Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


"Mehrüs-sünnə"2 haqqında araşdırma3(ixtisarla)



Yüklə 1,6 Mb.
səhifə6/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   2   3   4   5   6   7   8   9   ...   28

"Mehrüs-sünnə"2 haqqında araşdırma3(ixtisarla)


Şiə alimlərinin fikrincə, ailə quran zaman hər iki tərəf mehriyyənin məbləği barəsində istənilən razılığa gələ bilərlər. Onun miqdarına heç bir məhdudiyyət qoyulmur. Amma mehriyyə hökman dəyər daşıyan və ya mənfəət verəcək hər hansısa bir şey olmalıdır. Amma bununla belə dinimizin əxlaqi, müstəhəbbi və daim təkid etdiyi kimi mehriyyənin miqdarı mümkün qədər az olmalıdır. Belə ki, bu, ailə qurmağı asanlaşdırar və mehriyyə, kiminsə müqabilində lovğalanmaq və ya təziq vasitəsi olaraq, ərin evlilik həyatına davam etməsinə məcbur etmək kimi xoşagəlməz bir xarakter daşımaz. Əsl həqiqətdə mehriyyə sanki ərin qadına olan vəfası və mərhəmətinin təcəssümüdür.

Elə buna görə də, dinimizin rəhbərləri dəfələrlə, məhz Peyğəmbərimizin (s) öz həyat yoldaşları və qızlarına təyin etdiyi miqdarda olan mehriyyənin, müsəlmanlar tərəfindən nümunə, ülgü olaraq davam etdirilməsinə təkid etmişlər. İmamlarımız öz davamçılarını bu miqdardan artıq mehriyyə tələb etməkdən çəkindirmişlər. Əlbəttə bu iş, haram mənasına olmasa da, Peyğəmbərimizin (s) təyin etdiyi mehriyyədən ("Mehrüs-sünnə"dən) daha çox mehriyyə təyin etməyin məkruh olduğunu bildirir.



"Mehrüs-sünnə"nin sabit miqdarı

Peyğəmbərimizin (s) ailə qurarkən təyin etdiyi mehriyyənin miqdarı barəsində çoxsaylı xəbərlər mövcuddur. Sevindirici haldır ki, istər şiə və istərsə də əhli-sünnədə mövcud olan xəbərlər, onun sabit və müəyyən miqdarını təyin edib. Təkcə iki rəvayət çoxsaylı digər rəvayətlərlə fərqlidir. Belə ki, çoxsaylı rəvayətlər Peyğəmbərin (s) qadınlarının, qızlarının və onun Əhli-beytinin qızlarının mehriyyələrinin "12,5 gümüş əvqiyə", ya "beş yüz dirhəm" olmasını söyləyir. Yalnız biri əhli-sünnəyə,1 digəri isə şiə2 məzhəbinə istinad olunan iki hədis bunların əksini iddia edir. Bu hədislərə əsasən Peyğəmbərin (s) Ümm Həbibə adlı həyat yoldaşının mehriyyəsinin dörd min dirhəm olması deyilir. Amma İmam Baqir (ə) bunun müstəsna bir hal olduğunu buyrmuş və Peyğəmbərimizin (s) istəyi ilə deyil, məhz Həbəşənin hakimi Nəccaşinin əli ilə baş tutduğunu deyil. Çünki Peyğəmbər (s) Ümm Həbibəyə elçi getmək üçün onu vəkil etmişdi. Nəccaşi də, onun mehriyyəsini dörd min dirhəm təyin etdi və bu miqdarı özü ödədi. Allahın rəsulu da, Nəccaşinin hörmətinə bu məsələyə dərin etirazını bildirmədi.


"Mehrüs-sünnə"nin riyalla1 məzənnəsi

Bizə gəlib çatan xəbərlər "merüs-sünnənin" "12,5 gümüş əvqiyə" olduğunu yetirir. "Əvqiyə", islam dini yarandığı zamanlarda ərəbistanda pul vahidi funksiyasını yerinə yetirirdi. Bu miqdar, ozamanlar, təxminən qırz dirhəmə bərabər idi. Dirhəm qədim zamanlarda pul vahidi kimi dövriyyədə idi. Gümüş, dərmanlar və qiymətli əşyaları onunla al-ver edirdilər. Dirhəm tarix boyu müxtəlif eniş-yoxuşlu dəyər qiymətinə sahib olmuşdur. Üməvilərin zamanında islam hökumətinin geniş yayılmış "sikkə" şəklindəki pul vahidinə çevrildikdən sonra, bir neçə əsr öz dəyərini sabit formada qoruyub, saxladı. İmam Baqir (s) və İmam Sadiq (ə), ravilər bu haqda soruşduqları zaman, hər "əvqiyə"nin üməvilərin zamanındakı kimi "qırx dirhəm" olduğunu söyləmişdir. Sevindirici haldır ki, (indiyə qədər bizə gəlib-çatmış olan) bu dirhəmin üç qram gümüşə yaxın olması tam çəkildə müəyyən edilmişdir.2

Deməli, mehrüs-sünnə, min beşyüz qram xalis gümüş dəyərindədir. Onun bu tarixdəki (1387 h.ş\ mehr ayı) rialla dəyəri isə altı milyon riyal (altı yüz min tümən)dir. Görüldüyü kimi, bu çox yüngül miqdarda və ödənilməsi asan olan bir mehriyyədir.3
Evlilik hədiyyəsi

Mehrüs-sünnənin miqdarının az olması və din rəhbərlərimizin1 də buna təkid etməsi, evlilik zamanı ortaya çıxan lazımsız maneələrin aradan qaldırılması və islam dünyasında cavanları ailə qurmağa həvəsləndirməkdən ibarətdir. Diqqət yetirmək lazımdır ki, dinimizin mehriyyənin miqdarının az olmasına israr etməsi, heç də ər-arvad arasında və ya qohumlar tərəfindən biri-birilərinə bahalı hədiyyələrin verilməsinin xoşagəlməz olduğu mənasına deyildir. Ailədə məhəbbətin göstərgəsi olaraq və ya qohumlar arasında mehribançılıq əlaməti olaraq, kiçik və ya böyük hədiyyələr təqdim oluna bilər.

Dinimizin rəhbərləri, mehrüs-sünnəyə uyğun əməl olunmasında və ondan daha artıq miqdarda mehriyyə tələb edilməməsində israrlı olduqları halda, bəzən öz həyat yoldaşlarına (imkan daxilində) çox dəyərli hədiyyələr də bağışlamışlar. Onlar bunu mehriyyə ünvanında deyil, hədiyyə2 olaraq vermişlər.3 Bəzən din rəhbərlərimiz yeni evlənən şəxslərə bağ, əkin sahələri və sair hədiyyə edirdilər. Məqsəd onları sevindirmək və ehtiyaclarını təmin etmək olmuşdur. Bununla da onlar başqalarına möhtac olmadan yaşaya bilirdilər.1 Əlbəttə, belə nümunələr tarixdə çox baş verməyib. Bu hədiyyələr xüsusi şəraitdə, zaman-məkan tələbinə uyğun olaraq həyata keçirilirdi. Bütün bunların baş verdiyi zaman, qadının və ailəsinin evlilikdən öncə bu barədə heç bir tələbi olmurdu və mehriyyəyə heç bir formada aidiyyatı yox idi.

Beşinci fəsil




Nikah və toy ənənələri

5\1

Nikah və toy üçün mübarək günləri seçin



167. Allahın rəsulu (s): Ramazan ayında evlənmək müstəhəbbidir. Çünki bu ayada bərəkət ümidi var.1

168. Allahın rəsulu (s): Cümə günü elçilik və izdivac günüdür.2

5\2

Nikah mərasimini aşkar çəkildə qeyd edin


169. Allahın rəsulu (s): Evlilik mərasiminizi aşkar və hamının xəbəri olacaq şəkildə edin.3

170. İmam Əli (ə): Allahın elçisi (s) gizli şəkildə evlənməkdən çəkindirib. O, ənsardan olan bir şəxsin evindən dəf səsi eşitdikdə, buyurdu: "Nə olub?"

Dedilər: Ey Allahın elçisi! Filankəs bəy olub. (Evlənir.)

Buyurdu: "Allaha şükür! Evləndiyinizi aşkar edin. Evlilik mərasimlərini aşkar şəkildə qeyd edin!"4
5\3

Şadlıq və toy mərasimi qurun


171. Allahın rəsulu (s): Evləndiyinizi aşkar edin, evlilik mərasimlərini məsciddə qeyd edin və dəf çalın.2

172. "Dəaimül-islam": Rəvyət olunur ki; Allahın elçisi (s) bəni-Zürəyq qəbiləsinin yaşadığı məhəllədən keçirdi. O həzrət (s), saz-avaz səsi eşitdi. Buyurdu: " Nə olub?"

Dedilər: Ey Allahın elçisi! Filankəs bəy olub. (Evlənir.)

Buyurdu: "Dinini kamilləşdirdi. Bu evlənməkdir, zina deyil. Evlənmək, gizli olmamalıdır. Hətta elə edin ki, tüstü görülsün (imkan daxilində qonaqlıq verilsin) və ya dəf səsi eşidilsin."

Sonra buyurdu: "Zina və evlənmək arasındakı sərhəd, dəf səsidir."3



173. "Əmali": Məhəmməd ibn Əli ibn Həbbar atasının vasitəsilə rəvayət edir: Peyğəmbər (s) Əli ibn Həbbarın evinin kənarından keçirdi. Elə bu zaman dəf səsi eşitdi. Buyurdu: " Nə olub?"

Dedilər: Ey Allahın elçisi! Əli ibn Həbbar evinə gəlin gətirib.

Peyğəmbər (s) buyurdu: "Çox gözəl! Bu evlənməkdir, zina deyil." Sonra buyurdu: "Evlilik mərasimlərini öz aranızda aşkar şəkildə qeyd edin və orada dəf çalın."

Elə bundan sonra da, evlilik mərasimləri bu formada keçirilməyə başlandı.1



Diqqət!

Evllilik mərasimlərində "dəf"dən istifadə etməyə icazə verən bu rəvayətlər və başqa mənbələrdə mövcud olan digər hədislərin2 sənədləri etibar cəhətindən zəifdir. Bəzi fəqihlərin qeyd etdikləri kimi, bu musiqi alətindən istifadə etməyə, yalnız mütrüblüyə gətirib çıxarmamaq şərtilə icazə verilmişdir.

5\4

Qonaqlıq verin


174. Allahın rəsulu (s): Beş münasibətlə qonaqlıq verilər: Urs, xurs, izar, vekaz və rekaz zamanı. Urs, evlilik; xurs, övlad sahibi olduqda; izar, övladını sünnət etdirdikdə; vekaz, ev aldıqda; rekaz, Məkkədən (həcc ziyarətindən) gəldikdə.3

175. İmam Əli (ə): Qonaqlıq ver (ehsan et), hətta bir qoyun qurban kəssən də belə.1

176. "Əl-Mərasil": Həkəm ibn Ütüybə rəvayət edir: Peyğəmbər (s) Bilalı ənsardan olan bir qadının ailəsinə elçiliyə yolladı. Onlar dedilər: Sən həbəşi qulsan. (Sənə qız vermərik.)

Bilal cavab verdi: Allahın elçisi (s) mənə sizin yanınıza gəlməyi əmr etməsiydi, heç bir zaman gəlməzdim.



  • Səni Peyğəmbər (s) göndərib?

  • Bəli.

  • Əgər belədirsə, artıq evlisən.

Bilal, Peyğəmbərin (s) yanına qayıdaraq, əhvaltı ona danışdı. Elə bu zaman Həzrət Peyğəmbərə (s) bir qızıl parçası (hədiyyə) gətirdilər. Allahın elçisi (s) onu Bilala verib, buyurdu: "Bunu mehriyyə ünvanında cələcək həyat yoldaşına ver." Ardınca səhabələrə belə buyurdu: "Qardaşınız(ın ailə qurması münasibətilə) qonaqlıq verin."2
5\5

Toy mərasimini gecə qeyd edin


177. Allahın rəsulu (s): Gəlinlərinizi gecə bəxt evinə aparın, gendüz isə qonaqlıq verin.3

178. İmam Rza (ə): Gecə evlənmək, sünnədəndir. Çünki, Allah-təala gecəni rahatlıq üçün xəlq etmişdir. Qadınlar isə rahatlıq mayəsidir.1
5\6

Bəy gecəsi haqqda məsləhətlər


179. Allahın rəsulu (s): Bəy gəlini evinə apardıqdan sonra, ilk olaraq iki rükət namaz qısın və əlini onun alnına çəksin. Ardınca belə du etsin: ilahi! Həyat yoldaşımı mənim üçün xeyir-bərəkətli et. Evliliyimizi mübarət et. Bizi bir-birimizin yanında saxladığın hər ləhzəni xeyir-bərəkətli, uğurlu et. Onu məndən ayırdığın zaman, xoşluqla tamamla!

Sonra belə dua etsin: Məni azğılıqdan düz yola yönəldən, ehtiyaclarımı ödəyən, süstlüyümü sevincə döndərən, ləzzətdən izzət bağışlayan, pənahsız olduğum zaman mənə pənah verən, subaylığımı evliliklə əvəzləyən, işlərimdə mənə yardımçı bəxş edən, məni tənhalıqdan qurtaran və məni ucaldan Tanrıya şükürlər olsun! Ey mənim Allahım, əta etdiyin nemətə2 görə sənə saysız və pak həmd-sənalar olsun! Mənə qismət etdiyin lütf, kərəm və mərhəmətin üçün sənə şükürlər olsun!1



180. İmam Sadiq (ə): Bəy otağına girdikdə, gəlinin alnındakı saçları sığallayıb, üzünü qibləyə çevir və belə dua et: İlahi! Sənin əmanətini aldım.2 Sənin kəlamlarınla onu özümə halal etdim. Mənə ondan övlad qismət edəcəksənsə, onu xeyir-bərəkətli, pərhizkar, Ali-Məhəmməd (ə) davamçılarından et. Şeytanın ondan bəhrələnməsinə icazə vermə.3

181. "Məkarimül-əxlaq": Əhli-beytdən (ə) rəvayət olunur: Bəy gecəsi yaxınlaşdığı zaman, həyat yoldaşından iki rükət namaz qılmasını xahiş etmək müstəhəbbidir. Sən də, dəstəmaz al və iki rükət namaz qıl. Allaha həmd-səna oxuyub, Peyğəmbərinə (s) salam göndərib, belə dua et: İlahi! Onu məndən razı qalmasını, məni sevməsini və mehribalçılıq göstərməsini, mənə ruzi et. Qoy, mən də ondan razı olum. Bizim aramızda ən gözəl şəkildə və ən asan formada uyğunlaşma, ülfət və mehribançılıq yarat. Həqiqətən də, Sən, halalı sevir və harama nifrət edirsən.1

182. "Mən la yəhzərühül-fəqih": Əbu Səid Xidri rəvayət edir: Allahın elçisi (s), Əli ibn Əbu Talibə (ə) belə nəsihət etdi: Ey Əli! Gəlin bəy otağına girib oturduqda, onun ayaqqabılarını çıxar. Sonra onun ayaqlarını yuyub, suyunu evinizin qapısından, qarşıdakı üç evin qapısına qədər səp (çilə). Çünki belə etdikdə, Allah-təala sənin evindən yetmiş min növ fəqri (ehtiyacı) dəf edər və yetmiş min növ bərəkət nəsib edər. Evinizə gəlinin başı üzərində dövrə vuran yetmiş rəhmət göndərər. Onların xeyir-bərəkəti evinizin hər küncünə yayılar. Gəlin o evdə olduğu zamana qədər, dəlilik, yara-xora və qoturluqdan amanda qalarsınız. Bir həftə boyunca gəlinin bu dörd şeyi yeməsinə mane ol: Qatıq, sirkə, kişniş və turş alma.

Həzrət Əli (ə) soruşdu: "Ey Allahın elçisi! Nə üçün bu dörd şeydən istifadə etməsinə mane olum?"

Buyurdu: "Çünki "rəhim",2 bu dörd şeyə görə nasazlayır və onun övlad sahibi olmasına mane olur...:

Həzrət Əli (ə) yenə soruşdu: "Ey Allahın elçisi! Sirkəni hansı xüsusiyyətinə görə yemək məsləhət deyildir?"

Buyurdu: "Sirkəni yedikdən sonra qadın heyz3 olur. Daha tam şəkildə təmizlənmir. Keşniş, qadını bətnində heyzi gücləndirir, doğumu çətinləşdirir. Turş alma isə, heyzin qarşısını alır və ağrılara səbəb olur."1


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə