Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə65/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   61   62   63   64   65   66   67   68   ...   175

2 1 9

edilən mala, vəhşi təşəxxüsün əsasına çevrilmiş, öyünməyə və başqasına həqarət etməyə səbəb olmuşdu;

cəngavərlər bir-birinin qarşısında zirehləri və bayraqları ilə öyündükləri kimi, abbatlar da rəngarəng

kitablarla lovğalanırdılar. Üstəlik, monastırlarımız elmdə üstünlüyü itirdikcə, abbatlar özlərini daha çox

tərifləyirdilər (nə qəribə!). Amma kafedral məktəblərdə, şəhərlərdəki elmi cəmiyyətlərdə və

universitetlərdə kitabların üzünü monastırlarda olduğundan, daha çox və daha sürətlə köçürür, eyni

zamanda, yeni kitablar da yazırdılar - bəlkə də bir çox fəlakətin səbəbi elə bu idi...

Bizim olduğumuz monastır bəlkə də elmi möhtəşəmliyin son istinadgahı idi. Kitabların istehsalı və

yenidən yazılmasının qədim ənənəsi yalnız burada hələ yaşayırdı. Lakin bəlkə də bu səbəbdən rahiblər

artıq öz həyatlarını müqəddəs üz köçürmək işinə daha həsr etmək istəmirdilər; onlar özləri yenilik

yaratmaq, xalis olanı təkmilləşdirmək istəyirdilər; yeniliyin həsrətini çəkirdilər. Və yenilik dalınca

qaçmaqla - o an bunu yalnız hiss edə bilirdim, indi isə illər boyunca qazandığım bilik və təcrübə sayəsində

daha açıq şəkildə ifadə edə bilirəm - bu möhtəşəmliyin iflasına yol açdıqlarının fərqinə varmırdılar. Zira

bu insanların əldə etmək istədikləri yeni biliklər monastırın divarlarından kənara çıxardısa, bu müqəddəs

məkanı kafedral məktəbdən, yaxud şəhər universitetindən nə ilə ayırd etmək olardı? Bu biliklər məxfi

saxlanılmaqla, əksinə, onu qoruyanların qüdrət və  şöhrətinin möhkəmlənməsinə səbəb olar, ədəbsiz

müzakirələrlə ləkələnməzdi. Hər ali sirri, hər məxfi biliyi amansız “hə və yox”a təslim etməyə hazır olan

və heç bir müqəddəslik tanımayan sırtıqlar onu ələ keçirməzdi. “Kitabxananın üstünə çökmüş qaranlıq və

səssizliyin səbəbi budur”, öz-özümə dedim; bura biliklər məskənidir, lakin bu bilikləri yalnız qadağalar

bahasına təhlükələrdən qorumaq olar. Bu biliklərə heç kim toxunmamalıdır - hətta rahiblər özləri də. Bilik

- ən qanunsuz tədavüldə belə korlanmayan pul deyil; o, geyilməkdən yırtılan bahalı libasa daha çox

oxşayır. Doğrudan da, kitablar tez-tez yad əllərə düşdükcə korlanmırmı? Səhifələri pozulmurmu,

mürəkkəbi və



220

qızılı boyalan solğunlaşmırmı? Məndən bir az aralıda Tivolili Pasifıko oturmuşdu. O, səhifələri nəmdən

bir-birinə yapışmış qədim bir əlyazmasını vərəqləyirdi. Kitabın vərəqlərini çevirmək üçün baş barmağı ilə

şəhadət barmağını dili ilə isladır və hər nəmli toxunuşda səhifələr yaprıxırdı; o səhifələri yalnız qatlamaqla

bir-birindən ayırmaq olardı; bu da onlan hətta ən zəif təzyiqdən yaranan incə qırışlara daha dərindən nüfuz

edən havanın və tozun amansız təsirinə məruz qoymaq demək idi. Sonra tüpürcəyin yumşaltdığı yerlər,

eyni zamanda səhifənin kənarları da təzə kiflə örtüləcəkdi. İncə hisslərin çoxluğu bir döyüşçünü zəiflətdiyi

kimi, bu sahiblik sevgisi və ifrat maraq da kitabları xəstəliyə düçar edib onların məhvini yaxınlaşdırır.

Çıxış yolu nə idi? Kitablan oxumayıb, onlan yalnız saxlamaqmı? Düşüncələrimdə haqlı idimmi? Buna

ustadım nə deyərdi?

Başlıq yazan İonalı Maqn yaxınlığımda oturmuşdu; o, bir az əvvəl buzov dərisini süngər daşı ilə

pardaxlamışdı, indi isə perqament hazırlamaq üçün onun üzərinə təbaşir qatı çəkirdi. Onun yanında başqa

bir rahib Toledolu Raban perqamenti lövhəyə bərkidib, onun hər iki kənannda bərabər məsafədə yerləşən

xırda deşiklər açaraq, onların arasında dəmir ucluqlu qələmlə üfüqi xətlər çəkirdi. Bir az sonra bu ağ

səhifələr gözəl rəsmlər və cizgilərlə dolacaq, məharətli əllərin, İncil ayələri ilə örtülü səhifənin səthinə

yerləşdirdikləri rəngli cəvahirlərlə par-par parıldayan müqəddəs təbərrükə çevriləcəkdi. “Bu iki rahib, -

öz-özümə dedim, - cənnətdə keçirəcəkləri anlan yer üzündə yaşayırlar. Onlar yeni cildlər hazırlayırdılar,

eyni ilə zamanın amansızca aşındıracağı kitablara bənzəyən... Deməli, yer üzündəki heç bir qüvvə

kitabxananı təhdid edə bilməzdi, zira o, yenidən doğularaq yaşayırdı... Madam ki yaşayırdı, bilik dalınca

gələnə nə üçün açıq olmamalıydı? Axı bu zaman onun əmin-amanlığına heç bir təhlükə olmazdı?

Bensionun istədiyi, bəlkə də Venansionun da istəmiş olduğu bu deyildimi yoxsa?

Düşüncələrimin kütləşdiyini, yolundan azdığını hiss edirdim. Bəlkə də belə düşüncələr qaydalara səylə

və itaətlə riayət etməli



221

olan, taleyin gedişatını nə indi, nə gələcəkdə, nə də ömrünün hər hansı bir anında götür-qoy etməməsi

gərəkən - sonralar ətrafımdakı dünya qan və azğınlıq girdabına getdikcə daha dərindən batarkən, qocalana

qədər özümə heç bir sual vermədən, heç bir məsələ irəli sürmədən buna əməl etdim - bir mürid üçün

münasib deyildi.

Səhər yeməyinin vaxtı çatmışdı. Mətbəxə getdim və mənə mərhəmət göstərən aşpazların hazırladığı

ən ləziz təamlardan yedim.



2 2 2

ÜC ÜNC Ü G ÜN

G Ü N O R T A ,

Ads, Salvatorun bir neçə sözlə

ifadə edilməyəcək etiraflarını dinləyir və

həyəcanlı düşüncələrə qərq olur

Mətbəxdə nahar edərkən Salvatoru gördüm. Aşpazla barışdığı açıq-aşkar hiss olunurdu. Salvator

qoyun ətinin qovurması ilə doldurulmuş böyük bir çörəyi ləzzətlə içəri aşırırdı. Sanki ömründə heç yemək

yeməmişdi: bir qırıntını belə yerə salmır və hər loxmanı udarkən, belə gözəl bəxtə sahib olduğuna görə

Tanrıya şükr edirmiş kimi görünürdü.

Mənə göz vurub, öz qəribə dili ilə yarıac-yantox keçirdiyi ömrünün acısını çıxarmaq üçün yediyini

söylədi.  Ona  suallar  verməyə  başladım.  Havanın  bərbad  olduğu,  yağışların  daim  yağdığı,  tarlaların

bataqlığa çevrildiyi, Tanrının unutduğu və öldürücü üfunət içində boğulan bir kənddə keçən dəhşətli

uşaqlıq illərini mənə danışdı. Öyrəndim ki, bu kənd sel sularının içində aylarla üzürdü, və tarlalarda arxlar

yoxa çıxırdı; bir girvənkə toxum bir çətvər məhsul verirdi, bir çətvər toxum əksəydin, məhsul

götürməzdin. O torpaqda hətta ağaların da üzü yoxsullarınkı kimi saralmışdı, hərçənd Salvatorun dediyinə

görə yoxsullar daha tez-tez ölürdü. “Bəlkə də - deyərək gülümsədi, - yoxsulların sayı çox olduğundan...

“Bir girvənkə toxum on beş pula, bir girvənkə buğda isə altmış pula satılırdı. Vaizlər dünyanın sonunun

çatdığını söyləyirdilər, fəqət Salvatorun valideynləri və babaları bunu əvvəllər də eşitdikləri üçün

dünyanın sonunun hər an gələ biləcəyini düşünürdülər. Bütün ölü quşları və tuta bildikləri bütün iyrənc

heyvanları yedikdən sonra birinin məzarları qazıb ölüləri çıxarması haqqındakı  şayiələr kəndi bürüdü.

Salvator dəfn mərasimlərinin ertəsi günü bu “rəzil insanların” məzarlıqda torpağı dırnaqları ilə necə

qazdıqlarını, bir




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə