Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə66/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   62   63   64   65   66   67   68   69   ...   175

223

məzhəkə oyunçusu kimi çox ustalıqla anladırdı. “Hamm!” - deyərək, dişlərini qovurmalı çörəyə keçirdi,

amma iyrənc bir şəkildə sifətini qırışdırdı, sanki meyit əti yeyirdi. Onların içində ən mənfur olanlar isə, -

deyə Salvator davam etdi, - müqəddəs torpağı qazıb, çıxardıqları qida ilə kifayətlonməyənlər idi. Onlar

qəddar quldurlar kimi meşələrdə pusqu qurub yolçulara basqın edirdilər”. “Kırrt!” - deyə Salvator bıçağı

boğazına yaxınlaşdırdı, sonra da “Hamm!” dedi. Lakin mənfurların içində  ən mənfurlarsa uşaqlara

yaxınlaşıb bir yumurta, ya da alma ilə onların başını tovlayır, sonra da zərif ətlərini dişlərinə çəkib

yeyirdilər. “Amma əvvəlcə qaynadırdılar”, - deyə Salvator ciddi-ciddi dedi. Kəndə gəlib, ucuz qiymətə

qaynadılmış ət satan bir adamdan söhbət etdi; amma camaat bu xoşbəxtliyə inanmaq istəmirdi; sonra keşiş

bunun insan əti olduğunu söyləmiş və qəzəbdən vəhşiləşmiş kütlə bu adamı parça-parça etmişdi. Lakin

elə həmin gecə kəndlilərdən biri gedib məqtulun qəbrini qazmış və bu yamyamı yemişdi. Kənd camaatı

bunu öyrənincə, onu da öldürmüşdü.

Salvator yalnız bu vaqeəni danışmadı. Qırıq-qırıq sözlərlə məni italyan dili və əyalət ləhcələrindən az

da olsa bildiklərimi xatırlamağa məcbur edərək doğma kəndindən qaçıb, dünyanın dörd bir tərəfində

sərsərilər  kimi  dolaşmasından  bəhs  etdi.  Onun  hekayəsi  daha  əvvəl  yol  boyunca  eşitdiyim  bir  çox

əhvalatlara bənzəyirdi. Sonralar da belə hadisələr haqqında çox eşitdim. Buna görə də indi, geridə qalmış

illərin ardından baxarkən Salvatordan həm əvvəl, həm də sonra yaşamış başqa insanların macəralarını və

törətdikləri cinayətləri onun adına yazmadığımdan əmin deyiləm. İndi mənim tutqun xatirəmdə qalan

bütün hadisələr vahid bir hekayədə birləşmişdir. Doğrudan da, buna səbəb, dağ anlayışını qızıl anlayışı ilə

birləşdirib, qızıl dağ məfhumu yaradan təxəyyülün gücüdür.

Yol boyunca “avam insanlar” sözünü Vilhelmdən tez-tez eşitmişdim; bəzi rahiblər yalnız xalqı deyil,

biliksiz insanları da belə adlandırırlar. Bu, həmişə mənə geniş əhatəli bir anlayış kimi görünmüşdür, çünki

italyan şəhərlərində biliklərini xalq dili ilə izhar etsələr də, kilsə mənsubları olmayan, amma savadsız da

olmayan tacir və sənətkarlarla rastlaşdım. Eyni zamanda, yarımadanı idarə edən zorakı tiranların bir çoxu

ilahiyyatı, təbabəti, məntiqi və latıncanı bilmirdilər, amma avam və maymaq da deyildilər. Buna görə də

ustadım avam insanlardan söz edəndə, bu məfhumu ifrat dərəcədə sadələşdirdiyinə inanıram. Bununla

belə, Salvatorun avam olduğuna şübhə yox idi. Yüz illər boyunca aclığa və ağaların istibdadına boyun

əymiş bir bölgədən çıxmışdı. O avam idi, amma axmaq deyildi. Başqa bir dünyanın mövcudluğunu

təsəvvür edə bilirdi. Evdən qaçdığında bu dünya ona gövdəsindən bal süzülən ağaclarda yumru pendirlər

və xoş ətirli kükülərin yetişdiyi sehrli Kukanlar

113

 ölkəsi kimi görünürdü.



Öz ümidlərinin dalınca qaçan Salvator bütün dünyanın məşəqqətlərlə dolu olduğunu, hətta mənə

öyrədildiyi kimi haqsızlığın da xüsusi niyyətlə: ilkin başlanğıcların tarazlığını qorumaq üçün Tanrı

tərəfindən göndərildiyini qəbul etməyərək, doğma Monferratodan Liguriyaya, sonra yuxarıya, Provansdan

keçib, Fransa kralının torpaqlarınadək çoxlu ölkələrdə gəzib-dolaşmışdı.

113

Kukan (fr. Kokan) - orta əsrlər əfsanəsinə görə axmaqlar və tənbəllərin yaşadığı nağıllar ölkəsi



224

Salvator dilənərək, oğurlayaraq, özünü şikəst kimi apararaq dünyanı dolaşmış, müxtəlif ağaların

yanında nökərçilik etmiş, sonra yenə qaçıb meşələrə çəkilmiş, ya da sonu görünməyən yollara rəvan

olmuşdu. Onun yaddaşı sonrakı illərdə Avropada getdikcə çoxaldığını gördüyüm sərsəri qaragüruhla dolu

idi. Saxta rahiblər, cüvəllağılar, fırıldaqçılar, əliəyrilər, yoxsullar və dilənçilər, cüzamlılar və  şikəstlər,

qəriblər, didərginlər, tüfeylilər, səyyahlar, ozanlar, kimsəsiz keşişlər, avara tələbələr, haramzadalar,

soyğunçular, qulluqdan çıxmış muzdlu əsgərlər, kafirlərin əlindən zorla qaçmış qəlbi-qırıq yəhudilər,

dəlilər, qanundan qaçan canilər, qulağı-kəsik dustaqlar, xonsalar və onlara qarışmış köçəri sənətkarlar:

culfalar, misgərlər, dülgərlər, oy-



225

maçılar, toxucular, bənnalar; onların ardınca hər cür hiyləgərlər: gopçular, kələkbazlar, cibgirlər, oğrular,

yolkəsənlər, səfillər, xainlər, qumarbazlar, fitnəkarlar, şarlatanlar, məhbuslar, ovçular, kilsələri çapıb-

talayan keşişlər və hesabdarlar və hər cür müftəxor yaramazlar: saxta bullalar və papalıq möhürü düzəl-

dənlər, saxta əfv fərmanları ilə alver edənlər, kilsə qapılarında yatan yalançı ifliclər, monastırlardan

qovulmuş rahiblər, kilsələrdəki müqəddəs təbərrükləri satanlar, saxta tövbəkarlar, kahinlər, falçılar,

rəmmallar, cadugərlər, şəfadarlar, loğmanlar, ara həkimləri, ovsunçular, tilsimçilər, əllərində kilsə parçı

tutaraq sədəqə yığan saxta dilənçilər, hər cür zinakarlar: yalanla, yaxud zorla rahibələrin və namuslu

qızların bəkarətini pozanlar; qıcolmadan, babasildən, xoralardan, oynaq xəstəliyindən, su yığılmadan,

irinli süzənəkdən əzab çəkənlər, ya da əzab çəkirmiş kimi görünən saxtakarlar. Onların arasında

övliyalann sədəqə vermək çağırışına cani-könüldən əməl edən xeyirxah kəndlilərdən sədəqə, yaxud

yemək qoparmaq üçün bədənlərində irinli çibanlar varmış kimi dolaq sarıyanlar, qan qusmaq üçün

ağızlarını tünd-qırmızı rəngli maye ilə dolduranlar, şikəst görünmək üçün qoltuqağacından yumaq kimi

asılanlar və istəklərindən asılı olaraq özlərini hər cür mərəzə - üzgünlüyə, qotura, qıcolmaya, keçəlliyə,

köklüyə - düçar olduqlarını göstərməyi bacaranlar da vardı. Onlar sarğılara bürünərək, bədənlərinə zəfəran

boyası çəkərək, əllərində  əsa, başlarında dolaq üfunət iyi verərək sürünə- sürünə kilsələrə girir və

meydanların ortasında iztirab içində yerə yıxılır, köpük qusur, gözləri hədəqəsindən çıxır, burunlarından

tut və böyürtkən şirəsindən hazırlanmış qanlar fışqırır və  əllərini açaraq sədəqə umurdular: çörəyinizi

açlarla bölüşün, evsizləri evinizə aparın; Məsihə yaxınlaşırıq, Məsihi geyindiririk, Məsihə sığınacaq

veririk; zira su alovu söndürdüyü kimi, sədəqə də günahlarımızı təmizləyir.

Danışdığım hadisələrdən on illər sonra, Dunay çayı boyunca uzanan hamar yollarda əcinnəyə oxşayan

bu yaramazlardan çox gördüm; şeytanlar kimi alaylara bölünmüş və hər birinin öz adı olan bu fitnəkarları

indi də görürəm: dayçalar, bələdçilər, baş təbiblər, möhtərəm dilənçilər, səbatsızlar, aclar, paxıllar, sakitcə

vird oxuyanlar, fəndgirlər, təbərrük satanlar, dilxorlar, qoltuqağaclılar, dələduzlar, küfrbazlar, cındır və

yırtıq, çılpaq və yalın ilahi ruhla yaşayanlar, Lazarı mədh edənlər, pozğunlar, darıxanlar, yol üstündə

duranlar, dəstəçilər, hamaşlar...

Onlar Avropanın minlərlə yolları və cığırları boyunca iyrənc çirk kimi axıb gedirdilər və zaman-zaman

aralarından gah möminlərə səslənən vaizlər, gah zəifləri tora salan bidətçilər, gah da asayişi pozanlar

çıxırdı. Buna görə də təsadüfi deyil ki, əvvəllər müqəddəs Yoxsulluğa pərəstiş edən avam insanların itti-

faqından çəkinməyən papa İohann dilənçi vaizlərə amansızcasına hücum etdi. Çünki bunlar üzərinə

rəngbərəng rəsmlər çəkilmiş bayraqlar gəzdirərək və ucadan nitqlər söyləyərək zəifləri yoldan çıxarıb öz

tərəflərinə çəkir və zorla pul toplayırdılar. Yoxsulluğa pərəstiş edən dilənçi rahibləri vəhşi qaniçənlər və

oğrular dəstəsi ilə bərabər tutan papa, mənə təlqin edildiyi kimi, doğrudanmı müqəddəs dəyərləri satan

günahkar və əclaf idi? O uzaq illərdə italyan yarımadasını çox gəzib-dolaşmış olsam da, bu suala nə hə,

nə də yox deyə bilirdim; eşitmişdim ki, Altopaşyolu rahiblər kimilərini qovmaqla hədələyir, kimilərinə də

əfv fərmanı satırdılar; verilən pul müqabilində adam öldürən, qardaş qanı tökən və müqəddəsləri təhqir




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə