Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə62/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   58   59   60   61   62   63   64   65   ...   175

207

tündə nə yazıldığını oxuya bilmirəm. Bir neçə başlığı mənə oxusana”.

Əlimi atıb qarasına bir kitab götürdüm. “Burada yazı yoxdur”.

“Necə yəni? Budur yazı! Sən haranı oxuyursan?”

“Bu, yazı deyil. Əlifba hərfləri deyil. Oxuya bilmirəm. Yunanca da deyil, olsaydı anlardım.

Soxulcanlara, kiçik ilanlara, milçək nəcisinə bənzəyir...”

“Hə, ərəbcədir. Belə kitablar çoxdurmu?”

“Kifayət qədərdir. Hə, Tanrıya şükür, latınca birini tapdım. Əl... əl-Xarəzmi, “Cədvəllər”.

“Nücum elminə dair cədvəllər! Əl-Xarəzminin cədvəlləri Batlı Adclyardonun tərcüməsində! Nadir

kitabdır! Davam et!”

“İsa ibn Əli “Görmə haqqında”, Əl Kindi “Ulduzların bərq vurmasına dair”.

“İndi masanın üstünə bax”.

Masanın üstündəki “Heyvanlar haqqında” adlı nəhəng kitabı açdım. Gözəl bir təkbuynuzlu heyvanı

təsvir edən heyrətamiz miniatürə baxdım.

“Gözəl çəkilmişdir, - rəsmləri hərflərdən daha yaxşı ayırd edən Vilhelm başını tərpədərək dedi. - Bəs

o kitab?”

Mən oxudum: “Müxtəlif cinslərdə qəribəliklərə dair”. Burada da rəsmlər var, amma daha qədim

görünür”.

Vilhelm gözlərini qıyıb, vərəqə baxdı. “Təxminən beş yüz il əvvəl irland rahiblərinin çəkdiyi bir

miniatürdür. Təkbuynuzlu heyvan rəsmi olan kitab daha qədimdir, həm də fransız üslubu ilə

hazırlanmışdır”.

Yenə də ustadımın biliyinə heyran qaldım. Yolumuza davam etdik. Bitişik otağa girdik, sonra hər

birində pəncərə və kitablarla dolu rəflər olan dörd otaqdan keçdik. Bəzi dolablarda sehrə və caduya aid

yad dildə yazılmış kitablar vardı. Lakin axırda qarşımıza yenə divar çıxdı və geri dönməyə məcbur olduq;

çünki iç-içə açılan son beş otaqda yan tərəflərə heç bir çıxış yox idi.

“Divarların maili olduğunu nəzərə alsaq, - Vilhelm dedi, - başqa bir beşguşəli qüllənin içərisində

olduğumuzu təxmin edə bilərik. Amma mərkəzdəki yeddigüşəli zal nədənsə görünmür. Bəlkə də

yanılıram”.

“Bəs pəncərələr? - deyə soruşdum. - Burada nə üçün bu qədər pəncərə var? Bütün otaqların həyətə

baxması mümkün deyil”.

“Nə üçün? Bos ortadakı quyunun yaratdığı həyət? Pəncərələrin çoxu daxildəki səkkizguşəli həyətə

açılır. Gündüz, yəqin ki, bunu hiss etmək mümkündür... içəri düşən işığın fərqli olması sayəsində...

Düşünürəm ki, gündüz olsaydı, günəş şüalarının düşmə bucağına görə otaqların necə yerləşdiyini də təyin

etmək olardı. Amma indi gecədir, ona görə də bütün pəncərələr eynidir. Geriyə dönək”.

Güzgülü otağa geri döndük. Yan tərəfdəki, hələ girmədiyimiz üçüncü qapıya doğru getdik. Qarşımıza

iç-içə olan üç, ya da dörd otaq çıxdı. Və birdən axınncı otaqdan işıq gəldiyini gördük.




208

“Orada kimsə var!” - boğuq səslə çığırdım. “Belədirsə, o, çırağımızın işığını çoxdan görmüşdür”, -

Vilhelm sakitcə dedi və əli ilə çırağın önünü kəsdi. Bir neçə an yerimizdə donub-qaldıq. Uzaqdan gələn

işıq artıb-azalmadan titrək-titrək yanırdı. Səssizlik idi.

“Bəlkə də bu yalnız çıraqdır, - Vilhelm dedi. - Kitabxanada ruhların dolaşdığına rahibləri inandırmaq

üçün qəsdən buraya qoyulmuşdur. Bunu öyrənmək lazımdır. Sən burada qal, işığı əlinlə ört, mənsə sakitcə

gedib baxım”.

Güzgünün yanında etdiyim qorxaqlığa görə xəcalətimdən sakitləşə bilmirdim, ona görə də Vilhelmin

gözündə bəraət qazanmaq üçün bu fürsətdən istifadə edib, onun sözünü kəsdim: “Yox, mən gedəcəyəm.

Siz isə burada qalın. Mən daha cəld və yüngüləm. Təhlükə olmadığını görüncə, sizi çağıraram”.

Belə də etdim. Divara qısılaraq, pişik, ya da keçi pendirini çırpışdırmaq üçün gecələr mətbəxə enən

mürid kimi (Melkdə olduğum zaman bu işdə tayım-bərabərim yox idi) səssizcə, oğrun-oğrun işığa tərəf

getdim. Otağın kandarına çatdım. Qapı dirəyini əvəzləyən sütunun arxasında gizlənib içəriyə baxdım.



Heç kim yox idi. Masanın üstünə qoyulmuş çıraq his edərək yanırdı; bizim çırağa bənzəmirdi; üstü açıq

buxurdana oxşayırdı, alovu yox idi, içində olan qatı kütlə isə zəifcə közərirdi. Çırağın ətrafını kül

bürümüşdü.

Cəsarətimi toplayıb içəri girdim. Masanın üstündə, buxurdanın yanında rəngbərəng rəsmləri olan kitab

var idi. Yaxınlaşıb baxdım. Səhifənin üstündə dörd rəngli zolaq vardı - sarı, firuzəyi, zəncəfil rəngli və

yanıq sümük rəngində. Onların arasından qorxunc görkəmli vəhşi heyvan görünürdü: quyruğu ilə göydəki

ulduzlan vurub yerə salan, onbaşlı nəhəng əjdaha. Birdən əjdaha canlanmağa başladı və tərpəndi.

Quyruğundakı pulcuqlar qopub səpələndi, sanki minlərlə gümüşü qabıq havada uçaraq, başımın ətrafında

dövrə vururdu. Geriyə çəkildim, otağın tavanının əyilib üstümə doğru gəldiyini gördüm. Hər yerdə ilanlar

fısıldaşırdı, amma vahiməli deyildi, əksinə, ətrafımda dolaşan bu ilanlar nədənsə xoşuma gəlirdi. İşıqdan

libas geymiş bir qadın göründü, ağzını ağzıma yaxınlaşdırdı və üzümə üfürdü. Hər iki əlimlə onu geri

itələdim, amma əllərim sanki qarşıdakı kitab dolabına yapışmışdı və bu zaman kitablar qeyri-adi ölçülər

alıb, böyüməyə başladı. Artıq harada olduğumu, kim olduğumu bilmirdim, yer-göy qeybə çəkilmişdi.

Otağın ortasında iyrənc bir istehza ilə gözlərini mənə dikmiş, şəhvət püskürən Berenqarı gördüm. Üzümü

əllərimlə örtdüm, amma nədənsə  əllərim qurbağanın ayaqlan kimi sürüşkən, yapışqan və pərdəli idi.

Deyəsən, bağırdım. Ağzımda dəhşətli acı hiss etdim. Sonra getdikcə dərinləşən dibsiz qaranlığın içinə

yuvarlandım... Daha heç nə yadımda deyil.

Sanki yüz illər keçdikdən sonra ayılmışdım. Naməlum zərbə səsləri beynimin içində uğuldayaraq

dəhşətli ağrıya səbəb olurdu. Döşəməyə uzanmışdım. Vilhelm məni ayıltmaq üçün yanaqlarıma sillə

vururdu. Başqa otaqda idik: gözlərimin qarşısında “Requiescant a laboribus suis”' yazılmış lövhə vardı.

111

111


 İşlərinə ara verib dincəlsinlər (latınca)

209



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə