Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Üçüncü fəsil Ailə qurmağa mane olan məsələlər



Yüklə 1,6 Mb.
səhifə4/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   2   3   4   5   6   7   8   9   ...   28

Üçüncü fəsil

Ailə qurmağa mane olan məsələlər


3\1

Kasıblıqdan qorxmaq


وَ أَنْكِحُوا الْأَيامى‏ مِنْكُمْ وَ الصَّالِحينَ مِنْ عِبادِكُمْ وَ إِمائِكُمْ إِنْ يَكُونُوا فُقَراءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَ اللَّهُ واسِعٌ عَليمٌ

Qurani-kərim:

(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!2

Hədislər:

62. İmam Sadiq (ə): Bu ayənin şərhində " Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar." buyurur: Evlənsinlər, Allah-təala öz kərəmi ilə onların ehtiyaclarını ödəyər.1

63. Allahın rəsulu (s): Kim fəqirlikdən qorxduğu üçün evlənməsə, Allah-təalaya bədgüman olmuşdur. Allah buyurur: Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər2. 3

64. Allahın rəsulu (s): Kasıblıqdan qorxduğu üçün evlənməyən bizdən deyil.4

65. Allahın rəsulu (s): Ailə qurun! Evlənmək sizin ruzinizi artırar.5

66. Allahın rəsulu (s): Kim Allahın haramlarından qorunmaq məqsədilə evlənsə, Allah ona yardım etməlidir.6

67. Allahın rəsulu (s): Allahın bu üç şəxsə yardın etməsi vacibdir: Tanrı yolunda vuruşan şəxsə, ağası ilə azadlığa qovuşmaq üçün müqavilə bağlayan və ona sadiq qalmağı qərara alan qula və abır-həyasını, iffətini qorumaq məqsədi ilə evlənmək istəyən şəxsə.1

68. Allahın rəsulu (s): Allah-təala dörd şəxsə kömək etməyi özünə vəzifə sayar: (Tanrı yolunda) döyüşən mücahidə, ailəli şəxsə, (azadlığını əldə etmək üçün) müqavilə bağlayan qula və həccə gedənlərə.2

69. Allahın rəsulu (s): Öz ruzinizi ailə qurmaqla əldə edin.3

70. Allahın rəsulu (s): Evlənin, çünki qadınlar sizə ruzi gətirər.4

71. Allahın rəsulu (s): Bu üç şeyi hər kim Allaha xatir və Ona təvəkkül edərək əncam veriə, Allaha ona kömək etmək və bərəkət vermək vacib olar: azad olmaq üçün çalışan qul..., Allaha təvəkkül edərək, Ona xatir evlənən şəxs. Ölü (əkinə yararsız) sahələri dirildən şəxs. Onlara bərəkət vermək Allahın öhdəsindədir.5

72. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, kasıb olmasından şikayət etdi. Həzrət peyğəmbər (s) buyurdu: "Evlən!" Bu kişi ailə qurdu və kasıblıqdan qurtuldu.6

74. İmam Sadiq (ə): Ənsardan olan bir cavan Peyğəmbərin (s) hüzuruna gəldi və kasıblıqdan şikayət etdi. Peyğəmbər (s) ona buyurdu: "Ailə qur!"

Cavan dedi: Mən (bunun üçün) Peyğəmbərin (s) yanına geri qayıtmağa utanıram.1

Ənsardan olan bir kişi onunla rastlaşdıqda , dedi: "Mənim gözəl bir qızım var". Sonra öz qızını onunla evləndirdi.

Ardınca imam Sadiq (ə) buyurdu: "Allah-təala ona ruzi qapısını açdı".

Sonra cavan Allahın elçisinin (s) hüzuruna gəlib, əhvalatı ona nəql etdi. Peyğəmbər (s) buyurdu: "Ay cavanlar! Ailə qurun!"2

75. "Əl-Kafi": İshaq ibn Əmmar nəql edir: İmam Sadiqə (ə) dedim: Camaatın rəvayət etdiyi bu hədis doğrudurmu ki; bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, kasıb olmasından şikayət etdi. Həzrət peyğəmbər (s) buyurdu: "Evlən!" Kişi bundan sonra iki dəfə yenə onun yanına gəlib, kasıblıqdan şikayət etdikdə Peyğəmbər (s) yenə ona həmin göstərişi verdi?

İmam Sadiq (s) buyurdu: "Bəli, doğrudur".

Sonra buyurdu: "Ruzi, qadınlarla və ailə qurmaqla birlikdədir".3
2\3

Yalnız varlı insanlara qız vermək


75. İmam Sadiq (ə): Bəndə üçün ən böyük günah, mömin qardaşının oğlu onun yanına gəlib, qızı ilə evlənmək istədiyini bildirdikdə, "Mən qızımı sənə verə bilmərəm, çünki mən səndən daha varlıyam”-deyə cavab verməsidir".2

76. "Əl-Mömin": İbrahim Təymi rəvayət edir: (Həcc ziyarəti zamanı) təvaf edərkən İmam Sadiq (ə) qolumdan tutub, mənə salam verdi. Sonra buyurdu: "Ey İbrahim! Mömin üçün sərvətdən daha zərərli xeyir və mənfəət yoxdur. Sərvət onun üçün, biri öndən, biri də arxadan, çobansız sürüyə hücum edən iki yırtıcı canavardan daha da zərərlidir.

