları (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndirsəniz, bir-birilərini sevib, ünsiyyət qura bilməyəcəklər."1

Qeyd olunan hədis, şəxslərin ağıl yetkinliyinə çatmamışdan öncə ailə qurmasının bir sıra problemlərlə üzləşəcəyinə işarə edir. Bu, evlilik üçün təhlükə və hətta onun dağılmasına belə gətirib çıxara bilər. Elə bu səbəbdən də, bəzi statistikalar, on doqquz yaşından əvvəl ailə quran şəxslərin arasında boşanma sayının, bu yaşdan sonra evlənən şəxslərə nisbətən daha çox olduğu qənaətindədirlər.



b. Kişinin yaratdığı problemlər


Ər tərəfindən ailə həyatını təhdid edən və hətta onun dağılmasına gətirib çıxaran amillər aşağıdakılardan ibarətdir:

1- Həyat yoldaşına əziyyət vermək


Qadın, doğma ata evindən onun üçün hər cəhətdən təzə və öncədən tanış olmayan başqa bir ailəyə gəlin köçür. İndiyə qədər ona xidmət göstərmişlər, qulluq etmişlər, nazını çəkmişlər, amma bu gün, bu, qrşılıqlı olmalıdır. Belə olduğu halda göstərdiyi məhəbbət və xidmətin müqabilində, qarşı tərəfdən eyni sevgini və xidməti görməsə, əksinə əziyyət görsə, gec ya da tez bir zamanda öz səmimi rəftarlarından əl çəkəcəkdir. Bununla da, sevgi və məhəbbətin isti qucağı olan ailə həyatında soyuqluq yaranacaqdır. Aydındır ki, çox az qadın belə həyata davam etməyi tərcih edər. Hətta evliliyə bu şəkildə davam etsə də, belə yaşayışı sağlam və isti ailə ocağı adlandırmaq mümkün deyildir.

Diqqət etmək lazımdır ki, bu zaman həm cismi əzablar və həm də, psixoloji zərbələr eyni anda fəaliyyət göstərir. Doğrusu, təhqirlər və ruhi əzablar ailə ocağına daha da böyük və sarsıtıcı zərbələr endirir. Rəvayətlərimiz, qadını döymək, təhqir etmək və hətta ona qarşı qəlbən (izhar edilməsə belə) kin saxlamağın ailənin təməllərini sarsıtdığını bəyan edir. Allahın elçisi (s) buyurur: "Kim qadınını incitsə və qadını ondan canını qurtarmaq üçün xüli təlaq tələb etsə, Allah-təala onun ərinə cəhənnəm odundan daha az cəza təyin etməz. Çünki Allah-təala, adına zülm olunduğunda, yetimə zülm onunan zaman qəzəbləndiyi kimi qəzəblənər."1

Başqa bir hədisdə oxuyururq: "Allah-təala, (qiyamət günü) Malikə (cəhənnəmin qaravulçusuna) əmr edər ki, həyat yoldaşına bir şillə vuran kişiyə, yetmiş şillə vursun. Hər bir müsəlman kişi müsəlman qadının saçının hər bir telinə toxunsa, əli cəhənnəm odundan hazırlanmış mismarlarla mıxlanar."2

Həzrət Əli (ə) buyurur: "Qadınlar, ərlərinin evində öz mənfəətlərinə və zərərlərinə seçim etmək iqtidarına malik deyildirlər. Onlar, Allahın sizin yanınızdakı əmanətləridir. Onları hey danlamayın, onlarla pis davranmayın."3

Allahın elçisindən (s) belə rəvayət olunur: "Mən döyülməyə daha çox layiq olan kişinin arvadını döyməsinə təəccüb edirəm!"4

2- Bədəxlaq olmaq


Tünd xasiyyətli insanlar, istər-istəməz başqalarını incidirlər. Belə insanların çoxu əslində pis insan olmasalar da, başqalarını ilk növbədə yaxınlarını, qohumlarını və həyat yoldaşını incitmək istəməsələr də, amma həddindən artıq həssas olmaları, ifrati şəkildə emosionallıq, qəlizlik və hövsələsizlik göstərmələri, insanların onlardan küsmələrinə, narahat olmalarına səbəb olur. Sanki belə insanlar başqalarının çiyinlərində ağır bir yükdür. Onlar öz həyatlarını dərbədər etdikləri kimi, başqalarının asudə yaşayışını da, sarsıntıya salırlar. Əsəbi, həssas mühit olduqda dağıdıcı xüsusiyyətə malikdir və bəzən partlama halına gəlib çataraq, həm özünü həm də ailəsinə zərər verir. Bu vəziyyət beləcə davam etsə və ya getdikcə şiddətlənsə, onun ətrafındakı şəxslər, xüsusilə də, ailəsi onunla özü kimi davranacaq, ya da ki, ondan və evdən baş götürüb qaçacaqdır. Nəticədə bunlar ailənin dağılmasına gətirib çıxarır.

Ailə məhkəmələrinin sttistikalarına əsasən, kişinin bədəxlaq olması ailələrin ən çox dağılma səbəblərindən biridir. Buna görə də, islam dini cavanların evlənməyə təşviq etməsinə baxmayaraq, İma Rza (ə), Hüseyn ibn Bəşşar Vasitinin "Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var."- deyə sualına belə cavab verdi: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə."1



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə