Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə7/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   2   3   4   5   6   7   8   9   10   ...   28

Altıncı fəsil

Nümunəvi ailə


6\1

Mənəvi evlilik


183. Allahın rəsulu (s): Mən də sizin kimi bəşərəm. Sizdən qız alır və sizə qız verirəm. Amma Fatimənin (Əli (ə) ilə evlilik fərmanı səmadan nazil oldu.1

184. Allahın rəsulu (s): Fatiməni mən ərə vermədim, lakin Allah-təala mənə onu (Əli (ə) ilə) evləndirməyi əmr etdi.2

185. Allahın rəsulu (s): (Həzrət Əliyə (ə) müraciətlə) Səni (Fatimə ilə) evləndirmək üçün səmadan mənə göstəriş gəldi.3
6\2

Həzrət Əli(ə) olmasaydı, Fatiməyə (s) layiq həyat yoldaşı tapılmazdı



186. İmam Əli (ə): Allahın rəsulu (s) mənə belə buyurdu: "Ey Əli! Qüreyşdən olan bəzi kişilər Fatiməni səninlə evləndirdiyim üçün məni danlayaraq, belə deyirlər: Biz səndən onu istədik, amma sən bizə rədd cavabı verdin. Sonra isə onu Əli ilə evləndirdin.

Mən isə onlara söylədim: Allaha and osun ki, onu sizə ərə verməməyimə və Əli ilə evləndirməyimə mən deyil, birbaşa Allah-təala əmr etdi. Allah onu sizinlə evləndirməyib, Əliyə ərə verdi. Cəbrayıl nazil olub, dedi: Ey Məhəmməd! Allah-təala buyurur: Əlini yaratmasaydım, bütün yer üzündə, Adəm və onunla birgə bütün insanların arasında Fatiməyə tay olacaq münasib həyat toldaşı tapılmayacaqdı.1



187. İmam Sadiq (ə): Allah-təala Əmirəl-möminini (ə) yaratmasaydı, bütün yer üzündə, Adəm və onunla birgə bütün insanların arasında Fatiməyə tay olacaq münasib həyat toldaşı tapılmayacaqdı.2
6\3

Aləmlərin xanımının (s) elçılıyı


188. "Əl-Əmali": Zəhhaq ibn Müzahim rəvayət edir: Əli ibn Əbu Talibin belə buyurduğunu eşitdim: Əbubəkr və Ömər mənim yanıma gəlib, dedilər: Ey kaş, Allahın rəsulunun yanına gedib, Fatiməni ondan istəyəsən.

Mən Peyğəmbərin (s) hüzuruna getdim. Gözü mənə sataşdıqda gülərək, buyurdu: "Ey Əbəl-həsən! Nə üçün gəlmisən və nə istəyirsən?"

Mən onunla qohum olduğumu, ilk islam gətirdiyimi, ona etdiyin köməklərim və cihadlarım haqqında danışdım.

Peyğəmbər (s) buyurdu: "Doğru söyləyirsən, Ey Əli! Sən vəsf etdiyindən daha üstünsən!"

Dedim: Ey Allahın rəsilu! Fatiməni mənə ərə verərsənmi?

Buyurdu: "Ey Əli! Səndən öncə bəzi şəxslər onu məndən istədilər. Mən Fatimədən bu barədə soruşdum. Amma onun surətində narazılıq ifadəsini müşahidə etdim. İndi isə səbir et, (Fatimənin razi olub-olmadığını soruşub,) yanına qauıdacağam."

Sonra Fatimənin yanına getdi. Fatimə ayağa qalxıb, onun əbasını alıb, ayaqqabılarını çıxardı. Onun üçün dəstəmaz suyu gətirib, öz əlləri ilə Peyğəmbərə dəstəmaz aldı (yəni; su töküb, ona kömək etdi). Sonra onun ayaqlarını yuyub, oturdu.

Peyğəmbər (s) ona buyurdu: "Fatimə!"

Cavab verdi: "Bəli! Nə buyurursunuz, ey Allahın rəsulu!"


  • "Əli ibn Əbu Talibin bizimlə qohum olması, kəraməti, fəziləti və imanı haqda məlumatın var. Mən də Allahımdan xahiş etmişəm ki, səni ən yaxşı və ən çox sevdiyi məxluquna ərə versin. İndi o, sənə elçi gəlib. Bu barədə nəzərin nədir?"

Fatimə sakit qaldı və üzünü çevirmədi. Peyğəmbər (s) onun surətində narazılıq ifadəsi görmədi. Sonra Peyğəmbər (s) ayağa qalxıb, buyurdu: Allahu əkbər! Onun sükutu, razılıq əlamətidir." Ardınca Cəbrayıl Allahın rəsulunun (s) yanına gəlib, dedi: "Ey Məhəmməd! Onu əli ilə evləndir. Çünki Allah-təala Fatiməni Əli üçün, Əlini də, Fatimə üçün bəyənib (yaraşdırıb)."

Bununla da, Allahın elçisi (s) Fatiməni mənə ərə verdiyini buyurdu. Sonra mənim yanıma gəlib əlimi tutaraq, buyurdu: " Allahın adı ilə qalx və belə söylə: Allahın bərəkəti ilə və Allah hər nə istədisə (elə də olsun). Allahdan başqa heç bir (həlledici) qüvvə yoxdur. Hər şey alnız Allahın istəyi ilə baş tutar. Allaha təvəkkül edirəm."

Məni Fatimənin yanında əyləşdirib, kənarıma gəldi. Buyurdu: "İlahi! Bu iki şəxs mənim yanımda insanların ən sevimlisidir. Sən də onları sev, övladlarına bərəkət ver və Özün bunları qoru. Mən bu iki şəxsi və övladlarını, şeytanın şərrindən Sənin pənahına tapşırıram."1

6\4

Aləmlərin xanımının (s) mehriyyəsi


Həzrət Fatimənin (s) mehriyyəsi 480 dirhəm, on iki əvqiyəyə bərabər idi. Bu Həzrət Əlinin (ə) zirehinin dəyəri idi.2

Bəzi mənbələrə əsasən Fatimənin (s) və Peyğəmbərin həyat yoldaşlarının mehriyyəsi beş yüz dirhəm,1 12,5 əvqiyə2 olmuşdur. Amma bəzi mənbələr də, bu miqdarın 400 misqal gümüş,3 ya da ki, 30 dirhəm olduğu qənaətindədirlər.4



189. İmam Əli (ə): Allahın elçisi (s) evləndiyi heç bir qadının mehriyyəsini 12,5 əvqiyə gümüşdən çox təyin etmədi. Fatiməyə də, elə bu miqdarda mehriyyə təyin edərək, mənimlə evləndirdi. Hər əvqiyə qırx dirhəmə bərabərdir.5

190. İmam Əli (ə): Allahın elçisi (s) qızı Fatiməni 12,5 gümüş əvqiyəyə mənimlə evləndirdi.6

191. İmam Əli (ə): Fatimə ilə evləndiyim zaman, Peyğəmbərə (s) dedim: Ey Allahın elçisi! Atımı satım, yoxsa zirehimi?

Buyurdu: "Zirehini sat."

Mən də, onu bazara aparıb, 12 əvqiyəyə satdım. Bu Fatimənin mehriyyəsi idi.7

192. "Əl-Mənaqib": Hüseyn ibn Əlidən nəql olunan rəvayətə görə: "Peyğəmbər (s) Fatiməni (s) dörd yüz həştad dirhəm mehriyyəyə Əli ilə (ə) evləndirdi."

Başqa bir rəvayətə əsasən isə onun mehriyyəsi dörd yüz misqal gümüş olmuşdur.1



193. İmam Zeynülabidin (ə): Peyğəmbər (s), Fatiməni (ə) Əli (ə) ilə evləndirərkən belə bir xütbə oxudu: "... Əli əgər bu məbləğə razıdırsa, mən onu dörd yüz misqal gümüş miqdarında mehriyyə ilə evləndirdim.2

194. İmam Baqir (ə): Fatimənin (ə) mehriyyəsi, bir köhnəlmiş Yəmən çadrası,3 bir Hutmi zirehindən4 ibarət idi. Yatağı quçi dərisindən ibarət idi ki, onu sərir və üzərində yatardılar.5

195. İmam Sadiq (ə): Əli (ə), Fatiməni (ə) bir köhnəlmiş Yəmən çadrası, bir zireh və quç dərisindən olan yorgandan ibarət olan mehriyyə ilə özünə həyat yoldaşı etdi.6

196. "Əl-İrşad": Rəyyan ibn Şəbib: Məhəmməd ibn Əli ibn Musa (İmam Cavad (ə)) Ümm Fəzlə (Abdullah Məmunun qızına) elçi getdi. Onun mehriyyəsini nənəsi Fatimənin (ə) mehriyyəsi məbləğində təyin etdi: beş yüz dirhəm.1

197. İmam Baqir (ə): Əli ibn Əbu Talib (ə) bir ədəd dəmir zireh, bir köhnəlmiş yəmani çadrasını Fatimənin (ə) mehriyəsinə təyin etdi. Peyğəmbərin həyat yoldaşlarının mehriyyəsi beş yüz dirhəm idi.2
6\5

Həzrət Fatimənin (s) kəbin xütbəsi


198. İmam Zeynülabidin (ə): Həzrət Peyğəmbər (s) Fatiməni (ə) Əli (ə) ilə evləndirdikdə belə bir xütbə oxudu: "Allah həmd-səna olsun ki, əta etdiyi nemətlərinə görə dərgahına şükürlər oxunur. Qüdrətinə görə itaət olunur. Sultanlığı xatirinə əmirləri yerinə yetirilir. Əzabından qorxurlar. Bəxşişlərini ondan istəyirlər. Hökmranlığı yerdə və göydə caridir. Allah-təala mənə əmr etdi ki, Fatiməni Əli ilə evləndirim. Mən də, əgər Əli bu miqdara razıdırsa, onu (Fatiməni) dörd yüz misqal gümüşə, onunla nikahladım."

Sonra tam yetişməmiş (ya da ki, əl dəyilməmiş) xurma budağı istədi. Onu sinidə (xonçada) ortaya qoyub, buyurdu: "İstifadə edin."

Biz hamımız xonçaya qoğru hücum apardıq. Əli (ə) gəldi. Peyğəmbər (s) onun üzünə gülümsədi. Sonra buyurdu: "Ey Əli! Bilirsənmi ki, Allah-təala mənə Fatimə ilə səni evləndirməyi ərm edib?! Mən, əgər razısansa, indi onu dörd yüz misqal gümüş (mehriyyə olaraq) müqabilində səninlə nikahladım."

Əli (ə) belə söylədi: "Mən Allahın və peyğəmbərinin (s) razılığına razıyam."

Peyğəmbər (s) buyurdu: "Allah sizi heç vaxt ayırmasın, sizi xoşbəxt etsin və hər ikinizə bərəkət əta etsin. Çoxlu və pak nəsiliniz olsun."1

198. İmam Zeynülabidin (ə): Cabir rəvayət edir: Peyğəmbər (s) Fatiməni (ə) Əli ilə nikahlamaq istədiyi zaman, üzünü Əliyə (ə) tutub, buyurdu: "Ey Əli! Sən məscidə tərəf get və mən sənin ardınca gəlirəm. Camaatın qarşısında səni evəndirəcəyəm. Sənin fəzilətin haqqında elə sözlər söyləyəcəm ki, sevinəcəksən."

Əli (ə) buyurur: Mən şad-xürrəm Allahın Rəsulunun (s) yanından ayrıldım. Yolda Əbubəkr və Ömərə rastladım. Dedilər: Nə olub, ey Əbul-həsən?

Dedim: "Peyğəmbər (s) Fatimə ilə mənim nikahımı elan edəcək. Mənə dedi ki, Allahın göstərişi ilə onu mənimlə nikahlayıb. İndi o, mənim arxamca gəlir ki, bu xəbəri camaat arasında açıq-aşkar söyləsin."

Onlar da bu xəbərə fərəhlənib sevinərək, mənimlə birgə məscidə getdilər.

Əli (ə) buyurur: Allaha and olsun. Hələ məscidin yarısına çatmamışdıq ki, Allahın elçisi (s) bizə yetişdi. Mübarək çöhrəsi sevinc və şadlıqla parlayırdi. Buyurdu: "Bilal haradadır?"

Bilal dedi: Bəli, sizin qulluğunuzdayam, ey Allahın rəsulu!

- "Miqdad haradadır?"

- Bəli, buyarayam, ey Allahın elçisi!

- "Əbuzər haradadır?"

- Bəli, xidmətinizdəyəm, ey Allahın elçisi!

Onlar hamısı yanında cəmləndikdən sonra, buyurdu: "Hamılıqla gedin, Mədinənin ətradında dayanın və mühacirləri, ənsarı və digər müsəlmanları buraya toplayın."

Onlar Peyğəmbərin (s) fərmanı ilə getdilər. Allahın rəsulu (s) irəliləyib, minbərin ən uca pilləsində əyləşdi. Camaat məscidə yığıldıqda, ayağa qalxıb, Allaha həmd-səna oxuyaraq, buyurdu: Göyləri xəlq edən və yayan, yeri yaradaraq (ayaqlar altına) sərən, dağlarla onu mıxlayıb, möhkəmlədən, ondan (yerdən) su (bulaqlar, çaylar, dənizlər) və otlaqlar çıxaran Allaha həmd-səna oldun. Həqiqətən də, Onu mədh edənlərin sölədiyi (ali) sifətlər (xüsusiyyətlər) dən daha uca və mötəşəm bir Tanıdır. Onu vəsf edənlərin söylədilərindən daha ali məqama malikdir. O, behişti pərhizlarlar üçün yaratdı. Alovu, odu isə zalımları cəzalandırmaq üçün. Məni isə möminlərə rəhmət, kafirlərə göz dağı, əzab olaraq xəlq etdi.

Ey Allahın bəndələri, siz arzularla dolu bir həyatdasınız. Ölümlə yaşamaq, saglamlıqla xəstəlik arasında. Bu (dünya) elə bir saraydır ki, axırda məhv olub gedəcək. Burada (hər şey müvəqqətidir və zaman keçdikcə) hər şey dəyişilir və (insanlar) o biri dünyaya köçürlər. Buna görə də, Allah bu dünyadauzun-uzadı arzularla yaşamayan (həris olmayan) şəxsdən, işində və (yaxşı) əməllərində çalışan, malının (ehtiyacından) artıq qalan hissəsini sədəqə verən, qüdrətini, zorunu cilovlayan, onu ən ehtiyaclı günlərinə (axirət aləminə) saxlayan şəxsdən razı olsun. O gündə (qiyamət günü) ölülər ayağa qaldırılacaq, səslər susacaq, analar-övladlar (qorxu və dəhşətdən) bir-birilərini tanımayacaqlar. "İnsanları (sanki) sərxoş görərsən, halbuki onlar sərxoş deyillər."1 Və "O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir nur (haqq) olduğunu biləcəklər!"2 "O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır."3 "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)."4

Bu elə bir gündür ki, o zaman (vəhşətdən) nəsil-tayfa əlaqələri unudulacaq, qohumluq bağları qırılacaq, günahkarlara ağır şəkildə sorğu-suallar olunacaq, onlar əzaba, cəzalandırılmağa sarı sürüklənəcəklər. "Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir."1

Ey camaat! Peyğəmbərlər Allahın yer üzərindəki höccətidirlər. Onlar ilahi kitabından sizə öyüd-nəsihətlər verən, ilahi vəhyinə əməl edən şəxslərdir. Allah-təala mənə əmr etdi ki, qadaşım, əmim oğlu və möminlərin arasında mənə ən yaxın olan şəxsə, Əli ibn Əbu Talibə ərə verim. Uca Tanrı onunla Fatimənin nikahını səmada kəsdi və mələkləri bu işə şahid etdi. Mənə əmr etdi ki, yer üzərində də, onunla Fatiməni evləndirim və siz də, bu işə şahid olasınız."

Allahın elçisi (s) sonra oturaraq, buyurdu: " q alx ayağa, ey Əli! Özün üçün əqd xütbəsi oxu!"

Əli (ə) buyurdu: "Ey Allahın elçisi! Sizin olduğunuz yerdə, mən xütbə oxuyum?"

Buyurdu: "Oxu, Cəbrayıl mənə göstəriş verdi ki, sənə kəbinini özün kəsməyini əmr edim. Ey Əli! Əgər Davud (ə) behiştin natiqi (xətibi) olmasaydı, şübhəsiz, oranın natiqi sən olardın."

Ardınca Peyğəmbər (s) buyurdu: Ey camaat! Peyğəmbərlərinizin sözlərinə qulaq asın! Allah-təala dörd min peyğəmbər göndərdi. Hər peyğəmbərin öz canişini var idi. Mən peyğəmbərlərin ən xeyirlisiyəm (ən üstünüyəm). Canişinim də, onların canişinlərindən ən xeyirlisidir (üstünüdür).

Sonra Peyğəmbər (s) sükut etdi və Əli (ə) sözlərinə belə başladı: "Elm (xəzinəsinin) açarlarını natiqlərinə əta edən, pərhizkarlarının qəlbini əzəmətinin şölələri ilə işıqlandıran, Onun yolunu gedənlərin yollarını hökmlərinin nişanələri ilə aydınlatan Allaha həmd olsun! O, aləmləri əmim oğlunun vücudu ilə sevindirdi. Onun çağırışlarını, allahsızların dəvətlərinə üstün etdi. Onun dini batil yolda olanların haqsızlıqlarına qələbə çaldı. Onu peyğəmbərlərin sonuncusu və onların sərvəri məqamına ucaltdı. O, Tanrının peyğamını (insanlara( çatdırdı. Onun fərmanını icra etdi və ilahi nişanələrini Onun tərəfindən bəyan etdi.

Həmd olsun Allaha ki, öz qüdrəti ilə bəndələrini yaratdı və dininin əzəməti ilə onlara izzət bağışladı. Peyğəmbəri Məhəmmədin (s) varlığı ilə onlara iftixar verdi, mərhəmət edib, ehtiram bağışladı. Bəxş etdiyi nemətlə, ehsanına görə Allaha həmd-səna olsun! Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur! Qoy mənim bu səmimi və xalis etirafım onun razılığını cəlb etsin! Məhəmmədə Allahın salamı olsun! Qoy bu salam, onu Allaha daha da yaxınlaşdırsın və feyziyab etsin.

Evlənib ailə qurmaq, Allah-təalanın icazə verdiyi, əmr etdiyi bir əməldir. Bizim bu məclisimiz, Allahın göstəriş verdiyi və razı olduğu bir məclisdir. İndi Allahın elçisi Məhəmməd ibn Abdullah öz qızı Fatiməni, dörd yüz dihəm mehriyyə ilə mənə ərə verdi. Və mən də, bu işə razıyam. Siz də ondan bu barədə soruşun və şahid olun."

Müsəlmanlar soruşdular: Ey Allahın elçisi! Onları nikahladınmı?

Buyurdu:"Bəli."

Müsəlmanlar dedilər: Allah onların hər ikisini xoşbəxt etsin, mübarək olsun! Qoşa qarısınlar!1

200. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Peyğəmbərin (s) hüzurunda idim, elə bu zaman ona vəhy nazil oldu. Bir müddət sonra təbii halına qayıdıb, buyurdu: "Bilirsənmi ki, Cəbrayıl Allah tərəfindən mənə hansı xəbəri gətirdi?"

Dedim: Xeyir, bilmirəm, ey Allahın elçisi!"

Buyurdu: Allahım mənə əmr etdi ki, Fatiməni Əliyə həyat yoldaşı edim, evləndirim. Get, Əbubəkri, Öməri, Osmanı, Təlhəni, Zübeyri və elə bu sayda, ənsardan olan şəxsləri buraya gətir."

Mən gedib onları çağırdım. Hər kəs öz yerində oturduqdan sonra Peyğəmbər (s) buyurdu: " Əta etdiyi nemətlərə şəninə həmd-səna oxunan, qüdrətinə görə sitayiş olunan, kəlamları səbəbilə itaət olunan, əzabından qorxulan Tanriya şükürlər və mədhlər olsun! Hər kəs əməlinin mükafatını yalnız Ondan dilər. Allahın fərmanı göylərdə və yerlərdə təsirlidir. O, məxluqatı öz qüdrətilə yaratdı, hökmlərilə onları bir-birindən ayırdı. Əta etdiyi dini ilə onlara izət bağışladı. Peyğəmbəri Məhəmmədin vasitəsilə onlara iftixar verdi. Sonra Allah-təala ailə qurmağı qohumluq əlaqələrinin yaranması üçün və bir vəzifə olaraq (insanlara) ərm etdi. Onunla məhrəmlər arasında ülfət yaratdı və insanların bu bağlılığa sadiq qalmasını buyurdu.

Allah-təala buyurur: "İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikincisi isə bacı, qız tərəfdən olan qohumluqdur)."1

Deməli Allahın fərmanı onun qəzasına2 və o da, ilahi təqdirinə yönəlir. Deməli hər qəzanın bir təqdiri var. Hər təqdirin bir əcəli (sonu) var. Hər bir əcəlin bir kitabı (yazısı) var: " Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır."3

Doğrudan da, Allah-təala mənə, Əli ilə Fatiməni evəndirməyi əmr etdi. Siz də şahid olun ki, əgər Əli razıdırsa, Fatiməni, mehriyyəsi dörd yüz misqal gümüş olmaqla Əliyə ərə verdim."

Bu zaman Peyğəmbər (s) Əlini hansısa bir iş üçün göndərmişdi. Allahın elçisi (s) bir tabaq dolusu tam yetişməmiş xurma istədi. Onu qarşısına qoyub, buyurdu: "Gəlin (xurmadan) götürün."

Biz tabaqdakı xurmaları yeməklə məşğul olduğumuz vaxt, Əli oraya gəldi. Peyğəmbər (s) onun üzünə gülümsədi. Sonra buyurdu: "Ey Əli! Bilirsənmi ki, Allah-təala mənə Fatimə ilə səni evləndirməyi ərm edib?! Mən, əgər razısansa, indi onu dörd yüz misqal gümüş (mehriyyə olaraq) müqabilində səninlə nikahladım."

Əli (ə) belə söylədi: "Ey Allahın peyğəmbəri (s), razıyam." Sonra isə Tanrıya səcdə etdi. Başını səcdədən qaldırdıqda, Peyğəmbər (s) ona buyurdu: "Allah hər ikinizə bərəkət əta etsin. Mübarək olsun! Çoxlu və pak nəsiliniz olsun."1


6\6

Aləmlərin xanımının (s) cehizi


201. İmam Əli (ə): Allahın elçisi, Fatiməyə (s) bir məxməl gecə çadırı, bir tuluq, bir (içi ot-ələflə doldurulmuş) dəri balış cehiz verdi.2

202. "Müsnədi-ibn Hənbəl": Həmmad, Əta ibn Saibin və o da, atasının vasitəsilə belə rəvayət edir: Əlidən (ə) bizə söhbət açdı. Peyğəmbər (s) Fatiməni ona ərə verəndə, bir məxməl gecə çadır, bir (içi ot-ələflə, ya xurma lifi ilə doldurulmuş) dəri balış, iki əl dəyirmanı, bir tuluq və iki sandıq cehiz verdi.3

203. İmam Hüseyn (ə): Allahın rəsulu (s) Fatiməni dörd yüz həştad dirhəm mehriyyə müqabilində Əli (ə) ilə evləndirdi. Və Əliyə (ə) belə buurdu: Bu məbləği üç yerə böl və iki hissəsinə (Fatimə üçün) ətir al. Qalanına isə paltar al. Sonra onları evlərinə yollladı. Bir halda ki, yataqları Peyğəmbərin (s) kəsdiyi qurbanın dərisi və içi xurma lifi ilə (doldurulmuş) dəri balışdan ibarət idi.1

204. İmam Əli (ə): Peyğəmbərin (s) hüzuruna elçiliyə getdim. Həzrət (s) buyurdu: "Mənə (mehriyyə ünvanında) vermək üçün nəyin var?"

Dedim: Bir dəvə, at və zirehdən başqa heç nəyim yoxdur.

Buyurdu: "At sənə lazımdır. Dəvə həyat yoldaşını mindirmək üçündür. Qaldı zirehin. Allah-təala onun müqabilində Fatiməni sənə həyat yoldaşı etdi."

Mən zirehi sol çiynimə atlb, oradan uzaqlaşdım. Gecə bazarına gedib, onu dörd yüz həcəri2 dirhəminə satdım. Sonra pulları Peyğəmbərin yanına gətirib, onun qarşısına qoydum. Allaha and olsun ki, heç onların nə qədər olması haqqında belə soruşmadı. Allahın elçisi (s) əliaçıq və alicənab şəxs idi. Sonra Bilalı çağırdı və pullardan bir ovuc götürüb Bilala verib, buyurdu: "Bu pula qızım üçün ətir al."

Sonra Ümm Sələməni çağırdı və buyurdu: Ey Ümm Sələmə! Qızıma Misir palazından olan yataq al. Onu xurma lifləri ilə doldur. Ona bir zireh, bir ağ rəngli3 çadra al. Bundan artıq bir şey alma. Yoxsa onlar israfşılardan sayılarlar.1

205. İmam Əli (ə): Allahın elçisi (s) pullardan bir ovuc götürərək, Əbubəkrə verib, buyurdu: “Qızıma geyim və ona lazım olan ev əşyaları al." Salman Farsi və Bilala isə bu işdə Əbu Bəkrə aldığı şeyləri daşımaqda kömək etmələrini tapşırdı.

Əbubəkir deyir: Allahın peyğəmbərinin (s) mənə verdiyi pulun miqdarı altımış üç dirhəm idi. Mən bu pula bunları aldım: Misirin xəşy2 kətanından hazırlanmış, içi yunla dolu döşək, bir ədəd dəridən hazırlanmış süfrə, içi xurma lifi ilə doldurulmuş bir dəri balış, bir xeybər çadrası, bir su tuluğu, bir-neçə kuzə və dolça, bir aftafa, bir ədəd nazik yun pərdə aldım. Birlikdə onları Peyğəmbərin (s) yanına gətirdik. Bunları görən Allahın rəsulu (s) ağlamağa başladı. Göz yaşları üzündən aşağı süzülürdü. Sonra üzünü səmaya tutub, belə söylədi: İlahi! Qablarının çoxu saxsıdan olan bu qövmə (ailəyə), özün bərəkət ver.3



206. İmam Sadiq (ə): Peyğəmbər (s) Fatiməni Əliyə verdikdən sonra, qızının yanına getdi. Fatimə ağlayırdı. Peyğəmbər (s) ona buyurdu: "Nə üçün ağlayırsan? Allaha and olsun ki, əgər ailəmdə Əlidən daha yaxşısı olsaydı, səni mütləq ona ərə verərdim. Səni onunla mən evləndirmədim. Allah-təala səni ona ərə verdi. Allah sənin mehriyəni (Özü) xums (nə qədər ki, yer-göy salamat duracaq), təyin etdi.

Əli (ə) belə nəql edir: Allahın rəsulu (s) mənə buyurdu: Get, zirehini sat."

Mən onu satıb, pulunu alaraq Peyğəmbərin (s) yanına qayıtdım. Dirhəmləri onun ətəyinə tökdüm. O, bir ovuc götürüb, Bilalı çağırdı və pulları ona verib, buyurdu: “Bu pula Fatimə üçün ətir al”.

Sonra hər iki əli ilə pullardan götürüb, Əbubəkrə verərək, buyurdu: “Qızıma geyim və ev əşyaları al." Əmmar və başqa səhabələrə isə bu işdə Əbubəkrə kömək etmələrini tapşırdı. Onlar bazarda hər nə görürdülərsə, alınması lazım olan hər nəyə rastlayırdılarsa, almadan öncə onu Əbubəkrə göstərirdilər. Əgər o, məsləhət bilirdisə, onu alırdılar. Cehiz ünvanında alınan bəzi şeylər bunlar idi: Dəyəri yeddi dirhəm olan bir köynək, dörd dirhəmə baş örtüyü (yaylıq), qara xeybəri qətfəsi, xurma lifindən hazırlanmış taxt, astarı Misir kətanından olan iki dəst döşək (onların birinin daxili, xurma lifi ilə, o birisinin daxili isə qoyun yunu ilə doldurulmuşdu), astarı Taif dabağı olan dəri, içi isə quru bitkilərdən ibarət olan dörd balış, bir ədəd yun pərdə, bir ədəd həcəri həsiri, bir ədəd əl dəyirmanı, bir ədəd mis ləyən, bir ədəd su tuluğu, bir ədəd su dolçası, bir ədəd süd qədəhi, bir ədəd aftafa; bir ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab, bir neçə saxsı səhəng və kuzə.

Alış-veriş tamam olduqdan sonra Əbubəkir bir miqdarını, o biriləri isə yerdə qalanı götürüb, Allahın Rəsulunun (s) yanına gətirdilər. O Həzrət (s) əşyalara əlləri ilə qarışdırıb, buyurdu: "İlahi, bu ailəyə bərəkət ver."1

207. "Əs-Sünənül-kübra": İbn Abbas rəvayət edir: Peyğəmbər (s) Fatiməni Əliyə ərə verdikdə, onunla göndərdiyi şeylərin (cehizin) içərisində bir xurma lifindən hazırlanmış taxt, yenə də xurma lifi ilə doldurulmuş, astarı dabbağlanməş dəridən olan bir balış, mir su səhəngi var idi. Onları masada gətirdilər və otağın bir küncünə qoydular. 2
6\7

Həzrət Fatimənin (s) qurbanlığı (qonaqlığı)



208. "Tarixi-Dəmeşq": Büreydə rəvayət edir: Peyğəmbər (s) Fatiməni Əliyə ərə verdikdə, ona buyurdu: "Evlilik şərəfinə qurban kəsmək (qonaqlıq vermək) lazımdır."

Sonra əmr etdi ki, bir qoç gətirib, (qurban) kəssinlər. Peyğəmbər (s) hamını (ondan hazırlanmış yeməyə) dəvət etdi.3



209. "Əs-Sünənül-kübra": Büreydə rəvayət edir: Peyğəmbər (s) Fatiməni Əliyə ərə verdikdən sonra buyurdu: "Ey Əli! Evlilik şərəfinə qurban kəsmək (qonaqlıq vermək) lazımdır."

Səəd dedi: "Mənim bir qoçum var." Bəzi səhabələr də, bir miqdar qarğıdalı gətirdilər.2



210. "Əl-Möcəmül-əvsət": Cabir ibn Abdullah Ənsari rəvayət edir: Əli ibn Əbu Taliblə Fatimə evləndiyi zaman orada idik. Heç bir evlilik ziyafəti bundan daha gözəl ola bilməzdi. Peyğəmbər (s) yaz və xurmadan bizə yemək hazırladı və biz yedik. O gecə, onların (Əli (ə) və Fatimənin (ə) ) yatağı, dabbağlanmamış bir qoç dərisindən ibarət idi.3

211. İmam Sadiq (ə): Əli (ə) və Fatimənin (ə) evlənməsi haqqında olan hədisdə buyurur: Əli (ə) belə rəvayət edir: Sonra Peyğəmbər (s) mənə buyurdu: "Ey Əli! Ailən üçün heysiyyətli, şərəfli bir yemək (qonaqlıq) hazırla." Ardınca buyurdu: "Ət və çörək bizdən, xurma və yağ sənin ğhdənə düşür."

Mən bir miqdar xurma və yağ aldım. Allahın rəsulu (s) qollarını çırmalayıb, xurmaları yağda qarışdırmağa başladı. Ondan halva hazırladı. Bizə kəsilmək üçün bir kök və yağlı qoç göndərdi. Bir miqdar da çörək yolladı. Sonra Allahın elçisi (s) mənə buyurdu: "Kimi istəyirsən qonaq çağır."

Mən məscidə getdim. Məscid səhabələrlə dolu idi. Bəzilərini qonaqlığa dəvət edib, bəzilərini çağırmamağa utandım. Elə buna görə də yaxınlıqdakı təpənin üzərinə çıxıb, belə səsləndim: Fatimənin qurbanlığına (qonaqlığına) gəlin! Camaat dəstə-dəstə gəlirdilər. Mən cəmiyyətin çox, amma yeməyin az olduğu üçün xəcalət çəkirdim. Peyğəmbər (s) mənim ürəyimdən keçənləri oxudu. Buyurdu: "Ey Əli! Allahdan bu yeməyə bərəkət istəyəcəyəm!"

Əli (ə) belə buyurur: Cəmiyyətin hamısı (dörd yüz nəfərdən çox), axırıncı nəfərə qədər, bizim hazırladığımız yeməkdən yedi, içdi və mənə dua edərək, getdilər. Amma yemək heç azalmamışdı. Peyğəmbər (s) siniləri ("bulud"ları) aldı və onları yeməklə doldurub, həyat yoldaşlarının evinə yolladı. Sonra isə bir sini götürüb ona da yemək qoydu və buyurdu: "Bu da, Fatimənin və onun həyat yoldaşının olsun."1


6\8

Müqəddəs evliliyin bəy gecəsi


212. İmam Baqir (ə): Cabir ibn Abdullah Ənsari mənə belə rəvayət etdi: Peyğəmbər (s) Fatiməni (ə) Əlinin (ə) evinə göndərrəcəyi gecə, Əlini çağırıb sağ tərəfində, Fatiməni isə sol tərəfində əyləşdirdi. Onların başlarını birləşdirdi və ayağa qalxdı. Ardınca Əli və Fatimə də ayağa qalxdılar. Peyğəmbər (s) onların arasında (onlarla birlikdə) Əlinin evinə getdi. Cəbrayıl da, mələklərin əhatəsində birlikdə təkbir ("Allahu əkbər!") sədaları ucaltdı. Allahın elçisi (s) də onların sədalarını eşidib, təkbir söyləməyə başladı. Bunu eşidən müsəlmanlar da təkbir söylədilər. Bi ilk dəfə idi ki, gəlin apararkən təkbir söyləyirdilər. Ondan sonra bu bir sünnə (adət) oldu.1

213. İmam Sadiq (ə): Əli (ə) və Fatimənin (ə) evlənməsi haqqında olan hədisdə buyurur: Əli(ə) buyurur: Ondan sonra bir ay boyunca Peyğəmbərlə (s) namaz qılır, sora mənzilimə qayıdırdım. Onunla Fatimə haqqında heç bir söz danışmırdım. Bu müddət tamam olduqdan sonra, Peyğəmbərin həyat yoldaşları dedilər: Allahın elçisindən(s) Fatiməni sənin evinə göndərməsini istəməyəkmi? Dedim: İstəyin. Onlar Peyğəmbərin (s) yanına getdilər və Ümm Əymən dedi: Ey Allahın elçisi! Əgər Xədicə həyatda olsaydı Fatimənin evlənməsinə sevinərdi. Əli həyat yoldaşını istəyir. Fatimənin gözünü əri ilə işıqlandır və onların hər ikisinin bir-birinin yanında yaşamasına qərar ver. Bununla bizi də sevindirmiş olarsan.

Peyğəmbər (s) buyurdu: "Nə üçün Əli özü həyat yoldaşını məndən istəmir? Mən gözləyirəm ki, o, özü Fatməni məndən istəsin."

Əli (ə) rəvayətr edir ki; dedim: Utanırdım, ey Allahın rəsulu!

Peyğəmbər (s) üzünü qadınlara tutub, buyurdu: "Burada kim var?" Ümm Sələmə cavab verdi: Mən Ümm Sələmə, Zeynəb, filankəs, filankəs...

Peyğəmbər (s) buyurdu: "Mənim evlərimdən birinin otaqlarından birini də qızım Fatimə və əmim oğlu Əli üçün hazırlayın."

Ümm Sələmə soruşdu: Hansı otağı, ey Allahın elçisi?

Buyurdu: "Öz otağını."

Ümm Sələmə qadınlara göstəriş verdi ki, otağı hazırlayıb, bəzəsinlər.

Ümm Sələmə rəvayət edir ki, Fatimədən soruşdum: Özünə səpməyə ətirin varmı?

Buyurdu: "Bəli."

O, bir şüşə qabda ətir gətirib, bir miqdarını əlimə tökdü. İndiyə qədər duymadığım çox bir gözəl qoxu hiss etdim. Ondan bunun hansı ətir olduğunu soruşdum. Buyurdu: "Dəhyə Kəlbi hər vaxt Allahın rəsulunun (s) yanına gəldikdə, mənə buyurardı: Fatimə, bir nalça (döşəkçə) gətir ki, əmin əyləşsin. Mən də gətirərdim. Hər dəfə ayağa qalxıb gedəndə, əbasının altından bir şeylər yerə dağılardı. Mənə deyərdi ki, onları yığıb (özümə götürüm). (O, bu ətirlər idi.)

Əli(ə) bu haqda Peyğəmbərdən (s) soruşdu. Peyğəmbər (s) buyurdu: "Onlar Cəbrayılın qanadların dan yerə tökülən ənbər ətridir."

Günəş qürub edən zaman Allahın elçisi (s) buyurdu: "Ey Ümm Sələmə! Fatiməni gətir."

Mən onu gətirdim. O, ətəkləri yerlə sürüldüyü halda, Allahın elçisindən (s) utandığı üçün həya təri tökə-tökə gəldi. Onun ayaqları titrəyirdi. Bunu görən Peyğəmbər (s) buyurdu: "Allah-təala dünya və axirətdə sənin ayaqlarını titrəyiş və lərzədən qorusun."

Fatimə (ə) Peyğəmbərin (s) qarşısında dayandığı zaman, həzrət onun üzündəki duvağı götürdü və Əli (ə) onu gördü. Sonra Peyğəmbər (s) Fatimənin əlini Əlinin ovucuna qoydu və buyurdu: "Ey Əli! Allah-təala, Tanrı peyğəmbərinin qızı ilə evliliyini mübarək etsin! Fatimə sənə yaxşı (layiqli) həyat yoldaşıdır. Ey Fatimə! Əli sənə yaxşı (layiqli) ərdir! Evinizə gedin, sizin yanınıza gələnə qədər heç bir şey etməyin."

Əli (ə) deyir: Fatimənin əlini tutdum və onu özümlə evə apardım. Biz bir küncdə əyləşdik. Və hər ikimiz utancaq halda idik və xəcalət çəkirdik. Bir qədər sonra Allahın rəsulu (s) gəldi və buyurdu: " Barada kimsə var?"

Dedim: Buyurun içəri, ey Allahın rəsulu! Bizim görüşümüzə xoş gəlmisiniz.

Peyğəmbər (s) içəri daxil olub, Fatiməni bir tərəfində, Əlini də, o biri tərəfində əyləşdirdi. Sonra buyurdu:"Ey Fatimə! Mənə bir az su gətir."

Ftimə otaqdakı qədəhi su ilə doldurub, atasına verdi... Sudan Fatimənin başına çilədi. Sonra buyurdu: "Üzünü mənə şevir." Fatimə üzünü çevirdikdə, sudan bir miqdar onun sinəsinə çilədi. Və buyurdu: "arxaya dön." Sudan bir miqdar da, çiyinlərinə çilədi. Sonra buyurdu: İlahi! Mən qızımı hər şeydən (məxluqdan) daha çox sevirəm. İlahi! Onu özünə ən yaxşı dost qərar ver və həyat yoldaşını da ona mübarətk et."

Ardınca buyurdu: "Ey Əli! İndi həyat yoldaşınla otağına gir. Allah mübarək etsin. Allah sizə öz rəhmət vəbərəkətini əsirgəməsin. Həqiqətən də, Tanrı həmd-sənaya layiq və izzət-cəlallıdır."1



214. "Əs-Sünənül-kübra": Büreydənin nəql etdiyi, Əli (ə) və Fatimənin (ə) evlənməsi haqqında olan hədisə: ... Zifaf gecəsi (bəy gecəsi) Peyğəmbər (s) buyurdu: "Ey Əli! Szizin yanınıza gələnə qədər məni gözləyin."...

Sonra Peyğəmbər (s) su istədi, o su ilə dəstəmaz aldı. Ardınca ondan Əlinin başına səpdi. Və buyurdu: "İlahi! Bu iki nəfərə bərəkət əta et! Onlra (bu evliliyi) mübarək et. Övladlarını xoşbəxt et."2



215. "Əl-Möcəmül-kəbir": Əsma binti Üməys rəvayət edir: Fatiməni Əli ibn Əbu Talibin evinə aparanda, onun evində (xalça yerinə) otağa döşənmiş çınqıllardan, xurma lifindən doldurulmuş balışdan, bir ədəd su və qida maddələri saxlamaq üçün saxsı qabdan... başqa bir şey tapmadım.

Əsma dedi: Peyğəmbər(s) bir su qabı istədi və ona bir şeylər söyləyib üfürdü. Sonra bu sudan Əlinin üzünə və sinəsinə çəkdi. Sonra Fatiməni çağırdı. Fatimə Peyğəmbərin (s) yanına gəldi. Onun həya və utanncından ayaqları ətəyinə ilişirdi. Peyğəmbər (s) bu sudan Fatimənin üzərinə də, çilədi. Öz ürək sözlərini ona söylədi. Sonra buyurdu: "Mən səni tayfamın (mənim yanımda) ən sevimli şəxsinə ərə verməkdə səhlənkarlıq etmədim." Elə bu zaman həzrət, pərdənin arxasında bir kölgə gördü. Buyurdu: "Kimsən?"

Cavab verdi: "Əsmayam."


  • "Əsma binti Ümeys?"

  • Bəli, ey Allahın eçlisi!

  • "Allah rəsulunun xatirinə, onun qızını ötürməyəmi gəlmisən?"

  • Bəli. ( Gəlin köçən) qızın bəy gecəsi yanında bir qadın olmalıdır ki, onun nəyəsə ehtiyacı olduqda, yardım etsin.

Əsma rəvayət edir ki, Peyğəmbər (s) mənə dua etdi və bu dua mənim yanınma ən yaxşı (axirət) azuqəsidir. Allahın rəsulu (s) sonra Əliyə belə buyurdu: "İndi artıq yəhat yoldaşın sənin ixtiyarındadır."

Ardınca, otaqdan çıxıb, getdi. Onun Əli və Fatiməyə dua etməsi, gözdən itənə qədər eşidilirdi.1

6\9

Aləmlərin xanımının (s) evi və məişət əşyaları


216. İmam Baqir (ə): Peyğəmbər (s) Mədinəyə gəldiyi zaman, bir il, yada ona yaxın bir müddət ərzində Əbu Əyyubun evində qonaq oldu. Əli Fatimə ilə evləndikdə Əliyə buyurdu:"Özünə ev tap."

Əli ev axtarışında idi və Peyğəmbərin qaldığı yerdən azca ralı bir məntəqədə mənzil aldı. Orada Fatimə ilə evləndi. Peyğəmbər (s) Fatimənin yanına gəlib, buyurdu: "Səni özümə daha yaxın bir mənzilə aparmaq istəyirəm."

Fatimə (ə) Allahın rəsuluna (s) dedi: "Belədirsə, Harisə ibn Nomanla danış ki, evini mənə versin (satsın)."

Harisə, o qədər mənə xatir ev dəyişib ki, bunu ondan istəməyə utanıram."

Harisə bu xəbəri eşidib, evini boşaltdı və Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın elçisi! Eşitmişəm ki, Fatiməni özünüzə daha yaxın olan bir məkana gətirmək istəyirsiniz. Mənim mənzillərin bəni-Nəccarın sizə ən yaxın olan evlədir. Mənim canım da, malım da, Allahın rəsuluna fəda olsun! Ey Allahın elçisi! Allaha and olsun ki, məndən aldığınız mal (sizə verdiyim üçün), məndən almadığınız mallardan daha dəyərlidir.

Peyğəmbər (s) buyurdu: "Doğru dnışırsan. Allah sənə bərəkət versin!" Sonra Fatiməni Harisənin verdiyi evə köçürdü.1



217. İmam Əli (ə): Peyğəmbərin qızı bizim evə (gəlin) gəldiyi gün, mənzilimizdə yatmaq üçün yalnız bir qoç dərisi var idi.2

218. İmam Əli (ə): Təkcə mal varlığımız, bir dabbağlanmış qoç dərisindən ibarət idi. Biz onun bir küncündə yatırdıq, digər hissəsində isə Fatimə xamır hazırlayırdı.3

219. İmam Əli (ə): Fatimə ilə evləndiyim zaman, bizim "xalçamız" təkcə qoç dərisindən ibarət idi. Gecələr onun üzərində yataır, gündüzlər isə onun üzərində su çəkən dəvəmizə4 ot-ələf verirdik. Fatimədən başqa (ev işlərinə yardım edən) xidmətçimiz yox idi.5

220. İmam Baqir (ə): Fatimə (ə) Əlinin (ə) evinə aparıldığı gecə, onların yatağı bir ədəd qoç dərisi idi. Yatmaq istədikdə onun yunlu tərəfini çevirərək, onun üzərinə uzanırdılar. Onların balışı isə xurma lifi ilə doldurulmuş dəri balışdan ibarət idi.1

221. İmam Baqir (ə): Əli (ə) Fatimə ilə evləndiyi zaman, mənzilini çınqıl və qumla döşədi. Onların yatağı bir qoç dərisindən ibarət idi. Balışları, xurma lifi ilə doldurulmuş dəri balışdan ibarət idi. Evə bir dirək basdırdılar ki, su tuluğunu ondan assınlar. Və onun üzərini bir libasla örtdülər.2

222. İmam Sadiq (ə): Allahın elçisi (s) Fatiməni(ə) Əlinin(ə) evinə göndərdiyi zaman, o xanımın örtüyü bir çadra, yatağı, bir qoç dərisi, Balışı, xurma lifi ilə doldurulmuş dəri balışdan ibarət idi.3

223. "Fəzailüs-səhabə": İbn Hənbəl, Əkrəmə və Əbu Yəzid Mədənidən rəvayət edir: Fatimə (ə) Əlinin (ə) evinə aparıldığı zaman, oarada bir miqdar qum və çınqıllla örtülmüş bir döşəmə, bir balış, bir ədəd su və qida maddələri saxlamaq üçün saxsı qab və bir ədəd kuzədən başqa bir şey tapmadı.4

224. "Əl-Mənaqib": Vəhəb ibn Vəhəb Qürəşi rəvayət edir: Əlinin evindəki əşyalar bunlardan ibarət idi: Bir miqdar çınqıl və yumuşaq qum səpilmiş döşəmə, bir divardan o birisinə bərkidilmiş, paltar asmaq üçün taxta parçası, bir ədəd qoç dərisi və xurma lifi ilə doldurulmuş dəri balış.1

225. "Sünəni-ibn Macə": Aişə və Ümm Sələmə rəvayət edir: Allahın elçisi (s) bizə göstəriş verdi ki, Fatiməyə cehiz hazırlayıb, onu Əlinin evinə göndərək. Bir otağa girib, döşəməni yumuşaq torpaq və qumla döşədik. Sonra iki balışın içini xurma lifi ilə doldurduq. Onları öz əllərimizlə vurduq ki, bir-birindən ayrılsınlar. Sonra xurma və kişmişdən yemək hazırladıq. Təmiz, saf su gətirdik. Paltar asmaq üçün iki divarın arasına bir taxta parçası bərkiddik. Su tuluğunu asmaq üçün də, otağın bir küncündəki divara taxta parçası vurduq. Amma bununla belə Fatimənin gəlinliyindən (evlənməsindən) gözəl evlilik görmədik.2

226. "Ət-Təbəqatül-kübra": Darəm ibn Əbdür-rəhman ibn Sələbə Hənəfi rəvayət edir: Dayıları ənsardan olan bir kişi mənə belə nəql etdi: Nənəm mənə dedi ki, o da, Fatiməni Əlinin evinə aparan qadınların arasında olub. O deyir: Fatiməni Əlinin evinə apardıqda, onun əynində iiki ovl3 libası var idi. Qolunda iki zəfəranla rənglənmiş gümüş qolbağı var idi. Əlinin evinə çatdıqda orada dabbağlanmamış bir qoç dərisinin döşəməyə sərildiyini gördük. Orada içərisi xurma lifi ilə doldurulmuş dəri balış, bir su tuluğu, bir ələk, bir dəsmal və bir qədəh var idi.4

227. "Əz-Zöhd": İbn Mübarək, Şəbidən rəvayət edir: Fatimənin zifaf gecəsi, Əlinin yatağı bir qoş dərisindən ibarət idi.1

6\10

Həyat hər sahədə müştərəkdir


228. İmam Baqir (ə): Əli (ə) və Fatimə (ə) işləri bölmək üçün Peyğəmbərin (s) yanına getdilər. Allahın elçisi (s) ev işlərinin Fatiməyə, evdən kənardakı işlərin isə Əliyə aid olduğunu bildirdi.

Fatimə dedi: Allahın rəsulunun (s) məni kişilərin əncam verdiyi işlərdən uzaq tutmasına görə, bir olan Tanrı şahiddir ki, mən necə də sevinirəm.2



229. İmam Baqir (ə): Fatimə ev işlərini, yemək-çörək hazırlamaq, otaqları süpürüb, təmizləmək kimi işləri öz öhdəsinə götürüb, Əliyə bu haqda zəmanət verdi. Əli də, evdən kənardakı işləri; odun daşımaq və evə azuqə (qazanıb) gətirmək kimi işləri öz öhdəsinə aldı. 3

230. İmam Sadiq (ə): Əmirəl-möminin (ə) odun və su gətirərdi, (həyət) süpürərdi. Fatimə (ə) də, un hazırlayar, xamır edər və çörək bişirərdi.4

231. İmam Əli (ə): Anam Fatimə binti Əsədə dedim: (Peyğəmbər (s) mənə buyurdu ki;) Sən Fatimə üçün su gətir və evdən kənarda olan işlərlə maraqlan, o da, un hazırlamaq və xəmir yoğurmaq kimi ev işləri ilə məşğul olsun.1

232. "Əl-Müsənnəf": Zümrə ibn Həbib rəvayət edir: Allahın peyğəmbəri (s) belə göstəriş verdi ki; qızı Fatimə (ə) ev işləri ilə, Əli isə çol işləri ilə məşğul olsun.2

233. "Tənbihül-xəvatir": Peyğəmbər (s) Fatimənin evinə gəldi və Fatimənin (ə) Əli ilə (ə) əl dəyirmanında (un hazırladığını) gördü. Buyurdu: Sizin hansınıza kömək edim?"

Əli (ə) dedi: Fatiməyə kömək et, çünki o, yorulub.

Fatimə (ə) ayağa qalxdı və Peyğəmbər (s) Əli (ə) ilə birlikdə əl dəyirmanında un hazırlamağa məşğul oldular.3

6\11

Yaşayışın şirinliyi


"Əl-Mənaqib": Allahın elçisi (s) Əlidən (ə) soruşdu: Həyat yoldaşın necədir? (Bəyənirsənmi?)

Cavab verdi: Allaha itaət etmək yolunda yaxşı köməkçidir.

(Peyğəmbər (ə) eyni sualı Fatimədən (ə) də soruşdu.)

Cavab verdi: Ən yaxşı həyat yoldaşıdır.4



235. İmam Əli (ə): Fatimə (ə) ilə necə davrandığı haqda söylədikdə: Allaha and olsun! Fatimə ilə birlikdə ömür sürdüyümüzdə, heç zaman onu qəzəbləndirmədim və heç bir işə məcbur etmədim. O, da öz növbəsində heç bir zaman məni əsəbləşdirmədi və mənə itaətsizlik etmədi. Hər zaman onun üzünə baxdığımda bütün qəm-qüssəm aradan gedərdi.1

236. İmam Baqir (ə): Qadın üçün Allah yanında, ərinin razılığından ən böyük şəfaətçi yoxdur. Həzrət Fatimə (s) dünyadan getdiyi zaman, Əli (ə) onun başı üzərində dayanıb, dedi: "İlahi! Mən Peyğəmbərin qızından razıyam. İlahi! O tənha qaldı, Sən özün onun həmdəmi ol. İlahi! O, məcbur oldu, Sən özün ona qoşul (yardım et). İlahi! Ona zülm edildi, Sən özün (onunla müxalifləri arasında) hakim ol, Sən həqiqətən də, ən yaxşı mühakimə edənsən."2
6\12

Həyatın çətinlikləri


237. "Şəvahidüt-tənzil": Cabir rəvayət edir: Allahın elçisi (s) Fatiməni (ə) dəvə dərisindən hazırlanmış libasda, əl dəyirmanında un hazırlayarkən gördü. Ona buyurdu: "Ey Fatimə! Axirət (nemətlərinin) şirinliyi xatirinə, dünyanın çətinlikləri qarşısında dözümlü ol."

Elə bu zaman aşağıdakı ayə nazil oldu: "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!1"2



238. İmam Sadiq (ə): Allahın peyğəmbəri (s) Fatimənin (ə) yanına gəldikdə, onu dəvə dərisindən hazırlanmış libasda, uşağına süb verə-verə əl dəyirmanında un üyüdən halda gördü. Onu bu halda görən Peyğəmbərin (s) gözlərindən yaş axdı və buyurdu: "Qızım, dünyanın acısına (çətinliklərinə) dözməklə, axirətin şirinliyini qazanmağa üçün tələs." Ardınca Allah-təala bu ayəni nazil etdi: "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!3"4

239. "Əl-Mənaqib": Cabir ibn Abdullah Ənsari rəvayət edir: Peyğəmbər (s) Fatiməni (ə) dəvə dərisindən hazırlanmış libasda, uşağına süb verə-verə əl dəyirmanında un üyüdən halda gördü. Peyğəmbərin (s) gözlərindən yaş axdı və buyurdu: "Qızım, dünyanın acısına (çətinliklərinə) döz ki, axirətin şirinliyini dadasan."

Fatimə (ə) buyurdu: "Ey Allahın rəsulu! Allahın mənə verdiyi nemətlərə görə ona həmd-səna söyləyir və şükürlər edirəm." Elə bu zaman Allah-təala bu ayəni nazil etdi: "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!1"2



240. "Müsnədi-ibn Hənbəl": Ənəs rəvayət edir: Bir gün Bilal sübh azanını söləməkdə gecikdi. Peyğəmbər (s) ona buyurdu: "Nə üçün gecikmisən?"

Cavab verdi: Fatimənin yanında idim, onun əl dəyirmanda un hazırladığını, uşağının isə ağladığını gördüm. Ona dedim: İstəyirsənsə, mən əl dəyirmanında un hazırlayım, sən də, uşağı sakitləşdir. Ya da ki, mən onu sakit edim, sən isə un hazırla.

O, buyurdu: Mən u.ağı sakitləşdirsəm daha yaxşı olar.

Elə buna görə də azan söyləməyə gecikdim.

Peyğəmbər (s) buyurdu: "Sən ona mərhəmət göstərmisən, Allah da sənə mərhəmət göstərsin!"3

241. "Tənbihül-xəvatir": Peyğəmbər (s) camaatla birlikdə sühb namazının qılıması üçün Bilalın gəlib, azan verməsini gözləyirdilər. Nəhayət Bilal gəldi. Peyğəmbər (s) ona buyurdu: "Nə üçün gecikdin?"

Cavab verdi: Fatimənin yanında idim, onun əl dəyirmanda un hazırladığını, Həsənin isə ağladığını gördüm. Ona dedim: Hansını istəyirsən, mən uşağı sakitləşdirim, yoxsa əl dəyirmanında un hazırlaym?

O, buyurdu: "Mən uşağı səndən daha yaxşı sakitləşdirə bilərəm."

Mən əl dəyirmanını götürüb, un hazırlamaqla məşğul oldum. Elə buna görə də, gecikdim.

Peyğəmbər (s) buyurdu: "Sən ona mərhəmət göstərmisən, Allah da sənə mərhəmət göstərsin!"1

242. "Əd-Dəruül-vaqiyə": Bir hədisdə deyilir: Fatimə (ə) on iki yerdən xurma ağacının yarpaqları ilə tikilmiş, yun və köhnə libasda evdən bayıra çıxdı. Salman onu bu halda gördükdə, əllərini başına qoyub, fəryad etdi: Ey-vah! Qeysər və Kəsra (hərəmxanalarındakı qadınlar) tafta və ipəkdən hazırlanmış paltarlar geyinirlər, amma Məhəmmədin qızı on iki yerdən xurma ağacının yarpaqları ilə tikilmiş, yun və köhnə libasda gəzir!

Fatimə (ə) Allahın elçisinin (s) hüzuruna gəldikdə, dedi: "Ey Allahın rəsulu! Salman mənim geyimimə təccübləndi. Səni peyğəmbərli məqamına layiq görən Allah-təalaya and olsun, beş ildir ki, mən və Əlinin gecələr üzərində yatdığımız və gündüzlər isə üzərinə ot-ələf tökərək dəvəmizi yemlədiyimiz bir qoç dərisindən başqa heç bir malımız yoxdur. Balışımız isə xurma lifləri ilə doldurulmuş dəridən ibarətdir!"

Peyğəmbər (s) buyurdu: "Ey Salman! Bu qızım Fatimə! Ümidvaram, cənnətə ilk sırada daxil olan süvarilərin arasında olacaq."2

6\13

Həzrət Fatimə (s) Peyğəmbərdən (s) qulluqçu istədi


243. İmam Əli (ə): Fatimənin (ə) əlləri, daim əl dəyirmanında ün üyütdüyü üçün suluq bağlamışdı. Bir gün Peyğəmbərə (s) bir əsir (hədiyyə) gətirdilər. Fatimə (ə) Peyğəmbərin (ə) evinə getdi, amma həzrət evdə yox idi. Aişəni görüb, əhvalatı (ev işlərində çətinlik çəkdiyini və xidmətçiyə ehtiyacı olduğunu) ona danışdı. Peyğəmbər (s) evə gəldikdə, Aişə Fatimənin gəldiyini ona xəbər verdi. Sonra Peyğəmbər (s) bizim evə gəldi, biz uzanmışdıq. Mən ayağa qalxmaq istədim, amma Allahın rəsulu (s) buyurdu: "Rahat olun! (Qalxmayın.)"

O, bizim aramızda (üzbəüz) əyləşdi. Belə ki, ayaqlarının soyuqluğunu sinəmdə hiss edirdim. Buyurdu: " Sizə məndən istədiyinizdən daha yaxşı bir şey öyrədimmi? Hər vaxt yatağınıza uzandıqda 34 dəfə "Allahu əkbər.", otuz üç dəfə "Əlhəmdülil-lah" və otuz üç dəfə "Subhanəllah" deyin. Bu sizə xidmətçidən daha xeyirlidir."1



244. "Mən la yəhzərühül-fəqih": Rəvayət olunur ki, Əmirül-möminin (ə) bəni-Səd qəbiləsindən olan bir kişiyə belə buyurdu: "İstəyirsənmi ki, özümlə Fatimə (ə) haqqında sənə söhbət açım? O, mənim evimdə su tuluğu ilə o qədər quyudan su çəkirdi ki, tuluğun ipi sinəsində yara izləri qoymuşdu. O qədər əl dəyirmanında un üyüdürdü ki, əlləri qabar bağlamışdı. O qədər evi silib-süpürürdü ki, paltarı torpaq rəngində idi. O qədər ocağın altlnı "püf"ləmişdi ki, libasları qap-qara olmuşdu. Bütün bunlar onu əldən salırdı."

Ona dedim: Ey kaş atanın yanına gedib, sənə bir xidmətçi verməsini xahiş edəydin və bütün bu əziyyətlərin od-alovundan qurtulardın.

Fatimə Peyğəmbəri görməyə getdi, amma ətrafında bir qrup şəxsin onunla söhbət etdiyini gördükdə, utanaraq geri qayıtdı. Peyğəmbər (s) Fatimənin nə üçün gəldiyini anladı və o günün səhəri bizim yanımıza gəldi...

Mən dedim: Ey Allahın rəsulu, mən sizə deyirəm: Fatimə, su tuluğu ilə o qədər quyudan su çəkir ki, tuluğun ipi sinəsində yara izləri qoyub. O qədər əl dəyirmanında un üyüdür ki, əlləri qabar bağlayıb. O qədər evi silib-süpürür ki, paltarı torpaq rəngində olub. O qədər ocağın altlnı "püf"ləyir ki, libasları qap-qara olub. Elə buna görə də, ona dedim ki; "Ey kaş atanın yanına gedib, sənə bir xidmətçi verməsini xahiş edəydin və bütün bu əziyyətlərin od-alovundan qurtulardın."

Peyğəmbər (s) buyurdu: "Sizə məndən istədiyinizdən daha yaxşı bir şey öyrətməyimmi? Hər vaxt yatağınıza uzandıqda 34 dəfə "Allahu əkbər.", otuz üç dəfə "Əlhəmdülil-lah" və otuz üç dəfə "Subhanəllah" deyin."

Fatimə başını "yorğanın" altından çıxarıb, belə sölədi: "Mən Allahın və peyğəmbərinin razılığına razıyam, mən Allahın və peyğəmbərinin razılığına razıyam."1



245. "Müsnədi-ibn Hənbəl": Həmmad rəvayət edir: Əta ibn Saib atasının vasitəsilə Əlinin (ə) belə söylədiyini nəql edir: Allahın elçisi, Fatiməni (ə) Əli (ə) ilə evləndirdi. Ona bir məxməl çadra, xurma lifi ilə doldurulmuş bir dəri balış, iki əl dəyirmanı, bir su tuluğu və iki ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab verdi.

Bir gün Əli (ə) Fatiməyə (ə) buyurdu: "Allaha and olsun, quyudan su çəkməkdən sinələrim ağrıyır." Ardınca buyurdu: Allah-təala atana bir neçə əsir qismət edib. Get ondan xidmətçi istə."

Fatimə dedi: "Allaha and olsun, mən də əl dəyirmanında ün hazırlamaqdan əllərin qabar-qabar olub."

O, Peyğəmbərin (s) yanına getdi. Allahın rəsulu (s) buyurdu: "Nə üçün gəlmisən, qizim?"

Fatimə dedi: "Sizinlə salamlaşmağa (hal-əhval sormağa) gəldim."

O, utandığı üçün istəyini soruşmadan, geri qayıtdı. Əli (ə) soruşdu: "Nə etdin?"

Fatimə cavab verdi: "Utandığım üçün söyləyəmədim." Sonra hər ikimiz Peyğəmbərin (s) hüzuruna getdik. Əli (ə) dedi: "Ey Allahın rəsulu! Allaha and olsun ki, quyudan su çəkməkdən sinələrim ağrıyır."

Ftimə dedi: "Mən də əl dəyirmanında ün hazırlamaqdan əllərin qabar-qabar olub. Allah-təala sizə əsirlər və nemət bəxş edib. Bizə bir qulluqçu verin."

Allahın elçisi (s) buyurdu: Allaha and olsun! Nə qədər ki, Süffə əhlinin1 qarınları acdır və mən onların ehtiyaclarını ödəyə bilmirəm, sizə qulluqçu verə bilmərəm. Əsirləri satacam və pullarını bu fəqir insanlara xərcləyəcəyəm."

Əli (ə) və Fatimə (ə) evlərinə geri döndülər. Sonra Peyğəmbər (s) onların yanına getdi... Buyurdu: "Sizə məndən istədiyinizdən daha yaxşı bir şey öyrədimmi?"

Cavab verdilər: Buyurun.

Peyğəmbər (s) buyurdu: "Bu kəlimələri Cəbrayıl mənə öyrədib." Sonra belə söylədi: "Hər namazdan sonra on dəfə "Subhanəllah", on dəfə "Əlhəmdülil-lah" və on dəfə də, "Allahu əkbər" söyləyin. "Hər vaxt yatağınıza uzandıqda 34 dəfə "Allahu əkbər", otuz üç dəfə "Əlhəmdülil-lah" və otuz üç dəfə "Subhanəllah" deyin."

Əli (ə) buyurur: "Allaha and olsun ki, Tanrı elçisinin (s) bu zikirləri mənə öyrətdiyi gündən etibarən, onları tərk etmədim."

İbn Kua Əliyə (ə) dedi: Hətta Səffeyn gecəsi belə?

Buyurdu: "... Hətta Səffeyn gecəsi də."2
6\14

Boyunbağı əhvalatı


246. İmam Əli (ə): Allahın elçisi (s) qızı Fatimənin (ə) yanına gəldi. Boynunda bir boyunbağı gördü. Üzünü (etiraz əlaməti olaraq) çevirdi. Fatimə (s) (atasının narazı olduğunu görüb,) boyunbağını boynundan açıb, bir kənara tulladı. Allahın rəsulu (s) ona buyurdu: "Ey Fatimə! Sən məndənsən!"1

Sonra bir dilənçi gəldi və Fatimə (ə) boyunbağını ona verdi. Allahın elçisi (s) buyurdu: "Allahın və mənim qəzəbim, mənim qanımı (ailəmin qanını) tökən və ailəmi incitməklə məni incidən şəxsə qarşı amansız olacaq."2



247. İmam Zeynüz-abidin (ə): Əsma binti Ümeys mənə belə rəvayət etdi: Fatimənin (ə) yanında idim, Allahın rəsulu (s) oraya gəldi. Faimənin (ə) boynunda Əli ibn Əbu Talibin qənimət payından əldə etdiyi qızıl boyunbağı var idi. Allahın elçisi (s) ona buyurdu: "Ftimə! Camaat, Məhəmmədin qızı Fatimə şahanə geyinir (bəzənir) deyə, rişxənd etməzmi?"

Fatimə (ə) boyunbağını çıxardı, onu sataraq puluna bir qul alıb, azad etdi. Peyğəmbər (s) onun bu əməlinə görə çox sevindi.3



248. "Sünəni-Əbi Davud": Peyğəmbərin (s) azad etdiyi qulu Suman rəvayət edir: Allahın rəsulu (s) hər səfərə çıxmaq istədikdə, ailə üzvlərindən ən son Fatimə (ə) ilə görüşərdi. Amma hər səfərdən qayıtdıqda ilk göröşünə getdiyi şəxs, Fatimə (ə) idi. Bir gün döyüşlərin birindən qayıtdıqda, Fatimənin evinin qapısına palaz və ya pərdə asdığını və Həsən ilə Hüseynin əllərinə isə gümüş qolbaqlar bağladığını gördü. Peyğəmbər (s) elə buna görə də, evə daxil olmadı. Fatimə (s) Peyğəmbərin (s) gördüyü şeylərdən narahat olduğunu düşünüb, pərdəni qapıdan açdı, qolbaqları hər iki uşağın əllərindən çıxardı və onları sındırdı.

Həsən və Hüseyn ağlaya-ağlaya Peyğəmbərin (s) yanına gəldilər. Peyğəmbər (s) (sınmış) qolbaqları onlardan alıb, buyurdu: " Ey Suban! Bunları Mədinədəki filan ailəyə apar. Bunlar isə mənim Əhli-beytimdir. Mən onların dünya ləzzətlərindən bəhrələnməsini istəmirəm. Ey Suban! Fatimə üçün bir "əsəb"1 boyunbağısı al və ili ac2 qolbağı."3





Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə