Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə58/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   54   55   56   57   58   59   60   61   ...   175

194

gördüyü üçün xristianların hansı vəziyyətə düşəcəyini bilirdi. Bax gəlib çatdıq”.

Doğrudan da, Tanrıya şükürlər olsun, keçid qurtardı. Pillələr yenidən başladı. Dəmirlə üzlənmiş ağır

taxta qapını itələyərək, mətbəxə çıxdıq. Sobanın arxasında idik, buradan yazı zalına dolama pilləkən

qalxırdı. Birdən yuxarıdan xışıltı səsi gəldi.

Bir anlığa hər ikimiz donub-qaldıq. Sonra pıçıltı ilə dedim: “Ola bilməz. Bizdən əvvəl heç kim içəri

girməyib”.

“Sümükxananm yerləşdiyi keçidin yeganə olduğunu fərz etsək, sən deyəndir. Lakin ötən əsrlərdə bura

bir qala imiş; ona görə də burada gizli girişlər çox olmalıdır. Amma geriyə yol yoxdur. Gedək. Çırağı

söndürsək - hərəkət edə bilmərik, yanılı saxlasaq - yuxarıdakını qorxudarıq. Ümid edək ki, əgər yuxarıda

biri varsa, o bizdən daha çox qorxsun”.

Cənub qülləsindən yazı zalına girdik. Venansionun masası zalın o biri başında idi. Çıraq bir neçə qulac

məsafəni işıqlandırırdı, zal isə çox böyük idi. Həyətdə, yazı zalının pəncərələrindən işıq sızdığını görüb,

hay-küy qaldıracaq birisinin olmadığına ümid edirdik. Masada hər şey yerli-yerində görünürdü, lakin

Vilhelm aşağıdakı rəflərə baxmaq üçün əyildi və heyrətdən qışqırdı.

“Bu gün burada iki kitab görmüşdüm, biri yunanca idi. Yoxdur indi. Kimsə onu götürüb. Həm də təşviş

içində. Bax, səhifələrdən biri yerə düşüb...”

“Amma masa mühafizə edilirdi...”

“Əlbəttə. Deməli, masaya bir az əvvəl yaxınlaşıblar... ya da indicə! Bəlkə də oğru hələ buradadır”. -

O, qaranlığa tərəf çevrildi, səsi tutqun qübbə altında əks-səda verdi: “Əgər buradasansa, özünü qoru!” Bu,

yaxşı fikir idi, çünki Vilhelmin əvvəllər dediyi kimi, səni qorxudanların səndən daha çox qorxması həmişə

faydalıdır.

Vilhelm masanın altından tapdığı vərəqi əli ilə düzəltdi və daha yaxına əyilib, işıq tutmamı xahiş etdi.

Çırağı yaxınlaşdırdım; vərəqin yarısı boş idi, yarısına da zorla tanıdığım kiçik hərflər yazılmışdı.




195

“Yunancadır?” - deyə soruşdum.

“Hə, amma anlaşılmazdır...” - O, cübbəsindən eynəklərini çıxarıb, burnunun üstünə yerləşdirdi və

sonra üzünü vərəqə daha çox yaxınlaşdırdı.

“Yunancadır, çox kiçik hərflərlə, həm də qarmaqarışıq yazılmışdır. Hətta bu şüşələrlə də oxumaq

çətindir. Çırağı yaxına tut”.

O, vərəqi burnunun ucuna yaxınlaşdırdı, mənsə özümə yer tapmadan, ona daha yaxın durmağa

çalışırdım, amma arxasına xeçib çırağı başının üstündə tutmaq əvəzinə, nədənsə düz qarşısında dayandım.

Mənim geri çəkilməyimi istədi, bunu edərkən tələsdiyimdən, çırağın alovu vərəqin kənarına toxundu.

Vilhelm məni itələyib, soruşdu ki, sən nə edirsən? Əlyazmasını yandırmaqmı istəyirsən? Və birdən boğuq

səslə çığırdı. Mən baxarkən, səhifənin yuxarısının boş olmadığını və tünd-sarı rəngli qəribə işarələrin

yazıldığını gördüm. Vilhelm çırağı  əlimdən alıb, ehtiyatla vərəqə tərəf yaxınlaşdırdı. Sanki ağ kağız

üstündə görünməz bir əl “Mane, tekel, fares” yazırmış kimi, müxtəlif xətlər və çevrələr - ruhçağıran

cadukünlərin əlifbasına bənzər işarələr yavaş-yavaş üzə çıxdı.

“İnanılası deyil! - Vilhelm dedi. - Getdikcə daha maraqlı olur! - Və dərhal ətrafa baxdı. - Bu tapıntımızı

yad adama göstərməməliyik. Əgər o, hələ buradadırsa”. O, eynəklərini çıxarıb, ehtiyatla masanın üstünə

qoydu, sonra perqamenti bürmələyib cübbəsinin altına soxdu. Bütün bu müəmmalı hadisələrdən çaşıb

qalmışdım. Ağzımı açıb sual vermək istədim. Lakin bu zaman kəskin şaqqıltı səsi eşidildi. Səs kitabxanaya

qalxan şərqdəki pilləkənin yuxarı pilləsindən gəlirdi.

“Oradadır! Tut onu!” - Vilhelm qışqırdı. Pilləkənə doğru atıldıq. Vilhelm məsafəni bir neçə sıçrayışla

qət etdi. Mənsə əlimdə çıraq olduğundan, daha yavaş qaçdım və bilaixtiyar geridə qaldım. Kiminsə ayağı

dolaşdı; gurultu ilə pilləkəndən aşağı yıxıldı. Sonra sükut çökdü və çırağın işığında pilləkənin altına

uzanmış Vilhelmi gördüm, onun yanında cildi dəmir bəndlərlə bərkidilmiş böyük bir kitab vardı. Vilhelm

qeyri-adi dalğınlıqla kitaba baxırdı.

Birdən nəsə tərpəndi, kitab yoxa çıxdı və Venansionun masası tərəfdən şappıltı eşidildi. Kimsə

arxamıza keçərək, kitabı götürmüş və onu yazı zalının əks tərəfinə tullamışdı. “Ah, mən axmağam! - deyə

Vilhelm çığırdı. - Tez! Vilhelmin masasına!” Biz geriyə qaçdıq.

Vilhelm yenə məndən əvvəl çatıb, Venansionun masasının ətrafını axtarırdı. Onun ardınca qaçarkən,

uzaqdan bir kölgənin qərbdəki pilləkənlə qalxdığını gördüm.

Həyəcanımdan özümü unudaraq, çırağı Vilhelmə verdim və pilləkənə doğru götürüldüm. O anda

özümü cəhənnəm qoşunları ilə savaşan Məsihin əsgəri kimi hiss edirdim. Amma ayaqlarım cübbəmin

ətəklərinə dolaşdığından, pilləkəndən aşağı yuvarlandım. Bu an, and içirəm, həyatımda yeganə an idi ki,

rahibliyə girdiyimə təəssüf edirdim. Amma eyni zamanda ,ani olaraq düşündüm ki, rəqibim də bu

səbəbdən ləng hərəkət etməlidir. Üstəlik, əgər kitabı götürməyi bacarmışdısa, əlləri də dolu olacaqdı. Var

gücümlə mətbəxə qədər qaçdım, təndirin arxasından çıxıb, geniş dəhlizi tutqunca aydınladan ulduzlu

gecənin işığında yeməkxananın qapısından süzülərək içəri keçən qara kölgə gördüm. Qapı örtüldü.




196

Qaçaraq qapıya yaxınlaşdım, dəstəkdən tutub dartdım, açdım, içəri girib baxdım - heç kimi görmədim.

Çıxışın qapısı içəridən rəzə ilə möhkəmcə bağlanmışdı. Ətrafıma baxdım. Hər şey qaranlıq və sükut içində

idi. Birdən mətbəxə işıq düşdü. Divara sıxıldım. Kandarda əlində çıraq tutmuş bir nəfər dayanmışdı.

Qışqırdım. Bu Vilhelm idi.

“Kimsə yoxdurmu? Təxmin etmişdim. Əlbəttə ki, qapıdan çıxmadı. Sümük məzarlığının olduğu

keçiddən keçmədi ki?”

“Yox, yox, buradan getdi, fəqət anlaya bilmirəm ki...”

“Sənə demişdim, burada başqa keçidlər də olmalıdır. Onları axtarmağımızın heç bir mənası yoxdur.

Yəqin ki, bu adam indi monastırın o biri başındadır. Şüşələrimlə birlikdə”.

“Şüşələrinizlə?”

“Əfsus. O, kağızı əlimdən ala bilmədi, lakin ağıllı hərəkət edərək, göz şüşələrimi masanın üstündən

götürməklə vəziyyətdən çıxdı”.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə