b. Yadda saxlayın ki, xoşbəxtlik tapmağın yeganə üsulu – minnətdarlıq
gözləməmək, mərhəmətli işləri bundan aldığınız sevinc naminə etməkdir.
c. Unutmayın, minnətdarlıq – insan xarakterinin tərbiyənin nəticəsi olan
cəhətidir; buna görə də, əgər övladlarınızın qədirbilən olmaqlarını istəyirsinizsə,
bunu onlara öyrədin.
Qayda 4: Öz uğurlarınızın hesabını aparın, uğursuzluqlarınızın yox!
Qayda 5: Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz qalın, axı
“paxıllıq – cahillikdirsə, təqlidetmə – özünəqəsddir”.
Qayda 6: Tale sizə limon qismət edəndə ondan limonad düzəltməyə çalışın.
Qayda 7: Başqalarına azacıq da olsa xoşbəxtlik gətirməyə çalışmaqla öz
uğursuzluqlarınızı yadınızdan çıxarın. “Başqalarına mərhəmət etməklə ilk
növbədə özünüzə kömək edirsiniz”.
75 R.Emerson. Esse. H.Toro “Uolden və ya meşədə həyat”. M., 1986, səh. 160-
161
76 La joie de vivre (fr.) – həyatın sevinci
77 Skuns – qəhvəyi və ya qara rəngli qiymətli xəzi olan kiçik heyvan
78 “Kral Lir”, d. 1, səh. 4, B.Pasternakın tərcüməsi
79 Kompilyasiya – müstəqil tədqiqat aparılmadan başqalarının əsərlərindən
istifadə etmək yolu ilə düzülüb-qoşulan iş
80 R.Emerson. Esse. H.Toro. “Uoldeya və ya meşədə həyat”. M., 1986, səh.
133
81 Yunq Karl Qustav (1875–1961) – isveçrəli psixoloq və psixiatr
82 V.Şekspir. “Makbet”, hər. V, səh. 5, tərc. Y.Koorneyevin
V Hissə
TƏNQİDƏ GÖRƏ NARAHATLIQDAN ÖZÜNÜ NECƏ QORUMALI
On doqquzuncu fəsil
Yadda saxlayın ki, heç kim heç vaxt ölmüş iti vurmur
1929-cu ildə Amerikada təhsil sahəsinin xadimləri arasında görünməmiş
sensasiya doğuran bir hadisə baş verdi. Alimlər bütün ölkədən Çikaqoya
cumdular ki, bu hadisənin şahidi olsunlar. Bundan bir neçə il əvvəl cavan oğlan
(onun adı Robert Hatçins idi) ofisiant, meşəçi, repititor, zivə ipləri satıcısı işləyə-
işləyə özünə Yel Universitetinə yol açmışdı. İndi, onun universitetdə fəaliyyətinin
başlanğıcından cəmi səkkiz il keçməmiş o, Amerikanın əhəmiyyətinə görə
dördüncü universitetinin – Çikaqo Universitetinin rektoru vəzifəsinə keçirdi.
Onun neçə yaşı var? Otuz. Ağlasığmazdır! Yaşlı professorlar başlarını
bulayırdılar. Elm dünyasında yeni “vunderkind” ətrafında ehtiraslar təlatümə
gəldi. Onu hər tərəfdən tənqid edirdilər. Ona mümkün olan hər şeyi irad
downloaded from KitabYurdu.org
tuturdular – o çox cavandır, təcrübəsizdir, onun təhsillə bağlı ideyaları sarsaqdır.
Onun üzərinə hücumlarda hətta qəzetlər də iştirak etdilər.
Hatçinsin universitetin rektoru vəzifəsinə keçdiyi gün onun dostu, Robert
Meynard Hatçins-ataya dedi: “Bugünkü qəzetin baş məqaləsində oğlunuza qarşı
həmlələri oxuyanda sarsılmışdım”.
“Hə, – deyə ata Hatçins cavab verdi, – belə başa düşmək olar ki, bu,
qəddarlıqdır, lakin yadda saxlayın, heç kim heç vaxt ölmüş iti vurmur”.
Həqiqətən də, insan nə qədər əhəmiyyətlidirsə, onu təhqir edən adamlar bir
o qədər çox həzz alırlar. Uels şahzadəsi, sonralar kral VIII Eduard (bunun ardınca
isə Vindzor hersoqu) qeyri-ixtiyari olaraq bunu öz təcrübəsində sınamışdı. Bir
vaxtlar o, Devonşirdə Dartmut Kollecində oxuyurdu. Bu kollec Annapolisdəki
Hərbi Dəniz Akademiyasına müvafiqdir. Şahzadənin on dördə yaxın yaşı var idi.
Necə oldusa, dəniz zabitlərindən biri onu ağlayan gördü və nə baş verdiyini
soruşdu. Əvvəl oğlan heç nə demək istəmirdi, amma tezliklə etiraf elədi. Bəlli
oldu ki, qardemarinlər
83
onu döyüblərmiş. Kollecin kommodoru onları yanına
çağırtdırdı və ilk növbədə izah etdi ki, şahzadə şikayət etməyib, amma onların ələ
salınmaq üçün obyekt qismində niyə məhz şahzadəni seçdiklərini özü üçün ayırd
etmək istədiyini bildirdi.
Qardemarinlər bir müddət əzilib-büzülür, dilləri topuq vurur və
anlaşılmayan nə isə donquldayırdılar. Amma əvvəl-axır etiraf etdilər. Onlar
gələcəkdə kral donanmasında komandan və kapitan olanda cavanlıqlarında kralı
əzişdirdiklərini danışacaqlarını təsəvvür edirdilər.
Beləliklə, üzərinizə hücumlar edəndə və ya ədalətsiz tənqid edəndə, yadda
saxlayın, bu, çox vaxt ona görə edilir ki, sizi təhqir edənə özünün əhəmiyyət kəsb
etdiyini duymaq imkanı verir. Çox vaxt bu, ona dəlalət edir ki, siz nəyəsə nail
olmusunuz və diqqət qazanmısınız. Bir çox adamlar özündən daha təhsilli və
daha çox uğur qazanmış insanları təhqir etməklə qəddar məmnunluq hissi
keçirirlər. Məsələn, bu fəsli yazanda mən bir qadından “Nicat Ordusu”nun əsasını
qoymuş general Uilyam Butu ifşa edən məktub aldım. Radioda verilişdə general
Butu tərif edən çıxış etmişdim. Bəs həmin qadın mənə nə yazmışdı? O, general
Butu yoxsullara yardım etmək məqsədilə yığdığı səkkiz milyon dolları oğurla-
maqda ittiham edirdi. Bu ittiham, əlbəttə, cəfəng idi. Amma həmin qadın həqiqətə
can atmırdı. O, özündən xeyli yüksəkdə olan adama böhtan atmaqdan kin-
küdurətli ləzzət alırdı. Mən onun böhtan dolu məktubunu zibil zənbilinə atdım və
qüdrətli Tanrıya təşəkkür etdim ki, o, mənim həyat yoldaşım deyil. Mən onun
məktubundan general But haqqında heç nə öyrənmədim, amma onun özü barədə
çox şey bildim. Şopenqauer çox illər bundan əvvəl demişdi: “Alçaq qəlbli insanlar
dahi adamların hərəkətində çatışmazlıq və ehtiyatsızlıq tapanda çox böyük
məmnunluq duyurlar”.
Yel Universitetinin keçmiş rektorunu, çətin ki, alçaq qəlbli adam hesab etmək
mümkün olsun. Lakin Timoti Duayt ABŞ prezidenti postuna namizəd olan
adamın üzərinə həmlələrlə çıxış edərək ləzzət alırdı. Yel Universitetinin rektoru
xəbərdarlıq edirdi ki, əgər bu adamı prezident seçərlərsə, “biz həyat
yoldaşlarımızın və qızlarımızın qanuniləşdirilmiş fahişəliyin qurbanı olacaqlarını
görəcəyik. Onlar soyuqqanlılıqla namussuz ediləcək, qəlbləri niyyətli olaraq
downloaded from KitabYurdu.org