təhqir olunacaq, ləyaqətlərindən məhrum ediləcək, Tanrının və insanın rüsvay
edilməsinin qurbanına çevriləcəkdir”.
Demək olar ki, bu, Hitlerin ifşa olunması kimi səslənir, elə deyilmi? Lakin bu,
tamamilə başqa bir adam haqqında deyilib. Bu, Tomas Ceffersonun ifşa olunması
idi. Hansı Tomas Ceffersonun? Yəni, doğrudanmı, “Müstəqillik Deklarasiyası”nın
müəllifi, demokratiyanın müqəddəs hamisi ölməz Tomas Ceffersonun? Bəli,
təsəvvür edin ki, məhz o idi bu cür hücumlara məruz qalan adam.
Necə fikirləşirsiniz, bu amerikalı kim idi ki, onu “riyakar”, “fırıldaqçı”, “qatil”
adlandırırdılar? Bir qəzetdə onun gilyotində şəkli təsvir olunmuş karikaturasını
vermişdilər, böyük bıçaq artıq onun başının üstünü almışdı. Kütlə ona gülürdü, o,
küçələrdə atın belində gəzəndə adamlar arxasınca onu fitə basırdılar. Kim idi bu?
Corc Vaşinqton.
Axı bütün bunlar çox illər bundan əvvəl olub. İnsan təbiəti o vaxtdan heç
olmasa cüzi də olsa kamilləşməyib? Gəlin qarşımızdakı admiral Pirinin 1909-cu il
aprelin 6-da Şimal qütbündə apardığı tədqiqatı nümunə göstərək. O, bu səyahəti
itlərin qoşulduğu kirşədə həyata keçirmişdi. Bu qəhrəmanlıq haqda xəbəri bütün
dünya heyranlıqla qarşıladı. Bu möhtəşəm məqsədə çatmaq üçün əsrlər ərzində
bir çox cəsur insan əzab-əziyyətə qatlaşır və həlak olurdu. Piri özü az qala
soyuqdan və aclıqdan öləcəkdi. Onun ayaqlarında səkkiz barmağını don elə
vurmuşdu ki, onları amputasiya etmək lazım gəldi. Onun üzərinə o qədər dərd-
bəla töküldü ki, admiral Piri dəli olacağından qorxurdu. Lakin yüksək vəzifəli
dəniz məmurları paxıllıqdan od tutub yanırdılar, çünki Piri bütün dünya
tərəfindən tanınmış və yüksək qiymət almışdı. Onlar Pirini bunda ittiham etdilər
ki, o, elmi ekspedisiyaların keçirilməsi üçün pul toplamışdı, özü isə “Arktikada
kef çəkir və əylənirdi”. Onlar, çox güman, elə bu cür fikirləşirdilər, axı istəsən,
özünü istənilən hər şeyə inandıra bilərsən. Onların Pirini alçaltmaq və onun
fəaliyyətinə mane olmaq istəyi o qədər güclü idi ki, yalnız prezident Mak-Kinlinin
birbaşa əmri ona Arktikada öz fəaliyyətini davam etdirməyə imkan verdi.
Əgər Piri Vaşinqtonda Hərbi Dəniz Qüvvələri Nazirliyinin hansısa bir
idarəsində hansısa bir kargüzarlıq işi ilə məşğul olsaydı, o, təhqirlərə məruz
qalardımı? Xeyr. Onun fəaliyyəti o qədər vacib olmazdı ki, paxıllıq doğursun.
General Qrantla admiral Piridən də qəddarcasına rəftar etmişdilər. 1862-ci
ildə o, Şimala birinci dəfə üstün gələndə ilk böyük qəti qələbə çalmışdı. Bu, bir
günün ərzində qazanılan, Qrantı dərhal milli qəhrəman edən qələbə hətta uzaq
Avropada da çox böyük rezonans yaratdı və Mendən Missisipi sahillərinə qədər
hər yerdə onun şərəfinə kilsə zəngləri çalındı, nəhəng tonqallar yandırıldı.
Bununla belə, bu görkəmli qələbənin üstündən heç altı həftə də keçmədi ki, Qrant
– Şimalın qəhrəmanı – həbs olundu və öz ordusuna komandanlıqdan kə-
narlaşdırıldı. O, alçaldıldığından və əlacsızlıqdan ağlayırdı.
General U.S.Qrant öz şöhrətinin zenitində nə üçün həbs olunmuşdu? Birinci
növbədə ona görə ki o, öz təkəbbürlü rəislərində şübhə və paxıllıq doğurmuşdu.
Əgər siz ədalətsiz tənqidə görə narahat olmağa meyillisinizsə, birinci
qaydanı yerinə yetirin:
Yadda saxlayın ki, ədalətsiz tənqid çox vaxt üstüörtülü komplimentdir.
Unutmayın ki, heç kim heç vaxt ölmüş iti vurmur.
İyirminci fəsil
downloaded from KitabYurdu.org
Bu cür hərəkət etsəniz,
tənqid sizi dilxor etməyəcək
Bir dəfə mən ləqəbi “Qoca Hərşeyigörən Göz” olan general-mayor Smedli
Batlerlə söhbət edirdim. Onu həm də “cəhənnəm iblisi Batler” adlandırırdılar. Siz
onu xatırlayırsınızmı? O, Birləşmiş Ştatların dəniz piyadalarına nə vaxtsa
komandanlıq etmiş ən dözümlü və arsız general olub.
O, mənə danışmışdı ki, cavanlığında populyar olmağı coşqunluqla arzulayıb.
O, hamıda özü haqqında xoş təəssürat yaramaq istəyirdi. Həmin günlərdə hətta
ən adi tənqid də onu dərindən əzab-iztirab çəkməyə məcbur edirdi. Lakin o etiraf
etdi ki, dəniz piyadaları qoşunlarında otuzillik xidmət onu daha “gönüqalın”
elədi. “Məni istədikləri kimi təhqir və tənqid edirdilər, – Batler xatırlayırdı. –
Məni quyruqbulayan, ilan və zibil adlandırırdılar. Məni təhqir edənlər öz işini
bilən mütəxəssislər idi. Məni ingilis dilində mövcud olan, çap edilməsi məsləhət
olmayan söyüşlərin ağlabatan hər cür birləşmələri ilə adlandırırdılar. Elə
bilirsiniz ki, buna diqqət verirdim? Heç də yox! Kiminsə məni söydüyünü
eşidəndə bunu kimin dediyini görmək üçün heç başımı da qaldırmırdım”.
Batler – “Qoca Hərşeyigörən Göz” tənqidə münasibətdə bəlkə də həddən
artıq biganə olmuşdu, lakin bir şey aydındır: bizim əksəriyyətimiz əhəmiyyətsiz
inciklikləri və təhqirləri ürəyimizə çox salırıq. Nyu-Yorkun “San” qəzetinin
müxbirinin çox illər bundan əvvəl mənim yaşlılar üçün açıq kurslarıma gəldiyini
xatırlayıram. O, mənim barəmdə və mənim işim haqqında həcv yazdı. Hiddətdən
özümdən çıxmadımmı? Bunu şəxsi təhqir kimi qəbul etdim. “San” qəzetinin icraçı
komitəsinin sədri Cil Hocesə zəng elədim və faktiki olaraq tələb etdim ki, o,
sarsaq həcv əvəzinə fəaliyyətimlə bağlı əsl faktların əks olunduğu məqalə dərc
etdirsin. Mən tam qətiyyətli idim ki, cəza cinayətə müvafiq olsun.
Özümü bu cür apardığıma görə indi xəcalət çəkirəm. İndi başa düşürəm ki,
həmin qəzeti alan adamların yarısı məqaləni oxumaq üçün heç özlərinə əziyyət
də verməyib. Oxuyanlardan yarısı isə ona dişsiz zarafat kimi gülüb. Bu məqalə ilə
bağlı bədxahlıqla sevinənlərin yarısı da bir neçə həftədən sonra onu tamamilə
unudub.
İndi başa düşürəm ki, adamlar nə sizin, nə də mənim haqqımda fikirləşmirlər
və bizimlə sizin haqda kimin nə dediyi onları maraqlandırmır. Onlar yalnız özləri
ilə məşğuldurlar, onlar səhər yeməyindən əvvəl, səhər yeməyindən sonra və
gecəyarıdan on dəqiqə keçmişə qədər bütün vaxt ərzində yalnız özləri haqda
fikirləşirlər. Özlərinin azacıq baş ağrısı onları sizin və ya mənim ölümüm barədə
xəbərdən min dəfələrlə çox narahat edir.
Hətta bəlli olsa ki, ən yaxın altı dostunuzdan biri sizə böhtan atıb, məsxərəyə
qoyub, kürəyinizə xəncər sancıb – yenə də özünüzə yazığınız gəlməsin. İsa
Məsihin başına məhz elə bunun gəldiyini xatırlamağınız daha yaxşı olardı. Onun
ən yaxın on iki dostundan biri Məsihi indiki hesabla on iki dollara bərabər olan
rüşvətin müqabilində satmışdı. Ən yaxın on iki dostundan bir başqası Məsihdən
bəlaya düşən məqamda üz döndərmiş və üç dəfə bəyan etmişdi ki, onunla tanış
olmayıb. On iki dostdan ikisi – altıda biri! Məsihin başına bax belə bir iş gəlmişdi.
Bəs siz və mən bundan yaxşı nəticə niyə gözləməliyik?
downloaded from KitabYurdu.org