Sonra buyurdu: "Səncə bu iki canavar nə edərlər?"

Dedim: Allah sizə can sağlığı versin! Şübhəsiz, onlar sürünü məhv edərlər".

Buyurdu: "Doğrudur. Zəngin olmağın möminə vurduğu ən kiçik zərbə isə, müsəlman qardaşının onun yanına elçi gəldiyi zaman, "Sən mal-mülk sahibi deyilsən."- deyə ona cavab verməsidir.3


3\3

Yalnız nəsil-nəcabətli şəxslərə qız vermək



77. Allahın rəsulu (s): Miqdad və Zeydi (varlı və nəsil-nəcabətli) ailələrin qızları ilə evləndirdim.1 Bunun üçün ki, bilin, yalnız sizlərin daha gözəl xislətli olanınız, Allah yanında ən şərəfli və üstün sayılır.2

78. Allahın rəsulu (s): Zeyd ibn Harisəni Zeynəb binti Cəhəşlə, Miqdadı Zübeyr ibn Əbdül-mütəllibin qızı Zübaə ilə evləndirdim ki, ən böyük şərafət islamdır.3

79. "Əs-Sünənül-kübra": Zübeydi rəvayət edir: Zöhri bu macəra haqqında (Peyğəmbərin (s) bəni-Bəyazə qəbiləsinə öz aralarından bir qızı Əbu Hində verməsini əmr etməsi barəsində) mənə dedi ki; onlar (bəni-Bəyazə qəbiləsi) Peyğəmbərə belə cavab verdilər: Ey Allahın elçisi! Bizim qızlarımızı nökərlərimizlə evləndirirsən?

Sonra Allah-Təala bu ayəni göndərdi: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir).1"2

79. İmam Sadiq (ə): Peyğəmbər (s), Miqdadı Zübeyr ibn Əbdül-mütəllibin qızı Zübaə ilə evləndirdi ki, evliliklərdəki (mühüm sayılan varlı-kasıb) səthi aradan qalxsın. Camaat Peyğəmbərdən (s) nümunə, ülgü götürsün. Bu, sizin Allah yanında ən hörmətli olanınızın, Allahdan ən çox qorxanınız (pis əməllərdən ən çox çəkinəniniz) olduğunu bilməyiniz üçündür. Zübeyr Peyğəmbərin (s) atasının və Əbdül-mütəllibin qardaşı idi.3

81. İmam Baqir (ə): Bəsrə əhlindən olan Əbdül-məlik ibn Hərmələ adlı bir çoban İmam Zeynülabidinin (ə) kənarından keçirdi. İmam ondan soruşdu: "Bacın varmı?"

Dedi: Bəli.

-"Onun mənimlə evlənməsinə razı olarsanmı?"

-Bəli.


Sonra çoban kişi evinə getdi. İmamın səhabələrindən biri də, onun ardınca gedib, evinə çatdı və onun haqqında məlumat topladı. Ona dedilər: O, filankəs, filankəsin oğludu. Öz tayfasının mehtəri və çobanıdır.

Səhabə İmamın (ə) yanına qayıdıb, dedi: Ey Əbül-həsən! Mən sənin kürəkən olmaq istədiyin şəxsin haqqında məlumat topladım. Mənə dedilər ki, o, öz tayfasının mehtəridir.

İmam Zeynülabidin (ə) ona belə buyurdu: "Filankəs! Mən gördüyüm və eşitdiyimi sənə deyirəm! Bilmirsənmi ki, Allah-təala islam dini ilə kiçikləri ucaltdı, əskikləri təkmilləşdirdi və zəiflərə izzət, şərəf bağışladı?!1

82. İmam Sadiq (ə): İmam Zeynülabidin (ə) İmam Həsənin (ə) kənizi ilə evləndi. Bu xəbər Əbdül-məlik ibn Mərvanın qulağına çatdı. O, İmama bir məktub yazaraq belə dedi: Sən artıq kənizlərin əri olmusan!

İmam Zeynülabidin (ə) ona belə cavab yazdı: " Allah-təala islam dini ilə kiçikləri ucaltdı, əskikləri təkmilləşdirdi və zəiflərə izzət, şərəf bağışladı. Deməli, heç bir müsəlman (digərindən) əskik deyil. Doğrusu əsl əskiklik, cahiliyyət eybidir! Allahın rəsulu (s) öz nökərini evləndirdi və kənizi ilə ailə həyatı qurdu."

Məktub Əbdül-məlikin əlinə çatan kimi ətrafındakı insanlara dedi: Mənə deyin görüm, başqalarını əskildən işləri əncam verdikdə, daha da izzət və şərəf sahibi olan kişi kimdir?"

Dedilər: Əlbəttə ki, möminlərin əmiri!2

Dedi: Yox, Allaha and olsun ki, belə deyil!


  • Biz möminlərin əmirindən başqasını tanımırıq!

  • Yox, Allaha and olsun ki, belə deyil! Bu şəxs möminlərin əmiri deyil, Əli ibn Hüseyndir.1

83. "Əl-Kafi": Əli ibn Məhziyar rəvayət edir: Əli ibn Əsbat, İmam Baqirə (ə) qızlarını ərə verməyə özünə uyğun bir kəs tapa bilmədiyi haqda məktub yazdı. İmam Baqir (ə) məktubun cavabında belə yazdı: "Qızların haqqında yazdıqlarını, özünə tay olan kürəkən tapa bilmədiyin haqda olan məktubunu aldım. Allah sənə öz lütf və mərhəmətini əta etsin. Belə fikirləri zehnindən belə keçirmə. Çünki Allahın Rəsulu (s) buyurur: “Dinindən, (xalq arasındakı) rəftarından razı qaldığınız şəxs sizin qızınıza elçiliyə gəldikdə, bu evliliyə razı olun. Əgər belə etməsəniz (bu evliliyin qarşısını alsanız), dünyada böyük bir fitnə-fəsada səbəb olacaqsınız”.2

4\3

Dini olduğu kimi anlamamaq



84. "Əl-Kafi": Əbdüs-səməd ibn Bəşir rəvayət edir: Bir qadın İmam Sadiqin (ə) yanına gəlib dedi: Allah imamın canını salamat etsin! Mən tərki-dünyalıq yolunu tutmuş bir qadınam.

İmam (ə) buyurdu: " Tərki-dünya dedikdə məqsədin nədir?"



  • Evlənməyəcəyəm.

- "Nə üçün?"

  • Bununla savab qazanmaq istəyirəm.

  • "Bu yoldan əl çək. Çünki evlənməmək savab və fəzilət sayılsaydı, səndən daha üstün olan Fatimə (s) heç bir zaman evlənməzdi. Halbuki, heç kim fəzilətdə ondan daha üstün ola bilməz.1

5\3

Məsuliyyətdən qaçmaq



85. "Cameül-əxbar": Allahın elçisi (s), Əkkaf adlı bir kişiyə buyurdu: "Evlisənmi?"

-Xeyir, ey Allahın elçisi!

- "Kənizinmi var?"

- Xeyir, ey Allahın elçisi!

- "Evlənməyə imkanın varmı?"

- Bəli.


- "Evlən, yoxsa günahkarlardan olacaqsan."

Başqa bir rəvayətdə buyurulur: "Evlən, yoxsa (qiyamət günü) xristian rahiblərindən sayılacaqsan."

Digər bir rəvayətdə buyurulur: "Ailə qur, yoxsa şeytanın qardaşlarından sayılarsan."2

86. "Müsnədi-ibn Hənbəl": Əbuzər rəvayət edir: Əkkaf ibn Beşr Təmimi adlı bir kişi Peyğəmbərin (s) yanına gəldi. Allahın elçisi (s) ona buyurdu: "Ey Əkkaf! Ailə qurmusanmı?"

- Xeyir.


- "Kənizin varmı?"

- Xeyir, kənizim yoxdur.

- "Evlənməyə imkanın varmı?"

- Bəli, imkanım var.

- "Deməli sən şeytanın qardaşlarındansan. Əgər xristian olsaydın, rahib sayılardın. Bizim sünnəmiz (adətimiz) isə evlənib, ailə qurmaqdır. Sizin ən pisləriniz, evlənməyənlərinizdir. Ən pis ölülər, evlənməyib ölənlərdir.1 Şeytanla zarafatmı edirsiniz (oyunmu oynayırsınız)?! Şeytanın yaxşı insanları yoldan çıxartmaq üçün ən kəsərli silahı qadınlardır. Ailə qurduqda isə onun kəsəri azalır. (Təqvalı insanlar) evli olduqda pak və fəsaddan uzaq olacaqlar. Vay olsun sənə ey Əkkaf! Qadınlar Əyyuba, Davuda, Yusufa və Korsufa belə (vəsvəsə etməkdən) əl çəkmədilər."

Bəşir ibn Ətiyə soruşdu: Kosuf kimdir, ey Allahın elçisi?

Buyurdu: "Bir dənizin kənarında Tanrıya üç yüz il ibadət edən şəxsin adıdır. O, gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olurdu. Bir gün bir qadına vuruldu. Elə buna görə də kafir oldu. Allaha ibadət etməyi tərk etdi. Amma sonralar etdiyi bir yaxşı əmələ görə Allah-təala onun imdadına yetişib, xilas etdi. Tövbəsini qəbul etdi. Vay olsun sənə ey Əkkaf! Evlən, yoxsa din-imanında süst insanlardan olacaqsan."

Əkkaf dedi: Məni evləndir, ey Allahın elçisi!



Peyğəmbər (s) buyurdu: "Səni Gülsüm Himyərin qızı Kərimə ilə evləndirirəm."1


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə