Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


İkinci fəsil Dəyərli əxlaq və gözəl əməllər



Yüklə 1,6 Mb.
səhifə9/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

İkinci fəsil




Dəyərli əxlaq və gözəl əməllər

1\2

Gözəl rəftar


يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّساءَ كَرْهاً وَ لا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ ما آتَيْتُمُوهُنَّ إِلاَّ أَنْ يَأْتِينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ عاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسى‏ أَنْ تَكْرَهُوا شَيْئاً وَ يَجْعَلَ اللَّهُ فِيهِ خَيْراً كَثِيراً

Qurani-kərim: "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin."1

Hədislər:

273. İmam Sadiq (ə): Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq.2

2\2

Gözəl əxlaq


274. Allahın rəsulu (s): Əmirül-mömininə (ə) tövsiyələrində: Ey Əli! Ailənlə, qonşularınla və oturub-durduğun, əlaqə saxladığın insanlarla xoşrəftar ol ki, Allah-təala yanında ali məqamlara yetiçəsən.1

275. "Müsnədi-ibn Hənbəl": Əbu Abdullah Cədəli rəvayət edir: Aişəyə dedim: Peyğəmbər (s) ailədə necə davranırdı? Cavab verdi: Hər (şəxsdən) kəsdən daha xoşrəftar idi. Nalayiq söylə təhqir etməzdi, acı dilli deyildi. Küçə və bazarda hay-küy çıxarmazdı. Pisliyə pisliklə cavab verməzdi. Əfv edər və güzəştə gedərdi.2

276. Allahın rəsulu (s): Qiyamət günü sizlərdən mənə ən yaxın əyləşən şəxs, ailəsinə qarşı ən xoş rəftarlı olanınızdır.3

277. Allahın rəsulu (s): Ən imanlı insanlar, xoş xasiyyətli olanlar və ailələrinə qarşı ən mehriban olanlardır. Mən sizlərin arasında, ailəsi ilə ən mehriban davranan şəxsəm.4

278. Allahın rəsulu (s): Möminlər arasında imanı ən kamil olan şəxs, onların ən xoş xasiyyətli olanı və ailəsi ilə ən mehriban rəftar edənidir5

279. "Tənbihül-ğafilin": Ənəs rəvayət edir: Allahın elçisindən soruşdular: Hansı möminin imanı daha kamildir?

Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."1



280. İmam Zeynülabidin (ə): Bu dörd xüsusiyyət hər kimdə olsa, imanı kamil olar, günahları silinər, (qiyamət günü) Allah-təala oldan razı olduğu halda məhşər ayağına gələr: İnsanlara verdiyi sözə vəfalı olan şəxs, iki üzlü olmayan insan, Allahdan və camaatdan həya etdiyi üçün pis əməllərdən çəkinən şəxs və ailəsi ilə xoşrəftar olan insan.2

281. İmam Əli (ə): Gözəl əxlaqla, həyat gözəlləşər.3
3\2

Ərə layiqlı xidmət


282. Allahın Rəsulu (s): Qadının cihadı ərə layiqli xidmət göstərməkdir.4

283. "Şöbül-iman": Yəzid Ənsarinin qızı Əsma (Əbdül-əşəl tayfasından), qadınların nümayəndəsi kimi Allahın Rəsulunun (s) yanına gələrək, belə söylədi: Mən və atam-anam sənə fəda olsun! Mən qadınlar tərəfindən nümayəndə seçilib, sənin hüzuruna öndərilmişəm... Kişilər bizdən daha üstün fəzilətlərə malikdir. Belə ki, onlar daim cümə və camaat namazlarında olur, xəstələri yoluxlur, dəfn mərasimlərinə iştirak edir, həcc ziyarətinə gedir... Belə olan halda biz hansı fəzilət və mənfəətlərdə sizinlə şərikik?

Allahın Rəsulu (s) üzünü həmin qadına çevirib buyurdu: "Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə yaxşı qulluq etmək, onun istəkləri qarşısıda itaətkar olmaq, razılığını cəlb etmək kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir."1



284. "Müsnədi-Əbi Yəla": Ənəs rəvayət edir: Qadınlar Peyğəmbərin (s) yanına gəlib dedilər: Ey Allahın elçisi! Kişilər Allah yolunda cihad etməyin savabı kişilərə mxəsusdur. Biz qadınlara elə bir əməl qalmır ki, Allah yolunda cihad etməyin savabına bərabər olsun!

Peyğəmbər (s) buyurdu: "Sizin hər birinizin evlərinizdə çalışması (və ərinizə xidmət göstərmsi), Allah yolunda cihad edənlərin savabına bərabərdir."2



285. Allahın Rəsulu (s): Öz ərinə bir qurtum su içirdən hər bir qadının bu əməli, ona bir il gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirməkdən daha yaxşıdır. Allah-təala, onun ərinə içirdiyi hər qurtumun müqabilində, behiştə bir şəhər inşa edər və altımış günahını (əməl dəftərindən) silər.1

286. Allahın Rəsulu (s): "Ey Həvla!... Allah-təala, ərinin paltarını geyindirən hər qadınıa, qiyamət günü yetmiş behişt libası geyindirər. Bu libasların hər biri noman və reyhan şəqaiqləri (tumurcuqları) kimidir. Həmçinin, qiyamət günü ona kəniz (xidmətçi) ünvanında qırx huri əta olunar.2

287. "Mən la yəhzərühül-fəqih": Bi kişi Peyğəmbərin (s) hüzuruna gəlib, buyurdu: Mənim bir həyat yoldaşım var ki, hər evə gəldiyimdə, məni qarşılayar. Hər evdən çıxdığımda məni ötürər. Məni qəmgin gördüyü zaman, soruşar: Nə üçün kədərlisən? Ruzi-bərəkət üçün qəmlənirsənsə, onu səndən başqası (Allah-təala) əta etməyi öhdəsinə alıb. Axirətin üçün narahatsansa, Allah qəmini artıq etsin. (Çünki axirəti fikirləşib, kədərlənməyə dəyər.)

Allahın elçisi (s) buyurdu: "Allah-təalanın xidmətçiləri (vəfalı qulları) vardır. Bu qadın da, onlardan biridir. Onun üçün şəhidin savbının yarısı nzərdə tutulub."3

4\2

Mehribanlıq



288. Allahın rəsulu (s): Möminlər arasında imanı ən kamil olan şəxs, onların ən xoş xasiyyətli olanı və ailəsi ilə ən mehriban rəftar edənidir.1

289. Allahın rəsulu (s): Ən imanlı insanlar, xoş xasiyyətli olanlar və ailələrinə qarşı ən mehriban olanlardır. Mən sizlərin arasında, ailəsi ilə ən mehriban davranan şəxsəm.2

5\2

Xeyirxahlıq


290. Allahın rəsulu (s): Kişinin ailəsi, onun əsirləri kimidir. Allah-təala yanında ən sevimli bəndələr isə öz əsirlərinə daha çox xeyirxahlıq edənlərdir.3

291. Allahın rəsulu (s): İnsanlar Allahın ailəsidir. Allah-təala yanında ən sevimli bəndələr isə ailəsinə qarşı xeyirxah olanlardır.4

292. Allahın rəsulu (s): Möminlər arasında imanı ən kamil olan şəxs, onların ən xoş əxlaqlı olanıdır. Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən mehriban rəftar edəndir.5

293. Allahın rəsulu (s): İki zəif bəndələrə (qarşı pis davranmayın,) Allahdan qorxun! Allahdan qorxun! Yetim və qadınlar (la davranışınıza fikir verin)! Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən mehriban davranandır.1

294. "Əl-Kafi": Səmaə ibn Mehran, İmam Sadiqdən (ə) rəvayət edir: "İki zəif bəndələrə (qarşı pis davranmayın,) Allahdan qorxun! Allahdan qorxun!" Məqsədi, yetim (uşaq) və qadınlar idi.2

295. Allahın rəsulu (s): İnsanlar Allahın ailəsidir. Allah-təala yanında ən sevimli bəndələr isə ailəsinə daha faydalı olanlardır.3

296. Allahın rəsulu (s): Qadınlar barəsində sizə edilən yaxşı nəsihətləri qəbul edin.4

297. Allahın rəsulu (s): Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən mehriban rəftar edəndir.5
298. Allahın rəsulu (s): Qiyamət günü sizlərdən mənə ən yaxın əyləşən şəxs, ailəsinə qarşı ən xoş rəftarlı olanınızdır.6

299. "Əl-Kafi": Cabir ibn Abdullah rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Sizin aranızda ən yaxşı kişilərin kimlər olduğunu açıqlayımmı?"

Dedik: Bəli, ey Allahın rəsulu!



Buyurdu: "Sizin ən yaxşılarınız, pərhizkar, pak, əliaçıq, pak dilli (dilini pisliklərdən qoruyan), iffətli və ata-anasına qarşı xoş rəftar olan, ailəsini başqalarına möhtac etməyən şəxsdir."1

300. İmam Sadiq (ə): Ailəsinə yaxşılıq edən şəxsin ruzisi çox olar.2

301. İmam Sadiq (ə): Ailəsi ilə yaxşı rəfatr edən şəxsin ömrü uzun olar.3

302. İmam Əli (ə): Halaldan uzaq durma, ailənə yaxşılıq et və hər bir vəziyyətdə Allahı unutma!4

303. Allahın rəsulu (s): Cəbrayıl qadınları o qədər mənə tapşırdı ki, elə zənn etdim sanki, onlara, namussuzluq etmədikdə, təlaq vermək (boşamaq) rəva deyil.5

304. "Əl-Kafi": Əbdür-rəhman ibn Həccac rəvayət edir: İmam Kazim (ə) Əmirəl-möminin Əlinin (ə) vəsiyyətini mənə göndərdi: "... Allah xatirinə, Allah xatirinə, qadınlar və malik olduqlarınız (övlad, kəniz, qul və sair) barəsində diqqətli olun! Çünki Peyğəmbərinizin son sözü belə oldu: "Sizə iki zəif bəndələrə (qarşı pis davranmamağı,) diqqətli olmağı tapşırıram: Qadınlar və malik olduqlarınız (övlad, kəniz, qul və sair)."1

305. İmam Sadiq (ə): Allah həyat yoldaşı ilə yaxşı davranan bəndəni(n, kişinin günahlarını) bağışlasın. Çünki, Allah-təala onun ixtiyarını kişinin əlində qərar verib və onu qadına hami edib.2
6\2

Ehtiram qoymaq


306. Allahın rəsulu (s): Kim ailə qursa, (həyat yoldaşına) hörmət etməlidir.3

307. Allahın rəsulu (s): Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir. Mən sizlərin arasında, ailəsi ilə ən yaxşı davranan şəxsəm. Yalnız ailicənab insan qadınlara hörmət edər. Yalnız şəxsiyyətsiz insan qadınları təhqir edər.4

308. Allahın rəsulu (s): Sizə kimin daha yaxşı insan olduğunu söyləyimmi? Təvazökar, xoşəxlaq və evləndikdən sonra həyat yoldaşına hörmət qoyan şəxs.5
7\2

Mülayimlik və güzəşt


309. Allahın rəsulu (s): Allah-təala bir ailənin xeyrini istəsə, onlara dinlərində agahlıq, mülayim xasiyyət və işlərində mötədillik əta edər. Kiçikləri, bğyüklərinə hörmət edər. Əgər hansı ailə üçün bundan başqasını istəsə, onları öz başlarına buraxar.1

310. Allahın rəsulu (s): Allah-təala bir ailənin xeyrini istəsə, onlara məişət həyatında mötədillik və xoşəxlaq nəsib edər.2

311. Allahın rəsulu (s): Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi onlara nəsib edər.3

312. Allahın rəsulu (s): Mülayimlik bərəkətdir, qəzəb və köbud rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik, olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar, olduğu hər bir yeri kirləndirər.4

313. "Şöbül-iyman": Allah-təala bəndələrinin xeyrini istədiyi zaman, məişətdə mötədillik və mülayimliyi onlara ruzi edər. Onların (bəd əməllərinə görə) pisliyini istədiyi zaman isə, onlara məişətlərində tədbirsizliyə düçar edər.5

314. Allahın rəsulu (s): Ey Aişə! Mülayim rəftarlı ol. Doğrudan da, Allah-təala bir ailənin xeyrini istəsə, mötədillik və mülayimliyi onlara nəsib edər.1

315. Allahın rəsulu (s): Güzəştə getməyin və malyimliyin hakim olduğu elə bie ailə yoxdur ki, onun faydasını (xeyir-bərəkətini) görməsin.2

316. İmam Əli (ə): Saglam mühit (salim həyat tərzi), güzəştə getməklə birgədir.3

317. İmam Əli (ə): Qadın qəhrəman yox, (xoşətirli) bir güldür. Hər bir halda ona güzəştə get, onunla yaxşı davran ki, səfa içərisində ömür sürsən.4

8\2

Qadına xidmət


318. Allahın rəsulu (s): Sənin (kişinin) qadına xidmət etməsi, sədəqədir.5

319. Allahın rəsulu (s): Kim üç yerdə təkəbbürlülük (lovğalıq) etməsə, həqiqi mömin sayılır: Ailəsinə xidmət etdikdə, fağır (kasıb) insanlarla birlikdə əyləşməkdə və qulluqçusu ilə bir yerdə yeməkdə. Bunlar Allah –təalanın kitabında mömin adlandırdığı şəxslərin nişanələridir: "Onlar həqiqi möminlərdir.1"2

320. Allahın rəsulu (s): Ey Əli! Yalnız doöru danışan insan, şəhid və Allah-təalanın dünya və axirətdə xeyrini istədiyi şəxs, ailəsinə xidmət edər.3

321. "Səhihi-Buxari": Əsvəd: Aişədən siruşuldu: Peyğəmbər (s) evində necə rəftar edirdi?

Aişə dedi: Həyat yoldaşına kömək edirdi, xidmət göstərirdi. Namaz vaxtı gəlib çatdıqda isə, namaz qılmaq üçün (evdən çıxıb) gedərdi.4



322. Allahın rəsulu (s): Kişi arvadına su içirdikdə savab qazanar.5

323. Allahın rəsulu (s): Tanrının razılığını əldə etmək üçün verdiyin hər nəfəqənin qarşılığında bir savab qazanırsan, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.6

324. Allahın rəsulu (s): Ailənə xərclədiyin hər nəfəqə qarşılığında savab qazanırsan. Hətta həyat yoldaşının ağzına tərəf uzatdığın hər loğma üçün belə.1

325. Allahın rəsulu (s): Möminə hər bir əməli üçün savab verilər, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.2
9\2

Ərə kömək


326. Allahın rəsulu (s): Allah-təala ərinə həcc, cihad və elm öyrənməkdə kömək edər hər qadına, Əyyubun (ə) həyat yoldaşına verilən savabı verər.3

327. Allahın rəsulu (s): Allah-təala, ərinə yeddi gün kömək edən hər qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun.4

328. "Müsnədi-ibn Hənbəl": Həsin ibn Məhsən rəvayət edir: Xalası bir iş üçün Peyğəmbərin (s) hüzuruna getdi. İşi qurtardıqdan sonra Allahın rəsulu 9s) ondan soruşdu: "Ərin varmı?"

Cavab verdi: Bəliş



  • "Onunla necə davranırsan?"

  • Qüdrətim çatdığı qədər, onun hər istəyini yerinə yetirirəm.

  • "Onula necə rəftar etməyin barəsində ehtiyatlı ol, çünki o, sənin həm behiştin və həm cəhənnəmindir.1"2

329. İmam Sadiq (ə): Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə nəyisə yerbəyer etdikdə, Allah-təala ona Öz (mərhəmət) nəzərini yetirər və Allah-təala (rəhmət) nəzəri ilə baxdığı heç bəndəyə əzab verməz.

Ümm Sələmə soruşdu: Bütün savablar kişilərə məxsusdur. Yazıq qadınlar üçün nə qalıb ki?

Həzrət peyğəmbər (s) buyurdu: "Bəli. Qadın, hamilə olduqda, oruc halında gecələri ibadətlə məşğul olan , malı-canı ilə Allah yolunda cihad edən şəxs kimidir. Övladını dünyaya gətirdikdən sonra, onun üçün elə bir mükafat nəzərdə tutulmuşdur ki, əzəmət və ehtişamını təsəvvür belə edə bilməzsən. Övladına süd verdiyi zaman, onun hər qurtumu müqabilində İsmayıl peyğəmbərin (s) övladlarından birini azad etməsinin savabı qədər savab qazanar. Süd verib qurtardıqdan sonra isə, bir mələk onun böyürünə vurar və belə söyləyər: Həyatına yenidən (günahsız olaraq) başla, çünki bağışlanmısan."3
10\2

Ailə üzvlərinə salam vermək


330. Allahın rəsulu (s): Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın.1

331. Allahın rəsulu (s): Ey Ənəs!... Evə daxil olduğun zaman, həm özünə və həm ailənə salam ver.2

332. İmam Sadiq (ə): Evə daxil olduğun zaman, "Bismillah bə billah" söylə və ailənə salam ver. Evdə heç kim olmasa belə söylə: "Allahın adı ilə, Onun peyğəmbərinə, əhli-beytinə, bizə və saleh bəndələrə salam olsun." Bunu söylədikdə, şeytanı evindən uzaq tutarsan.3
11\2

Sevindirmək


333. Allahın rəsulu (s): Kim ailəsini sevindirsə, Allah-təala o sevincdən elə bir məxluq yaradar ki, qiyamət gününə qədər onun bağışlanması üçün dua edər.4

334. Allahın rəsulu (s): Hər kim bazardan övladları üçün (meyvələrin ilk yetişən zamanı) nübar alsa, onu övladlarının ağzına qoyanadək, sədəqə daşıyan şəxs kimidir. Və birinci qızına verməlidir. Çünki Allah-təala qız övladlarına qarşı xeyirxahdır. Hər kəs qız övladlarına qarşı xeyirxah olsa, Tanrı qorxusu ilə ağlayan şəxs kimidir. Tanrı qorxusu ilə ağlayan şəxsin isə genahları bağışlanar. Allah-təala qəm-qüssə günündə (qiyamət günü) onu sevindirər.1

335. Allahın rəsulu (s): Bazara gedib, hədiyyə alan və onu ailəsinə gətirən şəxs, sanki ehtiyaclı insanlara sədəqə aparır. Və birinci olaraq, hədiyyəni qız övladına təqdim etməlidir.2

336. Allahın rəsulu (s): Allah-təala bazardab qayıtdığı zaman, ətəyində ailəsi üçün bir şeylər alıb gətirən və onları sevindirən kişini sevir. Onunla mələnlərin qarşısında fəxr edir.3

337. Allahın rəsulu (s): Hər cümə günü ailənizə meyvə və ət kimi bir şeylər alıb, gətirin ki, cümə gününün gəlişinə sevinsinlər.4

338. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Peyğəmbər (s) insanlar arasında ən şux təbiətli şəxs idi.5

339. "Əl-Möcəmüs-səğir": Ənəs rəvayət edir: Peyğəmbər (s) insanlar arasında uşaqlarla ən çox gülən, zarafatlaşan şəxs idi.6

12\2

Səfərdən qayıdarkən hədiyyə gətirmək


340. Allahın rəsulu(s): Sizlərdən hər kim səfərdən qayıdarkən, ailənizə hədiyyə gətirin. Hətta heç bir şey belə tapa bilməsəniz, ətəyinə daş və ya bir ovuc odun da olsa qoyun. Çünki bu da onları sevindirər.1

341. Allahın rəsulu(s): Sizlərdən hər kim səfərdən qayıdarkən, ailənizə hədiyyə gətirin. Hətta bir daş parçası olsa belə.2

13\2

Ailə ilə birlikdə oturmaq və birgə yemək yemək


342. Allahın rəsulu (s): Allah yanında, kişinin öz ailəsi ilə birgə oturması, bu məscidimdə etikaf etməsindən daha sevimlidir.3

343. "Tənbihül-ğafilin": Ənəs rəvayət edir: Dedim: Ey Allahın elçisi! Ailə ilə birlikdə əyləşməyin svabı çoxdur, toxsa məsciddə oturmağın?

Buyurdu: "Bir saat ailə ilə birlikdə vaxt keçirmək, mənin üçün, bu məscidimdə etikaf etməsindən daha sevimlidir."

Dedim: Ey Allahın elçisi! Sizin nəzərinizcə, (Allah yanında) ailə üçün xərcləmək daha sevimlidir, yoxsa Allah yolunda sədəqə vermək?

Buyurdu: "Kişinin ailəsi üçün bir dirhəm xərcləməsi, mənim fikrimcə, Allah yolunda min dinar xərcləməkdən daha sevimlidir."1



344. Allahın rəsulu (s): Məscidə sarı yola düşməklə, ailənin yanına getmək, eyni savaba malikdir.2

345. Allahın rəsulu (s): Szilərdən hər birinizin işi tamamlandıqda, hər nə qədər mümkünsə tez bir zamanda ailəsinə sarı yola düşsün. Çünki bu iş, onun mükafatını (savabını) daha da çoxaldar.3

346. Allahın rəsulu (s): Allah-təala mömini sevir və (onun) qadın və övladlarını da sevir. Allah yanında ən sevimli şey, kişinin həyat yoldaşı və övladları ilə birlikdə yemək yeməsidir. Onlar hər zaman bir süfrə ətrafında toplaşsalar, onlara rəhmət nəzəri ilə baxar. Onlar ayrılmamışdan öncə günahlarını bağışlamışdır.4

347. Allahın rəsulu (s): Mömin öz övladları ilə birlikdə yemək yediyi zaman, hər loğmasına, bir qul azad etməyin savabı yazılar. Onun üçün (behiştdə) bir şəhər inşa edilər. Allah-təala onun əməl dəftərini sağ əlinə verər.5

348. Allahın rəsulu (s): Hər mömin övladı ilə birlikdə yemək yeməyi sevsə, ərşin altında bir mələk ona belə səslənər: Ey Allahın bəndəsi! Əməllərinə yenidən başla ki, Allah-təala bütün günahlarının bağışladı.1

349. Allahın rəsulu (s): Bilirsinizmi, bu beş əməli əncam verən şəxs təkəbbürlü (lovğa) deyildir: Qoyun sağmaq, yun geyinmək, kasıblarla birlikdə əyləşmək, uzunqulağa minmək və kişinin ailəsi ilə birlikdə yemək yeməsi.2

350. İmam Sadiq (ə): Allahın elçisi (s) bir kişiyə buyurdu: "Orucsanmı?"

Dedi: Xeyir.



  • "Kimsəsizə yemək verdinmi?"

  • Xeyir.

  • "Evinə, ailənə sarı geri dön. Bu iş, sədəqə sayılır."3

14\2

Yeməkdə ailəni nəzərdə almaq



351. İmam Sadiq (ə): Allahın bu kəlamı barəsində buyurduğu zaman: "Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliyində olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar.1" Yəni; kişinin nəyisə yeyib, onu öz ailəsindən əsirgəməsi, rəva deyil.2

352. Allahın rəsulu (s): Mömin ailəsinin iştahasına (istəyinə) görə yeyər, münafiqin ailəsi isə onun (iştahasına) istəyinə uyğun yeyər.3

353. "Dəaimül-islam": Cəfər ibn Məhəmməd atasının vasitəsilə babasının Peyğəmbərin (s); kişinin özünü doyurub, ailəsini ac buraxmasını qadağan etdiyini buyurduğunu söylədi.4
15\2

Qadının ərinin pis əxlaqı qarşısında dözümü



354. Allahın rəsulu (s): Qadınların üç dəstəsinin üzərindən qəbir əzabı götürülər və Fatimə binti Məhəmmədlə (s) birlikdə məhşur olarlar: Ərinin qeyrəti (qısqanclığı) qarşısında səbirli olan qadın, ərinin bədəxlaqlığı müqabilində dözümlü olan qadın, mehriyyəsini ərinə bağışlayan qadın. Allah-təala belə qadınların hər birinə, min şəhidin savabını bəxş edər və bir ilin ibadətinin savabını yazar.5

355. Allahın rəsulu (s): Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala Fironun xanımı Asiyanın savabı qədər savab verər.6

356. Allahın rəsulu (s): Qadın əri ilə həm zərərdə (bəd gündə) və həm də, xeyirdə (xoş gündə), çətinlik və asayişdə birlikdə olmalıdır. Necə ki, dərdlərə düçar olmuş Əyyubun həyat yoldaşı, səbirli oldu. On səkkiz il ona səbirlə xidmət etdi. Yük daşıyanlar kimi onu hər gün kürəyində daşıdı. Dəyirmançılarla birgə dən üyüdürdü. Paltar yuyanlarla birgə paltar yuyardı. Ona bir tikə çörək gətirər və Əyyub (ə) onu yeyib, Allaha şükür edərdi. Həyat toldaşı onu bir parçaya bükər və kürəyində daşıyardı. Bütün bunları xeyirxahlıq üçün və Allaha xatir, Ona yaxınlaşmaq məqsədilə əncam verərdi. 1

357. İmam Əli (ə): Allah-təala cihadı kişilərə və qadınlara vacib etdi. Kişinin cihadı malını və canını Allah yolunda öldürülənə qədər fəda etməkdir. Qadının cihadı isə ərinin əzab-əziyyətləri və qeyrəti (qısqanclığı) qarşısında dözümlü davranmasıdır.2

16\2

Kişinin qadınının bəd əxlaqı qarşısındakı səbri



358. Allahın rəsulu (s): Allah-Təala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar.1.

359. Allahın rəsulu (s): Behiştdə elə bir dərəcə və məqam vardır ki, oraya yalnız adalətli rəhbərlər, qohumlarla əlaqəni kəsməyən (mehriban olan) şəxslər və həyat yoldaşının bəd əxlaqı qarşısında səbirli olan kişilər daxil olarlar.2

360. İmam Əli (ə): Agah olun! Kim öz bədxasiyyət qadını ilə Allaha xatir səbirli və mərhəmətli davransa, Allah-Təala ona öz dərgahında şükür əhliin savabını verər.3

361. İmam Əli (ə): (Həzrətə nisbət verilən hikmətnamədə deyilir) Möminin cizyəsi4 mənzil icarə etməsi, onun əzabı isə həyat yoldaşının bədəxlaqlı olmasıdır.5

362. "Ehyayi-ülumiddin": (Peyğəmbərlərin (ə) rəvayətlərində) Bir dəstə insan Yunus peyğəmbərin (ə) hüzuruna gəldi. Həzrət Yunus (ə) onlara qonaqlıq verdi. O, tez-tez evə daxil olub-çıxırdı. Həyat yoldaşı onu incidir və itaətsizlik göstərirdi. Amma Yunus (s) heç bir şey söyləmirdi. Onlar peyğəmbərin bu hərəkətinə təəccübləndilər. Yunus (ə) buyurdu: Təəccüb etməyin. Çünki mən Allahdan xahiş etdim ki, axirət aləmində mənə əzab verəcəksənsə, məni bu dünyada ona düçar et.

Allah-təala buyurdu: "Sənin cəzan, filankəsin qızı ilə evlənib, ailə həyatı qurmandır." Mən də, onunla evləndim və (pis xasiyyətinə və bəd) əməllərinə dözürəm.1


17\2

Güzəşt


363. İmam Əli (ə): Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar).2

364. İmam Zeynül-abidin (ə): (İmam Baqirə (ə) nəsihətində) Ey oğlum, bil ki, ümumiyyətlə dünyada işinin düz olması (rast gətirməsi) iki kəlimədə cəmlənib: Yaşayışın islahı. Bu sanki dolu piyaləyə bənzəyir. Onun üçdə iki hissəsidiqqət və huşyarlıqdan ibarətdir. Üçdə bir hissəsi isə güzəştdir. Çünki insan, bir şeyib bilib, ona diqqət yetirdiyi zaman, güzəştə gedər və bəzi işlərə göz yumar.3

18\2

Qənaət



365. İmam Əli (ə): Ən xoş həyat tərzi, Allah-təalanın qənaət etməyi əta etdiyi və ləyaqətli qadın bəxş etdiyi şəxsə adiddir.1

366. İmam Əli (ə): Ən rahat həyat tərzi, qənaətçil olmaqla ələ gələr.2

367. İmam Əli (ə): Ən xoş həyat tərzi, qənaətçillikdədir.3

368. Həzrət Süleyman (ə): (Hikmətli kəlamlarında) Həyatı bütün şirinliyi və acısı ilə yoxladıq. Anladıq ki, ən azı ilə də, kifayətlənmək mümkündür.4
19\2

Sahib olduqlarını dəyərli bilmək



369. İmam Əli (ə): Taleyindən razı olan (ona əta olunanla kifayətlənən) şəxsin həyatı nəşəli olar.5

370. İmam Əli (ə): Ən səfalı həyat, Allahın qismət etdiyinə razı olub, sevinən şəxsə nəsib olar.6

371. İmam Əli (ə): (Oğlu Məhəmməd Hənəfiyyəyə nəsihətində) (Qənaətdən zəngin xəzinə yoxdur və) verilmiş ruziyə razı olmaq kimi heç bir sərvət yoxsulluğun qarşısını almır. Ona çatmış şeylə kifayətlənən kəs rahatlığa qovuşub və dinclikdə oturaq salıb.1

20\2

Qeyrət


372. Allahın rəsulu (s): Qeyrətli ol, çünki Tanrı qeyrətli insanı sevir.2

373. Allahın rəsulu (s): Qadınının (iffətsizlik məqsədi ilə) bəzənərək evdən çölə çıxmasına göz yuman ər, dəyyus (qeyrəsiz) insandır. Onu belə adlandıran şəxs, günah işlətməmişdir. Qadın (iffətsizlik niyyəti ilə) bəzənib, ətir vurub evdən çölə getsə və əri onun bu əməlinə (əxlaqsızlığına) razı olsa, atdığı hər addım üçün ərinə cəhənnəmdə bir (əzab) evi inşa olunar.3

374. "Mən la yəhzərühül-fəqih": Behiştin ətirli iyi beş yüz illik məsafədən duyulur, amma naxələf övlad və dəyyus insan bu ətiri duya bilməyəcəklər.

Soruşdular: Dəyyus kimdir, ey Allahın elçisi?

Buyurdu:"Qadınının zina etdiyini bilən və buna razı olan şəxs."4

377. İmam Əli (ə): Qeyrətli kişi heç vaxt zina etməz!5

378. İmam Baqir (ə): Allah-təala üç şəxsin namazını qəbul etməz. Onların biri də, dəyyus kişidir. Yəni; qadını zina edən (və buna laqeyd qalan) ər.1

379. İmam Sadiq (ə): ...Allah-təala qeyrəti yalnız kişilər üçün yaranıb. Çünki kişilər üçün dörd qadınla evlənmək və kənizləri halal buyurulub, amma qadına yalnız əri halaldır. Ərindən əlavə başqa bir kişiyə tamah salan qadın, Allah-təala yanında zinakardır.2


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə