Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə16/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

b) Kişinin ailədə vəzifəlləri


Kişi ailənin rəhbəri olduğu üçün müştərək vəzifələrdən əlavə, bir sıra ona xas olan vəxifələri də cra etməlidir. Çünki bu, sağlam ailə mühitinin yranmasında mühüm rol oynayır. Onlardan ən əsasları aşağıdakılardir:

1- Ailənin dini-mənəvi ehtiyaclarını ödəmək


Din və mənəvi dəyərlər ailədə əmin-amanlıq və daxili sabitliyin ən gözəl qarantıdır. Bu üzdən, dini dəyərlərə riayət etmək, ailə quruluşunun möhkəmlənməsində müstəsna rola malikdir.

İmam Əli (ə) dinin ailədəki rolu haqqında belə buyurmuşdur: "Mən kimdə bir bəyənilmiş xislət tapsam, onun bəzi əməllərinə, bu xasiyyətinə görə dözərəm. Özümü onda çatışmayan başqa yaxşı xasiyyətlərə qarşı görməməzliyə vuraram. Amma ağılsızlıq və dinsizliyinə qarşı biganə qala bilmərəm. Çünki dindən ayrılmaq, amin-amanlıqdan, asayişdən ayrılmaq deməkdir. Qorxu içində yaşamaq, xoşagəlməzdir. Ağılsızlıq isə sanki ölməkdir. Kimsə ölülərlə oturub-durmaz."1

Quarni-Kərim imanlı kişilərə, öz ailələrini cəhənnəm odundan qorumağı tapşırıb: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."1

İmam Əli (ə) bu ayənin təfsizində buyurur: Onlara elm və ədəb öyrədin.2

Dini dəyərlərə qarşı etinasızlıq etmək, ailə üzvlərini cəhənnəm oduna düçar etməmişdən əvvəl, elə bu dünyada ailədaxili münaqışələrin, hərc-mərcliyin və bundan qaynaqlanan digər müxtəlif problemlərin təməlini qoyur.

Kişinin ailədə dini dəyərləri dirilmək yönündə olan fəaliyyətlərinin başında, onları namaza həvəsləndirməsi durur. Çünki namaz müxtəlif əxlaqı çatışmamazlıqların və pis davranışların önünü kəsir. Allah-təala buyurur: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et." 3

Allahı unutmamaq, təkcə ailədə sakit əhval-ruhiyyəni yaradıb, onların mənəvi ehtiyaclarını təmin etmir, əsl həqiqətdə, maddi problemlərin də öz həllini tapmasında yardım edir. Elə buna görə də, Əhli-beyt (ə) maddi durğunluq zamanı öz ailəsindən namaz qılıb, dua edərək Allahdan yardım diləmələrini istəmişdir.

Sözsüz ki, dini tərbiyədə namaza təkid olunması, digər dini dəyərlərə qarşı diqqətsiz yanaşmaq mənasına deyildir. Döğrusu, ailədə islami və insani dəyərlərin riayət olunması üçün çalışmaq zəruridir. Necə ki, Allahın elçisi (s) buyurur: "Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevsin, Peyğəmbərin Əhli-beytini sevsin və Quran oxusun."1

İmam Əli (ə), Komeylə buyurur: "Ey Komeyl! Ey Kumeyl! Ailəni gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et."2

2- Ailənin elmi-mədəni ehtiyaclarını ödəmək


Ailənin rəhbəri təkcə onların dini tərbiyəsi yolunda deyil, elmi-mədəni ehtiyaclarını təmin etmək üçün də, lazım olan addımları atmalıdır. İmam Əli (ə) buyurur: "Övladlarınızı elm öyrənməyə vadar edin."3

Allahın rəsulu (s) da bu haqda belə buyurur: "Kişinin övladının tərbiyəsi ilə məşğul olması, bir birsək (qızıl-gümüş) sədəqə verməsindən daha üstündür."4

İmam Sadiqdən (ə) belə rəvayət olunur: "Mömin bəndə, ailəsi üçün elm və gözəl tərbiyəni miras qoyar. Belə ki, onların hamısının behiştə getməsinə bais olar."5

3- Ailənin maddi ehtiyaclarını ödəmək


Kişiyə xas olan əsas vəzifələrdən biri də, ailəsinin iqtisadi ehtiyaclarını təmin etməkdən ibarətdir. Bir sıra hədislərdə, kişinin bu yolda çalışması, cihad etməyin savabına bərabərdir: "Ailəsinin, ata-anasının rifahı üçün çalışan şəxs, Allah yolunda cihad edən mücahid kimidir."1

Bir dəstə rəvayətlərdə isə kişinin ailəsinin maddi ehtiyaclarını təmin etməsi, sədəqə sayılır: "Kişinin ailəsinə verdiyi nəfəqə (məişət xərcləri), sədəqə sayılır."2

Bəzi hədislərdə oxuyuruq: "Malından bağışladığın hər şey, sədəqədir. Ailənə xərclədiyin hər şey, sədəqədir. Həyat yoldaşının sənin qazancından yediyi hər şey, sədəqədir."3

Mümkün qədər əliaçıq olmaq, ailə xərclərində də, nəzərdə tutulmuşdur: "Sizlərdən hər kim ailəsini daha çox rifah və firavanlıqda yaşatsa, Allah-təala ondan daha çox razıdır."4

Əlbəttə, əliaçıq olmaqda ifrat etmək tənqid edilmişdir. Deməli, ailə xərclərində də, ifrati şəkildə səxavətli olmaq doğru deyildir.

4- Ailənin ruhi ehtiyaclarını ödəmək


Ailənin ruhi ehtiyaclarını ödəmək də, dini, elmi-mədəni və maddi ehtiyaclarını ödəmək qədər, sağlam ailə mühitinin yaranmasında müstəsna rol oynayır. Bu ibrət dolu dəyərli kəlama diqqət yetirin: "Kim ailəsini sevindirsə, Allah-təala o sevincdən elə bir məxluq yaradar ki, qiyamət gününə qədər onun bağışlanması üçün dua edər."1

Deməli, ailəni sevindirmək üçün atılan hər halal addım: Ailə ilə birlikdə vaxt keçirmək, bir süfrə arxasında yemək yemək, yemək seçimi zamanı onların meylinə və iştahasına uyğun yemək və səfərdən qayıdarkən onlara hədiyyə gətirmək kimi sevindirici hallar, dinimiz tərəfindən mədh edilmişdir.


5- Qeyrətli olmaq


Kişiyə xas olan vəzifələrdən biri də, qeyrətli olmaqdır. O, icazə verməməlidir ki, həyat yoldaşı bilərəkdən və ya heç özü də bilmədən, iffətsizliyə və pozğunluğa düçar olsun. Necə ki, hədisdə buyurulur: "Qadınının (zina məqsədi ilə) bəzənərək evdən çölə çıxmasına göz yuman ər, dəyyus (qeyrəsiz) insandır. Onu belə adlandıran şəxs, günah işlətməmişdir. Qadın (zina etmək niyyəti ilə) bəzənib, ətir vurub evdən çölə getsə və əri onun bu əməlinə (əxlaqsızlığına) razı olsa, atdığı hər addım üçün ərinə cəhənnəmdə bir (əzab) evi inşa olunar."2

Şübhəsiz, qadına qarşı yersiz qeyrət göstərmək bəyənilməmişdir və ailənin dağılma səbəblərindən biri sayılır.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə