ayrılan səkkiz saatı keçirirəm. İndi başa düşürəm ki, əgər yaponlar Perl-Harbora
hücum etməsəydilər, bütün ömrüm boyu yarıəlil qalacaqdım. Vaxtımı çarpayıda
keçirmək mənə xoş idi. Mənə daima qulluq edirdilər və indi mənə aydındır ki,
günbəgün, özümdən asılı olmadan yaşamaq iradəmi, sağalmağım üçün mübarizə
aparmaq qabiliyyətimi itirirdim.
Perl-Harbor üzərinə hücum Amerikanın tarixində ən böyük faciələrdən biri
idi. Lakin şəxsən mənim üçün o ən əlamətdar hadisələrdən biri oldu. Bu dəhşətli
böhran mənə qüvvə verdi. Mənim diqqətim öz əzablarımdan yayındırıldı və
başqa adamların üzərində cəmləşdirildi. Bu, mənim həyatıma dərin və
əhəmiyyətli məna verdi. Mənim bundan sonra özüm haqda fikirləşməyə və öz
qayğımı çəkməyə vaxtım olmadı”.
Kömək dalınca psixiatrın yanına cuman adamların üçdə ikisi Marqaret
Yeysin nümunəsini təkrar etmiş olsaydılar, ola bilsin, özləri özlərini sağalda
bilərdilər. Onlar sağalardılar, əgər diqqətlərini başqalarına kömək etmək
üzərində cəmləsəydilər. Mənim ideyamdır? Bu, Karl Yunqun
81
dediyidir
təqribən. Bunu ondan yaxşı kim bilər axı? O deyib: “Mənim pasientlərimin ən azı
üçdəbiri kliniki diaqnoz qoyulan nevrozdan yox, həyatın mənasızlığından və
boşluğundan əziyyət çəkir”. Başqa sözlə deyilərsə, onlar istəyirlər ki, həyatda
kimsə onları özü ilə aparsın, amma həyat onların yanından ötüb-keçir. Və onlar
psixiatrın yanına tələsib, özlərinin məhdud, mənasız və boş həyatlarından
şikayətlənirlər. Gəmi onlarsız çıxıb gedir, onlar limanda qalıb, özlərindən başqa
hamını mühakimə edir və bütün dünyanın öz eqoistik istəklərinə “baş üstə”
deməsini tələb edirlər.
Bəlkə də indi siz özünüzə deyirsiniz: “Hə də, əlbəttə, bu hekayətlər məndə
dərin təəssürat yaratmadı. Əgər mən Perl-Harborda olsaydım, onda
məmnuniyyətlə Marqaret Yeyts kimi hərəkət edərdim. Lakin məndə hər şey
başqa cürdür: mənim həyatım ən adi və birxətlidir. Mən hər gün səkkiz saat
ərzində darıxdırıcı işlə məşğul oluram. Həyatımda dramatik heç nə baş vermir.
Axı mən başqalarına kömək etməyə necə aludə ola bilərəm? Bu, mənə nə
verərdi?”
Sual tamamilə ədalətlidir. Ona cavab verməyə çalışıram. Bəli, sizin həyatınız
birxətlidir, lakin siz hər gün, yəqin ki, hansısa adamlarla rastlaşırsınız. Bəs siz
onlar üçün nəsə edirsiniz? Siz, sadəcə olaraq, onların yanından keçib gedirsiniz,
yoxsa onları nəyin həyəcanlandırdığını öyrənməyə çalışırsınız? Məsələn, siz hər
gün poçtalyonla qarşılaşırsınız. O, hər il yüzlərlə mil məsafə qət edir ki, sizə poçtu
çatdırsın. Heç olmasa bir dəfə onun harada yaşadığı ilə maraqlanmısınız, onun
həyat yoldaşının və uşaqlarının fotoşəklinə baxmaq arzunuzu ifadə etmisiniz? Öz
işindən yorulub-yorulmadığını, bu işin onu bezdirib-bezdirmədiyini ondan
soruşmusunuz?
Hər gün baqqal dükanında cavan satıcını, qəzet satıcısını və tində oturub
çəkmələrinizi parıldadan ayaqqabı təmizləyən oğlanı görürsünüz. Axı onlar da
insandır və hər birinin öz problemləri, arzuları və can atdıqları nə isə var. Onlar
da bunları kiminləsə bölüşmək istəyərdilər. Məgər siz onlara nə vaxtsa belə bir
imkan verirsiniz? Məgər siz nə vaxtsa onların şəxsiyyətinə və həyatlarına canlı,
səmimi maraq göstərirsiniz? Mən məhz elə bunu nəzərdə tuturam. Axı dünyanı –
sizin şəxsi dünyanızı yaxşılaşdırmaq üçün qətiyyən vacib deyil ki, Florens
downloaded from KitabYurdu.org
Naytingeyl və ya sosial islahatçı olasan; siz bunu sabah səhər hər gün ünsiyyətdə
olduğunuz adamlardan başlaya bilərsiniz!
Bu, sizə nə gətirəcək? Böyük xoşbəxtlik! Böyük məmnunluq, özünüzlə fəxr
edə biləcəksiniz! Aristotel bu cür davranışı “tərəqqipərvər eqoizm”
adlandırmışdı. Zərdüşt demişdi: “Başqalarına xeyirxahlıq etmək – bu, vəzifə
deyil. Bu – sevincdir, zira bu, sağlamlığı yaxşılaşdırır və xoşbəxtliyi çoxaldır”.
Bencamin Franklin isə bunun xülasəsini çox sadə vermişdi. “Siz başqaları üçün
xeyirxah iş görəndə, – demişdi o, – ilk növbədə özünüzə xeyirxahlıq etmiş
olursunuz”.
“Psixologiyanın, mənim rəyimə görə, heç bir müasir kəşfi yoxdur ki, – Nyu-
Yorkda Psixoloji Xidmət Mərkəzinin direktoru Henri S.Link yazır, – bu kəşf
insanın özünü realizə etməsi və xoşbəxt olması üçün özünüifadənin və intizamın
zəruriliyinin elmi cəhətdən sübut olunması qədər vacib əhəmiyyət kəsb etmiş
olsun”.
Başqaları barədə qayğı təkcə sizin diqqətinizi özünüzlə bağlı narahatlıqdan
yayındırmayacaq, o həm də sizə çoxlu dost qazanmağa və həyatdan bolluca zövq
almağa kömək edəcək. Nə cür? Bu sualla mən bir dəfə Yel Universitetinin
professoru Uilyam Layon Felpsə müraciət elədim. Onun mənə cavabı belə oldu:
“Mən hotelə, bərbərxanaya və ya mağazaya gələndə qarşılaşdığım hər bir
kəsə mütləq nə isə xoş bir söz deyirəm. Mən hər bir kəsə onu şəxsiyyət kimi
səciyyələndirən nə isə deməyə çalışıram ki, o özünü, sadəcə olaraq, maşının bir
vintciyi kimi hiss etməsin. Elə olur ki, bəzən mağazada mənə xidmət göstərən
satıcı qıza kompliment deyirəm. Onun gözəl gözləri və ya saçları ilə bağlı
heyranlığımı ifadə edirəm. Bərbərdən bütün günü ayaq üstə dayanmağın onu
yorub-yormadığını soruşuram. Bundan başqa, onun bu peşəyə necə
yiyələndiyini, neçə il işlədiyini və bu vaxt ərzində nə qədər saç düzəldə bildiyini
soruşuram. Bunu hesablamaqda ona kömək edirəm. Nəzərimə çarpıb ki, özünə
münasibətdə göstərilən maraq insanı xoşbəxtlikdən işıldamağa məcbur edir.
Sakvoyajımı gətirən yükdaşıyanın əlini sıxıram. Bu, onda bütün gün üçün yaxşı
əhvali-ruhiyyə və qıvraqlıq yaradır. Bir dəfə həddən artıq isti yay günündə
dəmiryol ekspressinin vaqon-restoranında səhər yeməyinə getdim. Adamlarla
dolu olan vaqon sanki qızdırılmış soba idi, sərnişinlərə xidmət isə çox ləng
həyata keçirilirdi. Ofisiant, nəhayət, menyunu mənə təqdim edəndə ona dedim:
“İstidən odlanan mətbəxdə işləyən aşpazlara bu gün çox ağırdır”. Ofisiant əvvəl
söyməyə başladı. O, incik tonla danışırdı. Əvvəl mənə belə gəldi ki, o hirslənir.
“Xeyirxah, hər şeyə qadir olan İlahi, – dedi o. – Adamlar bura gəlir və daima da
yeməklərdən şikayət edirlər. Onlar ləng xidmət göstərilməsindən narazıdırlar və
isti və qiymətlərdən gileylənirlər. Mən isə on doqquz ildir bu şikayətləri
dinləyirəm. Siz qızmar plitənin qabağında işləyən aşpazların halına acıdığını
ifadə edən birinci və yeganə adamsınız. Tanrıya dua edirəm ki, sizin kimi
sərnişinlər bura çox gəlsin”.
Ofisiant ona görə heyrətlənmişdi ki, mən zənci-aşpazlara insan kimi
yanaşmışdım. Mən onlara dəmir yolunun mürəkkəb mexanizmindəki vintciklər
kimi yox, canlı insan kimi baxırdım”.
“İnsanlar, – deyə professor Felps davam edirdi, – özlərinə qarşı azacıq da
olsa insani münasibətlərə möhtacdırlar. Mən küçə ilə gedəndə və gözəl it
downloaded from KitabYurdu.org